Məhkəmə qərarları › İş №2(102)-974/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-974/2022

05.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-974/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbaso v Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(107)1555/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Yevlax Rayon Məhkəməsinin 20 aprel 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində 1987-ci ildə inşa etdirdiyi 2 mərtəbəli 5 yaşayış otaqlarından ibarət fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 17 aprel 2008-ci il tarixli qərardadı ilə Yevlax Ra yon Məhkəməsinin 20 aprel 2007-ci il tarixli qətnaməsindən X1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, həmin qətnamə ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində 1987-ci ildə inşa etdirdiyi 2 mərtəbəli 5 yaşayış otağından ibarət fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmışdır. Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, Cavabdeh1 Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində 1987-ci ildə inşa etdirdiyi 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə mülkiyyət h üququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində ********** nömrəsi ilə 14 aprel 2016-cı il tarixdə aparılmış qeydin qismən - Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi q ət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququ 14 aprel 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m fərdi yaşayış evi və 0,33 ha torpaq sahəsini 14 oktyabr 2017-ci il tarixdə Cavabdeh2 satmış və sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ 13 sentyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax dövlət notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış AN-1 N ******* saylı, 04 oktyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində 13 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli **********50-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılma sını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 arasında 04 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcının bu müqaviləni bağlamağa hüququ olmamış, o, özünə aid olmayan bir əmlakı bilərəkdən başqa bir şəxsə satmışdır. Yevlax Rayon Məhkəməsinin Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində ********** nömrəsi ilə 14 aprel 2016-cı il tarixdə aparılmış qeyd qismən - Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair 17 yanvar 2019-cu il tarixli qətnaməsi 09 yanvar 2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə daxil olmuşd ur. Çıxarışın ləğv olunmasına dair 28 noyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış qətnamənin icra olunması ilə əlaqədar dövlət reyestrində qeydiyyat aparılması üçün iş icraya qəbul olunması zamanı məlum olmuşdur ki, sözügedən 0,33 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi 04 oktyabr 2017-ci il tarixində Yevlax rayonu Dövlət Notariat Kontorunun 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və daşınmaz əmlak 13 sentyabr 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)-251/2021 nömrəli qətnaməsi ilə (hakim G.İ.Cavadova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə iddiası Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qərardadla eyni zamanda müəyyən edilmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,0227 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 128,02 kv.m yaşayış, 129,96 kv.m köməkçi, sahəsi olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh1 məxsusdur və mübahisəli torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon Qarxun Bələdiyyəsi ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ olduğu üçün və iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı səbəbi ilə Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Məhkəmə həmçinin göstərmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 04 oktyabr 2017-ci il tarixdə bağlanılmış və həmin vaxt dövlət reyestrində torpağa dair aparılmış qeyd qüvvədə olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)251/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 0 4 oktyabr 2021-ci il tarixli, 2(107)-1555/2021 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)251/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəlləsinin 6, 139.1, 152.1, 157.2, 157.4cü maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələri ilə əsaslandırmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 əvəzi ödənilməklə satıldığından və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Mübahisəsi gedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuş, əmlak üzərində hər hansı yüklülük (o cümlədən digər şəxsə satılması, həbs, qadağa və s.) olmamış, 04 oktyabr 2017-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq, notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilərək Cavabdeh2 satılmışdır. Həmçinin Cavabdeh2 mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydad a öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmiş və göstərmişdir ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların o lmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə, həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi mübahisəli əmlakı əldə edən Cavabdeh2 belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən Cavabdeh2 da məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmiş dir. Məhkəmə sonda qeyd etmişdir ki, hazırki iş üzrə iddianın təmin edilməməsi, İddiaçı heç də aidiyyəti şəxslərə qarşı vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(107)-1555/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 bu müqavilən i bağlamaqda hüquqlu olmamış, ona aid olmayan bir əmlakı bilərəkdən başqa bir şəxsə alqı-satqı etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktlarına ziddir. Bununla iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin bir inci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyya tına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilm əlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci madd əsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edi lmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülk iyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsu z olması əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən 14 aprel 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarix li qərardadı ilə ləğv edilsə də, artıq edilmiş qeydiyyat yalnız Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 14 aprel 2016-cı il tarixdən 17 yanvar 2019-cu il tarixədək olan dövr ərzində Cavabdeh1 adına edilən qeydin əsassız olmasına dair hər hansı etiraz daşınmaz əmlakın dövlət reyestrinə verilməmiş və həmin dövrdə - 14 oktyabr 2017-ci il tarixdə cavabdehlər arasında mübahisələndirilən alqısatqı müqaviləsi bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun əsassız qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunsa da, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində olan qeydə əsaslanaraq əmlakı əldə etdiyi üçün o, vicdanlı alıcı olmuşdur. Müqavilə bağlandığı zaman Cavabdeh2 aldığı daşınmaz əmlaka dair edilmiş qeydin qeyri-dəqiq olduğunu bilməsi iddiaçı tərəfindən iddia olunmamış və bununla bağı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əvvəlki məhkəmə aktlarına zidd deyildir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun əsassız qeydə alınması müəyyən olunmuşdur. Həmin qərarlar əmlakın hazırki mülkiyyətçinin mülkiyyət hüququnun qanunsuz olmasını müəyyən etmir. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının ona vurulan zərəri ümumi qaydada tələb etmək hüququ qalır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(107)-1555/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar