Məhkəmə qərarları › İş №2(102)-932/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-932/2023

28.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-932/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2335/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30 yanvar 2014-cü il tarixli, 31-14 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 20 faiz olmaqla 100.000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

3. Həmçinin kredit müqaviləsinin təminatı olaraq 30 yanvar 2014-cü il tarixli ipo teka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 (30 saylı aptek), ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Hər iki ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 49.780,60 manat əsas borcu, 6881 manat faiz borcu, 28488,40 manat cərimə borcu, 6.575,19 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 91.725,19 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci in stansiya məhkəməsində icraat

5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 49.780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28.488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24 sentyabr 2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.575,19 manat borc, ümumilikdə 91.725,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ün van 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptekə) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə etsə də, öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzər inə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. 8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, H/01- PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m. olan qeyri-yaşayış (aptek) sahəsinin bazar dəyəri 120.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 76,1 kv.m. olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazar dəyəri 95.000 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 600 (altı yüz) manat təşkil etmişdir.

9. Məhkəmə-mühasibatlıq ekspertizasın ın 31 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 31 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 56.909,27 manat, faiz borcu 11.381,85 manat, cəmi 68.291,12 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31 yanvar 2016-cı il tarixdən 24 sentyabr 2018-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 24 sentyabr 2018-ci il tarixə əsas borc 56.909,27 manat, faiz borcu üzrə 18.922,33 manat məbləğində müəyyən edilmişdir.

10. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 yanvar 2020-ci il tarixl i rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 30 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 49.909,27 manat, faiz borcu 10.876,85 manat məbləğində, 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmamışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 əsas borc üzrə 49.780,6 manat, faiz borcu üzrə 6.881 manat, cərimə borcu üzrə 500 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.251,6 manat məbləğində pulun alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 127.000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi MM-in 477.0.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, hazırki halda tərəflər arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir. Belə olan halda, iddia tələbi zamin Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

13. Borcludan tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49.909,27 manat əsas, 10.876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49.780,60 manat əsas və 6.881 manat faiz borcu tələb edilir. Belə olan halda, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49.780,60 manat əsas və 6.881 manat faiz borcu tutulmalıdır.

14. Məhkəmə iddia tələbinin “müqavilənin bitdiyi tarixdən 24 sentyabr 2018-ci il tar ixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.575,19 manat borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını (həmin məbləğin necə hesablandığını) təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ipoteka predmetləri olan əmlakların qiymətlərinin müəyyən olunması məqsədilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək hesab etmişdir ki, ipoteka predmetləri olan əmlaklardan birinin qiyməti borcun məbləğini tamamilə ödədiy indən, iddia tələbi “tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilməsi” hissəsində təmin edilməməlidir.

17. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti ekspert rəyində göstərildiyi kimi 120.000 manat deyil, həmin əmlakın ipoteka müqaviləsində göstərilən dəyəri 127.000 manat əsas götürülməlidir.

18. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 30 yanvar 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavi lədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.

19. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 470, 472, 477, 442, 443, 448, 449, 739, 445, 467, 295, 317, 319, 372, 373-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34, 39, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ipoteka predmetlərinin yenidən qiymətləndirilərərək ilkin satış qiymətlərini müəyyənləşdirilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Qətnamədən həmçinin Cav abdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən, “iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 49780,6 manat, faiz borcu üzrə 6881 manat, cərimə borcu üzrə 500 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57251,6 manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi. 25 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiyməti 127000 manat müəyyən edilməklə, açıq hərracda satılması” hissəsində ləğv olunması, iddiaçının iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)- 542/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsinin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək kü çəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 68850 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 55590 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi cavabdehdən tutulmalı olan borcun məbləği və zaminliyə xitamla ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi il ə razılaşmış və hesab etmişdir ki, ipoteka predmeti ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ipoteka predmetinin bazar dəyəri və likvid dəyərinin müəyyən edilməsi məqsədilə “X1 Mərkəzi“MMC mütəxəssis qismində cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) bazar dəyəri 81.000 manat, likvid dəyəri 68.850 manat və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 65400 manat, likvid dəyəri isə 55.590 manat müəyyən edilmi şdir.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 386, 427, 439, 442, 443, 448, 269, 279, 295, 470, 472, 477, 319-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin cavabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçının kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdığı hüquqi mövqeyə zidd olaraq kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldə çıxmış faydanın) tutulması təmin etməmiş, cərimə borcunu əsassız olaraq qismən təmin etmişdir.

27. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni mad di və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinə tutma yönəldilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin daşınmaz əmlakın ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərin ilkin satış qiyməti onların dəyərindən aşağı müəyyən edilmişdir. Daha sonra, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 28 sentyabr 2015-ci il tarixdə həyata keçirilmiş və həmin tarixdən hesablanmaqla iddia müddəti ötürülmüşdür. Lakin apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir.

29. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlərE.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və A.Ə.Abbasovdan ibarət tərkibdə) 2(102)-6112/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)- 542/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmamışdır.

31. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur.

32. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, apellyasiya şikayəti verən iddiaçı həmin qətnaməni tələbin zaminə münasibətdə təmin edilməməsi, ipoteka ilə yüklü edilmiş ikinci əmlaka tutmanın yönəldilməsindən imtina edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın kredit müqaviləsi üzrə borc məbləğinin təmin edilməyən hissəsində tərəflərlə mübahisələndirilməmişdir. Buna b axmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlamış, qətnaməni ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirməklə, qalan hissələrdə dəyişdirilmədən saxlamışdır. 33. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etmə li və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir.

34. Hazırda iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyi, yəni borcun tutulmayan (kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə əldə çıxmış fayda və cərimənin təmin olunmayan hissələrdə) ləğv olunmasını xahiş etdiyindən, məhkəmə kollegiyası həmin dəlillərə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir.

35. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği nəzərə alınaraq tutmanın ipoteka predmetlərindən yalnız birinə yönəldilməsini kifayət hesab etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin mövqeyini apellyasiya qa ydasında mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmiş, hər iki əmlakı yenidən qiymətləndirmiş və qətnamədə dəyişiklik edərək, hər iki ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Halbuki, ipoteka predmetlərindən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsinə dair məhkəmə qərarı mövcud deyildir.

36. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur.

37. Daha sonra, iş materiallarından müəyyən olunur ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-ni n 30 may 2019-cu il tarixli hesabatları, apellyasiya məhkəməsində həmin əmlakların likvid dəyəri barədə "xxxx" MMC-nin 21 yanvar 2021-ci il tarixli hesabatları, “Yeni Dövr“ Qiymətləndirmə Mərkəzinin 05 may 2021-ci il tarixli Arayışı alınmışdır. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən, məhz sonuncu arayışı əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan digər rəylərə (hesabatlara) hüquqi qiymət verməmiş, ipoteka predmetlərinin qiymətləri ilə bağlı ziddiyyətli sübutlar mövcud olduğu halda, məhz “Yeni Dövr“ Qiymətləndirmə Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis arayışının mötəbər sübut qismində qiymətləndirməsini əsaslandırmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

39. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 386, 389, 390, 425, 442. 443, 439, 739-cu maddələri, “İpoteka haqqında” Qanunun 1, 33, 39-cu, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88, 217, 218, 220, 372, 392, 416, 418-ci maddələrinə, “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respu blikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 40. ”Property” MMC-nin PR/M-48/2022 saylı, 20 senyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən 94,2 kv.m. olan qeyri-yaşayış (aptek) sahəsinin bazara uyğun likvid dəyəri 141000 (bir yüz qırx min) manat, qiymətləndiricinin eyni tarixli, PR/M-49/2022 saylı rəyinə əsasən isə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazara uyğun likvid dəyəri 114.000 (bir yüz on dörd min) manat məbləğində müəyyən edilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 02 noyabr 2022-ci il tarixli, 2(103)- 2335/2022 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyev sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqov və E.Ə.Mehdiyev ibarət tərkibdə) iddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 saylı qətnaməsi mübahisələndirilən- iddianın Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış (yeməkxana) sahəsinə tutmanın yönəldilməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qeyd olunan hissədə təmin edilmiş, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, B abək küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış (yeməkxana) sahəsinə yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış (yeməkxana) sahəsinin ilkin satış qiyməti 114000 (yüz on dörd min) manat müəyyən edilməklə, açıq hərracda satılması, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m. olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiymətinin dəyişdirilməsi, ilkin satış qiymətinin 141.000 (yüz qırx bir min) manat müəyyən edilməsi, əvvəlki apellyasiya mərhələsində mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 124 (yüz iyrmi dörd) manatının Cavabdeh2, 76 (yetmiş altı) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, “X1 Mərkəzi” (icraçının VÖENİ: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) MMC-nin xeyrinə tutulması, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 600 (altı yüz) manatın 372 (üç yüz yetmiş iki) manatının Cavabdeh2, 228 (iki yüz iyirmi səkkiz) manatının iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilməsi qət edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh2 həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq öhdəliyini pozduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tələbin ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

43. İlk olaraq zaminə münasibətdə iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

44. Belə ki, tərəflər arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edilmədiyindən, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2016-cı ildə başa çatdığı gündən bir il ərzində, yəni xx.xx.2017-ci il tarixə kimi iddia verilməmişdir. İddia ərizəsi xx.xx.2018-ci ildə məhkəməyə verilmişdir. Bununla da, iddiaçı bir illik müddəti keçirmişdir.

45. Kollegiya qeyd etmişdir ki, məhkəmə iddia tələbini “tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi” hissəsində təmin etməməklə maddi hüquq normasının tələbini pozmuş, həmin hissədə iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

46. Belə ki, ipoteka müqaviləsi üzrə iki ipoteka predmeti olduğu halda, məhkəmə tutmanı yalnız bir ipoteka predmetinə yönəltməklə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.

47. Buna görə də, qətnamə qeyd olunan hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, kredit müqaviləsi üzrə borcun tutulması həmçinin qeyd olunan əmlaka yönəldilməli, həmin ə mlak açıq hərracdan satılmaqla, borcun ödənilməsinə yönəldilməlidir.

48. Borcludan tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49909,27 manat əsas, 10876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49780,60 manat əsas və 6881 manat faiz borcu tələb edilir. Belə olan halda, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49780,60 manat əsas və 6881 manat faiz borcu tutulmalıdır.

49. Kollegiya kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və bu hissədə cavabdeh apellyatorun dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, apellyator işdə olan maliyyə sənədləri və ekspert rəylərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir.

50. İş üzrə müxtəlif vaxtlarda ekspertiza rəyləri verilmiş, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarix rəyləri kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur.

51. Buna görə də, kollegiya hesab etmişdir ki, Property” MMC-nin PR/M-xx/xx/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli rəyləri kifayət qədər əsaslı olduğundan həmin rəylər əsas götürülməklə Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m. olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti 141000 (bir yüz qırx min) manat müəyyən olunmaqla, qətnamə həmin hissələrdə dəyişdirilməlidir. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7 6,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin ilkin satış qiyməti isə 114000 (bir yüz on dörd min) manat müəyyən edilməlidir.

52. Kollegiya apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 30 yanvar 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 386, 389, 390, 425, 477, 442, 443, 739, 295, 317, 319-cu maddələrinə, “İpoteka h aqqında” Qanunun 1, 33, 39-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

54. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2019-cu il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini 4 ay üzrsüz səbəbdən ötürməklə müraciət etmişdir. Lakin məhkəmə iddia müddətinin müqavilənin bitmə tarixindən hesablayaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia müdd əti ötürülməmişdir. Halbuki, iddiaçı cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2015-ci il tarixdən edildiyini və həmin tarixdən sonra heç bir ödənişin olmadığını bilirdi. Tərəfimizdən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə müraciət edilsə də, məhkəmə əsassız olaraq həmin ərizəni nəzərə almamışdır. Hazırki iş üzrə iddia müddəti tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq tətbiq edilməmişdir. İpoteka müqaviləsi üzrə iki ipoteka predmeti olduğu halda, birinci instansiya məhkəməsi tutmanı yalnız bir ipoteka predmetinə yönəltməsinin düzgün olmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə də tamamilə əsassızdır. Belə ki, tələbin yönəldiləcəyi əmlakların dəyəri yetərincə yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş əmlakların qiymət ləndirilməsi barədə ekspert rəylərinə düzgün qiymət verməmiş, nəticədə cavabdehə münasibətdə düzgün olmayan ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, cavabdehin izahatında göstərilənləri, məhkəməyə təqdim etdiyi sübutları, (cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini, ekspert rəylərini, daşınmaz əmlakların qiymətlərini) nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

57. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

58. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

59. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır

60. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

61. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

62. Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xit am verilir.

63. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

64. Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

65. Maddə 443.5.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

66. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

67. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

68. Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

69. Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

70. Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

71. Maddə 319.6.İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanun

72. Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

73. Maddə 1.0.9.İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

74. Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

75. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yön əldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

76. Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.

77. Maddə 39.1.İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Mül ki Prosessual Məcəllə

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya məhkəmə si Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki icraatında verdiyi göstərişləri icra edərək, ipoteka predmetinin likvid dəyərinin müəyyən olunması məqsədi ilə alınmış rəylərin qapşılıqlı qiymətləndirilmsini həyata keçirmiş, əmlakların qiymətini müəyyən etmişdir. Cavabdeh iş üzrə alınan rəyi mübahisələndirsə və ipoteka predmetinin dəyərinin daha çox olmasını bildirsə də, qərarın təsviri hissəsində göstərilən rəylərin düzgün olmamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim etməmişdir.

29. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəy ində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

30. Cavabdeh tərəfin iddia müddətinin keçməsi, müddətin tətbiq edilməsinə dair ərizənin əsassız olaraq nəzərə alınmaması ilə bağlı dəlillər işin araşdırılmış halları ilə təsdiq olunmamış və iddia müddətinin tətbiqindən imtina olunmasına dair məhkəmələrin mövqeyi düzgün olmuşdur.

31. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, apellyasiya məhkməsi ipoteka predmetlərinin hər ikisinə tələb yönəltməkdə haqlı olmuşdur. Bu nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi əvvəlki kassasiya icraatı zamanı irəli sürülmüş göstərişləri nəzərə almışdır.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallar ını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(103)-2355/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar