Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-952/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İlqar Xələfovdan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 19.117,00 ABŞ dolla rının qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, iddia ərizəsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Ə.Əliyev, hakimlər F.Ş.Talışinski və R.Ə.Eyvazov, iş № 2(103)-11373/2019) iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-282/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı 19.117 ABŞ dolları əsas borcun, gəlir kimi ona ödənilməli olan 120.000 ABŞ dolları, mad di ziyanın əvəzi olaraq 70.000 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı heç bir borcu yoxdur, lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 380, 385, 386, 387, 389-cü maddələrini, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili Vəkil qızı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 2(103)-11373/2019 saylı 25 sentyabr 2019-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdır ma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin faktiki halları əsasında müəyyən etmişdir ki, tərəflər arasında 2011-ci ildən etibarən pulun verilməsi və qalıq borcla əlaqədar çoxsaylı iradə bəyanları olmuş, nəhayət 2016-cı ilin dekabr ayında İddiaçı 20.000 ABŞ dolları, 2017-ci ilin yanvar ayında isə 19.117 ABŞ dolları alacağının olduğunu, Cavabdeh da 2017-ci ilin yanvar ayında 19.117 ABŞ dolları borcunun qaldığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, tərəflər son uncu dəfə 2017-ci ilin yanvar ayında aralarında qalan borc məbləğinin 19.117 ABŞ dolları olduğunu qarşılıqlı etiraf etdikləri üçün cavabdeh, həmin məbləğ istisna olmaqla yazılı qəbzdə etiraf etdiyi digər pul məbləğlərini qaytardığını sübuta yetirmək yükündən azad olmuşdur. Başqa sözlə, o, etiraf etdiyi 19.117 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytardığını sübut etmək vəzifəsi daşıyır. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh, 2017-ci ilin yanvar ayından sonra 19.117 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytardığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdehin dəlilləri rədd edilməlidir. Eyni zamanda iddiaçının da etirafı nəzərə alınaraq, həmin məbləğdən artıq olan tələbləri sübuta yetirilmədiyi üçün əsaslı sayıla və təmin oluna bilməz. Apellyasi ya kollegiyası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Tərəflər arasında münasibətlər 2011-ci ildən başladığı üçün həmin müddət keçməmişdir. Bundan başqa qeyd edilmişdir ki, cavabdeh 19.117 ABŞ dolları məbləğində borcunu 2017-ci ilin yanvar ayında yazdığı ərizədə etiraf etmişdir. Apellyasiya kollegiyası həmin ərizəni mücərrəd borcun etirafı kimi qəbul etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı iddia isə 25.09.2018-ci il tarixdə qaldırılmaqla iddia müddəti ötürülməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı 19117 ABŞ dolları məbləğində pulun cavabdehd ən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun, etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, bor c öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı heç bir borcu yoxdur və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 380, 385, 386, 387, 389-cü maddələrini, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hə min dəlilləri əsaslı hesab etmir. Belə ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qə tnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-nin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikas ı MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11373/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-952/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-952/2020
17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver