Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabeh «xxxx» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili X3nun iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11085/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov ) xx xxx 2018-ci il tarixli, 2(006)-333/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxx» Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 qarşı kooperativ pay hüququnun tanınması, mənzilin və ya onun bazar qiyməti ilə eyni olan pul vəsitinin ödənilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, ikram Şirinov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi İddiaçı (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər «xxxx» Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30000 sovet rublunun «xxxx» MTK-da payı kimi tanınması, bu pay onun tərəfindən tam ödənildiyinə görə kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kvadrat metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi, həmçinin 15 il «xxxx» MTK-nın onun ev payını mənimsədiyinə, ondan faydalandığına, həmin dövrdə o, evsiz və paysız qalaraq kirayələrdə maddi sarsıntılar keçirdiyinə dəymiş maddi zərərə görə, hər il üçün mənzilin indiki dəyərinin 5 faizi məbləğində pul hesablanıb veriliməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassa siya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən iddiaçı MTK-ya pay haqqını - 30000 rubl pulu tam ödəmiş və bununla da kooperativdə 120 kv metr sahəsi olan mənzilə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməmiş, həmçinin iddia müddətini tədbiq edərək iddianı rədd etməkdə nəticəyə gəlmişdir. Cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili X3 tərəfindən məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərilərək kassasiya şikayətin in təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabeh «xxxx»Mənzil-Tikinti Kooperativi nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 4/163 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 3224 saylı məhəllədə Bakı kooperativ texnikumu və orta texniki peşə məktəbinin işçiləri üçün 9 mər təbəli 3 bloklu kooperativ yaşayış binasının layihələşdirilməsinə icazə verilmiş və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 6/284 saylı qərarı ilə həmin kooperativ yaşayış binasının tikintisi 1991-ci ilin əsaslı tikinti planına daxil edilməklə sifarişçi funksiyası Bakı şəhər Sovetinin Əsaslı Tikinti idarəsinə həvalə edilmiş, baş podratçı təşkilat isə Bakı Baş Tikinti idarəsi müəyyən edilmişdir. İddiaçı tərəfindən «xxxx»MTK-ya ümumilikdə 30000 rubl ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1315 saylı sərəncamı ilə uzun müddət istifadə olunmadığına görə Kooperativ Texnikumu və texniki-peşə məktəbinə Nəsimi rayonu, Pişəvari küçəsinin 3224-cü məhəlləsində kooperativ yaşayış binasının tikintisinə dair verilmiş Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1989-cu il tarixli 4/163 №-li qərarı ləğv edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 217 saylı sərəncamı ilə isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 07.05.98-ci il tarixli 499 saylı sərəncamına Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 21.10.98-ci il tarixli 01-01/300 a №-li məktubu nəzərə alınaraq, sifarişçiyə ayrılmış ərazidə görülmüş işlərə çəkilmiş xərclərin kooperativ texnikomuna və texniki-peşə məktəbinə ödənilməsinin qanunvericiliyə müvafiq qaydada həll etməsinin tapşırılması bəndinin əlavə edilməsi haqqında sərəncam verilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2000ci il tarixli 64/11-14 saylı qətnaməsi ilə isə müəyyən edilmişdir ki, tikinti işləri Bakı şəhər Sovetinin Əsaslı Təmir İdarəsi tərəfindən həyata keçirilmiş və Respublikada bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış kəskin inflyasiya ilə bağlı kooperativ üzvləri tərəfindən ödənilən vəsait hesabına Bakı şəhər Sovetinin Əsaslı Təmir İdarəsi tikintini başa çatdıra bilməmişdir. 1994-cü ildə tikinti işləri tamamilə dayandırılmışdır. Həmçinin qətnamə ilə tikinti işlərinin dayandırılmasının «xxxx» MTK-nın təqsirli hərəkətləri səbəbindən olması müəyyən edilməmişdir. «xxxx» MTK tikinti işlərinin başa çatdırılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1315 saylı, xx xxxxxx 1997-ci il tarixli sərəncamı ilə uzun müddət istifadə olunmadığına görə Bakı şəhər XDS İK-nin «xxxx» MTK-ya torpaq sahəsi ayrılması barədə xx xxx 1989-cu il tarixli 4/163 saylı qərarı ləğv edilmiş, xx xxxxxx 1997-ci il tarixli 965 saylı sərəncam ilə isə həmin torpaq sahəsi «xxxx» MTK-dan alınıb «Rəşad-Orxan» kiçik müəssisəsinə verilmişdir. «xxxx» MTK bu qərarı mübahisələndirmiş və MTK-nın müraciət etdiyi İqtisad Məhkəməsinin xx.xx.2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi və xüsusi qərardadı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi «xxxx» MTK-nın daimi istifadəsinə verilmişdir. «xxxx» MTK binanın tikintisinin davam etdirilməsi üçün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə, yəni 1 kvadrat metretri 180 ABŞ dolları əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK-nın üzvlərinin xx xxxxxx 2002-ci il tarixli iclasında İddiaçı kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli 2-1(103)-69/2015 saylı qərarı ilə İddiaçı mənzil əldə etmək üçün ödədiyi 30000 rubl pulu «xxxx» MTK-dan tələb etmək hüququnun olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı “kooperativ payının tanınması, mənzilə mülkiyyət hüququnun tanınması, 120 kvadrat metr mənzilin və ya onun hazırki dəyərinin ona verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçı onun «xxxx» M TK-nın üzvülüyündən azad edilməsi barədə «xxxx»MTK-nın üzvlərinin xx xxxxxx 2002-ci il tarixli 7 saylı protokolu əsasında qəbul edilmiş qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(006)-1923/2016 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 4/163 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 3224 saylı məhəllədə Bakı kooperativ texnikumu və orta texniki peşə məktəbinin işçiləri üçün kooperativ yaşayış binasının layihələşdirilməsinə icazə verilmiş və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Müvafiq vəsaitin olmamasından kooperat iv yaşayış evinin tikintisi 1994-cü ildə dayandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1315 saylı sərəncamı ilə uzun müddət istifadə olunmadığına görə Bakı şəhər XDS İK-nin «xxxx» MTK-ya torpaq sahəsi ayrılması barədə xx xxx 1989-cu il tarixli 4/163 №-li qərarı ləğv edilmişdir. Həmin torpaq sahəsi «xxxx» MTK-dan alınmış, İqtisad Məhkəməsinin xx.xx.2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi və xüsusi qərardadı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi «xxxx»MTK-nın daimi istifadəsinə verilmişdir. «xxxx»MTK binanın tikintisinin davam etdirilməsi üç ün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK-nın üzvlərinin xx xxxxxx 2002-ci il tarixli iclasında İddiaçı kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı xx xxxxxx 2005-ci il tarixli ərizə ilə «xxxx»MTK-nın sədri Cavabdeh2 müraciət edərək ona indi və gələcəkdə heç bir pul iddiasının olmadığını və olmayacağını bildirmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə on iki ildən artıq müddət keçdikdən sonra xx.xx.2017-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd e dilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. İddiaçının apellyasiya şikayətinə əsasən qətnaməni yoxlayan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə aktlarındakı hüquqi dəyərləndirmələr hazırki iş üzrə də preyudisial əhəmiyyət daşıyır. Ona görə də, yalnız formal mülahizələrə görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almaq olmaz. Birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası məruzəçini dinl əyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçının kooperativə ödədiyi 30000 rubl pay haqqının hazırki dəyərlə, yəni indeksasiya ediləklə iddiaçıya verilməsinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kvadrat metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb on a verilməsi hissələrdə rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi «xxxx»MTK-nın daimi istifadəsinə verilmişdir. «xxxx» MTK binanın tikintisinin davam etdirilməsi üçün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK-nın üzvlərinin xx xxxxxx 2002-ci il tarixli iclasında İddiaçı kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı cavabdeh MTK-da mənzil əldə etmək üçün təklif edilmiş pay haqqının tam ödəm əmişdir. Həmçinin İddiaçı onun «xxxx» MTK-nın üzvülüyündən azad edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2002-ci il tarixli 7 saylı iclasın protokol qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(006)-1923/2016 saylı qətnaməsi ilə onun bu iddiası rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də birinci instansiya məhkəməsi bu hissələrdə, həmçinin «xxxx» MTK-dan ona mənzil verilməməsi səbəbindən maddi zərər çəkməsi, bunun müqabilində hər il üçün mənzilin indiki dəyərinin 5 faizi məbləğində pulun hesablanıb veriliməsi hissədə iddia tələbini rədd etməkdə, apellyasiya instansiyası məhkəməsi isə həmin hissədə qətnaməni dəyişdirimədən saxlamaqla düzgün nəticəyə gəl mişdir. Kassasiya şikayətinin həmin tələblərin rədd olunması ilə əlaqədar dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kooperativə ödənilmiş 30000 rubl pulun ona geri qaytarılması tələbinin rədd olunması hissədə düzgün nəticəyə gəlməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə maddi hüquq normalarının pozulması və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə nəticələnmiş, apellyasiya instansiyası məhkəməsi bu hissədə məhkəmənin buraxdığı səhvləri təkrarlamışdır. Belə ki, məhkəmələr bu hissədə iddia tələbi rədd edərkən iki hala istinad etmişlər: 1) İddiaçının bundan əvvəl başqa məhkəmə mübahisələrində qaldırdığı iddialar üzrə məhkəmə qərarları ilə müəyən edilmiş halların hazırkı işə baxılmasında üstün hüquqi qüvvəyə malik olmasın a; 2) İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd edir ki, iddiaçının digər məhkəmə mübahisələrində 30000 rubl pulun hazırki dəyərinin qaytarılması ilə bağlı tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından iddiaçının bundan əvvəl belə bir tələbinin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2-1(81)-825/2014 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı - ona və ailəsinə «xxxx»MTK-nın üzvü və payçısı olaraq və bu kooperativə 4 otaqlı mənzilin bütün məbləğini - 300xx xxxx 1990-cı ildən keçdiyinə görə BŞİHnin ehtiyat mənzil fondundan 4 otaqlı mənzil və həmçinin ailələrinə bu illər boyu maddi (bu ill ər ərzində kirayə yaşadığını nəzərə alaraq) və mənəvi (stress, psixiki gərginlik və s.) zərbənin qarşısında 10000 yeni Azərbaycan manatı pul məbləğinin BŞİH tərəfindən verilməsi barədə iddiasının rədd edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(006)-1923/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər «xxxx»MTK və «xxxx»MTK-nın sədri Cavabdeh2 qarşı cavabdeh «xxxx»MTK-nın üzvlərinin xx xxxxxx 2002-ci il tarixli 7 saylı protokolu əsasında qəbul edilmiş onun «xxxx»MTK-nın üzvülüyündən azad edilməsi barədə qərarının ləğv edilməsi və onun «xxxx»MTK-nın üzvlüyünə bərpa edilməsi, «xxxx»MTK tərəfindən ona haqqı olan 4 otaqlı mənzilin verilməsinin təmin edilməsi, «xxxx»MTK-nın sabiq sədri Cavabdeh2 tərəfindən ona və ailəsinə illər boyu maddi ( bu illər ərzində kirayə yaşadığını nəzərə alaraq) və mənəvi (stres, psiki gərginlik və s.) ziyan vurduğuna görə 20000 manat pul məbləğinin verilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(103)5768/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1923/2016 saylı xx xxxxx 2016cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-1585/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır. Əksinə iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə iddiaçının cavabdeh MTKya 30000 rubl pay haqqını ödəməsi müəyyən edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015ci il tarixli, 2-1(103)-69/2015 saylı qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-825/2014 saylı, xx xxxx 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı «xxxx» MTK-nın üzvü və payçısı olmuş, onun MTK-ya üzv olarkən ödədiyi pul (30000 rubl) məbləği hal-hazırda tikilmiş və «xxxx»MTK-ya aid binanın layihə smeta sənədlərinin hazırlanmasına, binanın özülünün qazılmasına sərf edilmişdir. İddiaçının ödədiyi məbləğ «xxxx » MTK-ya aid binanın tikilməsinə sərf edildiyindən, iddiaçının mənzil əldə etmək üçün ödədiyi pulu (30000 rubl pulu) «xxxx» MTK-dan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2-1(102)-767/2015 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2-1(103)-69/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmiş, lakin həmin normanı hazırki işin hallarına düzgün tədbiq etməmişlər. Həmin normaya görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş qərarlara düzgün hüquqi qiymət verməmiş, Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tədbiqində səhvə yol vermişlər. Məhkəmələrin digər qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu hissədə məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, xx xxxxxx 1990-cı il tarixli 67 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən pay haqqı üzrə «xxxx»MTK-ya 9000 rubl ödənilmişdir. xx xxxxxx 1992-ci il tarixli 20 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən «xxxx»MTK-ya ilk ödəniş üzrə 21000 rubl ödənilmişdir. K ooperativ üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı kooperativ üzvlüyündən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli 2-1(103)-69/2015 saylı qərarı ilə İddiaçı mənzil əldə etmək üçün ödədiyi 30000 rubl pulu «xxxx» MTK-dan tələb etmək hüququnun olduğu müəyyən edilmişdir. Göründüyü kimi işin mübahisələndirilməyən halları ilə iddiaçı tərəfindən cavabdeh MTK-ya ümumilikdə 30000 rubl pay haqqının ödənilməsi, onun kooperativin üzvlüyünə xitam veriləndən sonra isə həmin məbləğin ona qaytarılmaması müəyyən edilmişdir. İddiaçı kooperativə üzv qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən, əmlak ümumi mülkiyyət hüququ əsasın da iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx xxxxxx 1991-ci il tarixli № 256Xİİ. nömrəli Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 3-cü hissəsinə görə mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. xx xxxxxx 1996-cı ildə qəbul edilmiş “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, kooperativin əmlakı onun əsas fondlarından, dövriyyə vəsaitlərin dən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir. İddiaçı cavabdeh MTK-ya 30000 rubl pay haqqını ödəməklə kooperativə üzv qəbul edilmiş, kooperativdə paya mülkiyyət hüququ əldə etmişdir. İddiaçı ilə kooperativ arasında olan pay haqqına əsaslanan və kooperativdə üzv olmaqla formalaşan həmin münasibətlər iddiaçı kooperatvi üzvlüyündən xaric edilənə kimi, yəni xx xxxxxx 2002-ci il tarixə davam etmişdir. Bu səbəbdən də xx xxxxxxxx 2000-ci il tarixdən sonra kooperativin üzvü İddiaçı ilə kooperativ arasındakı münasibətlərə xx xxxxxxxx 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin normaları şamil olunmalıdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən onun həmin pay haqqını tələb etməsi ilə bağ lı iddia müddəti tədbiq edilə bilməzdi. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi İddiaçı cavabdeh MTK-dan 30000 rubl pay haqqı tələbinin rədd olunması hissədəki nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin his sədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Məhkəmə İddiaçı cavabdeh MTK-dan 30000 rubl pay haqqı tələbinin həmin məbləğin hazırkı dəyərinə uyğun indeksasiyası aparılmaqla qanuni və əsaslı olmasına iş üzrə toplanmış sübutlar əsasən hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məh kəməsi mülki kollegiyasının 2(103)-11085/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni 30000 rubl pulun hazırki dəyərlə iddiaçıya verilməsinin rədd edilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-965/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-965/2020
17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver