Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-953/2022 16.03.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.06.2021-ci il tarixli, 2(103)-1687/2021 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xaliq qızı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 963,18 manat maddi zərər, mənəvi zərərə görə 3000,00 manat, iddia ə rizəsi üçün dövlət rüsumuna çəkilmiş xərc olan 30 manatın “Günay Sığorta’' ASC-dən və Cavabdeh2 müştərək qaydada, əldən çıxmış faydaya görə 1000 manatın isə sonuncudan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) 05 oktyabr 2020-ci il tarixli, 2(009)-321/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Xaliq qızının xeyrinə 560 (beş yüz altmış) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 120 (yüz iyirmi) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdi r. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) 23 iyun 2021-ci il tarixli, 2(103)-1687/2021 nömrəli qətnaməsi ilə İddiaçı Xaliq qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-321/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə tələb edilən məbləğin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Xaliq qızına məxsus “Toyota Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə pul tələbinin qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı Xaliq qızının xeyrinə 2680 manat tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılm ası, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manatın İddiaçı Xaliq qızından, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X1 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Elsəvər Həsənov həmin qətnamədən 03.12.2021-ci ildə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(103)-1687/2021 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti 10.01.2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, Elsəvər Həsənovun kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hes ab edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı işdən görünür ki, qətnamənin mübahisələndirilən hissəsindəki məbləğ (2680 manat), qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Kollegiya onu da qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsi 23.06.2021-ci ildə çıxarılsa da, kassasiya şikayətinin verildiyi tarixdə Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinin yeni redaksiyası qüvvədə idi (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli, 363-VİQD №-li Azərbaycan Respublikasının Qanunu 01.10.2021-ci ildən qüvvəyə minmişdir). Bundan əlavə, həmin Qanun onun qüvvəyə minməsindən sonra verilən şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir (keçid müddəaları, maddə 2.2). Qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, MPM-nin 402.1-ci maddəsinin mövcud redaksiyası hazırkı iş üzrə cavabdehin 01.10.2021-ci il tarixdən sonra verilən hazırkı kassasiya şikayətinə də şamil edilməklə həmin şikayət qeyri-mümkün sayılmalıdır. MPM-nin 417.1.7-ci maddəsində görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsi nə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.06.2021-ci il tarixli, 2(103)-1687/2021 nömrəli qətnaməsindən cavabdeh X2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-953/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-953/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver