Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-966/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş №2(102)-966/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil Məhəmməd oğlunun iştrakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.Ə.Məmmədov; 2(011)-274/2018) İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı Xətai rayon icra şöbəsinin sifarişi əsasında ona məxsus “Hyundai Veracruz” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilin 4.000 manat qiymətləndirilərək satılması barədə 05 may 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova,V.Həsənov; 2(103)-6316/2018) İddiaçı apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 22 fevral 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı cavabde h “xxxx” MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra şöbəsinin sifarişi əsasında ona məxsus “Hyundai Veracruz” markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin 4.000 manat qiymətləndirilərək satılması barədə 05 may 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli 2(011)-2169/2013 saylı qətnaməsi ilə ondan “xxxx“ ASC-nin xeyrinə 21.639,35 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan ona məxsus “Hyundai Veracruz” markalı ** *** dövlət qeydiyyat nişanlı avt omobilə yönəlməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi üçün “xxxx” MMC-yə sifariş verilmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş 16 dekabr 2016-cı il tarixli 744 saylı “əmlakın qiymətləndirilməsi nəticələri haqqında” hesabata əsasən, ona məxsus “Hyundai Veracruz” markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 4.000 manat məbləğində müəyyən edilmişdir. Həmin avtomobil 2009-cu il buraxılışıdır, həmin avtomobilin real bazar qiyməti 20.00023.000 manat arasındadır. Tələbkar “xxxx“ ASC həmin avtomobili 12.000 manat məbləğində kredit borcunun əvəzində götürmək istəyirdi, lakin təklif olunan qiymət onu qane etmədiyi üşün o, təkliflə razılaşmamışdır. Avtomaşın tələbkara təklif olunmadan qiymətləndirilməsi və satılması üçün hərraca çıxarılmışdır. Xətai rayon icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş əmlak, tələbkara təklif olunmamışdır. Həm onun, həm də tələbkar “xxxx“ ASC-nin həmin sifarişi mübahisələndirmək hüququ vardır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 372.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəllənin 414.1, 415.2, 415.4, 416.1, 416.2-ci maddələ rinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1, 75.8-ci maddələrinin tələbinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin ediləsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azər baycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad et məsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.06.2013-cü il tarixli 2(011)-2169/2013 saylı icra sənədinə əsasən İddiaçı ümumilikdə 21639,35 ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə «xxxx» ASC-nin xeyrinə tutulmalı, tutmaİddiaçı mülkiyyətində olan «Hyundai Veracruz» markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilərək ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına «xxxx» ASC-yə olan borc ödənilməlidir. 16.12.2016-ci il tarixli «xxxx» MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 2008-ci il buraxılışlı, «Hyundai Veracruz» markalı ** *** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan avtomobilə 4000 manat qiymət qoyulmuşdur. 13.01.2017-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən Hyundai Veracruz» markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 13.02.2017-ci il tarixdə saat 1 l:00-da açıq hərracın keçiriləcəyi, hərracın keçiriləcəyi yer, avtomobilin ilkin satış qiymətinin 4000 manat olması barədə «Daşınar və )aşınmaz Əmla kların Satışı üzrə Hərrac Mərkəzi» MMC tərəfindən Xətai rayon icra şöbəsinə, xxxx» ASC-yə və İddiaçı məlumat verilmişdir. İş materiallarından görünür ki, göstərilən məlumatlar «Birja Yenilikləri» qəzetinin 27.0102.02.2017-ci il tarixli buraxılışında dərc edilmişdir. 13.02.2017-ci il tarixli 10/05 nömrəli hərracın nəticələri barədə protokolun surətindən görünür ki, həmin tarixdə «Hyundai Veracruz» markalı ** *** dövlət qeydiyyat nişanlı avtomaşını 4000 manata X2 almışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı avtomobilin real bazar qiymətinin 20.000-23000 manat olduğu halda, 4.000 manat həqiq olmadığını bildirsədə. Qiymətləndirmə hesabatı kifayət qədər əsaslandırılıb. Avtomobilin bazar dəyərinin aşağı - 4.000 manat müəyyən edil məsi avtomobilin qəza nəticəsində zədə alması olub. Belə ki, qiymətləndirmə hesabatında avtomobilin ümumi vəziyyəti belə təsvir olunub ki, avtomobil qəzalı vəziyyətdədir, əsaslı təmirə ehtiyacı var. Hesabatdan görünür ki, avtomobilin təkərləri istifadəyə yararsızdır, ön hissə fənərləri yararsızdır, salonun əsaslı təmirə ehtiyacı var, qanadların əksər hissəsinin təmirə və boyalanmaya ehtiyac var, qapıların əksər hissəsinin təmirə və boyalanmaya ehtiyacı var, akkumulyator istifadəyə yararsızdır, sürətlər ötürücü qutusunun əsaslı təmirə ehtiyacı var, mühərrikin əsaslı təmirə ehtiyacı var, ön alın şüşəsi yararsız vəziyyətdədir, kondisionerin əsaslı təmirə ehtiyacı var, banın əksər hissəsinin təmirə ehtiyacı var, körpücüyün təmirə ehtiyacı var, təhlükəsizlik yastıqları yararsızıdır, audio siste min təmirə ehtiyacı var. Həmçinin, mülki işdə olan fotoşəkildən də görünür ki, avtomobil qəzaya uğrayıb. “Qiymətləndirmə fəaliyyəti haqqında! Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirmə hesabatında avtomobilin qiyməti düzgün müəyyən olunub, hesabatın ləğv edilməsi üçün əsas yoxdur. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, avtomobilin tələbkara təklif edilmədən qiymətləndirilib və hərraca çıxarılması barədə tələbkar mübahisə qaldıra bilər, iddiaçı İddiaçı tələbkar deyil, borcludur.“İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur, tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Əgər avtomobil təl əbkara təklif edilmədən satılıbsa, bu, tələbkarın hüququnun pozulmasıdır. Pozulan hüququn müdafiəsini isə hüququn sahibi tələb edə bilər. Əgər avtomobil tələbkara təklif edilmədən satılıbsa, bu, tələbkarın hüququnun pozulmasıdır. Pozulan hüququn müdafiəsini isə hüququn sahibi tələb edə bilər.“xxxx” MMC hərrac təşkilatı deyil və hərrac keçirməyib. Adından da göründüyü kimi həmin təşkilat qiymətləndirmə xidməti göstərir. Hərrac başqa təşkilat - “xxxx” MMC tərəfindən keçirilib. Hazırkı işdə hərrac təşkilatına qarşı heç bir tələb irəli sürülməyib.Ona görə də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 415 və 416-cı maddələrinin göstərişlərinə əsaslanaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, qiymətləndirmə xidməti göstərən təşkilata qarşı irəli sürülmüş “hərrac ın etibarsızlığı barədə” tələb təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-966/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-966/2019
11.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver