Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-933/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 MMC-nin Cavabdeh2 və Cavabdeh3 qarşı ilk, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” barədə ilkin iddiası, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı “mənzillərin dəyərinin və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, B akı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 2 saylı, 7 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzili isə Cavabdeh3 mülkiyyətindədir. 4. 16.04.2019-cu il tarixdə İddiaçı1 MMC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 33 ünvanında Cava bdeh2 məxsus evlərin onun özü tərəfindən sökülməsi və ərazinin boşaldılması, sökülən evlərin yerləşdiyi torpaq sahəsinin 2004-cü ildə İddiaçı1 MMC-yə icarəyə verildiyi barədə məlumat verilmiş və bu əmlaklara dair ona verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu günədək münasibət bildirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı, ******* nömrəli mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə "X6” MMC-yə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri "X6” MMC-yə aid olan "Nehrəm” MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və bundan sonra mübahis ə predmetini təşkil edən mənzillər formal olaraq Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişdilər. "Nehrəm” MTK-nın təsisçisi və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək sədri olan Cavabdeh2 həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş və bu əmlaklar məhz onun sədr olan dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə "X6” MMC-nin adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatı n ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin müraciət bu günədək cavabsız qalmış və Xidmət tərəfindən qeydiyyat ləğv edilməmişdir. Halbuki, Cavabdeh2 və Cavabdeh3 əmlakları tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir.
7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı1 MMC-dən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 sayl ı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillərin dəyəri olaraq 1.764.000 manat pulun, mənəvi zərərə görə 200.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Nehrəm Holdinq” MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etmiş, İddiaçı1 MMC-nin təsisçisi Tağı İbrahimovla əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vəd verilmiş, lakin qarşı tərəf vədlərə əməl etməmiş, nəticədə ona maddi zərər vurulmuşdur.
9. Birinci instansiya məhkəməsind ə ilk iddia üzrə İddiaçı1 MMC-nin nümayəndəsi X2 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir.
10. Cavabdeh3 qarşılıqlı iddia üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 466 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə “Nehrəm Holdinq” kompaniyasına yaşayış binas ının tikintisi üçün ayrılmış ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4, 5, 6, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1, 4, 5, 8, 9, 13 saylı, 4 otaqlı, ümumi sahəsi 78,8 kv.m. olan və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 2, 7 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilləri isə Cavabdeh3 mülkiyyətində olmuşdur. Bu mənzillərdən 12 ədədi 23-29 fevral 2012-ci il tarixlərdə, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 13 saylı mənzil isə xx.xx.2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətinə keçmişdi r. Buna əsas onlarla həmin əmlakın keçmiş mülkiyyətçiləri arasında bağlanmış alğı-satqı müqavilələri olmuşdur.
13. Məhkəmə daha sonra müəyyən etmişdir ki, həm bu, həm də həmin ərazidə olan digər mənzillər (tikililər) 2013-2014-cü il tarixlərdə Cavabdeh2 və Cavabdeh3 iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh2 "xxxx" MTK-nın təsisçisidir və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. Cavabdeh3 isə onun qardaşıdır. Cavabdeh2 “Nehrəm Holdinq” Kompaniyasının prezidenti olaraq imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsin in və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir.
14. Cavabdeh2 nəticə etibarı ilə ona qarşı qaldırılmış iddianın rədd edilməsini tələb etmir, eyni zamanda bu əmlakların onun iradəsinə zidd olaraq sökülməklə məhv edilməsini də bildirmir. Sadəcə olaraq bu əmlakların əvəzi olaraq ona inşa ediləcək binada mənzillərin və ya nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin nəticədə hər hansı mənzilin verilmədiyini və kompensasiyanın ödənilmədiyini bildirir və mülkiyyət hüququna əsaslanaraq kompensa siyanın ödənilməsini tələb edir.
15. Məhkəmə qeyd edib ki, Cavabdeh2 İddiaçı1 MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmir. Hər bir halda, belə bir razılıq reallıqda mövcud olduğu halda, onun təminatı və gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın və ya mübahisənin (məsələn, hazırki mübahisə) qarşısını almaq üçün tərəflər bu razılaşmanı hüquqi baxımdan hər hansı bir formada rəsmiləşdirmiş olardılar. Digər tərəfdən Cavabdeh2 razılaşmanın nəticəsi olaraq, ona neçə mənzil və ya hansı məbləğdə kompensasiyanın ödəniləcəyi barədə də hər hansı fikir söyləmir. Kompensasiya məbləğinin müəyyən edilməsi üç ün söküntü dövründə bu əmlakların qiymətləndirilməsini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Cavabdeh2 yalnız hazırda, yəni mübahisə çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün tədbirlər görür və nəticədə kompensasiya qismində əmlakların hazırki bazar qiymətini tələb edir. Bununla belə, Cavabdeh2 qeyd etdiyi, lakin mövcudluğunu sübut edə bilmədiyi “razılaşma” üzrə ona vəd edilən kompensasiyanın məbləği sirr olaraq qalır. Həmin vaxt kompensasiyanın ödənilməsi üçün İddiaçı1 MMC-nin ("xxxx" MTK-nın) nağd vəsaitinin olmaması da istisna deyildi. Lakin ən azı təminat və etibar, habelə razılığa əməl edilməsi baxımından, yeni inşa ediləcək binanın çox yox, yalnız 1 mənzili ilə bağlı ipoteka müqaviləsi bağlanıla bilərdi. Lakin belə bir hal da aşkar edilməmişdir. Cavabdeh2 i ddia ərizəsində özü də etiraf edir ki, sonradan onunla təsisçi arasında narazılıqlar yaranmış və bunun nəticəsi olaraq kompaniyanın sədri vəzifəsindən kənarlaşdırılmışdır.
16. Bu əmlakların Cavabdeh2 mülkiyyətinə keçməsi vaxtı, qaydası, onların kəmiyyəti və bununla bağlı digər hallara münasibətdə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 MMC-yə bağlılığı olan (təsisçisidir, 2013-2016-cı illərdə isə "xxxx" MTK-nın sədri olmuşdur) və bu cəmiyyətin tikinti apardığı ərazilər barədə tam məlumatlı olan 26 yaşlı Cavabdeh2 məhz İddiaçı1 MMC üçün ayrılmış ərazidə, məhz tikintinin başlanması və bunun üçün orada olan tikililərin sökülməsi ərəfəsində, yəni 2012-ci ilin fevral ayında 7 gün ərzində alğı-satqı yolu ilə əsasən 1910-cu ilə aid olmaqla qəzalı vəziyyətdə olan 1, 2 və 3 deyi l, 12 ədəd, bundan sonra isə xx.xx.2014-cü ildə həmin ərazidən əlavə olaraq 1 ədəd, qardaşı Cavabdeh3 isə 3 mənzil alır. Sonradan, yəni 2013-2014-cü illərdə bu mənzillərin hamısı onun iştirakı ilə sökülür və "xxxx" MTK-nın sədri olaraq o, bu barədə (ərazinin sökülməsi, boşaldılması, orada qalan sakinlər və sair) rəsmi məktublarda Bakı şəhər İcra Hakimiyyəti Başçısına məlumat verir. Onun həmin mənzillərin hər hansı birində nəinki 1 gün belə yaşaması, həmçinin, ümumiyyətlə yaşamaq niyyətində olması müəyyən edilmir. Belə olan halda, məhkəmə,... belə qənaətə gəlir ki, bu əmlaklar İddiaçı1 MMC ("xxxx" MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınmış və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Əsas məqsəd və niyyət mülkiyyətçilərlə hər hansı problem yaşamamaq, bu əmlakları vahid əldən idarə etmək və zamanında orada olan əmlakların hər hansı maneə olmadan və mümkün qədər qısa müddət ərzində sökülməsini təmin etmək və yaşayış binasının tikintisinə başlamaq olmuşdur. Bu hal Cavabdeh2 İddiaçı1 MMC-nin prezidenti və "xxxx" MTK-nın sədri olaraq 2014-cü ilin yanvar və fevral aylarında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktubların məzmunu ilə də sübuta yetirilir. Belə ki, həmin məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin “Nehrəm Holdinq” Kompaniyasının vəsaiti hesabına həyata keçirildiyi bildirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış digər məktubda isə sakinlərdən birinin təklif olunan məbləğlə razılaşmadığı barədə məlumat verilir və həmin məktubda da bu məsələlərin “X1 vəsaiti hesabına həyata keçirildiyi qeyd edilir. Bu baxımdan köçürülmə prosesi təbii ki, mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini özündə ehtiva edir. Belə olan halda, bu proses başlayandan və qeyd edilən məktublar göndəriləndən sonra həmin ərazidə olan daha bir mənzilin xx.xx.2014-cü il tarixdə, yəni artıq onun kooperativin sədri olan zaman Cavabdeh2 tərəfindən, 3 mənzilin isə onun qardaşı Cavabdeh3 tərəfindən onların vəsaiti hesabına alınması qeyri-mümkündür. Həmin vaxt real olaraq belə bir alğı-satqıların bağlanması həm İddiaçı1 MMC-nin ("xxxx" MTK-nın), həm də mülkiyyətçilərin özlərinin mara qlarına uyğun olan bir hal deyil. Digər tərəfdən həmin ərəfədə, yəni köçürmə prosesləri gedən zaman mülkiyyətçilərlə razlıq əldə edilməsi mümkün olan bir şəraitdə bu əmlakların real olaraq, yəni öz vəsaitləri hesabına İddiaçı1 MMC "xxxx" MTK-nın tərəfindən deyil, məhz bu iki qardaş tərəfindən alınmasına şəraitin yaradılmasının da izahı yoxdur.
17. Məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub belə qənaətə gəlib ki, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işguzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh 3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Bu da öz növbəsində onun İddiaçı1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının əsaslı olmaması qənaətinə gəlmək üçün əsas yaradır və rədd edilməsini şərtləndirir.
18. Məhkəmə İddiaçı1 MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd edib ki, tərəflər arasında müqavilə münasibətləri olmamış, həmin əmlaklar Cavabdeh3 mülkiyyətində olan zaman onun iradəsinə uyğun olaraq sökülmüşdür. Bu səbəbdən Cavabdeh3 iddiasına 6 illik iddia müddəti tətbiq edilə bilməz.
19. Birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olmuş mənzillərin öz iradələ rinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq hesab etmişdir ki, ilk iddia təmin edilməlidir.
20. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, birinci cavabdeh MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, qarşılıql ı iddia təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 150.1, 150.2, 152.1, 203.1, 373.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
23. Apellyasiya şikayətləri qarşılıqlı iddia tələbinə oxşar məzmunla əsaslandırılaraq, qeyd etmişlər ki, iş materiallarına mübah isəli evlərin bazar qiymətinə dair qiymətləndirmə rəyləri əlavə edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 2(103)-6912/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdehlər kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) 2(102)-6886/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, i ş yeni apellyasiya baxışına qaytarılmışdır.
28. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-nin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır.
29. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliy i və tamamlığı prezumpsiyası qüvvədədir.
30. Məhkəmə kollegiyası qeyd edib ki, İddiaçı1 MMC və "xxxx" MTK ayrı-ayrı hüquqi şəxslərdir. Cavabdeh2 işdə olan reyestr məlumatlarına əsasən 2004-cü ildə təsis edilmiş "xxxx" MTK-nın təsisçilərindən biri və 2013-2016-cı illərdə isə "xxxx" MTK-nı sədri olmuşdur. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh2 İddiaçı1 MMC prezidenti və ya direktoru olması barədə işdə hər hansı sübutlar mövcud deyildir. İddiaçı1 MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 tərəfindən görülməsi iddiaçı tərəfindən də mübahisələndirilmir. Lakin bu işlərin Cavabdeh2 öz hesabına deyil, məhz MMC-nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə cavabdehə hər hansı pul məbləğ inin ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının və məhkəmələrin istinad etdikləri məktubların məzmunu isə məhkəmələr tərəfindən düzgün təfsir olunmamışdır. Həmin məktublarda Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli sərəncamının 5.1-ci bəndinə istinad edilərək, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsinin İddiaçı1 MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmiş, həmin işlərin MMC-nin vəsaiti hesabına həyata keçirildiyi göstərilməmişdir.
31. Eyni zamanda, bir tərəfdən əmlakların iddiaçının vəsaiti hesabına əldə edildiyi və cavabdehlərin adına aparılmış qeydin formal olduğu qənaətinə gələn məhkəmə, digər tərəfdən ilkin iddia üzrə cavabdehlərin əmlakının sök ülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə olunduğunu, lakin bu müdaxilənin qanunla nəzərdə tutulmuş şərtlərə cavab verdiyini göstərmiş, bununla da ziddiyyətli mövqe nümayiş etdirmişdir.
32. Bundan başqa, məhkəmələr Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən İddiaçı1 MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, Mülki Məcəllənin 150-ci maddəsinə əsasən həmin əmlaklarla dair qeydiyyatı ləğv edilməsi nəticəsinə gəlmişd ir.
33. Halbuki cavabdehlərin mülkiyyətçi olaraq həmin qeydiyyata hüquqi marağının itməməsi aşkardır, çünki cavabdehlərə onlara məxsus əmlakların sökülməsinə görə onlara həmin əmlakların yerində bina inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirirlər. Bu isə onu deməyə əsas verir ki, həmin qeydiyyatın hüquqi mənası itməmişdir. Çünki bu qeydiyyat həmin əmlaka görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir və qeydiyyat yalnız bu məsələ həll edildikdən sonra ləğv edilməlidir.
34. Cavabdehlərə məxsus daşınmaz əmlakların sökülməsi və onların yerləşdiyi torpaq sahəsində yeni binanın inşa edilməsi, cavabdehlərə sökülən əmlaklara görə hər hansı kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin əmlakların onun özünün vəsaiti hesab ına əldə edildiyini iddia etdiyinə görə qarşılıqlı iddianı qəbul etmir. Belə olan halda, qarşılıqlı iddia üzrə kompensasiya tələbinin həlli ilkin iddia üzrə mübahisəli hallardan, yəni mübahisəli daşınmaz əmlakların kimin vəsaiti hesabına əldə edilməsi faktının yuxarıda qeyd edilən göstərişlər əsasında düzgün müəyyən edilməsindən asılıdır. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilk iddia Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və birinci cavabdehin mülkiyyətində olan Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində rədd edilmiş, qarşılıqlı iddiası qismən təmin edilərək, iddiaçıdan 1.568.750 manat pulun tutularaq birinci cavabdehə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Məhkəmə hesab etmişdir ki, MMC mübahisəli mənzillərin dəyərinin onun tərəfindən ödənilməsini, alğı-satqı müqavilələrinin formal olaraq birinci cavabdehin adına rəsmiləşdirildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də, həmin mənzillərin dəyərinin iddiaçı tərəfindən Cavabdeh2 ödənilməsi barədə qarşılıqlı iddia əsaslıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə əsasən həmin mənzillərin ümumi dəyəri 1.568.750 manat təşkil etdiyindən, qeyd olunan məbləğ iddiaçıdan tutulub Cavabdeh2 ödənilməlidir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsin i, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1719/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Babayev və Ə.Nurməmmdov) İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
39. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən 06 dekabr 2022-ci il və 14 dekabr 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarının protokolları katib tərəfindən tər tib edilməklə, onun tərəfindən imzalansa da, sədrlik edən hakim tərəfindən imzalanmamışdır. MPM-ə əsasən, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin dəlillərindən biri də məhz qeyd olunan prosessual pozuntu ilə bağlıdır. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, baxılan iş üzrə ilkin iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin (çıxarışların) ləğvi ilə bağlıdır və cavabdehlərdən biri inzibati orqan olan Reyestr Xidmətidir. İddiaçı həmin hissədə tələbini mübahisəli daşınmaz əmlakları n artıq mövcud olmadığı ilə əsaslandırmış və tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 150.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə istinad etmişdir. İddiaçı bildirmişdir ki, mübahisəli daşınmaz əmlaklar artıq söküldüyü üçün onlarla bağlı reyestr qeydinin (çıxarışın) ləğv edilməsi ilə bağlı Reyestr Xidmətinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinə cavab verilməmişdir. Ona görə də işə yenidən baxılarkən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqelər baxımından iddiaçının Reyestr Xidmətinə qarşı mübahisəli daşınmaz əmlakların reyestr qeydlərinin (çıxarışların) ləğv edilməsi tələbinin mülki, yaxud inzibati məhkəməyə aid iyyəti ilə məsələyə hüquqi qiymət verilməlidir. e) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
40. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli, 08 may 2023- cü il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilərək, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi”nə dair ilk iddia tələbi üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı1 MMC-yə hazırki ilk iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
41. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), M.Ə.Rüstəmli və C.C.Musayeva) Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 İddiaçı1 MMCyə qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddi açı1 MMC-dən ******* manat pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqidir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "X6” MMC və "Nehrəm” MTK-nın ayrı-ay rı hüquqi şəxslərdir. Cavabdeh2 işdə olan reyestr məlumatlarına əsasən 2004-cü ildə təsis edilmiş "Nehrəm” MTK-nın təsisçilərindən biri və 2013-2016-cı illərdə isə "Nehrəm” MTK-nı sədri olmuşdur. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh2 "X6” MMC prezidenti və ya direktoru olması barədə işdə hər hansı sübutlar mövcud deyildir. "X6” MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 tərəfindən görülməsi iddiaçı tərəfindən də mübahisələndirilmir. Lakin bu işlərin Cavabdeh2 öz hesabına deyil, məhz MMC-nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə cavabdehə hər hansı pul məbləğinin ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İşin araşdırılmış hallar ı ilə də müəyyən edilmişdir ki, "X6” MMC və "Nehrəm” MTK ayrı-ayrı hüquqi şəxslərdir və bir biri ilə hər hansı rəsmi bağlılığı olmamışdır. O cümlədən Cavabdeh2 "X6” MMC-nin prezidenti və ya direktoru olmamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının istinad etdiyi məktubların məzmunu isə məhkəmə tərəfindən düzgün təfsir olunmamışdır. Həmin məktublarda Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli sərəncamının 5.1-ci bəndinə istinad edilərək, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsinin "X6” MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmiş, həmin işlərin MMC-in vəsaiti hesabına həyata keçirildiyi göstərilməmişdir.
45. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə məhkəmə təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81 və 88-ci maddələri baxımından düzgün qiymət verməmiş, iş üzrə mövqelərini daha çox daxili inam və ehtimallarla əsaslandırmaqla, Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını nəzərə almamışdır.
46. Eyni zamanda, məhkəmə cavabdehlərin adına aparılmış qeydin formal olduğu qənaətinə gəlmişdir. Halbuki işin bu halı araşdırma zamanı sübuta yetirilməmişdir. Buna baxmayaraq ilkin iddia üzrə cavabdehlərin əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə olunduğunu göstərsə də, bu müdaxilənin qanunla nəzərdə tutulmuş şərtlərə cavab verdiyi qənaətinə gəl məklə qanuni və əsaslı mövqe nümayiş etdirməmişdir.
47. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar onların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunması işin mübahisəsiz hallarıdır. Lakin cavabdehlərin mülkiyyətçi olaraq həmin qeydiyyata hüquqi marağının itməməsi aşkardır, çünki cavabdehlərə onlara məxsus əmlakların sökülməsinə görə onlara həmin əmlakların yerində bina inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirirlər. Bu isə onu deməyə əsas verir ki, həmin qeydiyyatın hüquqi mənası itməmişdir.
48. İddiaçı1 MMC qeyd olunan mənzillərin dəyərinin MMC tərəfindən ödənilməsini, alğı-satqı müqavilələrinin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etm əmişdir. Əksinə işin halları ilə həmin dövrdə İddiaçı1 MMC tərəfindən cavabdeh tərəfə bu işlərin görülməsi üçün şəxsi vəsaiti hesabına hər hansı pulun verilməsi müəyyən edilmir. O cümlədən İddiaçı1 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında mənzillərin alındığı dövrdə hər hansı bir ödənişin edilməməsini, lakin bununla bağlı sonradan götürülən kreditlər hesabına verildiyini bildirmişdir ki, bu da işin halları ilə təsdiqini tapmamaqla cavabdeh tərəfdə bunu qəbul etmir. Eyni zamanda kassaiya instansiya məhkəməsinin qərarında İddiaçı1 MMC və "xxxx" MTK arasında hansı bağlılığın olması da aydınlaşdırılmış, bununla bağlı İddiaçı1 MMC-nin nümayəndəsi Holdinqin təsisçisi Tağı İbrahimov olub, lakin MTK-nın təsisçiləri Tağı İbrahimovun yaxın qohumları olub. Amma rəsmi olmasa da MTK-nın da faktiki rəhbərliyi yenə də Tağı İbrahimov olub. İddiaçı1 MMC və "xxxx" MTK arasında tikinti ilə bağlı əlaqələr olub.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə əsasən həmin mənzillərin ümumi dəyəri ******* manat təşkil etdiyindən, qeyd olunan məbləğ İddiaçı1 MMC-dən tutulub Cavabdeh2 ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı1 MMC (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və Cavab deh2 qarşılıqlı iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC və "xxxx" MTK eyni ərazidə bina tikintisi ilə məşğul olmaq üçün birgə fəaliyyət həyata keçirmişdir. İki hüquqi şəxs arasında olan bağlılıq isə onların təsis sənədlərindən, qarşılıqlı işgüzar münasibətlərindən açıq-aşkar görünür. Yeni tikilən binalarda mənzillərin satılması və sənədləşdirilməsi prosesləri də məhz "xxxx" MTK tərəfindən həyata keçirilir. Bu iki hüquqi şəxs arasında mövcud olan bağlılığı müəyyən etmək üçün Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iş yeni apellyasiya baxışına qaytarılsa da, apellyasiya instansiyası məhkəməsi bu hüquqi şəxslərin qeydiyyat tarixlərindən bu günədək olan təsis sənədlərini müvafiq qeydiyyat orqanından tələb etməmiş və bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. Hər iki hüquqi şəxsin təsisçiləri sırasında eyni fiziki şəxslərin – X3 və onun yaxın qohumlarının olması, bu iki hüquqi şəxsin arasında olan bağlılıqdan və faktiki olaraq kimin sahibliyində olmasından xəbər verir. İş materiallarında olan sənədlərdən isə göründüyü kimi, Cavabdeh2 təkcə "xxxx" MTK- nın həmtəsisçisi və sədri deyil, eyni zamanda İddiaçı1 MMC-nin prezidenti vəzifəsində çalışmışdır (işin İİ-ci cildinin 256, 257, 267, 269, 270, 277-286, 329-332-ci vərəqləri, İİİ-cü cildinin 283-286-cı vərəqləri). Mülki Məcəllənin 49.3-cü maddəsinin tələbinə görə, hüqu qi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, tikinti ərazisinə düşən köhnə mənzillərin əvvəlki sahiblərindən 2011-2015-ci illər ərzində alınması işi ilə bağlı İddiaçı1 MMC ilə Cavabdeh2 arasında olan mü nasibətlər şifahi tapşırıq müqaviləsi sonra qüvvəyə minir. Sözügedən tapşırığın müqabilində Cavabdeh2 "xxxx" MTK-nın sədri, eyni zamanda İddiaçı1 MMC-nin prezidenti təyin edilmiş və bu tapşırığı icra etdiyinə görə muzd almışdır. Tapşırıq icra edildikdən sonra tərəflər arasında mövcud olan işgüzar münasibətlərə xitam verilmiş, Cavabdeh2 İddiaçı1 MMC-də və "xxxx" MTK-da tutduğu vəzifələrindən azad edilmiş və bununla bağlı hüquqi şəxslər tərəfindən qəbul edilmiş qərarları mübahisələndirməmişdir. Bununla belə, hazırda işin hallarından göründüyü kimi, Cavabdeh2 AR MM-in 425.1-ci maddəsinin tələbini pozaraq, yəni öhdəliyin şərtlərinə, habelə tərəflər arasında formalaşmış işgüzar adətlərə zidd şəkildə hərəkət etməklə, formal olaraq onun adına qeydiyyata alınmış mülkiyyət hüququndan sui-istifadə e tmişdir.
52. Apelyasiya məhkəməsi öz təşəbbüsü ilə mübahisəli mənzillərin əldə edilməsi barədə alğı-satqı müqavilələrini sorğu etsə də, iki hüquqi şəxs arasında olan bağlılığa aid təsis sənədlərini müvafiq qeydiyyat orqanından, ilk iddia üzrə iddiaçıdan və ya "xxxx" MTK-dan, habelə Cavabdeh2 İddiaçı1 MMC-də hansı vəzifə daşıdığını təsdiq edən müvafiq sənədləri ilk iddia üzrə iddiaçıdan sorğu edib tələb etməmişdir. Göründüyü kimi, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməmiş, tərəflərə bərabər şərait yaratmamış, tərəflərin bərabər şəraitdə çəkişməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Qarşılqlı iddiaçı kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin rədd olunmasını, apelyasiya instansiyası qətnaməsini də yişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
55. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
56. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma.
57. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına q eydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
58. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
59. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
60. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
61. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
62. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
63. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
64. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum ola nın) hesabına əmlak əldə etsin.
65. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
66. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....
67. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
68. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı qarşılıqlı iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla Cavabdeh2 qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir.
79. Belə ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə “Nehrəm Holdinq” kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi “Nehrəm Holdinq” kompaniyasının istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 nömrə li, xx.xx.2015-ci il tarixli sərəncamı ilə həmin məhəlldə yaşayış binasının tikintisi üçün “Nehrəm Holdinq” Kompaniyasına icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 3 otaqlı, 4 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 2 otaqlı, ümumi sahəsi 27,5 kv.m. olan 13 saylı, 2 otaqlı, yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı, 4 otaqlı, ümumi sahəsi 78,8 kv.m. olan və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2 mülkiyyətində olmuş və həmin tikililər, sözügedən tikinti işləri ilə əlaqədar mülkiyyətçi Cavabdeh2 razılığı ilə 2013 və 2014-cü illərdə sökülmüşdür.
80. Birinci instansiya məhkəməsi həmçinin müə yyən etmişdir ki, mənzillər eyni zamanda Cavabdeh2 iştirakı ilə sökülmüşdür. Cavabdeh2 "xxxx" MTK-nın təsisçisidir və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. Məhkəmə mənzillərin sökülməsində Cavabdeh2 iştirakını onunla əlaqələndirmişdir ki, Cavabdeh2 “Nehrəm Holdinq” Kompaniyasının prezidenti olaraq imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir.
81. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Halbuki, işin bu halları iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Çünki tikililərin sökülməsi mülkiyyətçinin iradəsi xaricində olmamış, onun razılığı və iştirakı ilə sökülmüşdür. Bu halda sökülmənin qanunsuz olması müəyyən edimir. Həmçinin mülkiyyətçi Cavabdeh2la “Nehrəm Holdinq” Kompaniyası arasında mənzillərin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi barədə hər hansı razılığın olması barədə sübut təqdim olunmamışdır. Cavabdeh2 hər hansı qeydşərt qoyulmadan öz adına olan mənzillərin sökülməsinə razılıq vermi ş, bu vəziyyətdən “Nehrəm Holdinq” Kompaniyası yararlanmışdır. By halda iddia tələbi əsassız varlanmaya aid müddəalar əsasında həll edilməlidir.
82. Əsassız varlanmadan bəhs edən Mülki Məcəllənin 1091.1-ci maddəsində deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
83. Mülki Məcəllənin 1092.1-ci maddəsində deyilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
84. Lakin bu tələblər iddia müddətinə tabe tutulur. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
85. İşin hallarından göründüyü kimi mənzillər 2013-2014-cü illərdə sökülmüşdür. Cavabdeh2 mənzillərə görə haqqın ödənilməsi barədə razılığa dair sübut təqdim etmədiyindən, ona hüququnun pozulması həmin vaxdan bəlli olmalı idi. Cavabdeh2 isə mənzillərin dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə yalnız xx.xx.2020-ci ildə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülmüşdür.
86. Mülki Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
87. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
88. Həmin Məcəllənin 375.2-ci maddə sində deyilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
89. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.
90. Maddi hüquq normasının pozulması MPM-nin 418.1-ci maddəsinə görə qətnamənin ləğv edilməsi üçün əsasdır.
91. Həmçinin müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.
92. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 1091-ci maddəsinə əsaən qiymət verildiyinə görə, həmin dəlillər iş üzrə gəlinən nəticəyə təsir etmir və bu halların araşdırılmasına zərurət yoxdur.
93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. Cavabdeh2 qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.