Məhkəmə qərarları › İş №2(102)-939/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-939/2020

17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-939/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, vəkili Vəkil, Cavabdeh2 və Cavabdeh3 vəkili X5nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əmlakların əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10750/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən əşyalarından istifadəyə maneçiliyin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əşyaların cavabdehlər tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) xx xxx 2019-cu il tarixli, 2(007)-189/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilər ək ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus 2 ədəd çarpayı, yanında olan iki ədəd tumba ilə birlikdə, bir ədəd şifoner, iki kreslo 1 divan, 1 ədəd kəfkirli saat, 1 ədəd yemək masası, iki ədəd stul, 5 ədəd xrustal iri rumka, bir ədəd xrustal hündür meyvə qabı, 2 dəst qrafin rumkası (5 ədəd), 1 dəst 6 nəfərlik çay dəsgahı (nəlbəkiləri yoxdur), 1 boz qara rəngdə kreslo-divan üstü (iki ədəd kreslo üçün örtük yoxdur), 1 dəst 6 nəfərlik göy rəngli kofeyni dəst (bir ədəd fincan çatışmır), 4 ədəd şüşə qapaqlı qazan dəsti, 1 ədəd taxta karniz əşyalarından iddiaçı tərəfindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, qalan hissədə iddia nın təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Elşad Şamayev) xx xxxxxxxx 2019-ci il tarixli 2(103)10750/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-189/2019 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsinin lə ğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, gəlin köçdüyü və cehiz əşyalarını yerləşdiridiyi mənzildə çox az bir müddət yaşamış və bu səbəbdən cehiz əşyalarından qısa müddət ərzində istifadə etmişdir. O, mənzildə yaşamadığı dövrdə cavabdehlər ona məxsus əşyaların yerlərini dəyişmişlər və bəzi əşyaları qəsdən yararsız hala salmışlar. İş üzrə keçirilmiş ekspertiza rəylərinə məhkəmələr tərəfindən düzgün qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və qanun normaları düzgün tətbiq edilməməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştira k edən iddiaçının nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili X5 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsl ərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidi r. Məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(007)-1255/2012 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi 11/4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5807/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, xx xxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-7412/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı kompensasi ya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması tələbinə Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-3578/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-3578/20117 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi (kompensasiya məbləği hissəsində) dəyişdirilmiş və kompensasiya məbləği 6000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2019-cu il tarixli 2980 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 42 adda məişət ev əşyalarının istismar müddəti, mənəvi və fiziki köhnəlməsi, qeyd edilən qüsurların və köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar pəra kəndə satış qiymətləri və bərpa xərcləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: istifadə edilmiş çarpayının döşəkaltı 60 x 200 sm. ölçülü 2 ədəd dikt taxta sınmışdır, hazırda birləşdirilib, bərkidilib, bərpası 50 manat, çarpayının yan və başlıq hissələrinin bərkidilən yerləri boşaldılıb, bərkidilib nizamlanma xərci 10 manat; istifadə edilmiş çarpayı yanı 2 ədəd istifadə edilmiş tumbaların 4 ədəd dəstəyi üstündə yoxdur, təzəsinin alınıb quraşdırılması xərci 20 manat, usta haqqı 10 manat, tumbanın üzərindən qopmuş lak boyanın üstündən qəhvəyi rəngə uyğun gəlməyən digər boya ilə rənglənməsi müşahidə edildi; istifadə edilmiş dörd qapılı şifonerin 2 ədəd dəstəyi üzərində yoxdur, təzəsinin alınıb quraşdırılma xərci 6 manat, usta haqqı 5 manat; iki ədəd kreslo və bir əd əd divandan ibarət istifadə edilmiş dəstin ayaqlarının bərkidilməsi və qara rəngli şurupların başlarının görünməsi müşahidə edildi, divan oturacağının parça üzlüyünün kəsilməsi və kustar üsulu ilə tikilməsi müşahidə edildi, divan öz ilkin əmtəə görünüşünü qismən itirib, oturacağın və söykənəcəyin parça üzlükləri dəyişdirilməlidir-150 manat; bir ədəd döşəmənin üstündə quraşdırılan qəhvəyi rəngli istifadə edilmiş kəfkirli saatın qabaq aşağı sol hissəsində lak boyanın çatlaması və orta hissəsində çatlamış lak boyanın üstündən qəhvəyi rəngə uyğun gəlməyən digər boya ilə rənglənməsi müşahidə edildi; üstü oval formalı istifadə edilmiş yemək masası sökülmüş vəziyyətdə otağın divarına söykənmişdir, masanın kənarlarında boya qopuqları müşahidə edildi, bu qusurlar masanın istifadə müddətində əmələ gəlməsinə dəlalət edir; iki ədəd istifadə edilmiş stulun müxtəlif yerləri sınmış və yenidən sınmış hissələr kustar üsulla bərkidilmiş, lakin onlar öz ilkin əmtəə görünüşünü tamamilə itirmiş və təzəsi əvəz edilməlidir- 80 manat; istifadə edilmiş xrustal iki rumka – 6 ədəddən biri yoxdur-4 manat; bir ədəd istifadə edilmiş xrustal hündür meyvə qabı yararlıdır; 2 ədəd istifadə edilmiş qrafin rumkası 6 ədəddən biri yoxdur-6 manat; 1 ədəd istifadə edilmiş 6 nəfərlik çay dəstgahının nəlbəkiləri yoxdur 18 manat; 1 kreslo-divan üstü boz qara rəngli istifadə edilmiş örtük dəstindən iki ədəd kreslo üçün örtük yoxdur-12 manat; 1 dəst 6 nəfərlik göy rəngli istifadə edilmiş kofeyni dəstindən bir ədəd fincan yoxdur-25 manat; 1 ədəd istifadə edilmiş taxta karniz mövcuddur. Yuxarıda qeyd edilən çarpayı y anı tumbaların və qəhvəyi rəngli kəfkirli saatın üzərində olan rənglənmə qüsurunun bərpa edilməsi ekspert əmtəəşünasın səlahiyyətinə aid olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmadı. Rəyin tədqiqat hissəsində qeyd edilən mövcud olan qüsurlar həm insan amili və həm də təbii aşınma nəticəsində baş verməsi istisna deyil. Ekspert qeyd edir ki, qərardadda göstərilən lakin ekspertiza tədqiqatına təqdim edilməyən 1 ədəd ütü stolu, 1 ədəd mebel qapısı, 1 ədəd yaşıl rəngli bagema güldan, 3 ədəd madonna qənd qabı, 2 ədəd büllur ağzı qapalı konfet qabı, 2 ədəd çörək qabı, 2 ədəd padnos, 2 ədəd 3 mərtəbəli madonna qab, 1 ədəd elektrik çayniki, 1 ədəd yekə vedrə, 2 ədəd orta vanna, 2 ədəd balaca vanna, 1 ədəd yekə vanna, 1 ədəd zibil üçün vedrə, 1 ədəd süpürgə xəkəndaz (plastik), 1 ədə d su kruşkası, 1 dəst boz qara rəngli kreslo üstü, 1 ədəd stolüstü bənövşəyi gül, 3 ədəd balaca içi sulu rumka, 6 ədəd taxta qaşıq dəsti, 6 ədəd iri qaşıq dəsti, bir ədəd çörək kəsmək üçün yaşıl kauçuk dəstəkli bıçaq dəsti, 1 ədəd ventilyator və bir ədəd (8 seksiyalı) qızdırıcı soba üzrə tədqiqat və qiymətləndirmə aparılmalıdır. Ekspert rəyindən görünür ki, 1 ədəd ütü stolu, 1 ədəd mebel qapısı, 1 ədəd yaşıl rəngli bagema güldan, 3 ədəd madonna qənd qabı, 2 ədəd büllur ağzı qapalı konfet qabı, 2 ədəd çörək qabı, 2 ədəd padnos, 2 ədəd 3 mərtəbəli madonna qab, 1 ədəd elektrik çayniki, 1 ədəd yekə vedrə, 2 ədəd orta vanna, 2 ədəd balaca vanna, 1 ədəd yekə vanna, 1 ədəd zibil üçün vedrə, 1 ədəd süpürgə xəkəndaz (plastik), 1 ədəd su kruşkası, 1 dəst boz qara rəngli kreslo üstü, 1 ədəd stolüstü bənövşəyi gül, 3 ədəd balaca içi sulu rumka, 6 ədəd taxta qaşıq dəsti, 6 ədəd iri qaşıq dəsti, bir ədəd çörək kəsmək üçün yaşıl kauçuk dəstikli bıçaq dəsti, 1 ədəd ventilyator və bir ədəd (8 seksiyalı) qızdırıcı soba istisna olunmaqla qalan əşyalar hal-hazırda mübahisəli mənzildədir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 ilə 2007-ci ildə ailə həyatı quraraq mübahisəli ünvana gəlin köçmüş, bir yerdə 5 il yaşamış və 2012-ci il tarixdə ayrılmışlar. Tələb olunan əşyalar 5 il ərzində iddiaçının və cavabdehlərin istifadəsində olmuşdur. Bu müddət ərzində onların köhnəlməsi, sınması və ya yararsız hala düşməsi istisna edilmir. Buna görə də, sıradan çıxarılmış əşyaların cavabdehlər tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi tələbi hissəsində iddianın rədd edilməs i barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndiril məlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı ona məxsus cehiz əşyalarının bir hissəsindəki qüsurların məhz cavabdehlər tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10750/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar