Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-956/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı və vəkili X1 iştirakıilə, İddiaçı Cavabdeh qarşı təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi barədə ilk tələbinə, iddiaçı Cavabdeh qarşı pul ödənilməsi barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) ilk iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim T.Məmmədov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019 -cu il tarixli qərardadı ilə (hakim T.Məmmədova) şikayət təmin olunmamış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən T.Səmədov, hakimlər E.Nəbiyev və E.Kazımov) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) cavabdeh və vəkili tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəmə si MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təsərrüfat otağının boşaldılması və ona təhvil verilməsi, ona vurulmuş 10.000 (on min) manat məbləğində maddi zi yan və 10.000(on min) manat mənəvi ziyan qismində pul vəsaitinin tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək İddiaçı (Mustafayeva) 2500 manat məbləğində zərərin və 5000 manat cərimə məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Şoşanova (Mustafay eva) Emma Ələkbər qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019- cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. məhkəməyə şikayət ərizəsi verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il ta rixli qərardadı ilə tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçıBakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, mövcud prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki prossesual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə b ilər. Maddələrin məzmunundan göründüyü kimi 1-ci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni qüvvəyə minməmiş məhkəmə aktlarından, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərardadından, həmçinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi hazırkı işdə Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilən kassasiya şikayətinin bu qərardadlardan kassasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə geri qaytarılması Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin, son nəticədə isə kassasiya şikayətinin verilməsinin qarşısını alır. Ona görə də məhkəmə kolle giyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qeyri mümükün hesab etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-956/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-956/2020
11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver