Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-956/2022 08.01.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8205/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8513 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 8543,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 8313,00 (səkkiz min üç yüz on üç) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumun və bank xidmət xərci kimi ödənilmiş 29,60 (iyirmi doqquz manat, altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8205/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməyərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətinə 15 manat dövlət rüsumunun ödəməsinə dair qəbz əlavə edilsə də, rüsum təyinatı üzrə birinci instansiya məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən hesab edirəm ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılm ası məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8205/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.