Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MTK-ya, Cavabdeh MTK-nın İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-957/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilk, Cavabdeh MTK-nın İddiaçı “göstərilən xidmət haqqının tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8123/2021 nömrəli, 31.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı 15 mart 2003-cü il tarixli sərəncamına əsasən Cavabdeh MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən, Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajını MTK İddiaçı (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) v erilməsini, İddiaçı isə həmin qarajı qəbul etməyi öz öhdələrinə götürmüşlər. Təhvil veriləcək məbləğ 11040 manatdır (həmin vaxtın məzənnəsi ilə ABŞ dolları ilə). Cavabdeh MTK tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli 415 saylı arayışa əsasən, İddiaçı qaraja görə 11040 manat vəsait ödəmişdir.
2. Müqavilədə nəzərdə tutulan qaraj təhvil verilmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006- cı il tarixli Q/10-A176-7 saylı müqavilənin predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tər əfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul olmaqla, cəmi 8880 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK müqavilə öhdəliklərini yerinə yetirməmiş, bu illər ərzində müqavilədə nəzərdə tutulmuş qarajı təhvil verməmiş, buna görə o, avtomobili digər ödənişli qarajlarda saxlamağa məcbur olmuş, nəticədə ona maddi zərər vurulmuşdur.
5. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qaraj və 8850 manat qaraj icarəsinə görə pul tələblərinin əsassız olduğuna görə iddianın rədd edilməsini, MTK tərəfindən İddiaçı məxsus avtomobilə göstərilən xidmətlərə görə hesab lanmış 2655 manat vəsaitin "xxxx" MMC-yə ödənilıməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "Hüquq” MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona 15 kv.metr qaraj yeri ayrılmış və onlar 2006cı ildən 2017-ci ilə qədər garajdan istifadə etmişlər. Bu müddətdə, yəni 177 ay qarajın mülkiyyətçisi olduğuna görə başqa avtomobil sahiblərindən (qaraj istifadəçilərindən) fərqli olaraq ay ərzində 15 manat hesabı ilə onların maşınlarına xidmət göstərilmişdir. 177 ay x 15 manat = 2655 manatlıq tərəflərindən xidmət göstərilmişdir. Həmin xidmətlərə avtomobilin mühafizəsi, ərazinin işıqlandırılması və ərazinin təmiz saxlanılması daxildir. Əldə etdikləri məlumatlara və müşahidələrə görə ailədə ciddi maliyyə çətinlikləri olmuşdur. O na görə də, bu ailə avtomobilini özgəninkiləşdirmişdir. Hansı səbəbə görə İddiaçı keçən 15 il ərzində qarajı tələb etməmişdir. S.Məmmdlinin ailəsindəki maliyyə problemləri bu ailəyə göstərilən digər kommunal xidmətlərinin haqqının ödənilməsinə də problemlər yaratmışdır. İddiaçı kommunal haqqını ödəmədiyinə görə "Kommunal” MMC tərəfindən qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğuna görə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsi öz növbəsində iddiaçı "Kommunal” MMC-nin İddiaçı qarşı qaldırılmış 6080 manat iddia tələbini təmin etmişdir. Məsələ Sumqayıt Apellyasiya Məhkəməsində də baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı hazırki çətin vəziyyətdən çıxış yolunu guya onlara məxsus avtomobilin başqa yerdə icar əyə götürdüyü qarajda saxlamaqda axtarır. Hansı ki, istər sakinlərin, istərsə də "Kommunal” MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onların avtomobili olmayıb. Əvvəlki illərdə isə onlara məxsus avtomobil binada onlar üçün ayrılmış yerdə saxlanılmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)1334/2021 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) ilk və qarşılıqlı iddialar rədd edilmişdir. 8. 1-ci instansiya məhkəməsi hər iki iddia tələbini rədd edərkən ancaq tərəflərin sübutetmə vəzifəsinin öhdəsindən gələ bilmədiklərinə istinad etmişdir. Lakin, kimin nəyi sübut etməli olması ilə bağlı məhkəmənin mövqeyi olmamışdır.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 29, MM-nin 152, 178.8, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
10. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 31.08.2021-ci il tarixli, 2(103)-8123/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-1334/2021 nömrəli qətnaməsi qismən – ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında 28 fevral 2006-cı il tarixli Q/10-A/176-7 saylı müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş və müq avilə predmetinin dəyərini cavabdehə tam olaraq ödəmişdir. Buna baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və müqavilə predmetini iddiaçıya təhvil verməkdən imtina etmişdir.
14. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir.
15. Sonradan cavabdehin müraciəti əsasında qətnamədə yol verilmiş yanlışlığı aradan qaldıran məhkəmə qətnamənin “qət etdi” hissəsinə iddiaçıya Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajında bir ədəd qarajın verilməsi kimi düzəliş verilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, apellyator apellyasiya şikayətində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
17. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin olunmayan hissədə ləğv edilərək, İddiaçı iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini belə əsaslandırmışdır ki, 2006-ci ildən etibarən mübahisəli qarajın təhvil verilməməsi səbəbi ilə ona zərər vurulmuşdur. Məhkəmə həmin hissədə iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Mülkiyyət hüquqlarının pozulması, eyni zamanda bu müddət ərzində onun maddi zərər çəkməsinə səbəb olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozul muş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olun malıdır.
29. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. İlk növbədə kollegiya onu qeyd edir k i, hazırkı işdə kassasiya baxışının predmetini ilk iddianın təmin olunmaması ilə bağlı hissə təşkil edir. İlk iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat zərərin ödənilməsi barədədir. Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən 18 mərtəbəli yaşayış binasında yerləşən qarajdan deyil, onun yanında inşa edilmiş 1 ədəd qarajın iddiaçıya təhvil verilməsi qət olunub. İddiaçı iddiasının tam təmin olunmasını xahiş edir, deməli ilk iddiasını tam olaraq müdafiə edir və qarajın binanın yanandakı qarajdan verilməsini qəbul etmir.
40. İddiaçı 18 №li binadan (mənzilinin yerləşdiyi binadan) qarajın verilməsini ona görə tələb e dirdi ki, müqavilədə nəzərdə tutulan binanın yanında inşa edilməli olan avtomobil dayanacağı binası inşa edilməmişdir və zərərin əvəzi olaraq binanın özündə yerləşən qarajdan yer verilməsini tələb edirdi.
41. İşə baxan məhkəmə iddianı təmin edərkən qarajın faktiki olaraq inşa edilməməsini nəzərə almalı, belə olan halda qanunvericiliyin tələblərindən çıxış edərək qərar qəbul etməliydi. Çünki, işin mübahisəsiz halı ondan ibarətdir ki, qarajın alqı-satqısına dair müqavilədə nəzərdə tutulan iki mərtəbəli qaraj (binanın yanındakı) inşa edilməmişdir. 2006-cı ildən bəri inşa edilməmiş avtomobil dayanacağı binasında iddiaçıya qaraj verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması absurddur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət olunmuşdu(iddia tələbində qeyd olunan kimi), qətnamə çıxarıldıqdan dərhal sonra cavabdeh təşkilat ərizə yazaraq qətnamədəki yanlışlığın aradan qaldırılmasını xahiş etmiş və məhkəmə həmin ərizəni təmin etmiş və bundan sonra cavabdeh qətnamədən şikayət də verməmişdir. Çünki mövcud olmayan dayanacaq binasından qarajın verilməsi barədə qətnamə icra edilməmiş qalacaq.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.
43. Mülki Prosessual Məcəllədə ayrı-ayrı işlər üzrə qəbul olunan qətnamələrin mahiyyətini və həmin qətnamələrdə əks olunma lı məsələlərin dairəsini dəqiq müəyyən etmişdir. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamələrdən bəhs edən Mülki Prosessual Məcəllənin 222-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 44. Мülki prosessual qanunvericilikdə qətnamələrin tərtib olunması ilə bağlı hakimlərin üzərinə qoyulan bu vəzifələr qətnamənin icra mərhələsində yarana biləcək yanlışlıqların, anlaşılmazlıqların və qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. İcra mə rhələsində yarana biləcək anlaşılmazlıqların və qeyri-müəyyənliyin qarşısının alınması məqsədilə məhkəmələr qətnamələri dəqiq, dürüst və Mülki Prosessual Məcəllənin 222-226-cı maddələrinin tələblərinə cavab verən qaydada çıxarmalıdırlar.
45. İşə yenidən baxarkən Apellyasiya Məhkəməsi tərəflər arasında etibarlı müqavilə münasibətlərinin mövcudluğu, cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, iddiaçının razılaşdırılmış pul vəsaitini qarşı tərəfə tam olaraq ödəməsi preyudisiyasından çıxış etməlidir. Ona görə ki, hazırda yoxlanılan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin hallar təsdiq olunmuş, qeyd olunan əsasla qarajın verilməsi qət edilmiş və cavabdeh tərəf qətnamədən kassasiya şikayət verməməklə həmin faktları qəbul etmişdir.
46. Bundan başqa, iddiaçıya vurulmuş zərərin əvəzi nin ödənilməsi ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmaq olmaz. İddiaçının ona zərər vurulması halını sübuta yetirə bilməməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə prosessual qanunvericiliyin sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun deyil.
47. Təkcə onu demək kifayətdir ki, işin müəyyən edilən halları (yuxarıda qeyd edilmişdir) iddiaçıya zərər dəyməməsini istisna edir. Belə ki, 2006-cı ildə bağlanmış müqavilə üzrə qaraj inşa edilməmiş və iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda, cavabdehin iddiaçıya məxsus avtomaşını yaşayış binasının yaxınlığında başqa yerdə saxlamağa şərait yaratması, müəyyən xidmətləri həyata keçirməsi əsası ilə pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, cavabdeh həmin hissədə qətnaməni mübahisələndirməmişdir. İşin qe yd olunan halları vurulmuş zərərlə bağlı sübutetmə yükünün bölüşdürülməsində müəyyən bölgülər aparılmasını zəruri edir.
48. İşə yenidən baxarkən məhkəmə qeyd olunanlarla bağlı sübutların bölüşdürülməsi məsələsini həll etməli, kimin hansı halı sübut etməli olduğunu müəyyən etməli və bundan sonra tərəflərin həmin vəzifənin öhdəsindən hansı səviyyədə gəlmələri mövqeyindən çıxış edərək mübahisəni həll etməlidir. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblə rinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
51. İşə yenidən baxılarkən mübahisə ilə bağlı hüquqi dəyərləndirmə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla həyata keçirilməli, ətraflı araşdırma aparılmaqla, iş materiallarında olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verilməlidir.
52. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işin müəyyən edilən faktiki hallarına düzgün qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8123/2021 nömrəli, 31.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehpa