Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü (birgə nikah dövründə əldə edilmiş əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölünməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5748/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə X4 nikahı xx.xx.2007-ci ildə Rusiya Federasiyasının Sankt Peterburq Hökumətinin VVAQ işləri üzrə Komitəsinin Kranoqvardeyski rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1496 nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X5 və xx.xx.2001-ci il təvəllüdlü X6 anadan olmuşdur. 2. 07.08.2012-ci il tarixdə X7 ilə "xxxx" MTK arasında "xxxx" bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2524 nömrəli məhəllədə inşa etdiyi 4 saylı binanın 41 nömrəli mənzilini 53700 manat ödəməsi müqabilində Rəfiqə Şərifovaya verməyi, Rəfiqə Şərifova isə mənzilin dəyərinin 30%-ni müqavilə bağlandıqdan sonra 5 gün ərzində, qalan hissəsini bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2014-cü il tarixdə mənzilin dəyəri 53700 manat tam olaraq ödənilmişdir.
3. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarına xitam verilmiş, uşaqlar atalarının (iddiaçının) himayəsində saxlanılmış, nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydiyyat orqanında qeydə alınmışdır.
4. Mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 (Şərifovanın) adına mülkiyyət hüququ üzrə qeydə alınmış, xx.xx.2019-cu il tarixdə o, Bakı şəhəri 50 saylı notariat kontorunda Cavabdeh4 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən mənzili 53000 manata sonuncuya sa tmış, Cavabdeh4 eyni notariat kontorunda rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzili 100000 manata Cavabdeh2 satmış, mənzilə dair Cavabdeh2 adına dövlət reyestrindən müvafiq çıxarış verilmişdir.
5. Rəfiqə Şərifova xx.xx.2019-cu il tarixdə X3 ilə nikaha daxil olmuş və mübahisəsi gedən mənzilin alqı-satqısı ilə bağlı Cavabdeh4la xx.xx.2019-cu il tarixli müqavilə bağlanarkən Samir Allahverdiyev buna etirazının olmadığına dair notariat kontoruna ərizə vermişdir.
6. İbrahimov X1 (Şərifova) Rəfiqə Məmməd qızına, X2, Cavabdeh4, Cavabdeh2 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və mənzil üzərində payların müəyyənləşdirilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019 tarixli 4Ə-1086 reyestr nömrəli və Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payın ın tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7, 5 saylı mənzilə) ½ hissədə İddiaçı, ½ hissədə isə Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızının payının tanınması” hissəsində ləğv olunması, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 75000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarında müəyyən edilmişdir ki, Bəxtiyar məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı təl əb irəli sürmək hüququ vardır və əgər restitusiya tətbiq edilərsə, o, məhz restitusiya məbləğinə münasibətdə bu hüququndan istifadə imkanına sahib olacaqdır. Halbuki bu tələb, mənzilin alqı-satqı dəyəri olan 53000 manatın müvafiq hissəsindən daha artıq, yəni mənzilin həmin dövrdəki real bazar dəyərinə (əgər mənzil real dəyərindən aşağı qiymətə satılmışdırsa) də mütənasib ola bilər. Birgə nikah dövründə əldə etdikləri Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 nömrəli mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7, mənzil 5 hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün “X10” MMC-yə rəy verilməsi üçün müraciət etmişlər. “X10” MMC-nin xx.xx.2021-ci il tarixli qimətləndirici rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sah əsi 80,40 kv metrdən ibarət yaşayış mənzilinin hazırkı dövrə olan bazar qiyməti 150000 (bir yüz əlli min) manat təşkil edir. Belə ki, hazırda xx.xx.2019-ci il tarixdə Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzil) onun razılığı olmadan dəyərindən 2 dəfə aşağı satmışdır. Bu halı Cavabdeh4 ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiq edir. Cavabdeh1 birgə nikahda alınmış həmin əmlakı satdığı üçün o, əmlakından məhrum olmuşdur. Qeyd edilmişdir ki, Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mənzili satmasaydı mənzili hazırda 150.000 man ata sataraq aralarında həmin məbləğ ½ hissədə bölünərdi. Yəni cavabdehlərin hərəkətləri nəticəsində əmlakından məhrum olunmuş və ona əmlakın dəyərinin yarısı miqdarında 75000 manat ziyan dəymişdir.
10. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Qeyd olunmuşdur ki, əmlaka dair mülkiyyət hüquqları iddiaçı ilə aralarında olan nikah ləğv edildikdən sonra əldə edilmişdir. Bununla da məlum olur ki, əmlak birgə nikah dövründə əldə edilməmişdir və iddiaçı ilə onun arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddialar əsassızdır. Bildirilmişdir ki, birgə nikah dövründə Rusiya Federasiyasında əldə edilmiş əmlak vardır və bu əmlak hal-hazırda tam olaraq iddiaçının sərəncamındadır və iddiaçı bu əmlaka dair heç bir fakt göstərməmişdir. Bu iddiaçının qeyri-səmimi olmasının göstəricisidir. İddiaçı oxşar iddianı Şirvan Rayon Məhkəməsində də qaldırmışdır. Onun bu iddiası təmin edilməmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmiş və 4 noyabr 2022-ci il tarixli, 10/4184 nömrəli ekspert rəyinə əsasən 2019-cu ilin sentyabr ayı tarixlərinə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllə, e v 4, mənzil 41 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzilinin satıldığı qiymət müqavilə bağlandığı tarixdə və 2019-cu ilin sentyabr tarixinə uyğun bazar qiymətlərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllə, ev 4, mənzil 41 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış tikinti işlərinin hansı müddətinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan mənzildə aparılmış təmir işlərinin hansı dövrə aid olubolmamasını və təmir xərci həmin dövrdə nə qədər olmasını müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı evin, 41 saylı mənzilin hal-hazırki təmiri iş materiallarında olan mənzilin əvvəlki vəziyyətinə dair foto şəkillər ilə mübahisəli tədqiqat aparılaraq müəyyən olunmuşdur ki, mənzilin əvvəlki təmiri ilə hal-hazırki təmiri eynilik təşkil etmir. Belə ki, mənzilin divar kağızları və qapıları dəyişdirilib, eyvanın plastik pəncərə quraşdırılıb, döşəməsinə laminat vurulub və sanitar qovşağında əlavə avadanlıqlar qoyulmuşdur. Bununla yanaşı, əmlakın qiymətləndirilməsi təşkil edilmiş, “X12 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəli mənzilin bu günə bazar dəyəri 152.200 manat, 2019-cu ilin sentyabr ayına bazar dəyəri 124620 manat, Cavabdeh4 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 4224 manat, Cavabdeh2 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 1872 manat müəyyən edilmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadına əsasən “X12 Mə rkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə qiymətləndirilməsi aparılmış Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi 2524 nömrəli məhəllə, ev 4, 41 saylı mənzilin bu günə bazar dəyəri 152.200 manat, 2019-cu ilin sentyabr ayına bazar dəyəri 124620 manat, Cavabdeh4 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 4224 ilə manat, Cavabdeh2 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 1872 manat müəyyən edilmişdir.
13. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, qiymətləndirmə rəyi ilə razı olduğunu bildirmişdir.
14. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklə rini bildirmiş və onlara münasibətdə iddia əsassız olduğundan, onlar vicdanlı alıcı olduqlarından iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduqlarını, qiymətləndirmə rəyi ilə isə təmir xərci hissəsində razı olmadıqlarını bildirmişlər.
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh4 iddianı qəbul etmədiyini göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. O, mübahisəli mənzilin qapılarını dəyişmiş, döşəməyə parket, divara divar kağızı vurmuş, tavanı təzədən yığdırmış, elektrik xətlərini də dəyişmiş, orada 3 ay təmir işləri aparmışdır. Sözügedən mənzil alınanda orada qapılar yaxşı vəziyyətdə olmamış, mətbəx mebeli yerində qalmış, mətbəx m ebelinin qapısı sınmışdır və onu özü düzəltdirmişdir. Bütün evlərdə ev satılanda mətbəx mebeli evdə qalır, heç kəs mebeli evdən çıxarmır və mətbəx mebeli evin dəyərinə daxildir, ayrıca mətbəx mebelinə vəsait verilməmişdir. O, evin təmirinə təxmini 40000 manat xərc çəkdiyini, 3-4 il müddət keçdiyindən mübahisəli mənzili hansı qiymətə aldığı yadında olmadığını, evin 2 otaqlı olduğunu bildirmişdir. 2019-cu ildə evi almış, həmin mənzildən 7000 manat pul qazanc əldə etmiş, 1900 manat vergi keçirmiş, mənzilə 47000 manat xərc qoymuşdur. O, özü ev alqı-satqısı işi ilə məşğuldur. Belə ki, o, mənzil alqı-satqısı ilə məşğul olanlarla iş görür, belə mənzillər çıxanda onlara bildirirlər, onlar da evi alıb təmir etdirib satırlar. O, mənzili alanda müqavilədə qeyd edilən məbləği vermiş, həmin məbləğdən 5 000 manatı əvvəlcədən vermişdir. Onun bildiyinə görə Fuad ora pəncərə qoymuş və çöl qapısını dəyişmişdir.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-48/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 İddiaçı xeyrinə 59262 manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsi ilk öncə iddia tələbinin Cavabdeh2 aid olan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi ona aid olan hissədə təmin edilməməlidir. Qeyd olunmuşdur ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkə mənin 2(102)- 4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 vicdanlı alıcı olaraq tanınmışdır. Hazırda iddia tələbinin vicdanlı alıcı olan Cavabdeh2 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.
18. Birinci instansiya məhkəməsi Cavabdeh4 aid olan hissəsinə münasibətdə bildirmişdir ki, iddia tələbi ona aid olan hissədə təmin edilməməlidir, çünki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-c i il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya Cavabdeh1 qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu müəyyən edilmişdir. Məhkəmə qərarları ilə mübahisəsi gedən mənzilin iddiaçı ilə Cavabdeh1 nikahları dövründə əldə edilmiş birgə əmlak olması və cavabdehin həmin mənzili iddiaçının razılığı olmadan satması öz əksini tapmışdır. Hazırda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 sözügedən mənzili iddiaçının razılığı olmadan həmin dövrdə mövcud bazar dəyərindən aşağı qiymətə satmasına görə Cavabdeh4 digər Cavabdeh1 ilə birgə məsuliyyət daşımamalıdır. Belə ki, onlar arasında bağlanılmış alqısatqı müqaviləsi iddiaçının razılığı olmadan bağlanılmasına görə etibarsız hesab edilsə də iddiaçı Cavabdeh4 həmin əmlakın bazar dəyərinə münasibətdə onun 1\2 hissəsində fərqi tələb etməkdə haqlı olmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi Cavabdeh1 aid hissədə qismən təmin edilməlidir, çünki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4721/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı üzrə müəyyən edilmişdir ki, hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu İddiaçı izah edilməlidir. İddiaçı məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Allahverdiyeva (Şərifova) Rəfiqə Məmməd qızına qarşı tələb irəli sürmək hüququ vardır və əgər restitusiya tətbiq edilərsə, o, məhz restitusiya məbləğinə münasibətdə bu hüququndan istifadə imkanına sahib olacaqdır. Halbuki bu tələb, mənzilin alqı-satqı dəyəri olan 53.000 manatın müvafiq hissəsindən daha artıq, yəni mənzilin həmin dövrdəki real bazar dəyərinə (əgər mənzil real dəyərindən aşağı qiymətə satılmışdırsa) də mütənasib ola bilər. Mübahisəli mənzilin həmin dövrdəki, yəni 2019-cu ildə alqı-satqı müqaviləsi bağlanan zaman olan bazar dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi təyin edilmiş və mütəxəssis rəyi ilə sözügedən mənzilin 2019-cu il tarixə bazar qiyməti 124620 manat müəyyən edilmişdir. Eyni zamanda işin mübahisəli hallarından biri olan mənzilin təmir xərcləri ilə bağlı Cavabdeh4 tərəfindən çəkilmiş xərcləri n ümumi dəyəri 4224 manat, Cavabdeh2 tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 1872 manat müəyyən edilmişdir. Məhkəmə hazırda qiymətləndirmə rəyini ağlabatan hesab edərək qeyd etmişdir ki, qeyd olunan qiymətlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçının xeyrinə vəsait tutularkən bazar qiymətindən qeyd olunan təmir xərcləri çıxılmalı (124.620 manat-4224 manat-1872 manat), əmlak birgə nikah dövründə əldə edildiyi üçün yerdə qalan 118.524 manat vəsaitin yarısı olan 59262 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra Mülki Məcəllə) 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 82.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
21. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli evin qeydiyyatının rəsmiləşdirilməsi iddiaçı ilə onun arasında nikah ləğv edildikdən sonra baş verdiyi üçün həmin əmlaka mülkiyyət hüququ da o vaxt yaranmışdır, ona görə də bu mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz və birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi tamamilə əsassızdır, birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən bunu nəzərə almamışdır. Şikayətin əsaslandırılmasında bildirilmişdir ki, iş üzrə ekspertiza da tamamilə əsassız rəy verərək, mənzili cavabdehin satdığı dəyərdən misli ilə artıq qiymətlə ndirmişdir. Qeyd olunmuşdur ki, mənzil satılarkən təmiri pis vəziyyətdə olduğundan onun dəyəri bazar qiymətindən xeyli aşağı olmuşdur və mənzil digər şəxslər tərəfindən alınandan sonra təmir olunmuş və indiki dəyərini almışdır. Bildirilir ki, birinci instansiyan məhkəməsi qətnaməsində bu halları nəzərə almadan, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5748/2023 nömrəli mülki iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nizami Rayon Məhkəməsinin 2(007)-48/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və Cavabdeh1 mənzili nikah müddətində əldə ediblər, mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün əsas var. Qeyd edilmişdir ki, cavabdeh mənzili “birgə nikah dövründə əldə edilmiş əmlak” statusundan çıxarmaq üçün iddiaçının razılığı olmadan satmışdır. İddiaçı məhkəməyə iddia verərək bu əqdi mübahisələndirmiş və mənzildə payının tanınmasını tələb etmişdir, lakin mənzil artıq iki dəfə özgəninkiləşdirildiyinə və vicdanlı əldə edən olduğuna görə iddia rədd edilib, iddiaçıya izah edilmişdir ki, pozulmuş hüququnun müdafiəsi üçün keçmiş arvadına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürm ək hüququna malikdir. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2146/2021 nömrəli qətnaməsində müəyyən edilib, həmin qətnamə qanuni qüvvəyə minmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, bundan sonra iddiaçı hazırkı iddianı verərək mənzilə olan hüququnun pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini tələb etmişdir. İddiaçının hüququ var ki, mənzilin bazar dəyərinin (keçmiş arvadı tərəfindən mənzilin satıldığı zaman olan bazar dəyərinin) yarısını zərərin əvəzi kimi tələb etsin. Onun bu hüququ Ailə Məcəlləsinin müvafiq maddələrinin göstərişlərinin mahiyyətindən irəli gəlir, çünki mənzil satılmasaydı, mənzilin yarısına iddiaçının paylı mülkiyyət hüququ tanına bilərdi.
26. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mənzilin həmin zamana, yəni xx.xx. 2019-cu il tarixə olan bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin ekspert mənzilin bazar dəyərini müəyyən edə bilməmişdir. Ona görə də qiymətləndirmə təyin edilmiş, qiymətləndiricinin verdiyi hesabata görə, mənzilin 2019-cu ilin sentyabr ayına olan bazar dəyəri 124620 manat təşkil edir. Həmin hesabatda qeyd olunub ki, mənzilin təmirinə Cavabdeh4 (1-ci alıcı) tərəfindən çəkilən xərcin məbləği 4224 manat, Cavabdeh2 (2-ci alıcı) tərəfindən çəkilən xərcin məbləği 1872 manat təşkil edir. Mənzilin bazar dəyərindən (124620 manatdan) həmin təmir xərcini (4224 manat və 1872 manat) çıxdıqda qalan məbləğ 118524 manat təşkil edir. Ona görə də hesab olunur ki, mənzil iddiaçının keçmiş arvadı tərəfindən satıldığı zaman (xx.xx.2019-cu ildə) bazar dəyəri 118524 manat təşkil etmi şdir. Bu məbləğin yarısı 59262 manat təşkil edir. Birinci instansiya məhkəməsi 59262 manatın iddiaçının keçmiş arvadından iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçının keçmiş arvadı Cavabdeh1 mənzilin bazar dəyərinin göstərilən məbləğdən az olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqavilələrində göstərilən qiymət mənzilin bazar dəyəri kimi qəbul oluna bilməz, çünki müqavilə azadlığı tərəflərə mənzilin qiymətini azad surətdə müəyyən etməyə imkan verir, odur ki, qiymət bazar dəyərini ifadə etməyə bilər.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci maddəsinə, Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh1 ( Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5748/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 213-cü maddəsinə, Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurul muş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ailə M əcəlləsi
35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
36. Maddə 32.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə: -32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) -32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
37. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
38. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
39. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə m ülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
40. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və i şin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu olmaqla aşağı instansiya məhkəmələrində işə baxılan zaman da irəli sürülmüşdür. Həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiy mətləndirməyə zərurət görmür.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5748/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.