Məhkəmə qərarları › İş №2(102)-959/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-959/2020

17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-959/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh Xnun və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(006)3073/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 192180,67 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh ləğv prosesində olan QSC “X” KB-nin ləğvedicisi Azərbaycan Xndan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11450/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Y.Şamayev, hakimlər M.Vəkil və Ş.Ə.Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(006)3073/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Xna qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, iddiaçı və QSC “X” KB arasında bağlanmış 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları, 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları, 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları, 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 11520,67 ABŞ dolları, 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları, 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları və 23 aprel 2015-ci il tarixli LD ********** saylı “Qarant” Depozit müqaviləsinə əsasən 30110 ABŞ dolları məbləğində ol maqla, ümumilikdə 192180,67 ABŞ dolları məbləğində pul vəsaitinin Xndan tutularaq iddiaıçya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hazırki halda iddiaçı ilə bağlanmış əmanət müqavilələri üzrə faiz dərəcəsi Xnun Himayəçilik Şurasının müəyyən etdiyi 3%-lik səddi keçdiyi aşkar göründüyü üçün iddianın təmin edilməsi üçün heç bir əsas olmamışdır. Tərəflər arasında müqavilə şərtlərinin dəyişdirilməsini nəzərdə tutan hər hansı müqavilə bağlanmamışdır, odur ki, bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaət tamamilə qanunsuz və əsassızdır. İddiaçının tələb i ləğv prosesinə nəzarət edən səlahiyyətli məhkəmə tərəfindən qeydə alınmışdır. Bu tələb yəni müqavilənin bağlanması və faiz dərəcəsinin dəyişdirilməsi sırf “Bank” ın özünün səlahiyyətində olan məsələlər hesab edildiyi üçün X hazırki iddia tələbinə cavab verməməlidir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)11450/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xnun vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi Xna qarşı yönəldilməsinə və tələb olunan pul vəsaitinin məhz həmin Fonddan tutulmasının xahiş edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin edərək, 192180,67 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh ləğv prosesində olan QSC “X” KB-nin ləğvedicisi Azərbaycan Xndan tutulmasını qət etmişdir. Fondun ilk və əsas funksiyası sığortaçı qismində fəaliyyət göstərməklə, Azərbaycan Respublikasında olan kommersiya banklarında yerləşdirilmiş əmanətlərin sığortalanmasıdır. Bu halda X müstəqil hüquqi şəxs qismində fəaliyyət göstərir və əmanətlərin sığortalanması ilə əlaqədar (o cümlədən sığorta ödənişlərinin verilməsi ilə əlaqədar) mübahisələr yarandıqda məhkəmə proseslərində tərəf qismində çıxış edir. İddiaçı tələbini Xnun sığortaçı kimi fəaliyyəti ilə ələqədar irəli sürmuşdur. Lakin birinci instansiya məhkəməsi qətnaməni Fonda qarşı ləğv prosesində olan QSC “X” KB-nın ləğvedicisi kimi, yəni ləğvetmədə olan bankın nümayəndəsinə qarşı çıxarmışdır. Belə olan halda, qətnamə üzrə borclu kimi ləğv etmə prosesində olan bank çıxış edir, ləğvedici isə onun nümayəndəsi olur. Halbuki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tələb irəli sürülməyən şəxsə qarşı qətnamə qəbul edilməklə prosessual pozuntuya yol verilmişdir ki, bu da qətnamənin ləğvi üçün birmənalı əsasdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının irəli sürdüyü dəlilə görə, o, əmanəti üzrə faiz dərəcəsinin “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq X1 qərarına uyğunlaşdırılması ilə əlaqədar əmanəti qəbul etmiş banka müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə müvafiq əməliyyatı həyata keçirmədən müflis elan olunmuşdur. Cavabdeh təşkilat isə etirazında belə müraciətin edilmədiyini, edildiyi halda isə bankın sığorta hadisəsi baş verdiyi ana müqavilədə müvafiq dəyişikliliyi etmədiyi üçün iddiaçının əmanətinin sığorta təminatına düşmədiyini gö stərmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi QSC “X” KB-yə ünvanlanmış 30 sentyabr 2016-cı il tarixli, 9697 saylı faizlərin aşağı salınmasına dair ərizənin surətinə əsasən İddiaçı Şaiq oğlu LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə, LD********** saylı 30000 ABŞ dolları məbləğdə 23 aprel 2015-ci il tarixli əmanət müqavilələri üzrə vəsaitinin sığortalanması məqsədilə həmin əmanət üzrə faizlərin 3% müəyyən edilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. Ərizə QSC “X” KB tərəfindən 30 sentyabr 2016cı il tarixdə 9697 No ilə qeydə alı nmışdır. Məhkəməyə göstərilən ərizənin surəti təqdim edilsə də, onun mövcudluğu şübhə doğurmamışdır. Əksinə iş üzrə müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın tərtib etdiyi QSC “X” KB-nın əmanətçilərinə əmanətlərin ödənilməsi ilə bağlı sənədləşmələrdə yaranmış çatışmazlıqlar, əmanətçilərin müraciətlərinə baxılmaması, əməliyyat sistemində əlavə razılaşmalara dair qeydlərin aparılmaması, əmanətlərin illik faiz dərəcələrinin dəyişdirilməməsi və avtoprolonqasiyaların nəticələrinə nəzarət edilməməsi barədə Məlumat adı sənəddə “Əmanət müqavilələrinin illik faiz dərəcəsinin 3 faizə salınması barədə QSC “X” KB-yə müraciət etmiş, lakin əmanətlərinin illik faiz dərəcəsi 3 faizə dəyişdirilməmiş əmanətçilər barədə məlumat” adlı hissəsində 10cu sırada İddiaçı adı qeyd olunmuşdur. Apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, iddiaçının həqiqətən 30 sentyabr 2016-cı il tarixdə əmanəti qəbul etmiş banka müraciət edərək, əmanətinin faiz dərəcəsinin “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Xnun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsi həddində azaldılmasını xahiş etməsi, lakin bankın müqaviləyə müvafiq dəyişikliklər etmədən növbəti iş günü, yəni 04 oktyabr 2016-cı il tarixdə müflis elan edilməklə, fəaliyyətini dayandırması müəyyən olunmuş hal kimi tanınmalıdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmanətin tam sığortalanması üçün əmanətin yerləşdiyi bankın həmin Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olması və əmanətinin illik faiz dərəcəsinin Xnun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsi həddinə salınmasına dair əmanətçinin müraciətinin mövcud olması tələb olunur ki, bu halların hər ikisinin mövcudluğu hazırki iş üzrə öz təsdiqini tapmışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, müqavilədə dəyişikliliyin edilməsi qanundan irəli gəldiyindən və əmanəti alan bankın iradə ifadəsindən asılı olmadığından, tərəflər arasında bağlanmış müqavilədə formal dəyişikliliyin edilməməsi əmanətin qorunan əmanətlərin siyahısına daxil edilməməsi üçün əsas olmamalıdır. Apellyasiya kollegiyasının qənaətinə görə İddiaçı Şaiq oğlunun QSC “X” KB-yə yerləşdirdiyi əmanətlər “Əmanətlərin ta m sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uğun olaraq sığortalanmış əmanət hesab olunmalı və sığorta hadisəsi baş verdiyindən (əmanəti qəbul etmiş bank 04 oktyabr 2016-cı il tarixdən müflis elan olunduğundan) həmin Qanunun 5.1-ci maddəsinə əsasən iddiaçıya əmanətin 100 faizi həcmində kompensasiya ödənilməlidir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıya ödənilən kompensasiya “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə uyğun əmanətin valyutasında hesablanmalı, lakin ödəniş Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən ödəniş anında məzənnə qiyməti üzrə manatla aparılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş ü zrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun: - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Xnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla mü əyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X3 qoru nan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). Xnun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Xna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 19.01.2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 02.03.2016-cı il tarixdən qüvvəyə m inmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Xnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Xnun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanması üçün əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Azərbaycan Respublikası Mərkəzi X4 24 nömrəli, 09 dekabr 2013-cü il tarixli Protokolu ilə təsdiq edilmiş və həmin dövrdə qüvvədə olmuş məhz maliyyə xidmətləri istehlakçılarının müraciətlərinin baxılması mexanizmini tənzimləyən və Mərkəzi Bankın Baş direktorunun imzası ilə ölkə ərazisində fəaliyyət göstərən bütün kredit təşkilatlarına i cra edilməsi üçün 18 dekabr 2013-cü il tarixli 06-03902-2013 nömrəli məktubla göndərilən Metodolji Rəhbərliyinin 3.3-cü maddəsində göstərilir ki, Kredit təşkilatları istehlakçıların yazılı və şifahi şəkildə ərizə ilə müraciət etmək və bu kimi hüquqların həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını, o cümlədən bu Rəhbərlikdə müəyyən edilmiş lazımi tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Həmin məktuba görə bütün kredit təşkilatlarında anoloji qaydaların hazırlanması tələb edilmişdir.Rəhbərliyin 6.1-ci maddəsinə görə İstehlakçıların müraciətlərinin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır. Müraciətlər aşağıdakı formalarda qəbul edilməlidir. “Əmanətlərin Tam Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci m addəsi sığortalanmış əmanətlər üçün müəyyən edilmiş illik faiz dərəcəsindən yuxarı olan əmanət sahiblərinə banka yalnız müraciət edərək öz əmanətlərini qorunan əmanət statusuna keçirməklə tam sığortalamaq imkanı vermişdir. Yəni vətəndaşın banka qarşı hər hansı bir təzyiq mexanizmi olmadığından əmanətçinin müraciəti həm bankın xeyrinə (yəni faiz dərəcəsinin salınması, vətəndaşın həmin əmanətdən gəlirinin aşağı düşməsi), həm də bankın maraqlarının xeyrinə faizin aşağı salınması ilə ödəniləcək məbləğin aşağı olmasına zəmin yaradır. Bu halda tərəflər arasında müqaviləyə dəyişiklik edilməsi bankın vəzifəsi olduğundan, vətəndaşın isə sadəcə müraciət etməsi kifayət etdiyindən, hazırki iddianın rədd edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, hazırki halda iddiaçı ilə bağlanmış əmanət müqavilələri üzrə faiz dərəcəsi Xnun Himayəçilik Şurasının müəyyən etdiyi 3%-lik səddi keçdiyi aşkar göründüyü üçün iddianın təmin edilməsi üçün heç bir əsas olmamışdır. Tərəflər arasında müqavilə şərtlərinin dəyişdirilməsini nəzərdə tutan hər hansı müqavilə bağlanmamışdır, odur ki, bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaət tamamilə qanunsuz və əsassızdır. İddiaçının tələbi ləğv prosesinə nəzarət edən səlahiyyətli məhkəmə tərəfindən qeydə alınmışdır. Bu tələb yəni müqavilənin bağlanması və faiz dərəcəsinin dəyişdirilməsi sırf “Bank” ın özünün səlahiyyətində olan məsələlər hesab edildiyi üçün X hazırki iddia tələbinə cavab verməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmanətçinin kreditor t ələbinin qeydə alınması üçün müraciət etməsi və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən həmin tələbin qeydə alınması sığortalanmış əmanətə görə kompensasiya tələbini aradan qaldırmır. Bu yalnız o halda, kompensasiya verilməsindən imtinaya əsas ola bilər ki, həmin məbləğ bank tərəfindən əmanətçiyə qaytarılmış olsun. Bu barədə isə işdə hər hansı sübut mövcud deyildir. Ərizə verilən günün bankda son iş günü olması və bir neçə gün sonra bankın müflis elan edilməsi barədə məhkəmə qərarının qəbul edilməsi həmin ərizənin nəzərə alınmamasına əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olma q üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Xnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11450/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar