Məhkəmə qərarları › İş №2(102)-956/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-956/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-956/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı MTK-ya, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətdə olan sahənin sökülməsi, mülkiyyətdə və qanuni istifadədə olan sahənin sökülməsinə görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)5840/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil yaşayış binasının birinci mərtəbəsində yerləşməklə, binanın zirzəmi h issəsinin 60 kv.m. hissəsi, habelə binanın qarşısında inşa edilmiş 50 kv.m. tikili ilə birlikdə ümumi sahə kimi Cavabdeh tərəfindən mağaza kimi istifadə olunur.

2. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 11 mart 2020-ci il tarixli, 55 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların yararsız halda olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,752 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07 yanvar 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,752 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MTK (İddiaçı MMC-nin hüquqi varisidir) Cavabdeh qarşı iddia ərizəsi ilə, s onradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzil və veteran olmasını nəzərə alaraq, əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil v erilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 12A saylı binanın mülkiyyətçilərdən biri olan Cavabdeh mülkiyyətində olan və binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 42,1 kv.metrdən ibarət olan 62 saylı mənzilinə bitişik yerdə lazımi icazələr almadan təxminən 50 kv.metr artırma etmişdir. Həmin mənzilin sahəsinin artırılmış hissəsi dövlət qeydiyyatından keçməmiş, özbaşına tikilidir. Ona görə də həmin qeyri-qanuni tikili sökülməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına və İcarə müqaviləsinə əsasən sözüg edən binanın yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-nın qanuni istifadəsinə verilmiş, səlahiyyətli orqanların müvafiq rəyləri və razılaşdırma məktublarına əsasən həmin binaların qəzalı olması öz təsdiqini tapmış və müvafiq sərəncamla göstərilən binanın sökülməsi, yerində müasir tipli binaların tikilməsi səlahiyyəti şirkətə verilmişdir. Ona görə də MTK qanunsuz tikilinin sökülməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Həmçinin cavabdehin mülkiyyətində olan mənzilə özbaşına qeyri-qanuni artırmalar edərək istifadə etməsi qanunsuzdur. Cavabdeh tərəfindən edilmiş özbaşına artırmalara dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin inşası üçün müvafiq icazənin tələb olunmasına baxmayaraq belə icazənin olmaması müəyyən olunmuş, həmin sahələrin tikintisi bilavasitə İddiaçı MTK-nın mülkiyyət hüququnu pozmaqdadır. Cavabdeh tərəfindən aparılmış özbaşına tikinti işləri nəticəsində iddiaçı özünün istifadəsində olan torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir, icarə müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirə bilmir. Bunun nəticəsində isə iddiaçının torpaq sahəsi üzərində həm sahiblik, həm də istifadə hüquqları pozulmuşdur.

6. İddiaçı Cavabdeh İddiaçı MTK-ya, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə İdd iaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 noyabr 2003-cü il tarixində verilmiş ÖM seriyalı, 173701 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.metr sahə də onun adına işlənmiş, zirzəmiyə girişin yaşayış sahəsindən olduğu qeyd gö stərilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.metr artırma edilmişdir. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməmişdir. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə, mebellərin satışı ilə məşğul olur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MTK-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərəncamın və qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşasına başlamalı idi. Lakin İddiaçı MTK tikililərin istifad əçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 aydan çoxdur ki, ərazini hasara almış, tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlamışdır. İddiaçı MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 aydan çoxdur ki, İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o işçilərin maaşlarını belə verə bilmir. İddiaçı MTKnın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin maddi və mənəvi zərər dəymişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e2(005)-3974/ 2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qanunsuz tikilinin (50 kv.metr) onun öz hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binad a təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı, hər biri 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçı MTKya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 180, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedent qərarlarına, "xxxx" Mənzil-Tikinti Koopera tivinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Digər tərəfdən, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 199 6-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilməsi, həmin sahənin hazırda Cavabdeh istifadəsində olması işin mübahisəsiz halıdır. Lakin qarşılıqlı iddiaçı 50 kv.m. artırma sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir.

10. Qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir.

11. Qarşılıqlı iddiaçı ö z davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə iddiaçını məcburetməyə çalışmaqla hüquqlarından suiistifadə edir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2(005)-3974/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekab r 2021-ci il tarixli, 2(103)-10563/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevin və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2(005)-3974/2021 nömrəli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən - sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv.metr olan mənzilin və həmin mənzilin binaya bitişik sahədə artırılmış, özbaşına inşa edilmiş 50 kv.metr tikilinin, cəmi 92,1 kv.metr olan sahənin Cav abdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi və həmin sahənin İddiaçı MTK tərəfindən sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə ilkin iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, bu baxımdan ilkin iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

15. Belə ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Mübahi səli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. MMC həmin bina ların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. 16. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədal ət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticəd ə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

17. Göründüyü kimi hazırki mübahisə baxımından ilk iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.

18. Digər tərəfdən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir, həmçinin, əmla kın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Hazırda isə iddiaçı yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur.

19. Hazırki vəziyyətdə qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmi sinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqlarından sui-istifadə etmişdir. Belə olan halda Cavabdeh “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməs i” barədə qarşılıqlı iddia tələbi əsassız olmuşdur.

20. Bununla apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42,1 kv.m, yaşayış sahəsi 29,0 kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın 09 oktyabr 2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik ol maqla təxminən 50 kv.m. artırma edilmiş və həmin sahə hazırda Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, düzgün olmayaraq qeyri-qanuni tikili qismində - 50 kv.m sahənin, eləcə də istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin sökülməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi hazırda iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42.1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. artırma mövcuddur.

21. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 50 kv.m sahənin Cavabdeh tərəfindən sökülməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur. Belə ki, işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda istismar müddəti bi tmiş yaşayış binalarının (yaşayış və qeyriyaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42,1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. qeyri yaşayış sahəsi – ümumilikdə 92,1 kv.m olan sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməlidir.

22. Apellyatorun dəlillərinə münasibətdə apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa Cavabdeh izahatında ona məxsus mənzilin binanın birinci mərtə bəsində yerləşməsini və binanın zirzəmisinin də onun istifadəsində olmasını qeyd etmişdir. Cavabdeh bununla bağlı zirzəminin texniki pasportunu təqdim etsə də, zirzəminin onun mülkiyyətində olması müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, zirzəmi binanın balansında olmaqla dövlətə məxsus olmuş və dövlətə məxsus əmlaka dair kompensasiya verilməsi nəzərdə tutulmamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

23. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)10563/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Azərbay can Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)-2466/2022 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Q.Hüseynovun və İ.R.Xələfovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10563/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutla ra tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır.

26. İddiaçının izahatı və onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,1 kv.metr mənzil yaşayış binasının birinci mərtəbəsindədir, mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunur. Həmin binaya bitişik inşa edilmiş 50 kv.metr əlavə artırma da eyni məqsədlərlə istifadə olunur, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmiş, bununla da icra hakimiyyəti 50 kv.metr artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə yanakı olaraq razılıq vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportdan görünür ki, binanın zirzəmisinin 60 kv.metr hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv.metrlik mənzilin bir hissəsi kimi işlənmişdir, iddiaçının izahatına görə həmin zirzəmi hazırda onun istifadəsindədir. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada hər birinin ümumi sahəsi 100 kv.metr olan 2 ədəd təmirli 4 otaqlı mənzilin verilməsi q ət olunsa da, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzillərin nömrələri göstərilməmiş, bu məsələnin həllində də məhkəmələr qeyri-müəyyənliyə yol vermişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)5840/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)-3974/2021 qətnaməsi qismən - ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə məxsus əmlakın təyinatı, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyi, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olması, mənzilin yaşayış binasının birinci mərtəbəsində olaraq mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunması, binaya bitişik inşa edilmiş 50 kv.metr əlavə artırmanın da eyni məqsədlərlə istifadə olunması, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılığı əsasında işlədilməsi, İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportuna uyğun binanın zirzəmisinin 60 kv.metr hissəsinin cavabdehin mülkiyyətində olan 42,1 kv.metrlik mənzilin bir hissəsi kimi istifadəsi, kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada mənzilin verilməsi təklif edildiyi təqdirdə belə, həmin mənzillərin yerləşmə koordinatları və rekvizitləri müəyyən edilməklə, hansı binadan və neçənci mərtəbədən olmasının göstərilməsi, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə ödənilən vergi nəzərə alınmaqla aylıq gəlirinin nə qədər olması, əmlakının əvəzləşdirilməsi və ya digər formada kompensasiyanın verilməsi zamanı mütənasibliyin nəzərə alınması kimi amillər nəzərə alınmamışdır.

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında keçirilməsinin müəyyən edildiyi nəzərə alınaraq, istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra, hər hansı sakinin mülkiyyət və istifadə hüqu qlarının maneəsiz həyata keçirilməsi və ədalətli kompensasiya haqları gözlənilərək tikintinin işlərinin başlanması mümkündür.

30. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı 17 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir.

31. İlk iddianın həcminin artırılmasının və ya tələbin dəyişdirilməsinin apellyasiya icraatı zamanı baxılma həddi üzrə prosessual mümkünsüzlüyü müəyyən etdiyindən, tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi yolverilməzliyini müəyyən edir. Ona görə, iddia tələbinin hədləri və qarşılıqlı iddianın tam təmin edilməsi apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsinin real əsaslarını nümayiş etdirməmişlər.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə ümumiyyətlə tələb-tə klif təfərrüatlarının rəsmi ifadəsi mülkiyyətçiyə təqdim edilməmişdir.

33. Qeyd edilənlərdən əlavə məhkəmə göstərmişdir ki, müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişiçıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsinin mümkün olmasının sübuta yetirməsinə gərək yoxdur. Belə ki, hamıya bəlli olan haldır ki, sökülən binada yerləşən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə maneəsiz həyata keçirilməsi mümkün deyil və bu sübut edilməsinə zərurət olmayan haldır. Lakin qarşılıqlı iddiaya dair hissədə kassasiya instansiya məhkəməsinin göstərişləri olmadığından, habelə maneələrin təfərrüatı dəqiq müəyyən edilmədiyindən, bu hissədə iddianın təmin edilməsinə əsaslar müəyyən edilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

34. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5840/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilmsəi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217, 220.5, 420-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Ali Məhəmənin göstərişlərini tam yerinə yetirməmiş, məhkəmənin qəbul etdiyi qətnamə ziddiyytli olmuşdur.

36. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. 3

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdır ılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Apellyasiya məhkəməsinin qətnaməsi qarışlıqlı iddianın rədd olunması hissəsində həmin tələb üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hə r kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən büt ün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcə k, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün m əcburidir. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks et dirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin əvvəlki icraatında irəli sürülmüş göstərişləri tam icra olunmamış, prosessual hüquq normaları pozularaq mübahisə həll olunmamış saxlanılmışdır.

44. Belə ki, işin məhkəmələr tərəfindən mübahisəsiz müəyyən olunan hallar ondan ibarətdir ki, cavabdehi n mülkiyyətində ümumi sahəsi 42,1 kv.m. sahəsi olan mənzil, habelə istifadəsində və faktiki sahibliyində 50 kv.m. sahəsi olan əlavə tikili, 60 kv.m. sahəsi olan zirzəmi vardır. O, həmin sahələrdən faktiki olaraq mağaza kimi istifadə etmişdir.

45. Həmçinin müəyyən olunur ki, qeyd olunan sahələrin yerləşdiyi ərazi də daxil olmaqla, Bakı şəhəri Nərimanov rayonu ərazisində 2752 kv.m. torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə iddiaçının istifadəsinə verilmişdir.

46. Kassasiya instansiyası məhkəməsi əvvəlki icraatda qəbul etdiyi qərarında hesab etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin sökülməsinə görə iddiaçı tərəfindən təklif olunan və məhkəmələr tə rəfindən kompensasiya kimi verilməsi qət edilən mənzillər konkret müəyyən olmamış və müvafiq olaraq işin tam və hərtərəfli araşdırılması ilə bağlı göstərişlər verilmişdir. Lakin işə təkrar baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin həmin göstərişlərini tam icra etməyərək ilk iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə müdafiə olunması mülki icraatın vəzifəsi kimi Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətləri n nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi).

48. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir.

49. Hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahə lərin yerləşdiyi torpaq sahəsinin iddiaçının uzunmüddətli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir.

50. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə mülkiyyət hüququnun təminatı mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadl ığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial f unksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). 51. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Ko nstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). 53. "xxx x" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərl ə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri, təmirin vəziyyəti, həmin sahələrdən hansı məqsədlə istifadə etməsi nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Kassasiya məhkəməsi nin əvvəlki icraatda qəbul etdiyi qərardakı göstərişlər də bu istiqamətdə verilmişdir.

55. Lakin apellyasiya məhkəməsi tərəflərin kompensasiya məsələsində barışığa gəlmədiklərini və ilk iddianın həcminin artırılmasının və ya tələbinin dəyişdirilməsinin apellyasiya icraatı zamanı qeyri-mümkün olmasına istinad etməklə iddianı rədd etmişdir.

56. Məhkəmə kollegiyası izah edir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: 1. mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; 2. sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; 3. qanunvericiliklə nəzərdə tutulan digər ha llarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; 4. mənəvi zərərin ödənilməsi; 5. qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. 57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. 58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarda isə Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kə sb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Konstitusiya Məhkəməsi həmin qərarda qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcə llənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdi r. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

59. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda irəli sürdüyü hüquqi mövqeyi hazırki mübahisəyə tətbiq etməklə belə nəticəyə gəlmək olur ki, hazırki iddianın predmetini cavabdehə ədalətli ko mpensiya (əvəz) verilməklə, mülkiyyət hüququnun məhdudlaşdırılması təşkil etmişdir. Bu zaman təklif olunan əvəz iddianın predmeti deyil, obyekti kimi çıxış etmişdir.

60. İş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi təkrar apellyasiya baxışında tərəflərə barışıq üçün vaxt vermiş və məhkəmə iclasını təxirə salmışdır. Lakin sonrakı iclaslarda məhkəmə barışıq imkanlarını tərəflərlə bir daha müzakirə etməmiş, iddiaçıya cavabdehin mülkiyyət hüququna müdaxiləyə görə təklif olunan kompensasiyanın konkretdləşdirilməsini təklif etməmiş, təqdim olunan sübutlar əsasında bu əvəzin həcmini müəyyən etməmiş, müəyyən olunan əvəzin verilməsinə iddiaçının razılığını soruşmamışdır. Bu baxımdan, iddianın həcminin artırılmasının və tələbin dəyişməsinin qeyri-mümkün olması əsası ilə iddianın rədd edilməsindən ibarət apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş və son nəticədə prosessual qənaət prinsipinin pozulmasına səbəb olmuşdur.

61. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

62. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

63. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv həllinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, apellyasiya şikayətinin dəlilləri ətrafında araşdırma aparmalı, o cümlədən cavabdehin mülkiyyətində və qanuni istifadəsində olmuş sahələrin sökülməsinə görə təklif olunan kompensasiyanın həcmi və qaydasının müəyyən edilməsi iddiaçıya təklif olunmalı, tərəflər arasında mübahisəli məsələlərlə bağlı barışığın əldə olunması isiqamətində müzakirələr aparılmalı, bu mümkün olmadıqda isə tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 -cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5840/2022 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar