Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-972/2018 02.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-972/2018 Bakı şəhəri 02 mart 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı2 vəkili Vəkil, cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2017-ci il tarixli 2(103)12319/2017 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim A.Əliyev) 18.10.2017-ci il tarixli 2(005)-6823/2017 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı “əmlakların qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı1 nümayəndəsi X3 və İddiaçı2 iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ipoteka predmeti olan Bakı şəhəri ************************ nömrəli mənzillərinin, Bakı şəhəri ************************* nömrəli mənzillərinin, Bakı şəhəri ************************ nömrəli mənzillərinin və Bakı şəhəri ****************************** nömrəli mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmiş, qərardadın i crası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə həvalə edilmiş, qərardadın dərhal icra olunması qərara alınmışdır. Cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 24.10.2017-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli 2(005)-6823/2017 nömrəli qərardadının ləğv edilməsini, mənzillərin özgəninkişəldirilməsi ilə bağlı qadağanın götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim A.Əliyev) 25.10.2017-ci il tarixli 2(005)-6823/2017 nömrəli qərardadı ilə cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli 2(005)-6823/2017 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 24.11.2017-ci il tarixli 2(103)-12319/2017 nömrəli qərardadı ilə cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli 2(005)6823/2017 nömrəli qərardadı qismən, ərizənin təmin olunan hissəsində ləğv edilmiş, ərizə həmin hissədə də rədd edilmişdir. İddiaçı2 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı “əmlakların qiymətləndirilməsi barəd ə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş-ipoteka predmeti olan Bakı şəhəri ************************ nömrəli mənzillərinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli 507/1 nömrəli, Bakı şəhəri ************************* nömrəli mənzillərinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli ************ nömrəli, Bakı şəhəri ************************** nömrəli mənzillərinin qiymətləndirilməsi barədə 13.10.2015ci il tarixli ******** nömrəli, Bakı şəhəri************************ nömrəli mənzilinin 1 otağının qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli 507/2 nömrəli və Bakı şəhəri ************************** nömrəli mənzilinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli 50 7 nömrəli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda, İddiaçı1 nümayəndəsi X4 və İddiaçı2 iddianı təmin etmə tədbiri barədə ərizə verərək, mübahisə başa çatanadək ipoteka predmeti olan Bakı şəhəri ************************ nömrəli mənzillərinin, Bakı şəhəri ************************* nömrəli mənzillərinin, Bakı şəhəri ********************* nömrəli mənzillərinin və Bakı şəhəri ********************** nömrəli mənzilinin açıq hərracda satılmasının "xxxx" MMC-yə və qeyrilərinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sonradan, İddiaçı1 nümayəndəsi X4 və İddiaçı2 iddianı təmin etmə tədbiri barədə ərizə verərək, mübahisə başa çatanadək ipoteka predmeti olan Bakı şəhəri ************************ nöm rəli mənzillərinə, Bakı şəhəri ************************* nömrəli mənzillərinə, Bakı şəhəri ********************* nömrəli mənzillərinə və Bakı şəhəri ********************* nömrəli mənzilinə dair hərracın keçirilməsi və həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sonradan, İddiaçı1 nümayəndəsi X4 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq "xxxx" MMC, "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu cavabdeh, Bakı şəhəri Səbail rayon İcra şöbəsini isə üçüncü şəxs qismində qeyd etməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş – ipoteka predmeti olan Bakı şəhəri ************************ nömrəli mənzillərinin qiymətləndirilməsi barə də 13.10.2015-ci il tarixli 507/1 nömrəli, Bakı şəhəri ************************* nömrəli mənzillərinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli ********* nömrəli, Bakı şəhəri ********************* nömrəli mənzillərinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli ******** nömrəli, Bakı şəhəri ****************************** nömrəli mənzilinin 1 otağının qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli *********** nömrəli və Bakı şəhəri ********************* nömrəli mənzilinin qiymətləndirilməsi barədə 13.10.2015-ci il tarixli 507 nömrəli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almamış, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2017-ci il tarixli qərardadının ləğv edilməsini, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh, "xxxx" MMC və üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2017-ci il tarixli qərardadının dəyişiklik edilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.11.2017-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli qərardadını qismən, ərizənin təmin olunan hissəsində ləğv edib, ərizənin həmin hissədə də rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.10.2011-ci il tarixli 2(009)-2295/2011 nömrəli qətnaməsinə əsasən 28.09.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 121.703,83 ABŞ dolları, 17.04.2008-ci il tarixli kredi t müqaviləsi üzrə yaranmış 198.814,26 manat, 02.04.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 66.749,94 manat, 19.05.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 45.145,76 manatın cavabdeh İddiaçı2, 02.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.979,55 ABŞ dolları, 02.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9.699,90 ABŞ dollarının İddiaçı1 iddiaçı "xxxx" KB ASC-nin (29.11.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" KB ASC cavabdehlərdən borcun tələbini "xxxx" KB QSC-yə güzəşt etmişdir) xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Bakı şəhəri ************************ nömrəli mənzillərinə, Bakı şəhəri **************************** nömrəli mənzillərinə və Bakı şəhəri *************************** nömrəli mənzillərinə yönəldilməsi qərara alınmışdır. Həmin q ətnamə qanuni qüvvəyə minmiş və qətnaməyə əsasən 04.02.2013-cü il tarixdə icra vərəqəsi verilmiş, borclular tərəfindən qətnamə könüllü qaydada icra olunmadığından icra məmuru tərəfindən icra vərəqəsinin icrası ilə bağlı məcburi icra tədbirlərinə başlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisi ndə hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddə sinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar,Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Apellyasiya instansiyası məhkəməsi qeyd olunan qanun normalarına əsasən haqlı ol araq qeyd etmişdir ki, ipoteka predmetləri olan mənzillərin özgəninkiləşdirilməsinin və həmin mənzillərə dair hərracın keçirilməsinin qadağan edilməsi yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasının qarşısını alır ki, bu da yolverilməzdir. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçıların iddianın təmini tədbirinə dair ərizəsini təmin edərkən haqlı olmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 417. 1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2017-ci il tarixli 2(103)-12319/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-972/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-972/2018
02.03.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver