Məhkəmə qərarları › İş №2(102)-928/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-928/2025

07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-928/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh X9 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:payın naturada ayrılması 07.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan hakimlərdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-61/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən ikinci iş üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evi X məxsus olmuş, X xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.

2. X X ilə birgə nikahından X28, X32, X29, X, X21, X33 dünyaya gəlmişlər. X29 xx.xx.1995-ci il tarixdə, X xx.xx.1993-cü il tarixdə, X34 xx.xx.1993-cü il tarixdə, X22 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər.

3. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evində X21, X və X29 yaşamış, X14 X, Xvə X adında üç övladı olmuşdur və hazırda onlar həmin fərdi yaşayış evində yaşamırlar.

4. X12 X, X və X adlı üç övladı olmuş, onlardan X və X vəfat etmişlər.

5. X1 X həyat yoldaşı, X və İddiaçı2(a)lar isə onların uşaqlarıdır.

6. X X və X adlı iki övladı olmuş, X vəfat etmişdir. X26 adlı bir övladı olmuşdur və hazırda sağdır.

7. X36 adında bir övladı olmuş və vəfat etmiş, X isə X və X adında qızları olmuş, onlardan X vəfat etmişdir.

8. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evində X vərəsəsi- İddiaçı1, X12 vərəsələriCavabdeh və X, X10 vərəsəsi X yaşamışlar. 9. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı1, ¼ hissəsinə Cavabdeh vərəsəlik hüquqları tanınaraq ¼ hissə isə X adına açıq saxlanılmışdır.

10. X15 (X) həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 0 3 may 1975-ci ildə vəfat etmiş mərhum nənəsi X miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, döngə 2, ev 33-də yerləşən evdən ona çatası miras payı qəbul etməmişdir, qəbul etmək də istəmir. 11. xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin açıq saxlanılan ¼ hissəsinə Maraqlı şəxs, X5 və İddiaçı2 vərəsəlik hüquqları tanınmışdır. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, miras əmlakın ¾ hissəsinə xx.xx.2020-ci il tarixdə 2V-99 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir.

12. X16 həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 03 may 1975-ci ildə ölm üş X irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmək niyyətində də deyil.

13. X35 həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 03 may 1975-ci il tarixdə ölmüş X irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmişdir və etmək niyyətində deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə icraat:

14. İddiaçı1 X9 qarşı iddia ərizəsi ilə məhkəməyə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ½ hissədə ona, ¼ hissədə cavabdehə, ¼ hissədə mərhumə X adına açıq saxlanılmış ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, nənəsi X vəfatından sonra vərəsəlik hüququ ilə ünvan 2 ünvanda yerləşən ev paylı mülkiyyət hüquqi ilə ½ hissədə onun, ¼ hissədə X6 mülkiyyətinə keçmiş, ¼ hissə mərhum X adında açıq saxlanılmış, bununla bağlı DƏDRXtərəfindən müvafiq çıxarış verilmişdir. Cavabdehlə aralarında evə dair hüquqların həyata keçirilməsində anlaşılmazlıqlar vardır və evin paylı mülkiyyətdə olması onun əmlakdan istifadə etməsini, ona dair sərəncam verməsini çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərində də razılığı tələb olunur.

16. Cavabdeh X17 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, Bakı şəh əri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evi atası X29, bibisi X23 və əmisi X18 məxsus olmuş, atası, əmisi və bibisi vəfat etdikdən sonra o, və mərhum qardaşı X bibisinin oğlu X bibisinə məxsus pay hissəsinin pulunu ödəmişlər. Bibisinin yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsi qardaşı X və ona məxsusdur. Hazırda həmin evin 2-ci mərtəbəsinin yarı hissəsində o və ailə üzvləri, birinci mərtəbəsində isə mərhum qardaşının ailə üzvləri yaşayırlar. İddiaçı1 həmin evin 2-ci mərtəbəsinin yarı hissəsində yaşayır. Hazırda həmin evin ½ hissəsi qardaşı Fəxrəddinə, ¼ hissəsi ona, ¼ hissəsi isə İddiaçı1 məxsusdur.

17. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül bülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin İddiaçı1 məxsus 1/2 hissəsinin real naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasportda 1 nömrə ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılaraq iddiaçının istifadəsinə verilməlidir. 2-ci mərtəbədən isə texniki pasportda 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələr iddiaçının istifadəsində saxlanılmalıdır. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq mişar daşından inşa edilmiş hasar ilə bölünmüşdür və həmin bölgü varian tı paylara uyğun şəkildədir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 3 nömrə ilə qeydə alınmış, sahəsi 16,6 kv.m olan yaşayış otağının bütövlükdə, texniki pasportda 1 nömrə ilə qeydə alınmış, sahəsi 26,5 kv.m olan yaşayış otağının isə 11,2 kv.m hissəsinin arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələrin İddiaçı1 istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, id diaçı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2, 33 saylı fərdi yaşayış evinin ¼ hissədə mülkiyyətçisidir və həmin evin onun payına düşən hissənin texniki cəhətdən bölünməsi mümkündür. Belə olan halda iddia təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1-220.3 və 223.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İkinci iş üzrə icraat:

21. İddiaçılar Maraqlı şəxs, İddiaçı2 və X5 cavabdeh İddiaçı1, Bakı şəhəri, 10 saylı notariat ofisinə, X24 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız sayılması, faktiki olaraq X24 tərəfindən onların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd olunması və yenidən onlara “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

22. Daha sonra, X3 nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixli 2V-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv olunması, faktiki olaraq X7 iddiaçıların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdiklər i mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd edilməsi və yenidən onlara “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 1 nömrə ilə qeydə alınmış sahəsi 26.5 kv.m olan yaşayış otağının 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələr İddiaçı1 istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi qət edi lmişdir. Həmin qətnaməni 18 mart 2022-ci il tarixdə əldə etmişlər, onlara məlum olmuşdur ki, İddiaçı1 10 saylı Dövlət notariat kontoruna müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almış və həmin şəhadətnamədə onun payı miras əmlakın ¼ hissəsi kimi müəyyən edilmişdir. Onlar mərhum Ağabacı Pirverdi qızının vərəsələridirlər, mübahisəli evdə yaşayaraq mirası faktiki qəbul etmişlər. Lakin məhkəmə iclaslarına dəvət edilmədiklərindən onların miras əmlakla bağlı hüquqlarının olmasını məhkəmənin nəzərinə çatdıra bilməmişlər. Buna görə də hüquqları pozulmuşdur. Belə ki, sözügedən qətnamədə mübahisəli yaşayış evinin birinci mərtəbəsinin bir hissəsinin, həmçinin ikinci mərtəbəsinin bir hissəsinin İddiaçı1 istifadəsinə verilməsi qət edilmişdir. Halbuki, yaşayış evinin birinci m ərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə ki, yaşayış evinin birinci mərtəbəsinin ½ hissəsi qanunla Maraqlı şəxs atası Fəxrəddin Dadaşova miras qalmışdır, digər ½ hissəsi isə bibisi X11 varisi Ehtibar Mehtiyevə məxsus olmuşdur. Maraqlı şəxs atası X27 Mehtiyevə ev alıb vermiş, buna görə də, Ehtibar Mehtiyev öz hissəsindən onların xeyrinə imtina etmişdir. X30 hissəsini faktiki olaraq qəbul etmişlər. Digər tərəfdən yaşayış evinin ikinci mərtəbəsinin ½ hissəsi əmisi Firidun Dadaşova, ½ hissəsi isə İddiaçı1 məxsus olmuşdur. Əmisinin başqa yerdə özünə məxsus evi olduğu üçün faktiki olaraq həmin hissədə də onlar yaşayırlar. Bununla da, mübahisəli yaşayış evinin ¾ hissəsi faktiki olaraq onların istifadəsindədir. Onlar əmlaka faktiki sahibliyi həyata keçirməklə mirası qəbul etmişlər. Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu vərəsəlik işini açarkən vərəsələrin tam dairəsini müəyyən etməyərək onları işə cəlb etməmiş və nəticədə yanlış vərəsəlik şəhadətnaməsi vermişdir. Belə ki, digər vərəsə Etibar Mehtiyev öz payından onların xeyrinə faktiki olaraq imtina etməsinə baxmayaraq, Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu əsassız olaraq həmin hissədə bütövlükdə İddiaçı1 payını tanımışdır. Daha sonra onlar miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat kontoruna ərizə ilə müraciət etmişlər və onlara 2V-99 saylı 23 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə miras əmlakın yalnız ¼ hissəsi onlara keçmişdir. Halbuki, yaşayış evinin birinci mərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə olan halda miras əmlakın ½ hissəsinə onların payı tanınmalıdır.

24. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-783/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

25. Məhkəmənin öz mövqeyini iş materiallarına istinadən onunla əsaslandırmışdır ki, tərəflərin izahatından və işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi X məxsus olmuşdur və o 1975-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı X ilə birgə nikahından X28, X32, X29, X, X21, X33 adlı uşaqları olmuşdur. Onların hamısı vəfat etmişdir. Ölən g ünə kimi həmin evdə miras qoyanın ancaq üç övladı - X21, Nəriman Qadir oğlu və X29 yaşamışdır. X14 üç övladı Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və hazırda onlar həmin fərdi yaşayış evində yaşamırlar. X12 üç övladı X, X və X adlı üç övladı olmuş və onlardan X vəfat etmişdir. X oğlunun iki övladı X və X doğulmuşdur və onun qardaşı X vəfat etmişdir. X X adlı bir övladı olmuş, hazırda sağdır. X X adında bir övladı olmuş və vəfat etmişdir. Xisə Xvə X adında qızları olmuş, onlardan X vəfat etmişdir. Hazırkı mübahisəli evdə isə X vərəsəsi - İddiaçı1, X12 vərəsələri-Cavabdeh və X və X10 vərəsəsi- X yaşamışlar. Həmin evin sənədləri qaydasında olmadığından İddiaçı1 X və X müraciət etmiş, X ona evin sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin X isə ona etibarnamə ver məmişdir. X31 həmin evdən köçüb getmiş və notarial qaydada ərizə vermişdir ki, miras payı qəbul etmir və qəbul etmək də niyyətində deyildir. Buna görə də X məxsus olan miras əmlakın ½ hissəsinə X, ½ hissəsi isə X2 olduğundan və onlar vəfat etdiklərindən ½ hissə X vərəsəsi İddiaçı1, ¼ hissə isə X vərəsəsi Cavabdeh keçmiş və ½ hissənin ¼ hissəsi isə açıq qalmışdır.

26. Beləliklə məhkəmə müəyyən etmişdir ki, X məxsus olan miras əmlakın ½ hissəsinə onun vərəsəsi X və ½ hissəsi isə X12 payları tanınmalı olduğundan, lakin onlar vəfat etdiklərindən faktiki olaraq onların övladları tərəfindən qəbul edilmişdir. X tərəfindən isə miras əmlakdan məhz iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilməmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sü butlar təqdim olunmadığından və X tərəfindən miras əmlakdan iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilmədiyindən, Maraqlı şəxs, İddiaçı2, X3 iddia tələbləri təmin oluna bilməz.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-762/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmış, sübutlara düzgün qiym ət verməmiş, onun və anasının mərhum nənəsi X vərəsələri olmaqla mübahisəsi gedən evdə yaşadıqlarını, mirası qəbul etdiklərini, evin birinci mərtəbəsinin faktiki olaraq onların istifadələrində olduğunu, 10 saylı notariat kontorunda vərəsəlik işi açılarkən vərəsələrin dairəsinin düzgün müəyyənləşdirilmədiyini və yanlış vərəsəlik şəhadətnaməsi verildiyini nəzərə almamış və nəticədə qanunsuz qərar çıxarmışdır.

30. Apellyasiya şikayətinə apellyatorun mərhum nənəsi X miras əmlakın açıq qalmış ¼ hissəsinin vərəsəsi olduğuna dair xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə” əlavə edildiyindən o, qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış və apellyasiya mümkün hesab olunmuşdur.

31. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-783/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən Vüsalə Dadaşovanın nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək,onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmiş, X8 öz miras payından iddiaçıların xeyrinə imtina etdiyini nəzərə almamışdır.

33. Birinci iş üzrə çıxarılmış qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən Maraqlı şəxs, X və İddiaçı2 İddiaçı1 və Bakı şəhəri, 10 saylı notariat kontoruna qarşı “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi və miras paylarının yenidən müəyyənləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etdiyi (ikinci iş) müəyyən olunduğundan, işin icraatı xx.xx. 2020-ci il tarixli qərardadla dayandırılmışdır.

34. Daha sonra, icraatın dayandırılmasına səbəb olan mülki iş (ikinci iş) Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə onun birinci mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

35. Apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla, əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və barədə verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin mülki iş materiallarında olan Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Texniki Pasport” sənədində 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağının faktiki olaraq İddiaçı1 istifadəsində olduğu müəyyən olunmuşdur. Fərdi yaşayış evinin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə (3 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Lakin həmin fərdi yaşayış evinin İddiaçı1 mülkiyyətində olan ½ hissəyə uyğun sahənin digər mülkiyyətçilərin istifadəsindəki sahədən naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə qeyd edilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2024- cü il tarixli, 2(103)-61/2024 saylı qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və M.A.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli və e-2(010)-783/2023 saylı mülki iş üzrə 16 iyun 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, birinci iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əvvəl ikinci iş üzrə apellyasiya şikayətinə qiymət verilməlidir. Belə ki, X məxsus olmuş ünvan 3 ünvanda yerləşən 33 saylı fərdi yaşayış evində sonuncunun digər vərəsəsi (qızı) X da yaşadığı (mirası faktiki qəbul etdiyi) müəyyən olunsa da, nəzərə alınmalıdır ki, onun vərəsəsi (oğlu) olan X15 miras payını qəbul etmədiyi barədə ərizə verdiyindən, X düşən payın X29 və X keçdiyi qəbul olunmalıdır.

38. Çünki, X müvafiq ərizəsi əslində, onun öz anasından ala biləcəyi miras payını qəbul etmədiyi mənasına gəlir; bu isə o deməkdir ki, X düşən pay (1/3 hissə) X29 və X arasında onların paylarına mütənasib surətdə bölüşdürülmüş sayılır.

39. Məhkəmə xüsusilə qeyd etmişdir ki, X müvafiq ərizəsi mirasdan imtina kimi qiymətləndirilə bilməz, çünkü, əgər o, 2000-ci ildə vəfat etmiş anasından qalan mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlamışdırsa, bu halda mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilərdi. Buna görə də onun ərizəsi mirasdan imtina deyil, anasından qalmış mirası ümumiyyətlə qəbul etmədiyi barədə iradə bəyanı kimi nəzərə alınmalıdır. X müvafi q ərizəsi hətta mirasın qəbulundan imtina kimi qiymətləndirilsə belə, bu halda da, ona anasından qalmış miras payı ikinci iş üzrə iddiaçıların paylarına əlavə edilə bilməzdi – çünkü o, mirasdan kimin xeyrinə imtina etdiyini bildirməmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci iş üzrə iddiaçıların iddia tələbləri baxımından əhəmiyyət kəsb etməsə də, X16 və X20 müvafiq məzmunlu ərizələrinə də eyni kontekstən yanaşılmalıdır.

41. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, X X məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin onun vərəsələri qismində bərabər paylarla məhz X və X keçdiyini vurğulayan və xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə”ni bu xüsusatı əsas götür məklə tərtib edən notarius hər hansı səhvə yol verməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə”nin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil və ikinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

43. Birinci instansiya məhkəməsinin birinci iş üzrə gəldiyi nəticə ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci iş üzrə çıxarılmış qətnamədən verilən apellyasiya şikayətinin, həmçinin ikinci iş üzrə iddia ərizəsinin dəlillərinə görə, ilkin ekspertiza tədqiqatını həyata keçirən ekspert evin birinci mərtəbəsinin faktiki olaraq bütövlükdə, ikinci mərtəbəsinin isə yarısının faktiki olaraq X, Xvə X(a)X istifadəsində olmasını nəzərə almamış, onlara aid sahələrin İddiaçı1 ayrılması barədə əsassız rəy vermiş, məhkəmə də bu rəyi əsas götürüb qanunsuz qərar çıxarmışdır.

44. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəsi gedən fərdi yaşayış evinin “Texniki Pasportun” ba 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağının faktiki olaraq İddiaçı1 istifadəsindədir, evin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə (3 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün o lmasa da, İddiaçı1 mülkiyyətində olan ½ hissəsinə uyğun sahənin digər mülkiyyətçilərin istifadəsindəki sahədən naturada ayrılması texniki cəhətdən mümkündür.

45. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin ½ hissədə mülkiyyətçisi olan İddiaçı1 faktiki istifadəsində olan sahələr evin “Texniki Pasport” sənədində 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağıdır (cəmi 36 m2); halbuki, onun mülkiyyət payına düşən sahə 63,85 m2 olmalıdır.

46. Başqa sözlə, İddiaçı1 evin 63,85 m2 hissəsinin mülkiyyətçisi olduğu halda, hazırda əmlakın cəmi 36 m2 hissəsindən istifadə edir; bu isə o deməkdir ki, onun mülkiyyətindəki sahənin qalan hissələri digər mülkiyyətçilərin (şəxslərin) istifadəsindədir.

47. Məhkəmə kollegiyası birinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, ekspert, iddiaçının payının digər mülkiyyətçilərin paylarından naturada ayrılmasının mümkünlüyünü müəyyən etmişdir və məhkəmənin müəyyənləşdirdiyi bölgü qaydası nəticəsində iddiaçı məhz 63,8 m2 sahəyə sahiblik edə biləcəkdir.

48. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1, 1160, 1243.1-1243.3, 1246-cı, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55, 57, 59-ci, habelə Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keç irməyə borcludurlar.

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

55. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

56. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkü n olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

57. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

58. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

59. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiy yətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

60. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

61. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələ rə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

62. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

63. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

64. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

65. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, a rvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyni nə çatası miras payını bərabər olaraq miras alırlar.

66. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

67. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu

68. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

69. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında ş əhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

70. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

79. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin də lillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

80. İkinci iş üzrə İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

81. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, birinci iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əvvəl ikinci iş üzrə apellyasiya şikayətinə qiymət verilməlidir. Belə ki, X məxsus olmuş ünvan 3 ünvanda yerləşən 33 saylı fərdi yaşayış evində sonuncunun digər vərəsəsi (qızı) X da yaşadığı (mirası faktiki qəbul etdiyi) müəyyən olu nsa da, nəzərə alınmalıdır ki, onun vərəsəsi (oğlu) olan X15 miras payını qəbul etmədiyi barədə ərizə verdiyindən, X düşən payın X29 və X keçdiyi qəbul olunmalıdır. Çünki, Xn müvafiq ərizəsi əslində, onun öz anasından ala biləcəyi miras payını qəbul etmədiyi mənasına gəlir; bu isə o deməkdir ki, X düşən pay (1/3 hissə) X və X arasında onların paylarına mütənasib surətdə bölüşdürülmüş sayılır.

82. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, X müvafiq ərizəsi mirasdan imtina kimi qiymətləndirilə bilməz, çünkü əgər o, 2000-ci ildə vəfat etmiş anasından qalan mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlamışdırsa, bu halda mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilərdi. Buna görə də onun ərizəsi mirasdan imtina deyil, anasından qalmış mirası ümumiyyətlə qəbul etmədiyi barədə iradə bəyanı kimi nəzərə alınmalıdır. X müvafiq ərizəsi hətta mirasın qəbulundan imtina kimi qiymətləndirilsə belə, bu halda da, ona anasından qalmış miras payı ikinci iş üzrə iddiaçıların paylarına əlavə edilə bilməzdi – çünkü o, mirasdan kimin xeyrinə imtina etdiyini bildirməmişdir.

83. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin onun vərəsələri qismində bərabər paylarla məhz X və X keçdiyini vurğulayan və xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə”ni bu xüsusatı əsas götürməklə tərtib edən notarius hər hansı səhvə yol verməmişdir. Beləliklə, Bakı şəhəri, Suraxanı r ayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə”nin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil və ikinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

84. Birinci instansiya məhkəməsinin birinci iş üzrə gəldiyi nəticə ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə çıxarılmış qətnamədən verilən apellyasiya şikayətinin, həmçinin ikinci iş üzrə iddia ərizəsinin dəlillərinə görə, ilkin ekspertiza tədqiqatını həyata keçirən ekspert evin birinci mərtəbəsinin faktiki olaraq bütövlükdə, ikinci mərtəbəsinin isə yarısının faktiki olaraq X, Xvə X(a)X istifad əsində olmasını nəzərə almamış, onlara aid sahələrin İddiaçı1 ayrılması barədə əsassız rəy vermiş, məhkəmə də bu rəyi əsas götürüb qanunsuz qərar çıxarmışdır.

85. Həmçinin, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəsi gedən fərdi yaşayış evinin “Texniki Pasportun”da 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağının faktiki olaraq İddiaçı1 istifadəsindədir, evin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə (3 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün olmasa da, İddiaçı1 mülkiyyətində olan ½ hissəsinə uyğun sahənin digər mülkiyyətçilərin istifadəsindəki sahədən nat urada ayrılması texniki cəhətdən mümkündür.

86. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi döngə 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin ½ hissədə mülkiyyətçisi olan İddiaçı1 faktiki istifadəsində olan sahələr evin “Texniki Pasportun”da 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağıdır (cəmi 36 m2); halbuki, onun mülkiyyət payına düşən sahə 63,85 m2 olmalıdır. Başqa sözlə, İddiaçı1 evin 63,85 m2 hissəsinin mülkiyyətçisi olduğu halda, hazırda əmlakın cəmi 36 m2 hissəsindən istifadə edir; bu isə o deməkdir ki, onun mülk iyyətindəki sahənin qalan hissələri digər mülkiyyətçilərin (şəxslərin) istifadəsindədir.

87. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, qeyd olunan ekspert, iddiaçının payının digər mülkiyyətçilərin paylarından naturada ayrılmasının mümkünlüyünü müəyyən etmişdir və məhkəmənin müəyyənləşdirdiyi bölgü qaydası nəticəsində iddiaçı məhz 63,8 m2 sahəyə sahiblik edə biləcəkdir.

88. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi ikinci iş üzrə İddiaçı2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İkinci iş üzrə İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2(103)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar