Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-967/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2713/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı və cavabdehin nikahı pozulduqdan sonra onlar arasında əmlak mübahisəsi olmuş, Abşeron Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(012)-419/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək ümumi mülkiyyət olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 18, korpus 3, giriş B, 36 nömrəli mənzilə və və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., 67, "xxxx" yaşayış massivi, B kompleksi, bina 8, 2-ci mərtəbə, 7 nömrəli mənzilə onların hər birinin ikidə bir hissədə pay haqqının müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə həvalə edilməsi; qarşılıqlı iddia tələbi qismən təmin edilərək 2012-ci il buraxılışlı olan ”Hyundai” İX35 markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sat ılmasından əldə edilən pulun hesabından 11000 manat məbləğində pulun Cavabdeh qızından alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qarşılıqlı iddia tələbində iddia olunan, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin ümumi birgə mülkiyyət sayılması, həmin əmlakda payının ikidə bir hissə hesab olunması iddiası da təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişirilmədən saxlanılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 09 oktyabr 2020-ci il tarixli, 2673 №-li rəydən müəyyən edilir ki, ünvan 1 ünvanda inşa edilmiş iki mərtəbəli yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 80902,7 manat məbləğində müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin inşasına 130000 manat çəkilən xərcin yarısı və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 2 uşaqları olmuşdur. Məhkəmənin qərarı ilə 19.04.2017-ci il tarixdə aralarında olan rəsmi nikah pozulmuşdur. Sonradan bir gə nikah müddətində əldə olunmuş əmlakın bölgüsü ilə bağlı Abşeron Rayon Məhkəməsində işə baxılmış, həmin məhkəmənin 07 mart 2019-cu il tarixli, 2(012)-419/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 18, korpus 3, giriş B, 36 nömrəli mənzilə və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., 67, "xxxx" yaşayış massivi, B kompleksi, bina 8, 2-ci mərtəbə, 7 nömrəli mənzilə ikidə bir hissədə payları müəyyən edilmiş, 2012-ci il buraxılışlı olan”Hyudai” İX35 markalı avtomobilin satılmasından əldə edilən vəsaitdən 11000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin ümumi birgə mülkiyyət sayılması, həmin əmlakda payının ikidə bir hissə hesab o lunması barədə iddia təmin edilməmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evdə qeydiyyatdadır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini o, 2006-cı ildə birgə nikah dövründə keçmiş qayınanasının adına almış, 5-6 il ərzində iki mərtəbəli ev tikdirmiş, yaşayış evinə mülkiyyət hüququ qaynanasının adına dövlət qeydiyyatına alınandan sonra, 04.04.2015ci il tarixdə ev qaynanası tətəfindən cavabdehə bağışlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)-2782/2019 saylı qətnaməsindən müəyyən edilir ki, mübahisəli evdə təmir, tikinti, quraşdırma işləri Həsənov Nizami, Əhmədov Məmmədağa və X2 tərəfindən İddiaçı sifarişi əsasında aparılmış, zəhmət haqqı onun tərəfindən ödənilmişdir. Qaynanasını ümumiyyətlə tanımırlar. Evin dəyəri 130000 manat olaraq dəyərləndirilir. Evin inşasına sərf olunmuş həmin məbləğ cavabdehlə birgə nikah müddətində əldə olunmuş ümumi gəlirləri olmuşdur. Məhkəmə torpaq sahəsi və yaşayış evi özünün və ya Cavabdeh yox, qaynanasının mülkiyyətində olduğundan əmlakın tərəflərin birgə mülkiyyəti sayıla bilməməsi qənaətinə gəlmişdir. Bununla yanaşı ona həmin evə çəkilən xərclərin pul şəklində əvəzinin Cavabdeh alınması üçün məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-113/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfieyva) iddia ərizəsi qismən təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin inşasına çəkilən xərcin yarısı, yəni 40451,35 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti Cavabdeh qızından alınaraq İddiaçı ödənilməsi, Cavabdeh qızından 80 manat, İddiaçı isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan Abşeron rayonu Masazır qəsəbəsi Z.Həsənov küçəsi, 304 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı qa ynanası və Cavabdeh anası X1 adına rəsmiləşdirilsə də, torpaq sahəsinin satın alınması və yaşayış evinin inşası tərəflərin birgə nikah müddətində əldə olunmuş ümumi gəlirləri hesabına həyata keçirilmişdir. Tərəflər münasibətləri pozulanadək həmin evdə yaşamış, iddiaçının evdə qeydiyyatı olmuşdur. Ona görə də mübahisəli yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətinə uyğun olaraq ekspert tərəfindən müəyyən edilmiş ümumi dəyəri 80902,7 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2 və 225.4-cü maddələrinə əsasən ümumi mülkiyyət hesab olunmalı və həmin məbləğin ikidə biri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadəsədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları və tətbiq olunan maddi və prosussual hüquq normaları, gəldiyi nəticə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, mübahisənin predmeti olan yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin tərəflərin birgə nikahda olduqları vaxtda və ümumi gəlirləri hesabına əldə olunması və inşa edilməsi qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(105)-2782/2019 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə iddiaçıya hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmələr Sumqayıt Apellyasiya Məhkəm əsinin mülki kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(105)-2782/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı işə baxılmasında preyudisial əhəmiyyət kəsb etməsi, Cavabdeh hazırkı iddiaya cavab verməli şəxs olması, əsassız olaraq varlanması kimi qənaətə gəlməsi iş materialları ilə müəyyən edilməmişdir. Hazırkı iddiaya cavab verməli şəxs iddiaçının qaynanası dır. Torpaq sahəsinin alqı-satqısı nın adına sənədləşdirilmiş, yaşayış evi onun adına dövlət qeydiyyatına alınmış, əsassız olaraq varlanan şəxs də olmuşdur. Həmin yaşayış evini və vəzsiz (bağışlama müqaviləsinə əsasən) əldə etdiyinə görə əmlak cavabdehlə iddiaçının birgə mülkiyyəti hesab oluna bilməz və cavabdeh iddiaçının hesabına əsassız varlanan şəxs sayıla bilməz. Kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kim i və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı işə baxılmasında nəzərə almış, həmin qətnamə ilə torpaq sahəsinin satın alınmasına və orada yaşayış evinin tikintisinə sərf olunmuş vəsaitin iddiaçı ilə cavabdehin ümumi gəlirləri olması qənaətinə gəlmişdir. Yaşayış evinin iddiaçının qaynanası, həmçinin cavabdehin anası olan nın adına sənədləşdirilməsi, sonra isə əvəzsiz olaraq cavabdehin adına qeydiyyata alınması s onuncunun iddiaçı qarşısında məsuliyyətini istisna etmir. Çünki torpaq sahəsinin və yaşaşyış evinin sənədləşdirilməsinin yuxarıda göstərilən qaydada həyata keçirilməsi ər arvad olaraq hər iki tərəfin razılaşması əsasında baş vermiş, bu əməliyyatlar nəticəsində mənfəət əldə edən deyil, Cavabdeh olmuşdur. Ona görə də hazırkı iddiaya cavab verməli şəxsin də Cavabdeh olması barədə məhkəmələrin qənaəti əsaslı olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2713/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-967/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-967/2022
18.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver