Məhkəmə qərarları › İş №2(102)-961/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-961/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4518/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Mə hkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin arasında qohumluq münasibətləri olmuşdur.

2. İddiaçı Bakı şəhəri Səbail rayon prokurorluğuna ərizə ilə müraciət edərək, Cavabdeh2 20000 ABŞ dolları, sonuncunun anası Elmiraya 10000 ABŞ dolları məbləğdə pul borc verdiyini, həmçinin Cavabdeh2 əri Cavabdeh1 qarajını satmaq məqsədi ilə verməsini, sonuncunun ona 1000 manat pul ödəyib qalan 6000 manat pulu ödəmədiyini bildirmişdir. Həmin şikayət ərizəsi əsasında Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsində toplanmış material üzrə müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları, Cavabdeh1 6000 ABŞ dolları və 700 manat məbləğdə pulun, ödədiyi 244 manat dövlət rüsumu və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 onun keçmiş gəlini, Cavabdeh2 gəlinin bacısı, Cavabdeh1 isə Cavabdeh2 əridir. X3 anası Elmira ilə birlikdə 2018-ci ilin yayında onun yaşadığı ünvan 1 ünvana gəlmişlər. Lalə və Elmira ona bildirmişlər ki, Cavabdeh1la birlikdə bizneslə məşğul olmaq istəyirlər, onlara pul lazımdır, onu da biznes işinə şərik edəcəklər, gəlirləri olacaq və onun qoyduğu sərmayəni qısa müddətdə qaytaracaqlar. Bunun üçün Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dolları lazımdır. Ondan həmin məbləği istəmişlər. Cavabdeh3 onların həqiqətən bizneslə məşğul olduqlarını demişdir. Onlara inanmış, şifahi razılaşma əsasında Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dollarını pul vermişdir. Lalənin əri Cavabdeh1 2012-2013-cü ildə ona məxsus olan Sumqayıt şəhərində yerləşən 4 ədəd qarajdan birini dostu üçün almaq istədiyini ona demiş, bildirmişdir ki, qarajı satandan sonra ona 13000 ABŞ dolları pul verəcəkdir. Bu söhbətdən sonra Samir qarajı sataraq ona 6000 ABŞ dolları vermiş və demişdir ki, alıcı pulun qalanını da 5-6 aya verəcək. Aradan xeyli müddət keçməsinə baxmayaraq, Samir pulun qalan hissəsini verməmişdir. O, Samirə dəfələrlə zəng edəndən sonra, Samir 1000 manat pulu onun sürücüsü X1 vasitəsilə ona göndərmişdir. Sonradan ona borclu qaldığı 6000 ABŞ dolları və 700 manatı bu günə qədər verməmişdir. Lalə də ondan aldığı 20000 ABŞ dollarını qaytarmaqdan imtina edir. Cavabdehlər onun pullarını mənimsəyərək ona qarşı dələduzluq etmişlər. Lalənin həmin pulları ondan alması barədə Samirin etirafı flaşkarta yazılmışdır. Həmin danışıq zamanı o bildirir ki, 20000 ABŞ dolları ona yox, Laləyə verilib, qarajdan qalan 7.000 ABŞ dolları isə manatla hesablanıb, ondan 1000 manatı ödədiyini, 6000 manat qaldığını bildirir. Onun Samirdə 6000 ABŞ dolları və 700 manat, Lalə və Afaq bacılarında isə 20000 ABŞ dolları pulu qalmışdır. Həmin pulların ona qaytarılması, Samirlə və Lalə ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qaraj üçün ona 14000 manat verdiyini göstərmişdir. Halbuki, Samir ona 14000 manat verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul verdiyinin yalan olduğunu göstərsə də, onun istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun Cavabdeh3 verilməsini təsdiq etmişdir

4. Cavabdeh1 i ddia ərizəsinə qarşı izahatında bildirmişdir ki, iddiaçı Sumqayıt Dövlət Universitetinin rektoru işləmişdir. Həmin dövrdə universitetin həyətyanı ərazisində yaşayış binaları və qarajlar tikilirdi. İş adamları MTK rəhbərləri iddiaçını özlərinə şərik götürmüşlər və inşa edilən tikililərin 1/3 hissəsi iddiaçıya çatırdı. O, iddiaçıy ilə dost olmuşdur. O, bir neçə yaxın qohumuna iddiaçıdan ucuz qiymətə mənzil almış və dəyəri iddiaçıya ödəmişdir. O, 2013-cü ildə iddiaçı dostu üçün bir ədəd qaraj almaq istədiyini bildirmişdir. İddiaçı razı olmuş və ona qiymət deməmiş, neçəyə istəsə ala biləcəyini demişdir. Həmin vaxt şərikləri qarajları təxminən 18000 manata satırdılar. O, iddiaçıya qaraj üçün 16000 manat verməyi düşünmüş və pulu 2-3 il ərzində ödəyəcəyini demişdir. 2013-cü ildən 2016-cı ilə kimi 4 dəfəyə 14000 manat pulu iddiaçıya vermişdir. 2017-ci ildə iddiaçı ona bildirmişdir ki, qarajın pulundan 7000 manat ödənilib, 7000 manat qalıb. Onun verdiyi 14000 manatdan 7000 manatını almasını etiraf etməmişdir. O. qaraj alınması üçün 14000 manat pul ödəsə də, qaraj və ya qarajın sənədləri iddiaçı tərəfindən ona təqdim edilməmişdir. O, məhkəmədə qaraj almaq istədiyi dostunun adını “Babayev Yaqub” kimi demişdir ki, iddiaçının buna olan reaksiyasını öyrənsin. Bu səbəbdən iddiaçı "xxxx" MTK-dan xx.xx.2023-cü il tarixli arayış alaraq məhkəməyə təqdim etmişdir ki, güya "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qaraj iddiaçının razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satılmışdır. Belə bir arayış verilsə də, qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. Əslində onun Babayev Yaqub adlı dostu yoxdur. Onun qaraj almaq istədiyi dostunun adı Həsənov Vüqar Famil oğludur. İddiaçı qarajı təhvil vermədiyinə görə, dostu məcbur olaraq xx.xx.2020-ci il tarixdə özü onun vasitəçiliyi olmadan "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı almış və 15.127 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Həmin müqaviləni məhkəməyə sübut kimi təqdim etmişdir. Onun iddiaçıya 6000 ABŞ dolları və 700 manat borcu yoxdur. Əksinə onun ödədiyi 14000 manat pulun əvəzində iddiaçı qarajı ona təhvil verməmiş, onun hesabına varlanmışdır. Həmçinin onun arvadı Cavabdeh2 heç vaxt iddiaçıdan borc istəməmiş və almamışdır. Onun borc almağa ehtiyacı da olmamışdır. İddiaçı onun və arvadı Cavabdeh2 ona borcu olmasına dair məhkəməyə hər hansı bir yazılı sübut təqdim edə bilməmişdir. İddiaçının gəlini Cavabdeh3 əri Emil Qəhramanova qarşı məhkəmədə əmlak bölgüsünə dair iddia qaldırdığına görə, iddiaçı da bu iddianı vermişdir ki, Cavabdeh3 təsir etsin və Cavabdeh3 iddia tələbindən imtina etsin.

5. Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 19 sentyabr 2023-cü il tarixli e-2(004)-3244/2023 nömrəli qətnaməsi ilə (Vahid Hacıyev) iddia təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini onunla ə saslandırılmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2018-ci ildə 20000 ABŞ dolları pul verdiyini, Cavabdeh1 2013cü ildə Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının həyətindəki qarajı 13000 ABŞ dollarına satdığını, Cavabdeh1 ona 6000 ABŞ dolları və 1000 manat verdiyini, 6000 ABŞ dolları və 700 manat borclu qaldığını iddia etsə də, bu halı təsdiq edən notariat qaydasında təstiq edilmiş müqavlələri və ya sadə yazılı formada tərtib edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmış sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

7. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının "xxxx" MTK-dan xx.xx.2023-cü il tarixdə alaraq məhkəməyə təqdim etdiyi arayışda "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsin də inşa etdiyi 12 mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qarajın iddiaçının razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satıldığı qeyd olunmuşdur. "xxxx" MTK tərəfindən belə bir arayış verilsə də, 35 nömrəli qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh1 dostuna qaraj satdığını iddia etsə də, qaraja dair sənədləri, həmçinin qarajın təhvil verilməsinə dair sənədləri məhkəməyə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci madələrinə istinadla əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6834/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh1 4800 manat məbləğində pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən günə manatın məzənnəsinə uyğun t utularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş flaşkart tərəflərin iştirakı ilə dinlənilmiş və həqiqətən iddiaçı tərəfindən 20000 ABŞ dollar pul verilməsini, Cavabdeh1 da həmin pulun Cavabdeh3 verilməsini və həmin pulun sonuncu tərəfindən onlara, yəni, Samirə və həyat yoldaşına verməsini Cavabdeh1 etiraf etmiş, hətta apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 izahatında Cavabdeh3 iddiaçıdan 50000 ABŞ dollarının alınaraq onlara ev alınması üçün verilməsini göstərmişdir.

12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izah atlarında iddiaçıya borcları olmadıqlarını göstərsələr də, həmin materialda və mülki işin materiallarında olan sözügedən flaşkartın məzmununda Cavabdeh1 iddiaçı tərəfindən 20000 ABŞ dollar pulu Cavabdeh3 verilməsini göstərməsi faktın etirafı kimi qiymətləndirilir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin iclasında da Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı Cavabdeh2 verməsi faktını da təsdiq edərək etiraf etmişdir.

13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında qarajın satılması ilə əlaqədar qeyd etmişdir ki, iddiaçıya 14000 manat pul verməsini, iddiaçı isə satışın manatla deyil, ABŞ dolları ilə aparılmasına razılaşaraq satış qiyməti olan 13000 ABŞ dollarından ona cəmi 6000 ABŞ dolları və 1000 manat verməsini göstərsələr də, tərəflərdə n heç biri bu göstərdiklərini təsdiq edən subutlarını təqdim edə bilməmişdir.

14. Mübahisəli qarajın məhz 13000 dollara satılması barədə razılığının olması təsdiqini tapmasa da, cavabdehin də satış qiymətinin 16000 manata razılaşdırılması barədə izahatı nəzərə alınmaqla qarajın satış qiyməti məhz 16000 manat götürülməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 iddiaçıya ödədiyi 14000 manat məbləği nəzərə almaqla qarajın satış qiyməti kimi 16000 manat əsas götürülməli və iddiaçının da cavabdehdən qarajın satışına görə ona verdiyini etiraf etdiyi 6000 ABŞ dollar və 1000 manat pulu, cəmi 11.200 manatı müəyyən edilmiş satış qiyməti olan 16000 manatdan çıxılaraq qalan 4800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.2, 329.3, 385. 1, 739.1, 739.2, 740cı, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (vəkili Vəkil2) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

17. Cavabdeh1 kassasiya şikayətinin 01 mart 2024-cü il tarixli qərardadla icraata qəbul edilməsindən imtina olunmuşdur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1334/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6 834/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının alınıb iddiaçıya verilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaətinə görə tərəflər arasında borc münasibətləri olmuşdur, iddiaçı cavabdehlərə 2018-ci ilin yay aylarında 20000 ABŞ dollar borc verdiyini göstərmiş, Cavabdeh1 da iddiaçı ilə danışıqları zamanı (iddiaçı tərəfindən tədim edilmiş səs yazısına görə) həmin pulun iddiaçı tərəfindən Cavabdeh3 verilməsini və sonuncu tərəfindən isə ona və həyat yoldaşına verilməsini etiraf etm işdir. Cavabdeh1 iddiaçı tərəfindən 20000 ABŞ dollar pulun Cavabdeh3 verilməsini göstərməsi faktın etirafı kimi qiymətləndirilməli, həmçinin Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı İsmayıl- X9 verməsi faktını da təsdiq edərək etiraf etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edib ki, iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumiyyətlə borc almaları barədə hər hansı etirafının, yazılı müqavilənin, yaxud yazılı qəbzin olması, bu barədə məhkəmədə, yaxud digər dövlət orqanlarında etirafedici izahat vermələri müəyyən edilmir.

21. İddiaçı ilə danışıqlar zamanı (iddiaçı tərəfindən tədim edilmiş səs yazısına görə) Cavabdeh1 20000 ABŞ dolları pulun Cavabdeh3 verilməsini və həmin pulun Afaq tərəfindən ona və həyat yoldaşına verilməsini deməsi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin fakt bilavasitə iddiaya cavab verməli olan birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən etiraf olunduğu və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun rəsmiləşdirildiyi təqdirdə faktın etirafı kimi qəbul oluna bilərdi. 20000 ABŞ dolları pul tələbi isə Cavabdeh1 qarşı yönəlməmişdir və o, həmin tələbə cavab verən şəxs deyildir. Onun tərəfindən özünə aidiyyatı olmayan iddiaya dair iddiaçı ilə danışıqlar zamanı bildirdikləri aidiyyatı olan cavabdehlər tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 81, 106 və 106.4-cü maddələrinin tələblərinə uyğun deyildir.

22. Məhkəmə kollegiyası hesab edib ki, Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın 20000 ABŞ dollar tələbinin təmin olunması hissəsində gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4518/2024 nömrəli 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinskidən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e2(004)- 3244/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə danışıqlar zamanı (iddiaçı tərəfindən təqdim edilmiş səs yazısına görə) Cavabdeh1 20000 ABŞ dolları pulun Cavabdeh3 verilməsini və həmin pulun Afaq tərəfindən ona və həyat yoldaşına verilməsini deməsi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin fakt bilavasitə iddiaya cavab verməli olan birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən etiraf olunduğu və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun rəsmiləşdirildiyi təqdirdə faktın etirafı kimi qəbul oluna bilərdi. 20000 ABŞ dolları pul tələbi isə Cavabdeh1 qarşı yönəlməmişdir, o həmin tələbə cavab verən şəxs deyildir. Onun tərəfindən özünə aidiyyatı olmayan iddiaya dair iddiaçı ilə danışıqlar zamanı bildirdikləri aidiyyatı olan cavabdehlər tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 81, 106 və 106.3-cü maddələrinin tələblərinə uyğun deyildir.

25. Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstəri lənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,739.1,739.2- ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-4518/2024 nömrəli 25 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmayan hissəsinin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2-ci maddələrini tələblərinin pozulduğu qeyd edilmişdir.

29. Belə ki, cavabdehlərdə olan pulların ona qaytarılması və Samirlə Lalənin ona qarşı dələduzluq etdiklərinə görə barələrində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, İsintaq Şöbəsi tərəfindən araşdırma zamanı X3 ona hər hansı bir məbləğdə pul vermədiyinin yalan olduğunu göstərsə də, istintaqa təqdim edildiyi 01 ədəd “C D” formatlı diskə baxış keçirilərkən şikayətçinin 20.000 ABŞ dolları verdiyi, Samir Axundov da həmin pulun Cavabdeh3 verilməsini, 20.000 özünə verilməsini təsdiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya).

33. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə u yğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni də lillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Nəzərə alınmalıdır ki, bu iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdiklər i sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

51. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPMin 14.2 və 77.1-ci maddələri).

52. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. İşin faktiki hal larını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

54. İddiaçının tələbi cavabdehlərlə müqavilə münasibətləri üzrə öhdəliyin icrası barədədir. Bu halda cavabdehlərin öhdəliyini təsdiq edən sübutu təqdim etmək yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmələr müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı tələb üzrə bu cür sübut təqdim olunmamışdır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kass asiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilm əsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4518/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar