Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-930/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Cəfərli Vüsalə Zərif qızı, cavabdehin vəkili Hacıyev Emin Nazim oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-615/2019 sayl ı, 08 may 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)9891/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-615/2019 saylı, 08 may 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı “əmlaka olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birinci mərtəbədə yerləşən texniki pasport üzrə 6 nömrəli tikili ilə 1, 2 və 4 nömrəli tikililər arasındakı, eləcə də ikinci mərtəbədə yerləşən texniki pasport üzrə 1 nömrəli t ikili ilə 5 nömrəli tikili arasında, 4 nömrəli tikili ilə 12 nömrəli tikili arasında arakəsmə üzərindəki mövcud keçid qapıları və pəncərələr bağlanaraq, ikinci mərtəbədə yerləşən bağlı eyvan yuxarıda göstərilən arakəsmə boyunca iki hissəyə bölünərək, birinci mərtəbədəki 6 nömrəli tikilinin daxilində ikinci mərtəbədəki 5 nömrəli tikiliyə çıxış üçün bir marşlı pilləkənin quraşdırılaraq, evin bölünməsinə uyğun olaraq sərhəd hasarı vasitəsilə həyətyanı sahə iki hissəyə bölünərək, bölünmüş hissələrdən birində hamam-ayaqyolu təyinatlı köməkçi tikili inşa olunaraq ünvan 1 evin iddiaçı və cavabdehin paylarına uyğun şəkildə bölünməsi və bölünmüş evin 2-ci hissəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassa siya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Hacıyev Emin Nazim oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Cəfərli Vüsalə Zərif qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymət ləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 14 may 2010-cu il tarixli çıxarışa əsasən ünvan 1 evin 1/2 hissəsi x2nın, 1/2 hissəsi x1nun adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2019-cu il tarixli, 398 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan evin birinci mərtəbəsində yerləşən texniki pasport üzrə 6 nömrəli tikili ilə 1, 2 və 4 nömrəli tikililər arasındakı, eləcə də ikinci mərtəbədə yerləşən texniki pasport üzrə 1 nömrəli tikili ilə 5 nömrəli t ikili arasında, 4 nömrəli tikili ilə 12 nömrəli tikili arasında arakəsmə üzərindəki mövcud keçid qapılar və pəncərələr bağlanmalı, ikinci mərtəbədə yerləşən bağlı eyvan yuxarıda göstərilən arakəsmə boyunca iki hissəyə bölünməli, birinci mərtəbədəki 8 nömrəli tikilinin daxilində ikinci mərtəbədəki 5 nömrəli tikiliyə çıxış üçün bir marşlı pilləkən quraşdırılmalıdır. Eyni zamanda, evin bölünməsinə uyğun olaraq sərhəd hasarı vasitəsilə həyətyanı sahə iki hissəyə bölünməli, bölünmüş hissələrdən birində hamam-ayaqyolu təyinatlı köməkçi tikili inşa olunmalıdır. Beləliklə, aparılmış tədqiqatla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının və cavabdehin paylarına yaxın şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2,7, 2,9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bölgünün aparılması üçün, tədqiq olunan mülkün tikililəri üzrə hansı dəyişikliklərin aparılması, bölgü nəticəsində, tərəflərə düşən mənzillərin hansı sahədən və tikilidən ibarət olması rəyə əlavə olunmuş plansxemdə ətraflı göstərilsmişdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının və cavabdehin paylarına yaxın şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2,08.01.89un 2,1, 2.2, 2,4, 2,7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bölgünün aparılması üçün, tədqiq olunan mülkün tikililəri üzrə hansı dəyişikliklərin aparılması, bölgü nəticəsində, tərəflərə düşən mənzillərin hansı sahədən və tikilidən ibarət olması rəyə əlavə olunmuş plansxemdə ətraflı göstərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.4-cü maddələrini tətbiq etməklə və iş üzrə 04 mart 2019-cu il tarixli 398 nömrəli ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-930/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-930/2020
04.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver