Məhkəmə qərarları › İş №2(102)-938/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2019

20.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il iş № 2(102)- 938/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və FƏ tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Əliyev, 2(060)-588/201 8 saylı mülki iş) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və FƏ tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı “AQS Dental Senter” müəssisəsi ilə bağlanmış icarə müqavilələrinin surəti və icarəçi tərəfindən ödənilmiş məbləğlərin kassa mədaxil orderlərinin surətlərinin İddiaçı təqdim olunması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Z.Məmmədov və T.Məmmədov, 2(105)-2506/2018 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(060)588/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinə görə ödənilmiş 15,40 (on beş manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir. İşin halları İddiaçı cavabdeh Sumqayıt şəhər 2 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 2 saylı X3 Poliklinikasının Nizamnaməsinin, 2010-2016-cı illər üçün illik hesabat və mühasibat balansının, 2010-2016-cı illər üçün ümumi yığıncağın protokollarının surətinin, Sumqayıt şəhər 2 saylı X3 Poliklinika ilə “AQS Dental Senter” müəssisəsi arasında bağlanmış icarə müqavilələrinin surətinin və icarəçi tərəfindən ödənilmiş məbləğlərin kassa mədaxil orderlərinin, 2010-2016-cı illər üçün vergi bəyənnamələri və onlara olunan əlavələrin ona təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə verərək, iddia ərizəsində cavabdeh kimi göstərilən Sumqayıt şəhər 2 saylı X3 Poliklinikanın əsl cavabdehlər Ca vabdeh və FƏ ilə əvəz etməyi və 2010-2016-cı illər üçün illik hesabat və mühasibat balansının, 2010-2016-cı illər üçün ümumi yığıncağın protokollarının surətinin, həmin obyektə dair “AQS Dental Sental” müəssisəsi arasında bağlanmış icarə müqavilələrinin surətinin və icarəçi tərəfindən ödənilmiş məbləğlərin kassa mədaxil orderlərinin, 2010-2016-cı illər üçün vergi bəyənnamələri və onlara olunan əlavələrin həmin şəxslərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və FƏ apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məh kəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rey estrindən RX seriyalı, ******* saylı Çıxarışdan məlum olmuşdur ki, ünvan 1 qeyri-yaşayış sahəsinin 0,375% üzərində İddiaçı, 5 faizi FƏnun, 0,375 faizi X4 və 94,25 faizi Cavabdeh xüsusi mülkiyyət hüququ qeydə alınıb. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Departamentinin 31.01.2018-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsi 2 saylı X3 Poliklinika (VÖEN:**********) 28.01.2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış və 15.04.2008-ci il tarixdə ləğv edilmişdir. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin hüquqi varisi mövcud deyildir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddiaçının gəlirin həcmini müəyyən etmək üçün paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 2,1 kv.m. olan qeyriyaşayış sahəsinin üçüncü şəxslərə icarəyə verilməsi ilə bağlı əldə edilən gəlir barədə məlumata malik olmaq hüququnun olmasını müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin213.1,213.2,213.3və216-cımaddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab etmişdir. Belə ki, iş materialları ilə təsdiq edilmişdir ki, icarəyə verilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 622,1 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı, FƏnun, X4 vəAbışovCavidQüdrətoğlununpaylımülkiyyətindədir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 216-cı maddəsinə görə mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Qeyd edilən qanunvercilik normalarının tələbi baxımından, payl ımülkiyyətçinin əmlakından digər mülkiyyətçilərin istifadə etməsi, əmlakından gəlir götürməsi barədə məlumat almaq, hüququ vardır və bu hüquqa hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün n əticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh və FƏnun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar