Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-973/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi ilə əlaqədar pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3131/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ilə İddiaçı ər-arvad olmuşlar. Tərəflər arasında nikahın pozulması ilə əlaqədar 2012, 2016 və 2020-ci illərdə Xətai Rayon Məhkəməsində mülki işlər olmuş, 2012-ci ildə mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən rəsmi nikaha daxil olmuşlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı ikinci nikah da pozulmuşdur.
2. Cavabdeh2 ərizəsinə əsasən, "xxxx" MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında mənzillərə dair Cavabdeh2lə bağlanmış müqavilələr ləğv olunmuş, ödədiyi məbləğin anasının adına keçirilməsi qərara alınmışdır. 21 dekabr 2015-ci il tarixdə sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata digər Cavabdeh1 tərəfindən alınması barədə müqavilələr bağlanmışdır. Sonuncu isə həmin mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri ayrı-ayrılıqda dəyərləri 130000 və 135000 manat olmaqla X8 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430.000 manat pulun 1/2 hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova kü çəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin, 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat n ömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzillərin də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)8080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, G.Qəd irbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı ( yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X10 arasında b ağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirb əyova küçəsi, 8, M12, M1 və AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 və 52 saylı mənzillərdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aralarında olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi yuxarı instan siya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunmuşdur ki, Cavabdeh2 mübahisəli mənzilləri iddiaçının razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh1 adına keçirtmişdir. Hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8080/2021 saylı qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: - Cavabdeh2 21 dekabr 2015-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət edərək ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cava bdeh1 adına rəsmiləşdirilməsini xahiş etmiş, "xxxx" MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, sonuncu isə 7 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 həmin mənzilləri X8 müvafiq olaraq 130000 manat və 135000 manata satmışdır. Mübahisə edilən Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 kv.m olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 s aylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: ünvan 2 mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstərilən mənzillər eynidir. Bu halı tərəflər birinci instansiya məhkəməsində işə baxılarkən qəbul etmişlər. Həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci i nstansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir fakt olmuşdur.Mübahisəli mənzillərin qiymətinə gəldikdə isə hesab etmişdir ki, digər Cavabdeh1 mənzilləri Rafail Abdullayevə ucuz qiymətə satmışdır. Bu fakt həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qərarları ilə müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilmişdir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edən hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassız olmuşdur. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər. Qeyd etmişdir ki, qüvvədə olan Ali Məhkəmənin qərarında iddiaçının hazırki qaldırdığı iddia ilə müəyyən edilə biləcəyi qeyd edilmişdir. Ona görə də hesab etmişdir ki, hazırki iddiada cavabdehlərdən tələb etdiyi məbləğ Cavabdeh1 ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrində qeyd edildiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 52 nömrəli mənzilə görə 135000 manat məbləğin yarısı olmalı deyil. Çünki həmin mənzillərin real dəyəri daha çox olmuş, həmin ə razidə təmirli mənzillərin 1 kv.m-nin qiyməti təxminən 3000 manata yaxın olmuşdur. Hər iki mənzilin ümumi faktiki sahəsinin cəmi 200 kv.m olması nəzərə alınarsa, təxminən mənzillərin dəyəri 600000 manat etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin müvafiq mütəxəssis rəyi də nəzərə alınmalı idi. Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına olan bazar qiyməti 410000-415000 manat, hazırki bazar qiyməti isə 425000-430000 manat təşkil etmişdir. Göründüyü kimi, mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alqısatqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcud olmuşdur. Nəzərə alınsa ki, mənzillərin yerləşdiyi bin a “X12” və “Bakı Konqres Mərkəzi”-nin yanında yerləşir, o zaman mütəxəssis rəyində müəyyən edilən qiymət reallığa yaxındır.
5. Cavabdeh Xəqani Haqverdiyev iddia ərizəsinə etiraz verərək, iddianın əsassız olduğunu bildirmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, cavabdehin verdiyi iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilənlər faktiki olaraq bundan əvvəl məhkəmə araşdırması olmuş digər mülki işdə verilən iddia ərizəsi ilə eyni məzmunlu olmuşdur. Etirazda qeyd edilən məqamlara əvvəlki məhkəmə araşdırması zamanı qiymət verilmiş v ə onların əsassız olduğu müəyyən edilmişdir. Cavabdehin hər dəfə hazırki iddiada tələb olunan pulun guya birgə nikah dövründə əldə olunmadığını sübut etməsi absurddur. Çünki bu məsələyə artıq qiymət verilmişdir. Mənzillərin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halı olmuşdur. Həmçinin, buna digər məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Deməli, həmin mənzillər satılarkən də cavabdehin qanunsuz olaraq əldə etdiyi pul da tərəflər arasında bölünməlidir. İddia müddətinin tətbiqi barədə ərizədə cavabdeh Ailə Məcəlləsinə istinad edərək 3 illik iddia müddətinin tətbiqini xahiş etmişdir. Hesab etmişdir ki, ərizə əsassızdır. Birincisi, oxşar ərizə bundan əvvəlki digər məhkəmələrdə də (həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində) təqdim edilmiş və məhkəmə də ona münasi bət bildirərək əsassız olduğunu qeyd etmişdir.
7. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin 13-cü səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, sadalanan qanunvericilik əsaslarını və müvafiq Plenum qərarını əsas götürərək tərəflərin birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (09 fevral 2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/2020 saylı qərardadında müəyyən edilmiş hallardan sonra İddiaçı iddia et diyi müqavilələr barədə sonradan məlumatlı olmasının öz təsdiqini tapmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinin rədd edilməsi barədə nəticəsini məhkəmə kollegiyası əsaslı sayaraq hesab etmişdir ki, ilk iddiaçı ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşın ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş mənzillərlə bağlı xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 avqust 2018-ci il tarixli 2(103)-4397/2018 saylı icra sənədi üzrə əldə edilməli olan pul məbləği ilə də bağlı iddia tələbləri üzrə düzgün hüquqi nəticələrə gəlmişdir.Göründüyü kimi, artıq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilmiş və müəyyən edilmişdir ki, müddət keçməmişdir. Həmçinin qeyd etmişdir ki, tərəflər birgə nikahda olduqları birinci və ikinci nikah dövründə mübahisəli mənzillərin Cavabdeh2 adına olmadığını bilməmişdir. Tarixi saxtalaşdırılaraq xx.xx.2015-ci il kimi qeyd edilən digər cavabdeh X2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr barədə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh2 Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(011)-2247/2020 saylı qərardadından verilmiş şikayətinə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh2 adına deyil, onun anası X1 adına olması göstərilmişdir. Bundan sonra, iddiaçı mübahisəli mənzillərə dair qayınanası X2 ilə "xxxx" MMC arasında guya xx.xx.2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Göründüyü kimi, iddiaçı mənzillərin addan-ada keçdiyini, yəni, hüququnun pozulduğunu xx.xx.2020-ci il tarixdə bilmişdir. Əgər mənzillərin Xəqaninin anası Gülbaharın adına olduğunu bilsəydi, əvvəlcədən Xətai Rayon Məhkəməsinə müraciət edərkən sonuncunu da cavabdeh kimi qeyd edərdi. Bundan başqa, mübahisəli mənzillərin Xəqaninin anasının adına olduğunu 2016-cı ildə birinci nikah pozulduqdan sonra bilmiş olsaydı belə, yenə də iddia müddəti tətbiq oluna bilməzdi. X9 əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki qanunvericilik daha sonra qeyd edir ki, nikahın mövcud olduğu dövrdə ərlə arvadın arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. İşdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan birinci nikah xx.xx.2016-cı il tarixdə pozulmuş, xx.xx.2016-cı tarixdə, yəni cəmi 2 ay sonra isə cavabdehlə yenidən nikaha daxil olmuşdur. Göründüyü kimi aralarındakı nikah münasibətləri davam etmişdir. Təbii ki, yenidən nikaha daxil olduqdan sonra iddiaçı cavabdehə qarşı əmlakla bağlı iddia verməsi məntiqsiz idi, çünki artıq birlikdə yaşayır və birgə təsərrüfat aparırdılar. H əmçinin, iddiaçı həmin dövrdə mübahisəli mənzillərin cavabdeh Xəqaninin adında olduğunu bilmişdir. Xəqani sonradan MMC-nin direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək müqaviləni əvvəlki tarixlə anası Gülbaharın adına iddiaçının razılığı olmadan dəyişdirməyə nail olmuşdur. Hansı ki, bu fakt da digər məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır. Odur ki, iddia ərizəsinə etirazda qeyd edilənlərin nəzərə alınmamasını və iddia müddətinin tətbiq edilməməsini, mübahisəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun 1/2 hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlərlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Nü mayəndə3 iddianı qəbul etməyib, izahatında bildirmişdir ki, mənzillərin alış qiyməti həmin dövrün məzənnəsi ilə 60000 ABŞ dolları və 75 000 dollar olmuşdur. Ümumi praktikaya əsasən hesablandıqda (0.78 əmsal əsas götürüldükdə) isə mənzillərin alış qiyməti hazırkı dövrdə 106 000 manat təşkil etmiş və mənzil alınan zaman təmirli olmuşdur. Bildirmişdir ki, Xaqani Hakverdiyev ilkin olaraq dörd otaqlı mənzil almış, lakin həmin ərazidə dövlət əhəmiyyətli bina tikildiyindən həmin dörd otaqlı mənzil sökülmüşdür. Bunun əvəzində isə ona iki ədəd iki otaqlı mənzil verilmiş və bu hal alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilmişdir. Xaqani Hakverdiyevə verilən mənzillər təmirli olmuşdur. Belə ki, Xaqani Hakverdiyevin yaxın qohumu mənzilin təmiri əvəzi kimi MTK-ya 25 000 manat ödəmişdir. Həmin dörd otaqlı mənzilə dair də, məhkəmə mübahisəsi olmuşdur. Belə ki, evin sökülməsinə dair tərəflərə elə birgə nikah dövründə 94 000 manat məbləğində pul ödənilmiş və 94 000 manat məbləğində pul vəsaitini tərəflər birgə nikah dövründə xərcləmişdir. Mənzilin cavabdehin anasının adına rəsmiləşdirilməsinə aydınlıq gətirərək bildirmişdir ki, tərəflər arasında nikah pozulmuş, iddiaçı təxminən 2015-ci ildə 8-10 ay müddətində atasının yanında qalmış, lakin sonradan tərəflər yenidən nikaha girmişlər. Tərəflərin ikinci nikahı dövründə də aralarında mübahisələr olmuşdur. Xaqani Hakverdiyevin qohumu ödədiyi 25 000 manat məbləğində pulu tələb edəndə mənzil cavabdehin anasının adına rəsmiləşdirilmişdir. Hazırda isə tərəf müqavilədə mənzilin satış qiymətinin olduğundan aşağı yazıldığı bildirmişdir. Halbuki mənzilə d air pul notariat ofisinin depozit hesabına yüklənmişdir və notarial qaydada məhz müqavilədə qeyd edilən pulun ödənildiyi təsdiqlənmişdir. Əgər qarşı tərəfin iddia etdiyi kimi olsa və müqavilədən mənzilin dəyərinin aşağı yazıldığı müəyyən olunsaydı, həmin vaxt mənzilin alıcısı da müqavilədə mənzilin dəyərinin aşağı yazılması ilə razılaşmazdı. Hazırda mübahisəsi olunan əmlak birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə satılmışdır. Həmin mənzilin alış-satış qiyməti iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəmə də həmin hissəni araşdırmamışdır. Əgər ev birgə nikah dövründə təmir edilmişdirsə, iddiaçı tərəf evin təmiri ilə bağlı da məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. Ali Məhkəmənin və digər məhkəmə qərarlarında iddiaçıya birgə nikah dövründə əldə edilmiş əmlak ın yarısını tələb etmək hüququnu vermişdir. Mənzillərin alış qiyməti nəzərə alınaraq tərəflər arasında həmin pulun yarısı bölünə bilərdi. Qeyd etmişdir ki, iddiaçı evin cavabdehin anasının adına rəsmiləşdirilməsində məlumatlı idi və sonuncu məhkəmə prosesinə kimi iddiaçı mənzilin cavabdehin anasının adına olmasını mübahisələndirməmişdir.
9. Təqdim edilmiş mütəxəssis rəyi ilə razılaşmayan məkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertizanın keçirilməsini qərara almış və Bakı şəhəri Nərimanov rayonu G.Qədirbəyova küçəsi məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına və hal-hazırki dövr üçün (2022-ci il üçün) bazar (likvid) qiymətinə uyğun qiymətləndirilməsi üçün ME Expert Consultancy MMC-yə həvalə etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il ta rixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 (dörd yüz səksən üç min beş yüz) manat; hazırki likvid dəyəri - 465000 (dörd yüz altmış beş min) manat; 2020-ci ilin avqust ayına bazar dəyəri – 470000 (dörd yüz yetmiş min) manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 (dörd yüz əlli iki min) manat təşkil edir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsi ilə (hakim-Sahibə Hacıyeva) iddia tələbi qismən təmin edilərək, 132500 manat məbləğində pul vəsaiti və 252,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödə nilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
11. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, mənzillər tərəflərin ümumi mülkiyyəti olduğundan və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, həmin mənzillər ümumi olaraq 265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manata satıldığından, məhz satışdan əldə olunmuş pul məbləğinin 1/2 hissədə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Belə ki, hər iki cavabdeh öz hərəkətləri ilə (Cavabdeh2 mənzillərə dair onunla "xxxx" MMC-arasında bağlanmış müqavilənin iddiaçının razılığı alınmadan ləğv edilərək anasının adına keçirilməsi ilə, Cavabdeh1 isə həmin mənzilləri vicdanlı alıcı olan X8 sataraq varlanmaqla) iddiaçıya maddi ziyan vuraraq onu əmlak hüquqlarından məhrum etmişlər.
13. Birinci in stansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, iki otaqlı mənzillərə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 payları müəyyən edilmişdir. Qətnamə həmin hissədə ape llyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və qiymətləndirilmiş faktlara əsasən, sözügedən 2 ədəd iki otaqlı mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyun 2020-ci il tarixli, 2(103)-4263/20 saylı qərardadına əsasən, İddiaçı ilk əvvəl “Cavabdeh2 və "xxxx" MMC-yə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbi ilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh2 mənzilin onun anası Cavabdeh1 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. Bundan sonra iddiaçı 21 iyul 2020-ci il tarixdə Cava bdeh1 ilə "xxxx" MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmənin qənaətinə görə bu hal İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etməmişdir. Birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (xx.xx.2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş hallardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlu matlı olmasını nəzərə alaraq məhkəmə, iddia müddətinin tətbiqinin rədd edilməsi qənaətinə gəlmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, 125-ci maddəsinin 7-ci bölməsinə: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 213.2, 213.5, 225.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən həm iddiaçı, həm də cavabdehlər apellyasiya şikayətləri vermişlər.
17. İddiaçı apellyasiya şikayəti ndə qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli və 52 nömrəli mənzillərə görə cavabdehlərdən onun xeyrinə mənzillərin ümumi dəyəri olan 430.000 manat məbləğində pulun 1/2 hissəsi – 215.000 manat məbləğində pul və 505 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə heç bir əsaslandırma aparılmadan xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrində qeyd edilən məbləğin265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manatın 1/2 hissəsinin cavabdehlərdən onun xeyrinə tutulması əsassızdır. İddia ərizəsində də əsaslandırdığı kimi məhkəmə mənzillərin real dəyər inin yarısını onun xeyrinə tutmalı idi. Yəni iddia tələbi tam təmin edilməli idi. Belə ki, digər Cavabdeh1 mənzilləri Rafail Abdullayevə ucuz qiymətə satmışdır. Bu fakt həm apellyasiya, həm də kassasiyası instansiyası məhkəməsinin qərarları ilə müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilmişdir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edən hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassız olmuşdur. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri i lə bağlı dəlillər yoxlana bilər. Göründüyü kimi, qüvvədə olan Ali Məhkəmənin qərarında onun mənzillərin dəyərini hazırki qaldırdığı iddia ilə müəyyən edilə biləcəyi qeyd edilmişdir. Ona görə də hesab etmişdir ki, hazırki iddiada cavabdehlərdən tələb etdiyi məbləğ Cavabdeh1 Mehdiquqlu qızı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrində qeyd edildiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli mənzilə görə 130000 manat, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyovaküçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 52 nömrəli mənzilə görə 135000 manat məbləğin yarısı olmalı deyil. Çünki həmin mənzillərin real dəyəri daha çoxdur. Həmin ərazidə təmirli mənzillərin 1 kv. metrinin qiyməti təxminən 3000 manata yaxındır. Hər iki mənzilin ümumi faktiki sahəsinin cəmi 200 kv metr olması nəzərə alınarsa, təxminən mənzillərin dəyəri 600000 (altı yüz min) manat edir. Həmçinin, məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin müvafiq mütəxəssis rəyi də nəzərə alınmalıdır. Mütəxəssis rəyinə əsasən mübahisəli mənzillərinin 2020-ci ilin avqust ayına olan bazar qiyməti 410.000-415.000 manat, hazırki bazar qiyməti isə 425.000-430.000 manat təşkil edir. Göründüyü kimi mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alqı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən faktı nəzərə almamış, bu məsələni ümumiyyətlə araşdırmadan qətnamə çıxarmışdır. Tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə münasibət belə bildirməmişdir. Bundan başqa, qətnamədə pul məbləği nin hər iki cavabdehdən tutulmasını əsassız hesab etmişdir. Buna münasibətdə də maddi hüquq normalarının tələbi pozulmuşdur. Belə ki, iddia tələbi digər Cavabdeh1 qarşı ona görə irəli sürülmüşdür ki, o, X10 ilə bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqısatqı müqavilələrinin sadəcə bir tərəfidir (satıcıdır). Əslində, qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçıya ziyan keçmiş əri Cavabdeh2 tərəfindən vurulmuşdur. Hətta hazırki işə əvvəllər sədrlik edən X11 məhkəmə iclaslarında dəfələrlə Cavabdeh1 qarşı qaldırılan iddianın səbəbini araşdırmış və bildirmişdir ki, ona qarşı qaldırılmış iddia təmin edilməyəcəkdir. İddiaçı isə iddianın qismən təmin edilərək Cavabdeh2 tərəfindən pulun tutula biləcəyini bildirmişdir. Bunu təsdiq edən digər fak t isə Cavabdeh1 adına olan Ağsu rayonu, Maşadqanlı kəndində yerləşən 0.45 ha ibarət ibarət torpaq sahəsi və Ağsu rayonu, Maşadqanlı kəndində yerləşən 2.17 ha ibarət torpaq sahəsinin özgəninkişləşdirilməsinin cavabdehlər və digər şəxslərə qadağan edilməsi barədə ərizənin təmin edilməməsi olmuşdur (qərardadlar əlavə olunmuşdur). X11 həmin müvəqqəti təminat tədbirinə dair ərizəni təmin etməməsini məhkəmə iclasından kənar belə əsaslandırmışdır ki, Cavabdeh1 qarşı qaldırılan iddia təmin oluna bilməz, o, İddiaçı ziyan vurmamışdır. Qeyd etmişdir ki, məhkəmə tərəfindən, həmçinin prosessual hüquq normlarının tələbi pozulmuşdur. Belə ki, tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmamış və əsaslandırılmamışdır. Məhkəmə tərəfindən həmin rəy s adəcə iş materiallarında olan sənəd kimi sadalanmış və ona münasibət belə bildirilməmişdir. İşə əvvəl sədrlik edən X11 təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmadığına görə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayonu G.Qədirbəyova küçəsi məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına və hal-hazırki dövr üçün (2022-ci il üçün) bazar (likvid) qiymətinə uyğun qiymətləndirilməsi üçün ME Expert Consultancy MMC-yə həvalə etmişdir. Maraqlıdır ki, əgər işə sonradan baxan hakim Sahibə Hacıyeva əvvəlki X11 tərəfindən təyin edilərək əldə edilmiş mütəxəssis rəyini nəzərə almayacaqdısa, onda hansı səbəbə həmin rəy əldə edilib işə əlavə edilirdi? Bununla da prosessual hüquq normaları pozulmuşdur. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2022 -ci il tarixli mütəxəssis rəyində xidmət haqqının iddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. Lakin məhkəmə iddianı qismən təmin etsə də, həmin xərcin müəyyən hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini unutmuşdur.
19. Cavabdehlər apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Cavabdeh2 2012-ci il tarixdə 4 otaqlı mənzil almış, sonra həmin 4 otaqlı mənzil söküldüyündən onun əvəzində o, 2013-cü il tarixdə iki ədəd iki otaqlı mənzillə təmin olunmuşdur. 2013-cü ilin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənişin olu nmasını sübut edən hər hansı bir sənədin iş materiallarında olmaması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin qüvvəyə minmiş qətnaməsində baxılan zaman müəyyən edilməmişdir. Bundan başqa, Cavabdeh2 məhkəməyə təqdim etdiyi materiallara əsasən Nərimanov Rayon Məhkəməsinin iş materiallarında olan ərizəsində qeyd edilmişdir ki, Cavabdeh2 ona ödənilməli olan məbləğin ona qaytarılmadan mənzillərin onun anası Cavabdeh1 adına keçməsini xahiş etmişdir. Həmin ərizəni yazmaqda məqsəd elə həmin 94.886 manat məbləğində pul ilə bağlı olmuşdur. Məntiqi nəticə odur ki, əgər Cavabdeh2 2013-cü il tarixdə sözügedən məbləğin ödənilməsinə dair mədaxil qəbzi olmalı idi, lakin qəbz yalnız 2012-ci ildə alınan mənzillərə görə odənilən 94.886 manatla bağlı var idi. Ona görə də, Cavabdeh2 ərizəsində həm in məbləğin ona qaytarılmadan müqavilənin anasının adına keçməsini xahiş etmişdir. Daha sonra qeyd etmişdir ki, "xxxx" MMC Cavabdeh2 qanunsuz olaraq pul və vəsait tələb etmişlər, səbəb də o vaxt ölkədə olmuş ABŞ dollarının devalvasiyaya uğraması olmuşdur. Buna görə də, Cavabdeh2 qohumu tərəfindən maddi baxımdan dəstək olunmuş və sözügedən mənzillər Cavabdeh1 adına keçmişdir. Bundan sonra, aldadıldığını dərk edən Cavabdeh2 "xxxx" MMC-yə qarşı 94.886 manatın ona ödənilməsi tələbi ilə bağlı iddia qaldıraraq həmin pulu almışdır. Belə olan halda artıq bu halların hamsında Cavabdeh2 keçmiş həyat yoldaşı İddiaçı məlumatlı olmuşdur, çünki həmin dövrdə onlar birlikdə yaşamışlar. Hazırkı halda isə iddiaçı faktiki olaraq əsassız varlanmaq niyyətindədir. Yəni bir mənzilə görə ödənilmiş pulu həm geri a lır və ona payı tanınır, həm də cavabdeh Gülbahar Haqverdiyevaya məxsus əmlakdan pul tələb edərək, birgə nikah dövründə ödnilmiş bir vəsaitə görə faktiki olaraq 3 mənzilin pulunu əldə edir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə mübahisəli mənzillərin Cavabdeh1 tərəfindən əldə edilmə əsaslarını düzgün tam və hərtərəfli yoxlamamışdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillər Bakı şəhəri 21 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən alınmışdır. Bu barədə alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin alqı-satqı müqavilələrindən gö rünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841842, ev 5-də yerləşən 51 mənzilə görə 59.393 AZN məbləğində, 52 saylı mənzilə görə isə 47.571 AZN məbləğində pul vəsaiti alıcı tərəfindən satıcıya ödənilmişdir. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri mübahisələndirilməmiş və bu gün qüvvədədirlər. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməzdi. Bundan başqa, sözügedən mənzillərə dair alqı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən bağlanmışdır. Beləliklə, sözügedən mənzillər Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş olsa belə, həmin mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh2 anası Cavab deh1 tərəfindən bağlanmışdır. Göründüyü kimi, Cavabdeh2 cavabdeh qismində tanınması hüquqi cəhətdən düzgün olmamışdır. ünvan 32, m 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən 59.393 manata alınmış, ünvan 4 ünvanında yerləşən mənzil isə xx.xx.2020ci il tarixdə Cavabdeh1 tərəfindən 47571 manata alınmışdır. Daha sonra isə Cavabdeh1 həmin mənzilləri biri 130.000 manat, digəri isə 135.000 manat məbləğində X8 satmışdır. Belə olan halda cavabdehlərdən ümumilikdə 132.500 manat məbləğinin tutulması düzgün olmamışdır. Cavabdehdən tutulmalı məbləğ sözügedən mənzillərin ilkin satış qiymətinin (yəni 59393 manat və 47571 manat) yarısı olaraq hesablanmalı idi. Bunlardan başqa, Cavabdeh2 mənzil üçün Svit Haus” MMC-yə ödədiyi 94.886 manat pul vəsaitinin qaytarılması vəd edilsə də, MMC-nin təsisçisi mənzillər Cavabdeh1 adına keçirdikdən sonra, Cavabdeh2 "xxxx" MMC tərəfindən qaytarılmalı olan 94.886 manat pul geri qaytarılmamışdır. Bu səbəbdən də, Cavabdeh2 Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən sözügedən vəsaitinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-470/2018 saylı qətnaməsi əsasında "xxxx" MMC tərəfindən Cavabdeh2 94.886 manat pulun qaytarılması qət edilmişdir. Onu da qeyd etmişdir ki, Cavabdeh2 iddiasında həmdə əldə çıxmış fayda tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(011)-470/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 47.440 manat məbləğində əldən çıxmış fayda qaydasında pulu n "xxxx" MMC tərəfindən qaytarılması qət edilmişdir. Göründüyü kimi, məhkəmə qərarları əsasında Cavabdeh2 cəmi 142.320 manatın geri qaytarılması nəzərdə tutulduğu halda, ona "xxxx" MMC tərəfindən yalnız xx.xx.2018-ci il tarixdə 94.886 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" MMC-yə məxsus məxaric orderinin qəbzində bu hal öz əksini tapmışdır. Lakin əldən çıxmış fayda qismində ödənilməli olan məbləğ bugünədək Cavabdeh2 qaytarılmamışdır. İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi əmlak qiymətləndirilən zaman, 51 və 52 saylı mənzillərin ilkin satış qiyməti nəzərə alınaraq yarı bölünməli idi. Lakin, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsinə əsasən, mənzillərin ilkin yox, daha sonrak ı satış qiymətləri nəzərə alınmaqla qiymətləndirilmişdir. İş materiallarında olan alqı-satqı müqavilələrində və qanuni qüvvəsini almış Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 2103/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzillər xx.xx.2013-cü il tarixdə müvafiq olaraq 60.600 ABŞ dollarına və 75.660 ABŞ dollarına alınmışdır. Yəni tərəflərin birgə nikah dövründə əmlakın alınmasına sərf etdikləri məbləğ müvafiq olaraq 60.600 ABŞ dolları (həmin dövrə məzənnə ilə 47.571 AZN) və 75.660 ABŞ dolları (həmin dövrə məzənnə ilə 59.393 AZN) olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh1 ilə X10 arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Belə olan halda pul vəsaitini əldə edən şəxs Cavabdeh1 olmuşdur. Dəymiş maddi ziyan isə ilkin olar aq mənzillərin dəyərinin ödənilməsi ilə bağlı olan məbləğ təşkil etməli idi. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri və "xxxx" MMC-nin adına verilmiş mənzillərə dair çıxarışlar mübahisələndirilməmiş və bu gün qüvvə dədirlər. Belə olan halda, iddia tələbi təmin edilə bilməzdi. Həmçinin hesab etmişdir ki, iddia müddətini məhkəmə düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı Cavabdeh2 birinci dəfə boşananda artıq sözügedən mənzillər Cavabdeh2 anası Cavabdeh1 adına keçmişdi. Həmçinin hər iki mənzilə dair kommunal ödənişlər Hakverdiya Gülbahar adına olmuş və ödənişlər də onun tərəfindən həyata keçirilmişdir, bundan əlavə komendant tərəfindən evə bildiriş gəlmişdir. Ona görə də, bütün bunlardan xəbərdar olmaması qeyri-mümkün olmuşdur. İddia tələbi üzrə iddia müddəti ötürülmüş, məhkəmə isə bu normaya düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarına Cavabdeh2 tərəfindən hər iki mənzillə bağlı "xxxx" MMC-yə ödəniş etməsinin sübut edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. İş material ları ilə müəyyən olunmuşdur ki, mənzilin alqı-satqısını Cavabdeh1 həyata keçirmişdir. Məhkəmə isə öz qətnaməsində Cavabdeh2 iddiaçıya maddi ziyan vurmasını əsaslandıra bilməmişdir. Göründüyü kimi, pul vəsaitini digər Cavabdeh1 əldə etmişdir. Belə olan halda iddiaya cavab verməli olan şəxs qismində Cavabdeh2 iştirak edə bilməzdi. Məhkəmə tərəfindən Cavabdeh2 tərəfindən hansı hüquqazidd hərəkətlərin həyata keçirilməsi nəticəsində iddiaçıya maddi ziyan vurulması aydınlaşdırılmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3131/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək 211000 manat pul vəsaitinin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 505 manat məbləğində dövlət rüsumunun 495 manatın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 manatı Cavabdeh2, 2 manatı isə İddiaçı tutulmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun 1/2 hissəsini tələb etdiyi halda, məhkəmə həmin mənzillərin dəyərini alqı-satqı müqaviləsi üzrə X8 satıldığı zaman ödənilən 130000 və 135000 manat məbləği əsas götürmüş və iddianı həmin məbləğin 1/2 hissəsi həcimdə təmin etmişdir.
23. Həmçinin məhkəmənin iddianı qismən təmin edərkən mübahisənin qanuni əsası barədə mövqeyi qeyri-müəyyən olmaqla, həm əsassız varlanma, həm də maddi ziyana istinad etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlməmişdir.
25. İlk öncə məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsinin ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
26. Belə ki, mübahisəli mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixl i müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.
27. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil, İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş, mənzillər iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına qanunsuz olaraq keçirilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir fakt olmaqla, yenidən sübut edilməsinə zərurət olmamışdır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki hüquq pozuntusu kimi (delikt) nəzərdən keçirilə bilərdi.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş mənzilləri iddiaçının razılığı olmadan qanunsuz olaraq digər cavabdeh olan Cavabdeh1 adına keçirməklə (bu hal qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur), iddiaçını əmlakından məhrum etməklə, ona maddi zərər vurmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə zərər olaraq mənzillərin real dəyərinin yarısı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli idi. Mənzillərin Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ümumi birgə mülkiyyətdən çıxarılmasını nəzərə alaraq, iddia Cavabdeh1 aid hissədə əsassız hesab edilməlidir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən mənzillərinin bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır.
32. Məhkəmə kollegiyas ı hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğunluq təşkil etmişdir. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
33. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 noyabr 2021-ci il tarixli 730 saylı vəkil sorğusu üzrə 5 noyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahi səli mənzillərinin 2020-ci il avqust tarixə olan bazar qiyməti – 410000– 415000 manat; hazırki bazar qiyməti: 425000 manat təşkil etmişdir.
34. Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. 51 və 52 nömrəli, iki ədəd 2 otaqlı mənzillər birləşdirilərək, 5 otaqlı mənzilə çevrilmişdir. Əmlakın dəyəri faktiki vəziyyətinə və hazırki bazara görə hesablanmışdır. 2020-ci il avqust ayına görə mənzillərin dəyəri elə də aşağı olmamışdır. Sadəcə 2020-ci il pandemiya dövrü olduğundan bazarda durğunluq olmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlu m olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 manat; hazırki likvid dəyəri - 465000 manat; 2020-ci ilin avqust ayına bazar dəyəri – 470000 manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 manat təşkil etmişdir.
35. Bütün bunları nəzərə alan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mənzillərin ekspert rəyi ilə müəyyən edilmiş orta bazar qiymətinin- 422000 manatın yarısı- 211000 manat pul vəsaiti Cavabdeh2 alınaraq, İddiaçı ödənilməlidir.
36. Məhkəmə kollegiyası həmçinin prosessual qanunvericiliyin tələbləri baxımından hesab etmişdir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 505 manat məbləğind ə dövlət rüsumunun 495 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
37. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillərin Bakı şəhəri 21 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən alınması, bu barədə alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq edilməsi, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin mübahisələndirilməsini, bu səbəbdən iddia tələbinin təmin edilməm əsi barədə” dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş, mənzillər iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına qanunsuz olaraq keçirilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir fakt olmaqla, yenidən sübut edilməsinə zərurət olmamışdır.
38. Məhkəmə kollegiyası cavabdehlərin “cavabdehdən tutulmalı məbləğ sözügedən mənzillərin ilkin satış qiymətinin (yəni 59393 manat və 47571 manat) yarısı olaraq hesablanmalı olması, bunlardan başqa, Cavabdeh2 mənzil üçün ödədiyi üçün "xxxx" MMC-yə ödədiyi 94.886 manat pul vəsaitinin qaytarılması vəd edilsə də, MMC-nin təsisçisi mənzillər Cavabdeh1 adına keçirdikdən sonra, Cavabdeh2 "xxxx" MMC tərəfindən qaytarılmalı olan 94.886 manat pulun geri qaytarılmaması” ilə bağlı dəlilini də əsassız hesab edərək, qeyd etmişdir ki, mübahisəli mənzillər Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ümumi birgə mülkiyyətdən çıxarılması nəticəsində, iddiaçı əmlakından məhrum olduğundan, iddiaçı ona dəymiş zərər olaraq itirdiyi əmlakların real dəyərini tələb etməkdə haqlı olmuşdur.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 21.1, 21.2, 21.3, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdehlər (Vəkili- Nümayəndə3) birgə kassasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissəsində ləğv edi lərək işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmış və ilk öncə qeyd edilmişdir ki, bir mənzilə görə iddiaçı iki dəfə qazanc əldə edə bilməzdi. Bundan başqa məhkəmə ekspert rəyində olan nöqsanlara düzgün hüquqi qiymət verməmişdir. Həmin rəyin həqiqətən məhkəmə tərəfindən ekspertin qarşısında qoyduğu suallara cavab verməməklə qanunsuz rəy verməsi açıq aydın görünmüşdür. Ekspert yerli baxışı təyin olunmuş tarixdə keçirmədən qəflətən yerli baxışın keçirilməsi nəzərdə tutulan vaxtından öncə rəy vermək qərarına gəlmişdir. Ekabinet vasitəsilə rəy ilə tanış olduqdan sonra müəyyən olunmuşdur ki, sözügedən rəyi rəy hesab etmək olmazdı. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10/42599/4509 saylı ekspert rəyində məhkəmə tərəfindən ekspert qarşısında qoyulmayan sualların cavabı öz əksini tapmışdır. Yalnız xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, İddiaçı ekspert vəsatəti ilə tanış olaraq yerli baxışın tarixini öyrəndiyi zaman etiraz edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə getmiş, orada yenidən hay küy salaraq yerli baxışın təcili olaraq keçirilməsini tələb etmişdir. İddiaçı məhkəmə iclasında izahatından məlum olunmuşdur ki, ekspert guya yerli baxış keçirib, halbuki o, yalnız binanı uzaqdan müşahidə edərək bunun əsasında saxta rəy vermişdir. Bundan başqa iddiaçı əksini iddia etsə də, Cavabdeh1 hər iki mənzilə dair mülkiyyətçisi olduğunu bilə-bi lə Cavabdeh2 da qarşı iddia tələbi irəli sürmüşdür. Halbuki, mübahisələndirilən mənzillərə dair mülkiyyətçi yalnız Cavabdeh1 idi.
42. Kassasiya şikayəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.4, 50.3-cü maddələrinə əsasən əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsin i tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
46. Maddələr 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
48. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, ə gər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
49. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Mülki Prosessual Məc əllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayəti mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 məhkəmə tərkibində olan hakim Vüqar Həsənova etiraz edərək, onun məhkəmə tərkibindən çıxarılaraq digər hakim ilə əvəz edilməsini xahiş etmişdir.
63. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən hesab etmişdir ki, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Bu əsasla etirazın əsaslarına dair sübut təqdim edilmədiyinə görə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Məhkəmə kollegiyası kassasiya şikayətində, bir mənzilə görə iddiaçının iki dəfə qazanc əldə etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş mənzilləri iddiaçının razılığı olmadan qanunsuz olaraq digər cavabdeh olan Cavabdeh1 adına keçirməklə (bu hal qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur), iddiaçını əmlakından məhrum etməklə, ona maddi zərər vurmuşdur.
67. Kassasiya şikayətinin ekspertizanın rəyi ilə bağlı dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə müvafiq olaraq heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin ekspert rəyi xüsusi biliklərdən istifadə olunmaqla tərtib edildiyindən həmin rəydə müəyyənləşdirilənlərin doğruluğuna inam böyükdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ekspert rəyinə istinad edərkən prosessual hüquq normaları pozulmamışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəf lərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3131/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv