Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-958/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.09.2018-ci il tarixli 2(103)8150/2018 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-705/2018) İddiaçı Cavabdeh-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələ binə dair iddiası təmin edilməmiş, Cavabdeh-nin qarşılıqlı iddiası isə təmin edilərək İddiaçı Cavabdeh-nin xeyrinə maddi ziyana görə 583 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 613 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 may 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia və qarşılıqlı iddia tələbləri qarşılıqlı əvəzləşdirmə yolu ilə xitam olunduğundan hər iki iddia tələbi təmin olunmamışdır. İşin halları: İddiaçı Cavabdeh ilə bağladığı xidmət müqaviləsinə əsasən MMC-nin tapşırığının icra edilməsi ilə əlaqədar MMC-yə məxsus avtomobili idarə edərkən yol nə qliyyat hadisəsi törətmiş və həmin hərəkətinə görə İddiaçı inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində avtomobilin bəzi hissələri istismara yararsız vəziyyətə düşməklə MMC-yə 583 manat məbləğində maddi zərər dəymişdir. 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar işdən azad olunarkən MMC tərəfindən əmək haqqının ödənilməməklə ona mənəvi ziyan dəyməsini əsas göstərməklə işlədiyi günlər üçün ona verilməli olan 1.296 manat məbləğin, həmin aylar üçün ödədiyi vergi olan 50 manatın, iddia ərizəsinin tərtibatı üçün ödədiyi 50 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın və mənəvi ziyan hesab etdiyi 2.000 manatın, cəmi 3.426 manatın MMC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək cavabdehin hərəkəti nəticəsində onlara məxsus avtomobilin bəzi hissələrinin yararsız vəziyyətə düşməsi ilə əlaqədar MMC-yə 583 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın İddiaçı alınaraq MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və Nərimanov rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməd ən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gədiyindən mülki işin baxışında onun iştirakı mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı işdən azad olunarkən ona 2017-ci ilin may, iyun, iyul və avqust ayları üçün cəmi 1.296 manat məbləğində əmək haqqı ödənilməmiş və həmin əmək haqqı İddiaçı yalnız ilin sonunda, o, məhkəməyə müraciət etdikdən sonra ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin həmin halına əsaslanaraq İddiaçı mənəvi ziyan dəyməsi nəticəsinə gəlmiş və bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəmisinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinə görə İddiaçı hüquqa zidd hərəkəti nəticəsində MMC-yə 583 manat məbləğində ziyan dəymiş və həmin ziyan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən MMC-yə ödənilməlidir. Məhkəmə kollegiyasına görə tərəflərin biri-birlərinə qarşı tələbləri bərabər olduğundan və hər iki tələbin icra vaxtı çatdığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən həmin tələblər əvəzləşdirilməlidir. Mülki Məcəllənin 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 541.2-ci maddəsinə əsasən əvəzləşdirmə b u şərtlə aparıla bilər ki, tələb, onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin. Kollegiya işin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-958/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-958/2019
06.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver