Məhkəmə qərarları › İş №2(102)-941/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-941/2024

28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun Cavabdeh qarş iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən avtoyuma kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən avtoyuma kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(103)-131/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MMC ilə alıcı İddiaçı17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 194 saylı müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“ məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın A4 korpusu, 3-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 27570 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. 2. "xxxx" MMC ilə alıcı İddiaçı9 Nayıb oğlu arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 309 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın B korpusu, 16-cı mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 35262 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. 3. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 23 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın C korpusu... sahəsi 602,4 kv.m., A2 korpusu... sahəsi 518,4 kv.m., E korpusu... sahəsi 738 kv.m., A3 korpusu... sahəsi 518,4 kv.m., B korpusu... sahəsi 654 kv.m., A4 korpusu... sahəsi 518,4 kv.m., A5 korpusu... sahəsi 518,4 kv.m., D korpusu... sahəsi 4564 kv.m. təşkil edən obyektləri alıcıya 600.000 ABŞ dolları qiymətinə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlu Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən avtoyuma obyekti kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“ məhəllə ünvanında yerləşən binada ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsindədir. Sonuncu qeyd edilən qeyri-yaşayış sahəsinə avt oyuma avadanlıqları yerləşdirərək, həmin sahədən avtoyuma məntəqəsi kimi istifadə edir. Cavabdeh həmin sahədən istifadə edərkən heç bir sanitar və digər normalara riayət etmir, onun fəaliyyəti yüksək səs-küylə, kəskin qoxuyla, avtomobillərin qazı ilə müşayiət edilir. Bununla yanaşı cavabdehin fəaliyyəti nəticəsində çirkab sular axıdılır və bu da öz növbəsində antisanitar vəziyyət yaradır. Eyni zamanda cavabdehin avtoyuma fəaliyyəti nəticəsində axıdılan sular binanın təməlinə mənfi təsir göstərir. İddiaçılar tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, heç bir məhəl qoymamış və öz fəaliyyətini davam etdirməkdədir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 742 saylı ekspert rəyində qeyd edi lmişdir ki, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“ məhəllə ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinə su və kanalizasiya xətlərinin çəkilməsi barədə texniki şərt təqdim edilmədiyindən ( bu barədə xx.xx.2020-ci il tarixli vəsatət verilmişdir), həmin qeyriyaşayış sahəsindən axıdılan suların texniki şərtə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Baxış zamanı tədqiq olunan zirzəmi mərtəbəsində divarların üzərində sızma və nəmlik əlamətləri olduğu, həmçinin döşəmənin üzərinə 2-3 sm hündürlükdə su yığıldığı müəyyən edilmişdir. Lakijn axıdılan suların binanın təməlinə və dayanıqlığına nə kimi təsir göstərməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən (m ütəxəssislərin ekspertiza tədqiqatına cəlb olunması barədə xx.xx.2020-ci il tarixli vəsatət verilmişdir) həmin sahədə instrumental müayinə-tədqiqat işləri aparılmaqla müəyyən oluna bilər. Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“məhəllə ünvanında inşa edilmiş yaşayış binasının layihə sənədləri təqdim edilmədiyindən ( bu barədə xx.xx.2020-ci il tarixli vəsatət verilmişdir), həmin binanın 1-ci mərtəbəsindəki avtoyuma məntəqəsinin, eləcə də onun daixlində və ətrafındakı mühəndis-kommunikasiya xətlərinin layihəyə uyğun olubolmamasını müəyyən etmək mümkün olmadı. Avtoyuma məntəqəsi kimi istifadı olunan qeyriyaşayış sahəsində nüfuz edici səs-küy və vibrasiya səviyyələrinin göstəricilərinin normalara uyğun olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu aua l üzrə tədqiqat aparılmadı.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilərək Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş yeni tikili binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7939/2019 saylı qərardadı ilə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin qərardadda qoyulmuş suallar rəydə tam olaraq cavablandırılmadığına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (001)-582/2020 saylı qərardadı ilə əlavə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin həmin qərardad ümumiyyətlə icra edilmədən məhkəməyə qaytarılmışdır

9. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 742 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “... tədqiqat Bakı şəhəri, Atatürk prospekti, 3078 “A“ məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq olunan qeyri-yaşayış sahəsi monolit dəmir-betondan inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsi faktiki olaraq avtoyuma məntəqəsi kimi is tifadə olunur. Qeyri-yaşayış sahəsinin giriş hissəsində çirkab suların axıdılması üçün tikilinin eni boyunca kanalizasiya arxı düzəldilmiş və həmin arx ümumi kanalizasiya xəttinə birləşdirilmişdir. Qeyri-yaşayış sahəsinin altında yerləşən binanın zirzəmi sahəsinə baxış keçirilərkən, həmin sahədə divarların üzərində su sızma və nəmlik əlamətləri olduğu, həmçinin döşəmənin üzərində 2-3 sm. hündürlükdə su yığıldığı müəyyən edilmişdir”. Rəydə qeyd olunanlar ekspert tərəfindən çəkilmiş və rəyə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur.

10. İddiaçıların nümayəndəsi və vəkili tərərindən "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavabda aşağıdakılar göstərilmişdir: Bakı şəhəri, Atatürk prospekti 3078 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası hal-hazırda "xxxx" MMC-yə məxsusdur və həmin binaya içməli su təchizatı ilə əlaqədar sonuncunun "xxxx" ASC ilə müqaviləsi mövcuddur və içməli sudan təyinatı üzrə istehlakçı tərəfindən istifadə edilməsinə dair 27 noyabr 2015-ci il tarixli, YK01/05-78- 97 saylı texniki şərtlər mövcuddur. Bu zaman həmin binada yerləşən digər istehlakçılar (yaşayış və qeyri-yaşayış sahələri) üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Bu səbəbdən də Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-əhali istehlakçılarına binanın daxili su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Həmçinin bildiririk ki, "xxxx" MMC ilə müqavilə bağlandıqda müvafiq qaydalara uyğun olaraq "xxxx" MMC-yə məxsus sözügedən binanın həm yaşayış həmdə qeyri-yaşayış sahələrində içməli su təchizatının təmin etməsi sonuncunun üzərinə düşür. “... Bütün yuxarıda qeyd olunanlara uyğun olaraq, vətəndaş Cavabdehla Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsindəki qeyriyaşayış sahəsində kommersiya fəaliyyəti ilə əlaqədar su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair xx.xx.2018-ci il tarixli, 103882 nömrəli müqavilə bağlanmışdır. İstifadə olunmuş suyun dəqiq uçotunun aparılması məqsədilə su təchizatı xəttinin üzərində xx.xx.2018-ci il tarixdə smartkart tipli sayğac quraşdırılmışdır. Bu günə kimi sudan istifadəylə əlaqədar müqavilə şərtlərinin pozulması və qeyri-qanuni istifadə halları aşkar edilməmişdir”.

11. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, avtoyuma fəaliyyəti nəticəsində səs-küyün (təzyiqli su şırnağının yaratdığı səs, avtomobili təmizləmək üçün istifadə olunan aparatların yaratdığı səs, ora gələn avtomobillərin və insanların yaratdığı səs və s.) və çirkli tullantıların (avtomobillərin yuyulması nəticəsində yaranan çirkab su, avtomobillərin yuyulması üçün istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələrin suyun və küləyin təsirindən havaya qalxması və s.) yaranması (müasir avtoyuma məntəqələrinin iş prinsipi nəzərə alınarsa) aksiyomadır. Xüsusilə yay vaxtlarında bu səs-küy və çirkli tullantılar yaxınlıqdakı mənzillərdə“yaşayan insanları daha çox n arahat edir, çünki mənzillərin pəncərələri açıq olur. Son dövrdə yaşayış binalarının yaxınlığında (hətta hazırkı işdəki kimi, yaşayış binasının daxilində) avtoyuma məntəqələrinin sürətlə çoxalması fonunda bu məsələnin xüsusi tənzimlənməsinə ehtiyac yaranıb (məs., avtoyuma məntəqəsi ilə yaşayış evlərinin arasındakı minimum məsafəni müəyyən edən qərarın mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunması və s). Çünki yaşayış zonaları insanların yaşayışı üçün nəzərdə tutulur, orada digər məntəqələr (avtomobillərin təmizlənməsi, təmiri və s. üçün məntəqələr) o şərtlə (məsafəyə dair şərt və s.) yerləşdirilə bilər ki, insanların normal yaşayışına mane olmasın.

12. Hazırkı işin materiallarından göründüyü kimi, avtoyuma məntəqəsi yaşayış evinin birinci mərtəbəsində yerləşir və bu səbəbdən avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranan səs-küy və çirkli tullantılar binanın sakinlərinin normal yaşayışını pozur.

13. Belə ki, çoxsaylı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir ki, səs-küyün uzunmüddətli təsiri insan sağlamlığına mənfi təsir göstərir. İlk əvvəl belə hesab edirdilər ki, səsküy əsasən eşitmə qabiliyyətinin pisləşməsinə səbəb olur, lakin sonradan sübut edildi ki, eşitmə yalnız “qapıdır” ki, səs-küy onun vasitəsi ilə orqanizmə daxil olur və sinir sisteminə təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir, görmənin itiliyi pozulur, diqqət zəifləyir, eyni ölçüdə fiziki yükləmə zamanı enerji sərfiyyatı yüksəlir, psixiki reaksiya sürəti ləngiyir. Ciddi əsaslar mövcuddur ki, bütün dünyanın tibbi statistikası ilə qeydiyyata alınan əsəb və ürəkd amar xəstəliklərini insan orqanizminə səs-küyün təsiri ilə əlaqələndirilir. İnsanların sağlamlığının zərərli səs-küyün təsirindən qorumaq mühüm problemlərdən biridir. Bu problemin həllində aparıcı rol sanitariya normalaşdırılmasına, yəni səs-küyün elmi əsaslarla yol verilən həddinin müəyyən edilməsinə məxsusdur, hansı ki, bu zaman uzun illər ərzində səs-küyün gündəlik sistematik təsiri insan orqanizminin xəstəliklərinə səbəb olmur və normal fəaliyyətinə mane olmur. 14. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"nda aşağıdakılar qeyd olunmuşdur: “... Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasın ın Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Bu normalara mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “... Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerj isi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir"

15. Göründüyü kimi, mənbələrin yaratdığı küyün ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə küy normalarını müəyyənləşdirən normativ sənədlər qəbul edilmişdir. Küyün normalaşdırılmasında məqsəd onun zərərli təsirinin qarşısını almaq üçün eşitmənin pisləşməsinə (pozulmasına), “küy xəstəlikləri” adlandırılan sağlamlığın patoloji hallarının yaranmasına və əmək fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olan küy səviyyələrini müəyyənləşdirməkdir. Sanitar normalar və qaydalara görə insana birbaşa və ya dolayı yolla ziyanlı və xoşagəlməz təsiri olmayan, onun əmək fəaliyyətini azaltmayan, sağlamlığı və əhval ruhiyyəsinə təsir göstərməyən küy səviyyəsi icazə verilən səviyyə sayılır. Küyə həssaslıq yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən, cari psixofiziki vəziyyətdən, bəzi milli mental xüsusiyyətlərdən, ətraf mühit şəraitindən (havanın temperaturu və nəmliyi, yağıntı, küləyin sürəti və qulağa nisbətən istiqaməti və s.) və s. asılı olduğu üçün normalar ən həssas fərdlərin audiometrik reaksiyaları nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitar gigiyenik normalaşdırma eyni zamanda küyün intensivliyini, spektral tərkibini, təsir müddəti və dozasını tənzimləməklə yanaşı onun mənfi təsirlərindən qorunması üçün normativ mühafizə qaydalarını da müəyyənləşdirir.

16. Eşidilən diapazona aid yüksək intensivlikli (80 dBA-dan yuxarı) sabit və qeyri-sabit (tonal və ya genişzolaqlı) səs-küyün insana uzunmüddətli təsiri eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olur. Küyün təsir müddəti və intensivliyin dən asılı olaraq eşitmə orqanlarının həssaslığının az və ya çox dərəcədə azalması baş verir ki, bu da eşitmə həddinin müvəqqəti yüksəlməsi ilə müşahidə olunur ("eşitmənin təbii azalması amili"). Bu hal küyün təsiri bitdikdən sonra yox olur – eşitmə dərəcəsi əvvəlki vəziyyətinə qayıdır. Uzunmüddətli və (və ya) yüksək intensivlikli küy isə eşitmə həddinin birdəfəlik dəyişikliyi ilə xarakterizə olunan “eşitmənin dönməz itkisi” adlanan karlıq halını yaradır. Lakin bir çox hallarda güclü küy şəraiti karlıqdan əvvəl bir sıra qeyri-infeksion qulaq aparatı xəstəliklərinin: tinnitus – mövcud olmayan səslərin eşidilməsi; hiperakuziya – səsin olduğundan daha yüksək səviyyədə qavranması və s. xəstəliklərin yaranmasına səbəb ola bilər.

17. Digər tərəfdən güclü səs-küy hipertonik ürək xəstəliyi, koronar kardioskleroz, stenokardiya, miokard infarktı və s. xəstəliklərin yaranma riskini artırır. Burada qeyd edilir ki, 80 dBAdək səviyyəsinin eşitmə orqanı üçün 100% təhlükəsiz olmasına baxmayaraq küyün 64 dBAdan 77 dBA-ya qədər yüksəlməsi infeksion xəstəliklərin tezliyini 3 dəfə artırır ki, bu da orqanizmin imunitetinin azalması ilə izah edilir. 18. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən,... hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçin in fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək... hüququ var.

19. Həmin Qanunun 37-ci maddəsinə görə, müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir.

20. Həmin Qanunun 46-cı maddəsinə müvafiq olaraq, təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vib rasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli“təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər.

21. Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat və başqa obyektlərin layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında, yeni texnologiyanın, nəqliyyat və rabitə vasitələrinin yaradılmasında ətraf mühitin ekoloji tarazlığının qorunması nəzərə alınmalıdır. 22. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.

23. Həmin Qanunun 16-cı maddəsinə müvafiq olaraq, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətənşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər.

24. Həmin Qanunun 17-ci maddəsinə görə, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar: kimyəvi maddələr, bioloji vasitələr və materiallar... istifadə edilərkən... sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini nəzərdə t utan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və digər sənədlərə əməl etməli; kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, digər kimyəvi və bioloji vasitələri yalnız toksikolojigigiyena rəyi verildikdən, gigiyena normativləri müəyyən olunduqdan sonra, dərman vasitələrini isə müəyyənləşdirilmiş qaydada və“müvafiq icra hakimiyyəti orqanının“icazəsi ilə tətbiq etməlidirlər.

25. Beləliklə iş materiallarından göründüyü kimi, ümumi sahəsi 4564 kv.m. təşkil edən qeyri-yaşayış sahələri "xxxx" MMC tərəfindən Cavabdeh satılmış və o, qeyri-yaşayış sahələrindən birini avtoyuma məntəqəsi kimi istifadə edir. Nəticə etibarilə bi na sakinləri həm nüfuzedən səs-küyün, həm də avtoyuma zamanı istifadə edilən kimyəvi maddələrin təsirindən əziyyət çəkir, eyni zamanda yaşayış binasının birinci mərtəbəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi nəticəsində binanın özünə də gündəlik mənfi təsir göstərilir və bu bina sakinlərinin təhlükəsiz və sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququnu pozmuş olur.

26. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi "digər şəxslərə" münasibətdə təmin edilməməlidir. Belə ki, tələb mücərrəd cavabdehlər sırasına qarşı yönəldilə bilməz.

27. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 169 və 170-ci maddələrinə, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6, 37 və 46-cı maddələrinə, “Sanitariya-epidemioloji salam atlıq haqqında” Qanunun 5, 16 və 17-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir.

29. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanlarından icazələr alınaraq icarə əsasında avtoyuma məntəqəsi kimi istifadə olunmaqla, bina sakinlərinin, eləcə də digər şəxslərin kiçik qabaritli avtomobillərinin yuyulmasını həyata keçirir. Hal-hazıradək dövlətin nəzarət funksiyalarını həyata keçirən qurumlar, o cümlədən "xxxx" ASC tərəfindən hər hansı pozuntunun baş verməsi müəyyən edilməmişdir. Digər tərə fdən, iddiaçılardan birinin başqa blokda 3-cü mərtəbədə, digərinin isə 16-cı mərtəbədə mənzil aldığı nəzərə alındıqda, məhkəmənin səs-küyün həmin mənzillərə hansı dərəcədə çatmasını, səbəblərini, eləcə də, mənzil sahiblərinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmadığını müəyyən etmədən, yalnız iddiaçıların formal mülahizələrinə əsaslanması qəbul edilən deyil. Bundan başqa, məhkəmə tərəfindən məhkəmə iclasının audio-video texniki vasitələrdən istifadə etməklə qeydə alınması, eyni zamanda cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla da tərəflərin çəkişmə prinsipi pozulmuşdur.

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 iyun 2022-ci i tarixli rəydə qeyd edilmişdir ki; 1-ci sual: Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 "A" ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsində fəatiyyət göstərən avtoyuma məntəqəsində sanitariyagigiyena qaydalarına əməl olunurmu? Bildiririk ki, 245-71 saylı "Sənaye müəssisələrinin layihələndirilməsinin sanitariya normaları"nin 8.4 bəndinə müvafiq olaraq, sənaye tipli obyektlərin yaşayış binalarında yerləşdirilməsinə yol verilmir. 2-ci sual: Sözügedən avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda axıdılan sular (çirkab sular) bununla bağlı qaydalara uyğun axıdılırmı? Avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olarkən axıdılan suların (çirkab sular) qaydalara uyğun axıdılıb-axıdılmaması ilə əlaqədar bıldiririk ki, 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli "Su təchizatı və tullantı sulan haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Su Məcəlləsinin müvafiq maddələri ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Ekologiya və Təbii Sərvətiər Nazirliyinə verilmişdir. Bununla yanaşı, avtoyuma zamanı əmələ gələn tullantı suyundan (çökdürücüdən əvvəl və sonra) nümünələr götürülmüş və "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-in Laboratoriya Sınaq mərkəzində fiziki-kimyəvi yolla analiz olunmuşdur. Analizin nəticələrinə əsasən iş prosesi zamanı asılı maddələrin miqdarı çökdürücüdən əvvəl 15.0 mq/l və sonra 8.0 mq/l olmuşdur ki, bu da yol verilən normadan (0.75) artıq olmuşdur. 3-cü sual: Avtoyuma məntəqəsinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda yaranan səs-küy iddiaçılara məxsus mənzillərin (Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 "A" ünvanında inşa edilmiş binanın A4 korpusu 3-cü mərtəbədə və B korpusu 16-cı mərtəbədə) daxilində müvafiq normalar çərçivəsindədirmi? Bildiririk ki, İddiaçı17 mənzilində avtoyuma məntəqəsində istifadə olunan avadanlıqların (köpükvuran, suvuran və tozsovuran) işlək və işləmədiyi hallarda səs-küyün səviyyəsi ölçüldü. Aparılmış ölçmələrin nəticələrinə görə İddiaçı17 mənzilində daimi səsin səviyyəsi müvafiq olaraq 39,41 və 42 dBA olaraq Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfı təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında 8 iyul 2008-ci il tarixli, 796 nömrəli Fərmanı ilə müəyyən edilmiş yol verilən hədd səviyyəsi ndən (40 dBA) artıq olmuşdur. Digər iddiaçı X4 evdə olmadığı və evinin qapısı bağlı olması səbəbindən müvafiq ölçmələrin aparılması mümkün olmamışdır. Cavabdeh müvafiq ekspertiza zamanı (avadanlıqların işlək vəziyyətə gətirilməsində, tullantı suyunun götürülməsində) iştirak etdi, lakin akta (əlavə olunur) imza etməkdən imtina etdi.

31. Məhkəmə tikinti texniki ekspertizanın 10/4465 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 «A» ünvanında inşa ediimiş binanın birinci mərtəbəsində fəaliyyət göstərən mübahisə predmeti olan avtoyuma məntəqəsinin ümümi sahəsinin faktiki olaraq 44,6 m2 təşkil etdiyi müəyyən edilmişdir; Azərbaycan Respubtikası Ekologiya və Təbii Sərvətİər X6 Ekoloji Monit orinq idarəsinin 06 oktyabr 2022-ci il tarixli, 25/84 saylı arayışına əsasən ilkin çökdürücüdən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-3,6 dəfə normadan artıq mikrobioloji təhlillərinin nəticəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı- 11 500 000 ədəd/litr, enterokokların miqdarı -118 000 ədəd/litr və şərti xəstəüklərdən bakteriyaların miqdarı - 13 900 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümünə zəhərli təsirə malik olmuşdur: Qumtutucu filderdən sonra götürülmüş su nümünəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sintetik səthi aktiv maddələr (SSAM)-1,8 dəfə normadan artıq, mikrobioloji təhlillərin nətigəsinə görə bağırsaq çöpü bakteriya qrupunun miqdarı- 131 000 ədəd/ litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olduğu göstərilmişdir; Bakı şəhəri, Atatürk prospekti, məhəilə 3078 «A» ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində fəaliyyət göstərən avtoyuma məntəqəsindən axıdılan çirkab suların ümümi kanalizasiya xəttinə axdığı müəyyən edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-131/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işin halların a və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya baxışı zamanı alınmış ekspertiza və dövlət orqanlarının rəyi ilə də iddianın əsaslı olduğu öz təsdiqini tapmışdır. Belə ki, hazırki iddia iddiaçıların cavabdehə məxsus qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsinin qadağan edilməsi ilə bağlı olmuşdur. Çünki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin təyinatı istənilən vaxt dəyişdirilərək orada qanunla qadağan edilməyən fəaliyyət göstərilə bilər. Ona görə də qeyriyaşayış sahəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyindən məhz avtoyuma məntəqəsi kimi istifadə olunmasının qadağan edilməsi xahiş edilib.

34. Bu mənada iddiaçıların yaşadığı mənzilə avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi nəticəsində səs-küyün və no rmal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmazdır və bu hallar da istər-istəməz onların normal yaşamasına maneə olmaya və hüquqlarını pozmaya bilməz. Məhz qeyd olunan səbəblərə görə əslində iddiaçıların niyyəti əvvəlcədən də bu cür fəaliyyətin qadağan olunmasına nail olmaq olmuşdur. Birinci instansiya məhkəməsi də cavabdehə məxsus qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini qadağan etməklə düzgün nəticəyə gəlmişdir. Çünki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək başqa məqsədlə istifadə oluna bilər. Avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsəydi yəqin ki, iddiaçıların da belə bir iddiası da olmazdı. Deməli, iddiaçıların məqsədi cavabdehə məxsus obyektdən səs-küyün və digər mənfi qanuns uz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur.

35. Dövlət orqanlarının verdiyi rəylərlə də avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən sənaye tipli bu obyektin yaşayış binalarında yerləşdirilməsinə yol verilmədiyi, eləcə də iddiaçının mənzilində səs-küyün yol verilən hədd səviyyəsindən artıq olduğu, həmçinin həm ilkin çökdürücüdən, həm də qumtutucu filtirdən sonra götürülmüş su nümunəsi üzərində aparılmış ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olduğu təsdiq olunmuşdur. Bu cür vəziyyətdə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas yaranmır.

36. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin üçüncü şəxslərə icarəyə verilməsi və məhz üçüncü şəxslərin qeyri-yaşayış sahəsini avtoyuma məntəqəsi kimi istifadə etməsi də şikayətin əsaslı olduğuna dəl alət etmir. Eyni zamanda, bu, həm də, o demək deyil ki, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Əvvəla ona görə ki, cavabdehin təqdim etdiyi icarə müqaviləsinin bugünə qüvvədə olma müddəti bitmiş və yeni icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə sübut təqdim edlməmişdir. İkincisi, cavabdeh özünə məxsus, avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsini müxtəlif şəxslərə qısa və uzun müddətə icarəyə verə bilər. Belə çıxır ki, məhkəmə də həmin məntəqəni icarəyə götürən yaxud götürəcək bütün üçüncü şəxsləri işə cəlb etməlidir. Yetər ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi yaxud qanuni sahibi olan cavabdeh bu obyekti icarəyə verərkən icarə müqaviləsində qeyriyaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini icarəyə götürən şəxslərə qadağan e dilməsi barədə şərt müəyyənləşdirsin. Ancaq icarə müqaviləsində belə bir şərt olmamışdır. Demək ki, qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi elə məhz cavabdehin marağında olmuşdur. Ona görə də, Cavabdeh qətiyyən iddiaya cavab verməli olmayan şəxs hesab etəmk olmaz və iddianın da ona münasibətdə təmin olunması düzgün olmuşdur.

37. Birinci instansiya məhkəməsi cavabdehə məxsus qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini qadağan etməklə düzgün nəticəyə gəlmişdir. Çünki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək başqa məqsədlə istifadə oluna bilər. Avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsəydi yəqin ki, iddiaçıların da belə bir iddiası da olmazdı. Deməli, iddiaçıların məqsədi c avabdehə məxsus obyektdən səs-küyün və digər mənfi qanunsuz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur.

38. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 146, 152, 157, 158, 169, 170 və 171-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil1 Abbas oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməmiş, onun müqavilə bağlamaq azadlığına madaxilə olunmuş və məhkəmə kollegiyası ədalətsizliyə yol verməklə səhf nəticəyə gəlmiş, eləcə də məhkəmə icraatı həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın- “digər şəxslərə qadağan edilməsi” hissəsi təmin edilməmiş və iddiaçılar isə həmin hissədən şikayət verməməklə, iddianın həmin hissədə rədd olunması ilə razılaşmışlar. Digər tərəfdən, cavabdeh ilə X5 (VÖ E N **********) arasında bağlanmış “İcarə Müqaviləsi” və həmin Müqavilə əsasında icarəyə verilmiş 150 kv.m. hissəsindən 44,6 kv.m. hissəsində fakt olaraq avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən X1 fəaliyyəti, iddiaçılar tərəfindən ümumiyyətlə mübahisələndirilmir. Yəni, həmin hal işin mübahisəsiz halı kimi qəbul edilir. Həmin müqavilə əsasında icarəyə verilmiş ümumilikdə 150 kv.m. qeyri-yaşayış sahəsini təmir edən və 44,6 kv.m. hissəsində avtoyuma fəaliyy ətini həyata keçirən və eləcə də həmin fəaiyyət üzrə vergi ödəyicisi olan X3 (VÖ EN **********) qarşı nə iddia tələbi irəli sürülmüş, nə də 44,6 kv.m. hissəsində onun avtoyuma fəaliyyətinin həyata keçirilməsinə qadağa qoyulmuşdur. Digər şəxslərə qarşı verilmiş iddia tələbləri isə rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “...cavabdehin təqdim etdiyi icarə müqaviləsinin bu günə qüvvədə olma müddəti bitmiş və yeni icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə sübut təqdim edlməmişdir.”; “...Yetər ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi yaxud qanuni sahibi olan cavabdeh bu obyekti icarəyə verərkən icarə müqaviləsində qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini icarəyə götürən şəxslərə qadağan edilməsi barədə şərt müəyy ənləşdirsin. Ancaq icarə müqaviləsində belə bir şərt olmamışdır. Demək ki, qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi elə məhz cavabdehin marağında olmuşdur.” İcarə Müqaviləsinin 3-cü bəndi əsasında-müqavilə xx.xx.2023-cü il tarixdən 5 il müddətinə uzadılmış hesab edilmişdir. Bunun əksini sübut edən hər hansı bir sübut mövcud deyildir ona görə ki, tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməmişdir. Bundan başqa, icarə müqaviləsində qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsini icarəyə götürən şəxslərə qadağan edilməsi barədə şərtin müəyyənləşdirilməməsinin, yəni belə bir şərtin olmamasının göstərilməsi, açıq-aşkar sübut edir ki, məhkəmə kollegiyası- Müqavilə azadlığını müəyyən edən Mülki Məcəllənin 390.1-ci maddəsinin t ələblərini pozmuş və Müqavilə tərəflərinin iradə ifadələrinin formalaşdırılmasına, yəni müqavilənin şərtlərinə və məzmumuna müdaxilə etmişdir. Hazırkı halda, obyekti icarəyə verən şəxsin üzərinə İcarəçinin fəaliyyəti ilə bağlı cavabdehlik daşıması, nə daxili, nə də beynəlxalq hüquq normalının tələblərində nəzərdə tutulmamışdır. İcarəçi icarəyə götürdüyü qeyri-yaşayış sahəsində, göstərdiyi fəaliyyətlə bağlı məsuliyyət və cavabdehlik, məhz onun öz üzərinə düşür. Məhkəmə, işdə olan sübutları digər sübutlarla əlaqəli şəkildə dəyərləndirməmiş və ya dəyərləndirmək istəməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlu kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)131/20 23 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə

42. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

43. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan isti fadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

48. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı“əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

49. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

50. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

51. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

52. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülki yyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

53. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

54. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, la kin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. “Ətraf mühitin mühafizəsi haqqında” Qanun

55. Maddə 6 Hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək... hüququ var.

56. Ma ddə 37 Müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir.

57. Maddə 46 Təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli“təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanun

58. Maddə 5 Azərbaycan Respu blikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.

59. Maddə 16 İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətənşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər. Mülki Prosessual Məcəllə

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düz gün müəyyən edilmişdir.

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(103)131/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar