Məhkəmə qərarları › İş №2(102)-947/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-947/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-947/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2(103)-6067/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında taxta məhsullarının nisyə alqı-satqısına dair münasibətlər olmuşdur.

2. Cavabdeh tərəfindən imzalanmış qəbzdə, o, iddiaçıya 104200 ABŞ dolları borcu olduğunu etiraf etmiş və həmin borcun ağlabatan müddətdə ödənilməsini öhdəsinə götürmüşdür.

3. Cavabdehin təqdim etdiyi kitabçada, o, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 886 ABŞ dolları məbləğində pul ödədikdən sonra iddiaçıya 103224 ABŞ dolları borcunun qaldığını yazmış və bu iddiaçı tərəfindən imza edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 104200 ABŞ dolları dəyərində 470 kub taxta materiallarının (1 kubu 222 ABŞ dolları nəzərə alınmaqla) alınıb ona verilməsi, taxta material larının qaytarılması mümkün olmadığı təqdirdə isə 104200 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 470 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikasında taxta məhsullarının topdansatış ticarəti ilə məşğul olmuş, həmin malları Rusiya Federasiyasında tədarük edib Azərbaycana gətizdirmiş və Bakıda topdan satışı ilə məşğul olmuşdur. O, malları əsasən tanıdığı şəxslərə nisyə vermiş, alıcılar ondan aldıqları məhsulu qazanc əldə etməklə baha qiymətə satıb gəlir əldə etmiş, sonradan isə borclarını ödəmişlər. Həmin şəxslərdən biri də cavabdeh olmuş, həmin şəxs dəfələrlə nisyə mal almış, göt ürdüyü malların dəyərinin bir hissəsini ödədikdən sonra yeni partiya nisyə mal almaqda davam etmiş, bununla da onun etibarını qazanmışdır. 2016-cı ilin ortalarında cavabdehin aldığı taxta materiallarına görə ona borcu yaranmış, həmin vaxtdan cavabdehdən və digər borclulardan borclarını tələb etsə də, cavabdeh ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar zərərə düşməsinə istinad edərək, ona vaxt verməsini və borclu olduğu məbləği qaytaracağına vəd vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh ondan aldığı malları satmış və pulunu almışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh yenidən vədlər verməyə başlamış, cavabdeh 2017-ci ildə özü qəbz yazaraq, ona 104200 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Bundan sonrakı müddətdə də onunla cavabdeh arasında borcun qaytarılması ilə bağlı d anışıqlar olmuş, cavabdeh hər dəfə müxtəlif vədlər verərək borcun birdəfəyə qaytarılacağına vəd vermiş, cavabdeh tərəfindən borc könüllü ödənilmədiyinə görə o, məcburiyyət qarşısında qalaraq 2021-ci ilin sentyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti Nərimanov RPİ-nin İstintaq şöbəsində araşdırılmış, şikayətlə bağlı cavabdeh izahat yazmış, şahidlər dindirilmiş və borcun real olması öz təsdiqini tapmışdır. Şikayətin icrası ilə bağlı Nərimanov RPİ-nin İstintaq şöbəsi tərəfindən xx.xx.2021-ci ildə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin vaxtda cavabdeh yenidən şikayətin olub-olmamasından asılı olmayaraq, ona vaxt verməsini və özünə məxsus əmlakını satışa çıxarmaqla borclu olduğu məbləği birdəfəyə qayt aracağına vəd vermişdir. Lakin bu müddət ərzində də cavabdeh vədinə əməl etməmiş, ondan aldığı taxta materiallarını sataraq, pul vəsaitini əldə etməklə əsassız varlanmasına baxmayaraq, hazırkı vaxtadək borcunu qaytarmamışdır. O, bu vədlərin yalnız söz xətrinə və vaxt uzatmaq məqsədilə verildiyini başa düşüb, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1712/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh 103224 ABŞ dolları məbləğində pul vəsaitinin ( ödəniş gününə Mərkəzi Bankın manata məzənnəsi ilə) və 465,48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı taxta məhsullarını Rusiya Federasiyasından idxal edərək, həmin məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı idxal etdiyi məhsulları müxtəlif şəxslərə, həmçinin cavabdehə nisyə satmışdır. Cavabdeh əvvəllər aldığı məhsulların dəyərini ödəmiş, sonradan aldığı məhsullarını dəyərini ödəməmiş və iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehin yazdığı qəbzə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara istinad edərək, hazırda cavabdehin ona 104200 ABŞ dolları məbləğində borcunun olduğunu iddia edir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçıya olan borcunu tam şəkildə ödədiyini, qəbzdə yazdığı borcun bir hissəsinin Davud adlı şəxsə aid olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya borcunun qalmaması barədə hər hansı qeydin və ya iddiaçıya məxsus imzanın olmadığını, hər ayın sonunda haqq-hesab etdiklərini, hər dəfə pul verəndə iddiaçının imza çəkdiyini bildirmiş və həmin qeyd kitabını məhkəməyə təqdim etmişdir. İddiaçı cavabdehin məhkəməyə təqdim etdiyi kitabçaya baxış keçirmiş və yaşıl qələmlə yazılan imzaların ona məxsus olduğunu bildirmişdir.

8. Məhkəmə, tədqiq olunan sübutları, cavabdehin izahatında hər dəfə iddiaçıya pul ödədikdə iddiaçının verilmiş pulun altından imza çəkdiyini, iddiaçıya borcunun qalmaması barədə hər hansı qeydin və ya iddiaçıya məxsus imzanın olmadığını etiraf etməsini, yəni iddiaçıya borcunun olmaması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsini, iddiaçının isə cavabdehin təqdim etdiyi kitabçada yaşıl qələmlə çəkilmiş imzaların ona məxsus olduğunu bildirməsini nəzərə alaraq bildirmişdir ki, alınmış taxta məhsullarına görə cavabdehin iddia çıya hazırda 103224 ABŞ dolları (həm iddiaçı, həm cavabdeh həmin məbləği təsdiqləmişdir) məbləğində borcu vardır.

9. Məhkəmə onu da göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 6(005)169/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən polisin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilərək, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alındığından, hazırkı iş üzrə həmin qərarı sübut növü kimi qəbul edilə bilməz.

10. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3 və 442-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddi a tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh şikayətinin ilkin dəlilini MPM-in 77.1-ci maddəsinə istinad etməklə belə əsaslandırmışdır ki, həmin normaya görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Buna baxmayaraq iddiaçı cavabdehə 104200 ABŞ dolları məbləğində pul vəsaitini verdiyini iddia edərək həmin pulun qaytarılmasını tələb etsə də, bu tələbin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

13. Digər dəlilə görə, birinci instansiya məhkəməsi ödənilməli olan vəsaitin hansı tarixdə yaranmasını müəyyən etməmişdir.

14. Hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağl ıdır və bu əsasla kommersiya məhkəməsində həll olunmalıdır.

15. Cavabdeh şikayətində onu da qeyd etmişdir ki, iddiaçınn iddia etdiyi 104200 ABŞ dolları məbləğində borcun 46520 ABŞ dolları Davud Qarayevə məxsusdur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi kitabçanın biri onda, digəri iddiaçıdadır, kitabçanın içərisində iddiaçının da imzaları var. Hər ayın axırı onlar haqq-hesab etmiş, hər dəfə pul veriləndə imza çəkilmişdir. Polisdə izahat verən zaman iddiaçı da orada olmuş, qəbzə yazılan məbləğin sadəcə 73000-nin ona aid olduğunu iddiaçı da bilir. Məhz məzənnə fərqinə görə iddiaçı polisə müraciət etmişdir. İddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddiaçı ona borcunu yeni məzənnə ilə ödəməli olduğunu deməmişdir. Bu səbəbdən də, iddiaçıya heç bir borcu yoxdur. Hətta ona borcunu artıq laması ilə qaytarmışdır. Hesab işləri vaxtı hesab yazılarkən onun iddiaçıya 73221 ABŞ dolları, yəni 57112 manat borcu olub. Cavabdeh, borcunun hamısını 2015-ci ilin fevralın axırana qədər təzə məzənnə ilə iddiaçıya qaytarmışdır, məbləğlər isə kitabında qeyd olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)6067/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İkram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov)

17. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında taxtaşalbanın nisyə alqı-satqısına dair münasibətlər olmuş, iddiaçının cav abdehdən tələb etdiyi hazırkı borc məbləği də həmin münasibətlər nəticəsində yaranmışdır.

18. Cavabdeh sonradan qalıq məbləği də artıqlaması ilə ödədiyini qeyd etsə də, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

19. Ona görə də, etirazın əsası kimi istinad edilən bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh belə bir sənəd təqdim edə bilmədiyindən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

20. Məhkəmə hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması barədə şikayətin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, hazı rkı iş üzrə cavabdehin VÖEN-inin olduğu müəyyən olunsa da, iddiaçının VÖEN-nin olmadığı müəyyən edilmişdir. Demək ki, işə kommersiya məhkəməsində baxılması üçün subyekt tərkibi ilə bağlı meyar ödənilmir, odur ki, hazırkı işə kommersiya məhkəməsində baxılması barədə apellyasiya şikayətinin dəlili də əsassızdır.

21. Apellyasiya şikayətinin borcun 46520 ABŞ dollarının D.Qarayevə məxsus olması barədə dəlili üzrə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məlum qəbzdə 104200 ABŞ dolları borcun bir hissəsinin başqasına mənsub olması barədə hər hansı qeyd-şərt göstərməmişdir. Demək ki, həmin dəlil də əsassızdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 427.1, 427.2, 439.1, 439.2, 439.7, 529.1, 600, 601.1, 739 və 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88 və 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2 Vəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin əksər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh MPM-in 77.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, borclu olduğu 46000 ABŞ dollarından 10000 ABŞ dollarını iddiaçıya qaytarmış, yerdə qalan 36000 ABŞ dolları borcun olmasına dair iddiaçı tərəfindən öz imzası ilə qəbz əlavə edilərək iş materiallarına əlavə olunmuşdur. Lakin işə baxan məhkəmələr həmin qəbzə münasibət bildirməmişlər.

25. İddiaçı sahibkar lıq fəaliyyəti ilə məşğul olaraq Rusiyadan Azərbaycana taxta materialları gətirir. O, Azərbaycan Respublikasında vergi ödəyicisi olmasa da, Rusiyada sahibkar kimi vergi ödəyicisidir və bu səbəbdən də işə kommersiya məhkəməsində baxılmalı idi. Kassator bu dəlilini sübut etmək üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-882/2023 nömrəli qərarını da şikayətə əlavə etmişdir. Birinci instansiya məhkəməsi Nərimanov RPİ-nin məhkəmə nəzarəti qaydasında ləğv edilmiş qərarına istinad edərək nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə buna qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (bor clu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

29. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

30. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgə r bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

31. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

32. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

33. Maddə 52 9.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

34. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

36. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bil ər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

38. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından bi ri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

39. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixə dək qüvvədə olan redaksiyada)

40. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).

41. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikay əti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyət inə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırm ış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: C avabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6067/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar