Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-97/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın ləğv edilməsi 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-249/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Buzovna qəsəbəsində yerləşə n 0,12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi bağın icarəyə verilməsi haqqında müqavilə ilə X5 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 saylı 03 may 2003cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. X3 Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır.
3. Cavabdeh Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini X8 bağışlamışdır.
4. Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
5. Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 21 aprel 2006-cı il tarixli 374-E/6 nömrəli rəyində də Əzizbəyov (hazırkı Xəzər) ra yonu Buzovna qəsəbəsi 330 a nömrəli ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, “tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun “torpaq sahəsinin planı” və “sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində 3 otaqlı “A” tikilisinin, 3 otaqlı “B” tikilisinin mövcud olması qeyd edilmişdir.
6. Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin 0,16 ha hissəsi Cavabdeh mülkiyyətinə verilmişdir.
7. Bakı şəhəri Buzovna qəsəbəsi 0,08 ha torpaq sahəsi olan 330a nömrəli bağ sahə si üzərində X7 mülkiyyət hüququ 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 8. 29 dekabr 2019 tarixdə ölmüş X7 vərəsələri İddiaçı, X21, X19r. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. 9. "X23 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
10. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-2328/2022 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın ləğv olunması barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330A saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd iyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni, 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)2328/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1694/2022 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi 1 mərtəbəli 6 otaqlı 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni 330a nömrəli bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi işin hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, X11 29 dekabr 2019-cu i l tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsələri İddiaçı, X21, X19r, miras əmlak 12 avqust 2020-ci il tarixdə X8 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ibarətdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, 0,08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində X12, 1/3 hissəsi üzərində isə X16 mülkiyyət hüququ mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hal-hazırda ünvan 4 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdır. “X23 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ******* saylı çıxarışla Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(006)4896/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rə yində qeyd olunmuşdur ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə (608325 saylı çıxarışla) İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin koordinatları müəyyən edilmişdir: Qeyd olunan bağ sahələri, yəni İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualında qeyd olunan “B” tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)374/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması qət edilmişdir (hakim A.İbadzadə).
17. İddianı təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rəyinə əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli b ağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşir və “B” tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) yerləşən “B” tikilisi üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur.
19. Məhkəmənin qənaətinə görə mübahisə edilən tikiliyə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilmişdir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan suby ektiv hüquqa malikdir. Bəhs olunanlara əsasən iddiaçının mübahisə açdıgı mülkiyyət hüququna dair verilmiş çıxarışın onun hüquq və mənafeyinə toxunması sübuta yetirdiyindən iddia təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 149.2, 152, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamış, iş materiallarına əlavə olunan sübutlara düzgün qi ymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış və nəzərə almamışdır. Belə ki, məhkəmə torpaq və bağ evinin ayrıca əmlaklar olmasını nəzərə almamış, “torpağın bağışlanılması müqavilələri” ilə “bağ evinin bağışlanması” arasındakı fərqi müəyyən edə bilməmişdir. Həm torpaq sahəsi, həm bağ evi ayrıca əmlak kimi cavabdehin nənəsi X1 mülkiyyətində olmuş və hər bir əmlaka dair ayrı- ayrılıqda bağışlama müqavilələri rəsmiləşdirilmişdir. 17 iyun 2005-ci il tarixli 4Ə-3-369 nömrəli notarial qaydada bağlanmış “torpaq sahəsinin bağışlanması” müqaviləsinə əsasən X3 0,16 ha torpaq sahəsini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamış, 08 sentyabr 2005- ci il tarixli 4-Ə-3-348 nömrəli notarial qaydada bağlanmış “torpaq sahəsinin bağışlanması” müqaviləsinə əsasən is ə Cavabdeh həmin torpaq sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini qardaşı X8 bağışlamışdır. Bağ evinə münasibətdə hər hansı bağışlama həyata keçirilməmiş, bağ evi həm “A”, həm də “B” tikilisi Cavabdeh mülkiyyətində qalmışdır. Qeyd olunan bağışlama müqavilələri yalnız torpaq sahələrinə münasibətdə həyata keçirilmişdir. Ayrıca əmlak kimi X1 mülkiyyətində olan bağ evinin özü isə 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsinə əsasən X3 tərəfindən nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanmışdır. Bu müqavilənin əsasında Cavabdeh Məmmətağı qızı bağ evinə mülkiyyət hüququnu təsdiq edən tam qanuni çıxarış əldə etmişdir. ********* nömrəli 09 noyabr 2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə o lan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Qeydiyyatın aparılmasına əsas olmuş 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsi qüvvədə olduğu və bu müqavilə ləğv edilmədiyi halda qeydiyyatın özünün və bunun əsasında verilmiş çıxarışın qismən ləğvi tamamilə qanunsuz vəəsassızdır. Mülki Məcəllənin 148-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə iddianı təmin etməklə cavabdehin bağ evinə mövcud olan mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bütün bu qeyd olunan işin faktiki hallarını məhkəmə nəzərə almamış, qeydiyyat orqanı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanunsuzluğunun nədən ibarət olmasını qətnamədə əsaslandıra bilməmiş, qeydiyyatın aparılmasına əsas olmuş 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsi qüvvədə olduğu və bumüqavilə ləğv edilmədiyi halda qeydiyyatın özünün və bunun əsasında verilmiş çıxarışın qismən ləğvi tamamilə qanunsuz və əsassız olmuş, belə olan halda məhkəmə qanunsuz olaraq inzibati məhkəmənin səlahiyyətlərini yerinə yetirərək inzibati orqan tərəfindən aparılmış qeydiyyata və inzibati orqanın hərəkətlərinə hüquqi qiymət verərək aparılmış qeydiyyatı və bunun asasında verilmiş çıxarışı qismən ləğv etmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli 10/7205 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən 0.08 ha olsa da, faktiki olaraq hasardaxili 0,0706 ha təşkil edir. Ümumi 0,1538 ha (faktiki olaraq 0,18485 ha təşkil edir) əraziyə verilmiş 08 iyun 2006-cı il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan “B” literli yaşayış evi və “D” literli həyə t tikilisi faktiki olaraq göstərilən ərazidə yerləşməklə İddiaçı istifadəsindədir. Texniki pasportda qeyd olunan digər tikililər və 0,11425 ha torpaq sahəsi X6 istifadəsindədir. Ümumi ərazidə yerləşən “A” literli yaşayış evinin ümumi sahəsi 100,5 kv.metr (3 otaq 46,4 kv.m, köməkçi sahə 54,1 kv.metr), “B” literli yaşayış evinin ümumi sahəsi isə 78,5 kv.metr təşkil edir (3 otaq 41,7 kv.metr, köməkçi sahə 36,8 kv.metr). Ümumi ərazinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən faktiki sahənin bir hissəsi (təqribən 205 kv.metr hissə) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasındadır. Qeyd olunan “B” literli yaşayış evinin ümumi sahəsi 78,5 kv.metr təşkil edir (3 otaq 41,7 kv.metr, köməkçi sahə 36,8 k v.metr). Ümumi sahəsi 0,1538 ha (faktiki olaraq 0,18485 ha təşkil edir) əraziyə verilmiş 08 iyun 2006- cı il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan “B” literli yaşayış evi və “D” literli həyət tikilisi faktiki olaraq göstərilən ərazidə yerləşməklə İddiaçı istifadəsindədir. İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri 12 oktyabr 2006-cı il tarixli “Bağ evinin bağışlanması” müqaviləsi ilə X4 tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88,1 kv.metr yaşayış sahəsi, 90,9 kv.metr ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir. Fərq yoxdur. Faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-249/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)-374/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsi qət edilmişdir (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev).
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən reyestrdən çıxarışın verilməsi üçün 2 əsas mövcud olmuşdur: yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikilil ərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə. İddiaçı isə həmin sənədləri mübahisələndirmədən birbaşa reyestrdə aparılmış qeydi və həmin qeyd əsasında verilmiş çıxarışı mübahisələndirmişdir. Bu aspektdə məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, çıxarışın ləğvi üçün ilkin olaraq həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirilməlidir.
26. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ekspert rəyinə əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir, fərq yoxdur, faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.
27. Belə olduğu təqdirdə iddiaçı hazırkı çıxarışı mübahisələndirmədən öncə yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeydi və bu qeyd əsasında verilmiş çıxarışı mübahisələndirə bilərdi. Çünki, yeni tikililərlə bağlı Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamı, həmin sərəncam əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və reyestrdən çıxarışın verilməsi məhz tikililərin yerləşdiyi torpaq sahəsi 08 sentyabr 2005-ci il tarixdə həmin torpaq sahəsi X8 bağışlandıqdan sonra aparılmışdır. Yəni, bu proseslərin aparıldığı dövrdə torpaq sahəsinin mülkiyyətçisi X3 və ya Cavabdeh Məmmətağı qızı olmamışdır. Hazırkı halda yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeyd mübahisələndirilmir, Mulki Məcəllənin 140-cı maddəsində əks olunmuş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına görə bu qeyd həqiqi hesab edilir və bu qeyd əsasında verilmiş reyestrdən çıxarış əsasında əqd bağlanılmışdır və həmin əqd də mübahisələndirilmir, bu əqdin əhəmiyyətsiz əqd hesab olunması üçün də hər hansı bir əsas mövcud deyildir.
28. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin predmeti olan reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş - yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixl i müqavilə mübahisə predmeti olmadan 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli reyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsassızdır.
29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 140, 148.2, 149.2, 152, 157.4, 203.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayənd ə) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-249/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir
31. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara dügün qiymət verməməklə və ifadələri digər sübutlarla əlaqəli şəkildə şərh etməməklə iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqil iyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
35. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.2-152.4. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
39. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən reyestrdən çıxarışın verilməsi üçün 2 əsas mövcud olmuşdur: yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə. İddiaçı isə həmin sənədləri mübahisələndirmədən birbaşa reyestrdə aparılmış qeydi və həmin qeyd əsasında verilmiş çıxarışı mübahisələndirmişdir.
50. Bu aspektdə apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, çıxarışın ləğvi üçün ilkin olaraq həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirilməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi, daha sonra qeyd etmişdir ki, ek spert rəyinə əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir, fərq yoxdur, faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.
52. Belə olan halda iddiaçı hazırkı çıxarışı mübahisələndirmədən öncə yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeydi və bu qeyd əsasında verilmiş çıxarışı mübahisələndirə bilərdi. Çünki, yeni tikililərlə bağlı Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamı, həmin sərəncam əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və reyestrdən çıxarışın verilməsi məhz tikililərin yerləşdiyi torpaq sahəsi 08 sentyabr 2005-ci il tarixdə həmin torpaq sahəsi X8 bağışlandıqdan sonra aparılmışdır. Yəni, bu proseslərin aparıldığı dövrdə torpaq sahəsinin mülkiyyətçisi X3 və ya Cavabdeh Məmmətağı qızı olmamışdır. Hazırkı halda yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeyd mübahisələndirilmir, Mulki Məcəllənin 140-cı maddəsində əks olunmuş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına görə bu qeyd həqiqi hesab edilir və bu qeyd əsasında verilmiş reyestrdən çıxarış əsasında əqd bağlanılmışdır və həmin əqd də mübahisələndirilmir, bu əqdin əhəmiyyətsiz əqd hesab olunması üçün də hər hansı bir əsas mövcud deyildir.
53. Yekunda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmeti olan reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş- yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə mübahisə predmeti olmadan 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli reyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsassızdır.
54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, i ddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-249/2024 saylı qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.