Məhkəmə qərarları › İş №2(102)-929/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-929/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-929/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X13, X11 və X20 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), X7 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-988/2024 nömrəli 20 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 nömrəli “Kredit müqaviləsi”nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüşdür; 3. “Kredit müqaviləsi”nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/b nömrəli, 115.CL.270614.00001/c nömrəli, 115.CL.270614.00001/d nömrəli və 115.CL.270614.00001/e nömrəli İpoteka müqavilələri bağlanılmışdır;

4. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehl ər Cavabdeh1 Rafıq oğlundan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356 173,35 manat məbləğində borc tutulması və tutmanın X4 məxsus, ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m. tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına, X10 məxsus, ünvan 4ində istifadəsində olan 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına, X2 ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m. tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binasına və X3 Mingəçevir şəhər i, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyriyaşayış binasına yönləndilməsini və ipoteka predmetlərinin açıq hərracda satılmasını və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsini qət etmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan X4 məxsus ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 manat, X2 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv m., tikintialtı sahəsi 300,82 kv m. olan qeyriyaşayış binasının ilkin satış (likvid) qiy məti 136000 manat, X2 ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 manat və X10 məxsus olan ünvan 4i ünvanında 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 məbləğində müəyyən edilmişdir;

5. X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 nömrəli “Protokol” tərtib edilmişdir. Həmin protokola görə Cavabdeh1 tərəfindən 30 gün müddətində 90000 manat pul vəsaiti Fonda ödənildiyi təqdirdə 115.CL.270614.00001/b nömrəli müqaviləyə ə sasən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”a əsasən cari ilin may ayından başlayaraq hər ay 10000 manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X13, X11 və X20 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “yaranmış borcun reqress qaydada alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat həcmində pul vəsaitinin Cavabdeh1 tutularaq İddi açı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 410 manat həcmində dövlət rüsumunun Cavabdeh1 aid edilərək ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh2 cavabdeh qismində hazırkı işə cəlb edilməsini, X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı işə cəlb edilməsi, 140000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 olundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 430 manat həcmində dövlət rüsumunun Cavabdeh1 aid edilərək ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı vəkili və nü mayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, 150000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 520 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, 160000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 640 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)95/2020 saylı qətnaməsi qanuni qüvvəsinə mindiyinə baxmayaraq Cavabdeh1 həmin qətnamənin icra edilməsi ilə əlaqədar heç bir təqdirəlayiq hərəkətlər etməmişdir. İpoteka predmetlərinin açıq hərracda satılması təhlükəsi yarandıqdan sonra Cavabdeh1 əmisi İddiaçı həmin əmlakların satışdan çıxarılması istiqamətində X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə danışıqlara başlamışdır. Bunun nəticəsində X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” tərtib edilmiş və həmin protokola görə Cavabdeh1 tərəfindən 30 gün müddətində 90000 manat pul vəsaiti Fonda ödən ildiyi təqdirdə X4 məxsus ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”-a əsasən cari ilin may ayından başlayaraq hər ay 10000 manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. Bundan sonra nə qüvvəyə minmiş məhkəmə qətnaməsi, nə də 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” ilə üzərinə düşən öhdəliklər Cavabdeh1 tərəfindən icra edilməmişdir. Yaxın qohumlarının mülkiyyətində olan əmlakların bazar dəyərindən də aşağı qiymətlərə satılması təhlükəsi ilə qarşılaşan hazırkı iş üzrə İd diaçı tərəfindən Cavabdeh1 əvəzinə 23 yanvar 2023-cü il tarixində 90000 manat məbləğində pul vəsaitinin X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir. X1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edildi. Sonradan X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə ipoteka ilə yüklülüyü saxlanılmaqla digər əmlaklar – X8 mülkiyyətində olan, ünvan 5i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM), X2 mülkiyyətində olan ünvan 6 ünvanı nda 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyriyaşayış binası (YDM) və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binası hazırki iş üzrə İddiaçı oğlu X5 mülkiyyətinə keçmişdir. Cari ilin may ayından başlayaraq 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-da şərtləndirilmiş qaydada hər birində 10000 manat olmaqla, 30 may 2023-cü il tarixində, 25 iyun 2023-cü il tarixində və 28 iyul 2023-cü il tarixində cəmi 30000 manat həcmində pul vəsaiti Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X20 "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Beləlik lə, bu gün üçün Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinin və X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-unun icrası ilə əlaqədar olaraq cəmi 120000 manat həcmində pul vəsaitinin Cavabdeh1 əvəzinə İddiaçı smayıl oğlu tərəfindən X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir.

11. Cavabdeh2 iş üzrə cavabdeh və X20 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişlər.

12. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə məhkəmə iclasında göstərmişdir ki, kredit müqaviləsi onun adına rəsmiləşsə də, həmin pulu iddiaçı götürərək özünə yanacaq doldurma məntəqəsi almışdır. O heç vaxt yüksək vəzifədə işləməmişdir. Yüksək gəliri olmamış və o qədər pulu bankdan götürərək heç bir şeyə sərf etməmişdir. Kredit müqaviləsi onunla bağlansa da pul iddiaçıya çatmışdır.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının əməlləri ilə bağlı prokurorluğa da müraciət etmişlər. İddiaçı rəsmi olaraq krediti Cavabdeh1 adına rəsmiləşdirmişdir. Lakin pul iddiaçıya çatmışdır.

14. Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 160000 manat borc və ödənilmiş 640 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, göstərilən hüquqi yardıma görə cəmi 60 manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia təmin edilməli, 160000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir, İddiaçı tərəfindən ödənilmiş 640 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması qət edildiyindən, yəni onlar bərabər məsuliyyət daşıdığından hazırki iddia üzrə pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərba ycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 311, 315, 385.1, 431, 453 və 475-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 124 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda iddia tələbinə qanuni don geyindirərək Cavabdeh1 imzaladığı müqaviləni əsas sübut mənbəyi kimi təqdim edir. Əslində, Cavabdeh1 imzaladığı müqavilə İddiaçı cinayətkar əməllərinin hüquqi nəticəsi kimi qiymətləndirilməlidir. Onlar İddiaçı cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikasında Hüquq Mühafizə Orqanlarına şikayətlər etmişlər. Hazırda İddiaçı barəsində Yevlax Rayon Prokurorluğunda araşdırma gedir. Cavabdeh2 adı Mərkəzləşdirilmiş Kredit Reyestrində artıq bir neçə ildir ki, zamin olaraq siyahıdan çıxarılmışdır. O cümlədən, adı zamin kimi siyahıdan çıxarıldığı üçün özü son dövrlər dəfələrlə kredit pul vəsaiti götürə bilmişdir. Hazırda isə Yevlax Rayon Məhkəməsinin e2(039)-99/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 müştərək cavabdehlik daşıyır. Bütün hallarda, zaminliyinə müddətin ötməsi ilə bağlı xitam verilməli idi. İş materiallarından göründüyü kimi zaminlik müqaviləsi 27 iyun 2014-cü il tarixdə bağlanmışdır. İddiaçı yüksək vəzifə tutan vergi məmuru ol muşdur. Vergi məmuru olmasına baxmayaraq yüksək maddi imkanlara malik olduğuna görə, ondan yuxarı instansiyalara çoxsaylı şikayətlər olmuşdur. İddiaçı artıq vəziyyətinin (barəsində aparılacaq araşdırma nəzərdə tutulur) pis olması səbəbilə, öz xahişi ilə işdən azad edilmişdir. Əsgərov X14 Əsgərovun bu gəlhagəlinin (var – dövlətinin) qurbanı olmuşdur. Onun adına külli miqdarda kredit pul vəsaiti götürərək özünü arxa plana çəkmişdir. Cavabdeh1 tərəfindən ödənilmiş məbləğlər də məhz onun özünün vəsaiti hesabına edilmişdir. Onun adına bağlanmış kredit müqaviləsi İddiaçı onunla aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsindən yaranan müqavilədir ki, müqavilə nəticəsində götürülmüş bütün məbləğlər İddiaçı verilmişdir və həmin məbləğlə İddiaçı özünə daşınmaz əml ak almışdır. İddiaçı əldə etdiyi daşınmaz əmlakın tarixi dedikləriylə təsdiqlənir. Məhkəmə Cavabdeh1 adına götürülmüş kredit pul məbləğindən əslində kimin faydalandığını, yəni həmin məbləğin de-fakto kim tərəfindən götürülməsi ilə bağlı təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. 2005-ci ildən 2007-ci ilədək 11 Saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin rəisi 2007-ci ildən 2018-ci ilin oktyabr ayınadək 11 Saylı Ərazi Vergilər Departamentinin Direktorun 1-ci müavini işləmiş İddiaçı (Cavabdeh2 qardaşı, Cavabdeh1 isə əmisidir) dələduz cinayət əməlləri, eyni zamanda korrupsaner cinayət əməlləri ilə bağlı ciddi məqamları Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir. Belə ki, İddiaçı dələduz cinayət əməlləri üzrə əsas zərərçəkmiş xx.xx.1987- ci il təvəllüdlü Cavabdeh1dur. İddiaçı qeydiyyat ünvanı Yevlax rayonu Tanrıqulular kəndi, yaşayış ünvanı isə Mingəçevir şəhəridir. İddiaçı 11 saylı Vergilər Departamentində yüksək vəzifə tutarkən çoxlu sayda korrupsaner cinayət əməlləri ilə məşğul olaraq dəyəri milyonlarla manat olan daşınmaz əmlaklara sahib olmuşdur. Onun korrupsaner cinayətlərini araşdırmaq onların imkanları və səlahiyyətləri daxilində olmasa belə, korrupsaner cinayət əməllərinin ifşa olunmasında təkzibedilməz faktlar təqdim edə bilər. Eyni zamanda, İddiaçı korrupsaner cinayət əməllərindən doğan digər cinayət əməlləri törətməsi də danılmazdır. Hansı ki, İddiaçı törəmə cinayət əməli dedikdə, onun Cavabdeh1 qarşı törətdiyi dələduzluq cinayət əməlidir. Belə ki, İddiaçı,özünün de-fakto mülkiyyətində olan, deyure isə yaxınlarının – anasının, qardaşının və sair etibarlı adamlarının adına olan hər birinin dəyəri bir neçə milyonluq olan mülklərini gözdən pərdə asmaq üçün ipoteka müqaviləsi ilə yüklü edərək, yəni girov qoyaraq 200 000-400 000 (iki yüz min – dörd yüz min) manat arası kredit pul məbləğləri götürür və yeni bir neçə milyon manat dəyəri olan əmlak alır və ya yeni işlər qurur. Götürdüyü kredit pul məbləği yeni yaratdığı səltənətin 3-5 % faizinin dəyərini təşkil etsə də, gözdən pərdə asmaq və hər hansı bir problem yaranacağı təqdirdə özünü müdafiə etmək üçün (sığortalamaq üçün) kredit pul götürərək həmin işləri qurduğunu bildirir. Lakin, gözlə görünəndir ki, hər dəfə kredit götürülmüş 200 000-400 000 manat pul vəsaiti İddiaçı yaratdığı daşınmaz əmlakların 10% nin belə qiyməti deyildir. Bütün bunlardan sonra isə, İddiaçı dələduz cin ayət əməllərinə başlayır. İddiaçı öz korrupsaner cinayətlərini pərdələmək üçün, yəni milyonlarla dəyəri olan əmlakın hansı vəsaitlə əldə edildiyini pərdələmək üçün, Cavabdeh1 adına 364 000( üç yüz altmış dörd min ) manat pul vəsaiti götürmüş və həmin ərəfədə özünə Yevlax rayonu Aran qəsəbəsi ərazisində ( təxminən 1 ilə yaxındır ki, həmin əmlakı satmışdır) yanacaq doldurma məntəqəsi tikdirmişdir. 364 000 manat pul vəsaiti kredit götürülərkən borcun təminatı kimi anasının və qardaşının ( hər ikisinin – Rafiq və İddiaçıların anası və qardaşıdır) adına olan qeyri- yaşayış sahələrini girov qoymuşdur (hazırda həmin əmlaklar oğlu X9 bağışlanmışdır). Bir müddət kredit öhdəlikləri İddiaçı vəsaiti ilə Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmin vəsaitlərin İddiaçı pulu hesabına ödənildiyinə dair sübu tları vardır. Məsələn, eyni gündə İddiaçı həyat yoldaşı Bankın depozit hesabında olan 100 000 ( bir yüz min ) manat pulu çıxararaq Vüsala (Cavabdeh1 nəzərdə tutulur) vermiş, sonuncu isə öz növbəsində həmin məbləği ödəmişdir. Daha sonra isə, İddiaçı kredit öhdəliklərini şəxsən öz adından ödəyərək (Bankla arasında olan razılaşmaya görə) Cavabdeh1 külli miqdarda pul tələb edir. Bu da İddiaçı dələduz əməllərinin göstəricidir. Çünki, oğlunun etibarını qazanaraq, müqavilə bağlanarkən özünün faktiki mülkiyyətində olan, hazırda isə oğlu Abbasın mülkiyyətində olan əmlakları girov qoyur, 364 000 manat kredit pul məbləği götürüb üzərinə yenə də öz pulunu qoymaqla yanacaq doldurma məntəqəsi tikir, kredit öhdəliklərinin bir hissəsini icra edir (faktiki olaraq, pul vəsaiti verməklə) və daha sonra isə, guya ki, 364 000 manat pulu, Cavabdeh1 öz şəxsi ehtiyaclarına xərcləmişdir iddiası ilə sonuncudan külli miqdarda pul tələb edir. Dələduzluq cinayətinin obyektini mülkiyyət münasibətləri təşkil edir. Göründüyü kimi, İddiaçı Cavabdeh1 münasibətdə törətdiyi əməlləri – etibardan sui- istifadə edərək onun adına kredit pul vəsaiti götürməsi, bir müddət kredit öhdələliklərini öz vəsaiti ilə Vüsal tərəfindən ödətdirməsi, daha sonra isə əsas məbləği özü ödəyərək Vüsaldan külli miqdarda pul vəsaiti tələb etməsi, İddiaçı dələduz cinayətkar olduğunu təstiq edir. Cavabdeh1 kimi qurbanlar - yaxın qohumlar arasında yenə də vardır. Hələ ki, həmin şəxslərə münasibətdə ilkin ödəmə mərhələsi olduğu üçün İddiaçı özü ödəmələri edir. 11 saylı Ərazi Vergilər Departamentində yüksək vəzifə tutmuş İddiaçı korrupsa ner cinayət əməlləri nəticəsində əldə etdiyi əmlakların siyahısı vardır. İddiaçı korrupsaner əməlləri nəticəsində əldə etdiyi əmlakların tam siyahısını göstərməmişlər, həmin siyahı sonsuzluğa kimi gedib çıxa bilər.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Zamin Tahirov, Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin olunmamuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətində Cavabdeh2 zaminliyinə müddətə görə xitam verilməli olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlərdən borcun tutulması ilə bağlı iddia tələbinə baxılmaqla Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)95/2020 saylı qətnaməsi qəbul edilmişdir və hal-hazırda qüvvədədir. Cavabdeh2 zaminliyi ilə bağlı məsələ həmin iş üzrə mübahisələndirilə bilərdi. Həmin məsələ hazırki iddia tələbinin müzakirə predmeti deyildir. Qeyd olunan qətnamə ilə borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edildiyindən hazırki halda reqres qaydada pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

23. Məhkəmə kollegiyası cavabdehlərin a pellyasiya şikayətində iddiaçının dələduzluq əməlləri törətməsi ilə bağlı qətnamənin 15-ci bəndində göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehlər borcun əslində iddiaçının borcu olması və onun pulları ilə ödənilməsi barədə sübutları olduğunu iddia etsələr də, iş materiallarında bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Cavabdehlər həmçinin iddiaçının dələduzluq törətməsi ilə bağlı hüquq mühafizə orqanları şikayət etdiklərini və bu barədə araşdırma aparıldığını iddia etsələr də, bunu təsdiq edəcək heç bir sübutu da məhkəməyə təqdim etməmişlər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, apellyasiya şikayətində qeyd etdikləri mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Cavabdehlər apellyasiya şikayətində iddiaçının əmlaklarının siyahısı olduğunu iddia etdikləri siyahı göstərmişlər ki, həmin siyahının hansı rəsmi sənədə əsaslandığı, həmçinin hazırki işə hansı əlaqəsinin olduğu aydın deyildir. Belə ki, iddiaçının adına olan və ya olmayan hansısa əmlaklar hazırki iş üzrə mübahisə predmeti olan borcun cavabdehlərə deyil, iddiaçıya aid olduğunun sübutu kimi qəbul edilə bilməz.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləni n 311, 315.1, 385.1, 431.1, 453, 475-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü və MPMin 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin ediln müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın birməsi ilə, - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğu n deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyətləri ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib – edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Cavabdeh2 adı Mərkəzləşdirilmiş Kredit Reyestrində artıq bir neçə ildir ki, zamin olaraq siyahıdan çıxarılmışdır. O cümlədən, adı zamin kimi siyahıdan çıxarıldığı üçün özü (Cavabdeh2) son dövrlər dəfələrlə kredit pul vəsaiti götürə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericliyinin tələblərinə istinad etməklə ədalətli, qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səhti və birtərəfli qəbul edilmişdir. İşə baxan məhkəmə işin hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün di gər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

31. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı cavabdehlərin borc öhdəliyini onların əvəzinə qismən icra etdiyi üçün tələbdə göstərilən pul vəsaitini cavabdehlərdən tələb etməkdə haqlıdır.

41. Belə ki, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər (§ 31).

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-988/2024 nömrəli 20 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar