Məhkəmə qərarları › İş №2(102)-930/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-930/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-930/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyində qoyulmuş suallara tam cavab verilməməsi, müalicə müəssisəsinin xəstənin bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncunu məlumatlandırmaq öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Maqsud qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə və digər klinikalara edilmiş ödənişlərin, 13.800 manat pulun, cavabdeh tərəfindən ona vurulmuş gələcəkdə çəkiləcək xərclə bağlı maddi zərər görə 300.000 manat məbləğində pulun, mənəvi zərərə görə 20.000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı hamiləliyi dövründə Cavabdehnın ginekologiya şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında iddiaçının hamiləliyi doğuş baş verən tarixə qədər qeyd edilən şöbədə izlənilmişdir. Bununla əlaqədar iddiaçıda dölün normal inkişaf edib-etməməsinin müəyyən edilməsi üçün onun üzərinə müxtəlif vaxtlarda instrumental (ultrasəs) o cümlədən müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir.

3. Həmçinin o da mübahisə edilmir ki, uşaq doğulandan sonra məlum olmuşdur ki, uşaq fiziki qüsurludur və sol əli yoxdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “İddiaçı adına tə rtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yenidoğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı m eydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması hal-hazırda mümkünsüz hesab edilir”.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli rəyində əvvəlki rəydə göstərilənlər təkrarlanaraq “...İddiaçı hamiləliyi ilə əlaqədar ona Cavabdeh aparılmış müayinə və müalicələr uşaqda fiziki qüsurların əmələ gəlməsinə səbəb olmamışdır” nəticəsi vurğulanmışdır.

6. İddiaçı bildirir ki, hamilə olduğundan və uşağın gələcəkdə sağlam doğulması ilə bağlı Cavabdeh həkim işləyən Mahirə İsmayılovanın sonsuzlara və hamilə qadınlara yardım etməsini eşidərək Klinikaya müraciət etmişdir. xx.xx.2017-ci il tarixdən başlayaraq müayinələrdən keçmək üçün ümumilikdə 3.800 manat məbləğində ödənişlər etmişlər. O, həkimin göstərişi ilə Cavabdeh müayinələrdən keçirilmiş və hər müayinələrdən keçərkən ödənişlər hörmət etmişdir. Həmçinin həkim M.İsmayılovanın göstərişi əsasında Referans klinikasına, Modern hospitalına, Düzen klinikasına laborator müayinələrdən və digər müayinələrdən keçmək üçün göndərilmişdir və həmin klinikalarda da müayinələrdən keçmək və analizlər verilməsi ilə bağlı xeyli vəsait sərf etmişdir. Həkimin özü tərəfindən müayinə edilərkən və digər klinikalardan müayinlərin nəticələrinə baxan həkim hər şeyin qaydasında olduğunu, uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsur aşkar edilmədiyini bildirirdi. Həmçinin dəfələrlə rentgen və USM müayinlərindən keçirilmişdir və həkim tərəfindən uşaqda hər hansı bir qüsur olması barədə ona heç bir şey deyilməmişdir. Uşaq doğulan müddətədək Cavabdeh və digər özəl klinikalarda müayinələrlə bağlı 10.000 manata yaxın vəsait sərf edilmişdir. Uşaq xx xxxxxx 2018-ci il tarixdə keyser üsulu ilə doğulmuşdur. Uşaq doğulandan sonra məlum olmuşdur ki, uşaq fiziki qüsurludur və sol əli yoxdur. Halbuki doğuşa qədər həkim tərəfindən məqsədli şəkildə bir ana kimi ona bu barədə məlumat verilməmişdir. Bunun nəticəsində o, çox güclü psixoloji stress vəziyyətinə düşmüş və əsəb gərginliyi keçirmişdir. Halbuki vaxtında məlumat verilsəydi hər hansı bir tədbir görülə bilərdi, müalicələr almaq olardı və ya uşaq götürdüzə bilərdi və bu gün bu problemlərlə qarşılaşmalı olmazdılar. Bunun nəticəsində ona aydın olmuşdur ki, həkim tərəfindən aldadılmış, əlavə gəlir və qazanc əldə etmək m əqsədi ilə uşağın qüsurlu olması ona vaxtında bildirilməmişdir, yalnız dolayı yolla gəlir əldə etmək naminə müxtəlif kilinikalara göndərilmişdir. Bu səbəbdən hesab edir ki, həkim həmin kilnikalarla əlbir işləmişdir, Mərkəzi Klinkada müayinələr aparılması üçün hər bir şərait olduğu halda onu özəl kilinikalara göndərmişdir. Həmçinin onlar uşağın müalicə edilməsi, yəni əlinin bərpa edilməsinin yalnız xarici klinikalarda mümkün olduğu və bunun üçün 300.000 manata yaxın vəsait lazım olduğu barədə məlumat almışlar. Uşağın əlinin bərpa edilməməsi onun gələcəkdə əlil kimi böyüməsinə, daima insanlar və yaşıdları arasında sıxıntılı vəziyyətdə yaşamasına və onun psixoloji durumuna təsir göstərəcəkdir. Uşağın sağlamlığı və gələcəkdə normal inkişafı naminə onun xaricdə müalicə edilməsi, yəni əlinin bər pa edilməsi zəruridir. Bu cür əməliyyatların Azərbaycanda aparılması mümkün deyildir. Lakin onların bu vəsaiti düzəltmək imkanları yoxdur, həmçinin həkimin səhlənkarlığı ucbatından bu vəziyyətə düşmüşlər, problemlə üzləşmişlər və vaxtında bu barədə məlumatları olsaydı onun qarşısını alardılar. Bu cür hadisə ilə qarşılaşmaları ailələrində və yaxın qohumlarında da ciddi narahatlıq yaratmışdır və uşaq doğulduğu andan gərgin psixoloji vəziyyətdə yaşayırlar.

7. Cavabdeh MMC-nin nümayəndəsi X3 bildirir ki, 1989-cu il təvəllüdlü xəstə İddiaçı Maqsud qızı ilk dəfə xx.xx.2017-ci il tarixində hamiləliklə əlaqədar "Cavabdeh" MMC-də həkim Mama-ginekoloqun baxışında olmuşdur. Xəstə hamiləlik boyunca xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində kontrol müayinələrdən keçmişdir. İddiaçı Maqsud qızı xx.xx.2017-ci il tarixində ginekoloqun müayinəsində olarkən, ona həkim tərəfindən həm Fetal Exokardioqrafiya, həm də ayrıntılı Obstetrik USM müayinələrindən keçmək tövsiyə olunmuşdur. Xəstə isə həmin dövrdə Fetal Exokardioqrafiyadan keçsə də, ayrıntılı Obstetrtik müayinədən keçməmişdir. Hamiləliyin bu dövrlərində ayrıntılı ultrasonoqrafiya müayinəsindən keçəcəyi təqdirdə, xəstədə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı. Lakin xəstə hamiləliyin 32-33-cü həftələrində Obstetrik Dopler müayinəsindən keçmişdir, bu isə dölün anatomiyası barədə deyil, onun qan təchizatı barədə informasiya almaq üçün müayinədir. Sonradan xəstədə həyata keçirilən müayinələr nəticəsində isə döldə yuxarı ətraf qüsuru aşkar olunmamışdır. Qeyd etmək lazımdır ki, bəzən bu kimi hallara hamiləlik döv ründə rast gəlmək mümkündür. Məlum olduğu kimi, ginekoloq tərəfindən aparılan ultrasəs müayinəsinə dölün ürək döyüntüsünün varlığı, hamiləliyin həftəsinə uyğun inkişafın qiymətləndirilməsi, təqribi çəkisi, dölyanı mayenin miqdarı, uşaqlıq boyunun uzunluğunun ölçülməsi kimi parametrlər aid edilir. Bu baxımdan belə qüsurun ginekoloq tərəfindən aparılmış ultrasəs müayinəsi zamanı aşkar edilməməsi təbii bir haldır. Radioloq tərəfindən aparılmış detallı ultrasəs müayinəsi zamanı qüsurun aşkar olunmaması halı ilə əlaqədar bildirmək istəyir ki, dünya səhiyyəsində ultrasəs müayinəsinin informativliyi 70% həddində olduğu qəbul edilmişdir. Eyni zamanda uşaqlıqda dölün vəziyyəti haqqında məlumatın əldə edilməməsinə həmçinin müəyyən obyektiv amillər (dölün yerləşməsi, uşaqlıqdaxili mayenin azlığı) d a təsir göstərir. Bundan əlavə, yuxarı və distal hissənin inkişaf qüsurları ultrasəs müayinə zamanı aşkar edilməsi texniki baxımdan çətindir. Çünki bəzi hallarda ultrasəs müayinə zamanı dölün bətndaxili vəziyyəti, ciftin lokalizasiyası, uşaqlığın tonusu kimi amillər belə qüsurların aşkar edilməsinə mane olur. Bundan başqa həmin dövr üçün uşaqda olan mövcud qüsur görülsəydi belə, həmin qüsurun cərrahiyə və müalicəvi yollarla aradan qaldırılması qeyri-mümkün idi. Həmçinin bu kimi qüsurların mövcudluğu hamiləliyin son verilməsi üçün də əsas qismində çıxış etmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 30-cu maddəsinə əsasən “Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftə liyinədək aparıla bilər." Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər." Qeyd etmək lazımdır ki, tibbi aləmində qəbul olunmuş protokollara əsasən dölün major patologiyalarının ayrıntılı ultrasonoqrafiyasi 18-23 həftəsində aparılır. Bu halda, həmin müayinə aparıldığı müddətdə sözügedən 12 həftəlik müddət keçdiyindən, qadının arzusu ilə hamiləliyin süni surətdə pozulması qeyri-mümkün olardı. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Hamiləliyin pozulmasına dair sosial göstərişlərin Siyahısı”na əsasən hamiləlik aşağıdakı sosial göstərişlər əsasında süni surətdə pozula bilər:

1. Ərin 1-2 qrup əlil olması.

2. Hamiləlik dövründə ərin ölməsi.

3. Valide ynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərardadının olması halları

4. Müəyyənləşdirilmiş qaydalar əsasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi

5. Qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması.

6. Nikahdankənar hamiləlik.

7. Hamiləlik dövründə nikahın pozulması.

8. Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi. 9.Çoxuşaqlılıq (5 və daha artıq uşaq)

10. Ailədə sağlamlıq imkanları məhdud uşağın olması. 11.Qadının qaçqın və ya məcburi köçkün statusunun olması.

12. Mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşama. Göründüyü kimi, xəstə İddiaçı Maqsud qızının sosial statusunda bu qərarda göstərilən sosial göstərişlərin heç biri əks olunmadığından hamiləliyin sosial göstərişlər əsasında pozulmasından söhbət g edə bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqinda təlimat”a əsasən hamiləliyin süni surətdə pozulmasına dair tibbi göstərişlər ana və döl ilə bağlı ola bilər. "Hamiləlik və infeksiyalar üzrə klinik protokola” əsasən abortun edilməsi üçün ana tərəfindən tibbi göstərişlərə aşağıdakılar aiddir: 1) ürəyin revmatik xəstəliyi və anadangəlmə ağır ürək qüsurları və ürək çatışmazlığı 2) Leykemiya 3) onkoloji bədxassəli xəstəliklər (xüsusilə kiçik çanaq nahiyəsində kimyəvi terapiya kursuna ehtiyac olanda) 4)vərəmin aktiv forması 5) sifilis 6) İİV 7) ağır psixi xəstəliklər, şizofreniya 8) sinir sistemi xəstəlikləri (epilepsiya, kata epsiya və narkolepsiya) 9) hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək 10) endokrin sisteminin ağır xəstəlikləri (diabet, prolaktinoma, hiperparatrieoz və bir sıra xəstəliklər) 11) həyati vacib orqanların ağır xəstəlikləri (qaraciyər, böyrək) 12) həyati vacib orqanların cərrahi yolla götürülməsindən sonrakı vəziyyətlər (ağciyər və ya onun payları, oöyrək və s.) 13) gözlərin ağır xəstəlikləri 14) orqanizmin fizioloji yetişməzliyi (16 yaş və daha erkən) və reproduktiv sistemin funksiyalarının enməsi zaman (45 yaş və daha çox). Həmin təlimata əsasən abortun edilməsi üçün döl tərəfindən tibbi göstərişlərə isə bu hallar aiddir: 1) inkişafdan qalmış hamiləlik 2) ağır bətndaxili inkişaf qüsurları 3) xromosom anomaliyaları. Xəstə İddiaçı Maqsud qızında xromosom anomaliy aları aşkar edilməmişdir. Təsbit edilə bilən aşağı ətraf qüsuru ağır bətndaxili inkişaf qüsurlarına aid deyildir. X1 qiymətləndirilməsinə əsasən ağır bətndaxili inkişaf qüsurlarına beynin olmaması, ağır ürək qüsurları və Daun sindromu aiddir. Beləliklə, yuxarıda qeyd olunan tibbi göstərişlərdən və sosial göstərişlərdən heç biri xəstə İddiaçı Maqsud qızında aşkar olunmadığından onun hamiləliyinə süni surətdə son verilməsi iddiası tamamilə əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, eks prert rəyi ilə iddiaçı üzərində aparılmış müayinələrin hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə dölün ana bətnində inkişafı zamanı meydana çıxmış yuxarıda qeyd edilən ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılmasının hal-hazırda mümkünsüz olması müəyyən edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

11. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 216-220, 360cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

15. Apelyasiya in stansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh MMC-nin həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və dünyaya gətirdiyi uşağın fiziki qüsurla doğulmasının onun təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

26. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)

27. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun

28. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. (maddə 25.1)

29. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. (Maddə 25.3) Mülki Prosessual Məcəllə

30. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. (102.1)

32. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)

33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. (maddə 88)

34. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

35. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

37. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır

39. İşin hallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, ginekoloji təcrübəyə əsasən hamiləlik dövründə ana bətnində dölün izlənilməsi klinik, labarator və instrumental müayinə tətqiqat metodlarına əsaslanır və bu müayinələrlə döldə olan qüsurların aşk ar edilməməsi mümkündür.

40. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.

41. Belə ki, qeyd edilən rəyi sübut kimi qiymətləndirən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi əsaslı, şübhədənkənar və mötəbər sübut kimi qiymətləndirərkən həmin rəyin ekspertin mülahizə xarakterli ehtimallarına əsaslandığını nəzərə almamışdır.

44. Belə ki, rəyin məzmunundan göründüyü kimi, ekspert tərtib etdiyi rəydə iddiaçının üzərində aparılan müayinələrlə döldə olan qüsurların aşkar edilməməsinin mümkünlüyünü göstərməklə faktiki olaraq qeyd edilən müayinələrlə döldə olan qüsurların aşkar edilməsinin mümkün olmasını da istisna etmir.

45. Bununla yanaşı iş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallarda aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurların aşkara çıxarılmasının mümkünlüyü barədə sual qoysa da ekspert bununla bağlı qoyulmuş suala cava b verməmişdir.

46. İş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu hala münasibət bildirməmiş və qeyd edilən halın araşdırılması üçün iş üzrə əlavə ekspertiza təyin etməmişdir.

47. Halbuki, iddiaçı digər əsaslarla yanaşı pozulmuş hüququnu onunla mübahisələndirir ki, müraciət etdiyi həkim M.İsmayılova ona tam ixtisaslı tibbi yardım göstərməmiş, ona uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsuru olmadığını bildirmişdir. Nəticədə uşaq qüsurlu doğulduqdan sonra çox güclü stress vəziyyətinə düşmüş, əsəb gərginliyi keçirmişdir.

48. Bu halın araşdırılması həmçinin ona görə əhəmiyyət kəsb edir ki, cavabdeh iddia ərizəsinə verdiyi etirazda göstərmişdir ki, iddiaçıya onlar tərəfindən həm Fetal Exokardioqrafiya, həm də ayrıntılı Obste trik USM müayinədən keçmək tövsiyyə olunmuşdur. Xəstə həmin dövrdə Fetal Exokardioqrafiyadan keçsə də, ayrıntılı Obstetrik USM müayinədən keçməmişdir. Halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı.

49. Bununla yanaşı qanunvericiliyə əsasən xəstənin müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə məlumat almaq hüququ vardır. Bu hüquq isə hazırkı işdə müalicə müəssisəsi üçün İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncuya dolğun və düzgün məlumat vermək öhdəliyi yaradır. (27-28)

50. Qeyd edilənlərə baxmayaraq işə baxan məhkəmələr tərəfindən iddiaçıya ayrıntılı Obstetrik USM müayinəsindən keçməsinin təklif edilib-edilmədiyi, edildiyi təqdirdə sonuncunun isə bundan imt ina etdiyi, o cümlədən İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncunun müalicəsi tərəfindən məlumatlandırılıbməlumatlandırılmaması barədə hər hansı bir araşdırma aparılmamışdır.

51. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

52. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddi açı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar