Məhkəmə qərarları › İş №2(102)-972/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-972/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququna xitam verilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-972/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə 12.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1671/2024 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra- cavabdeh) və Cavabdeh2 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi, mənzilə köçürülmə və cavabdehin mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilərək, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları- X3 və X1 ünvan 1-dən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənzilin açarının iddiaçıya təhvil verilməsi, iddiaçının yetkinlik yaş ına çatmayan uşaqları- X3 və X1 ünvan 1 ünvanına köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)1671/2024 nömrəli qətnaməsi ilə (hakimlər M.Hüseynov sədrlik edən və məruzəçi, Z.Məmmədov və İ.Dəmirov) apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kasassiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)1671/2024 nömrəli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və növbəti gündən onun həmin qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddətinin axını başlamış və cavabdehin kassasiya şikayəti vermək üçün xx.xx.2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) vaxtı və imkanı olmuşdur. Lakin, cavabdeh kassasiya şikayətinin verilməsi üç ün qanunla müəyyən edilmiş müddəti ötürəndən 3 gün sonra, xx.xx.2025-ci il tarixdə vəkillə müqavilə bağlamış və həmin gün müvafiq dövlət rüsumunu ödəmiş, xx.xx.2025-ci il tarixdə isə o, kassasiya şikayətini (ona əlavə olunmuş sənədləri) “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməklə məhkəməyə müraciət etmişdir. Bununla da qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Ona görə də cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarılmalıdır.

8. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini X2 130.1, 130.3, 133.2, 405.0.2 və 408.1.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni xx.xx.2024-cü ildə rabitə orqanı vasitəsilə aldığına görə kasssasiya şikayətini xx.xx.2025-ci ildə vermişdir. Həmçinin, cavabdehin hüquqi savadı olmadığına, apellyasiya instansiyası məhkəməsində vəkil xidmətindən istifadə etmədiyinə, “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin olmasını və kassasiya şikayətinin həmin müddətdən hesablanmasını bilmədiyinə görə qətnamədən kasssasiya şikayətini xx.xx.2024-cü ildən hesablayıb, 21.01 2025-ci il tarixdə vermişdir. “Elektron məhkəmə” informas iya sistemində elektron kabinetinin olmasına dair prosessual normanın olması barədə cavabdehin məlumatının olmaması məhkəmə tərəfindən nəzərə alına bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 405.0.1 və 405.0.2. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarındankassasiya şikayəti verilə bilər.

14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsakassasiya şikayəti geri qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirdiyindən, məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetinə 14 noyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

22. Göründüyü kimi, cavabdehin növbəti gündən, yəni 15 noyabr 2024-cü il tarixdən həmin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı başlamışdır, yəni cavabdehin kassasiya şikayəti vermək üçün 14 yanvar 2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) vaxtı və imkanı olmuşdur. Lakin, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürəndən 3 gün sonra, yəni 17 yanvar 2025-ci il tarixdə vəkillə müqavilə bağlamış, elə həmin gündə də müvafiq dövlət rüsumu ödəmiş, 21 yanvar 2025-ci il tarixdə isə o, kassasiya şikayətini (ona əlavə olunmuş sənədləri) “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməklə məhkəməyə müraciət etmişdir.

23. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş və prosessual müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir.

24. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə rardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(105)-1671/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar