Məhkəmə qərarları › İş №2(102)-975/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-975/2022

18.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-975/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə, QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın təsdiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1438/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: şin halları İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görə o, 11 sentyabr 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. 014045 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-1978-ci illər ərzində Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş 316 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (Sehran) Əhməd oğlu 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləmişdir. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən 19 aprel 2021-ci il tarixdə verilmiş 316 nömrəli məlumatdan görünür ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı həmin illərdə işləməyinə dair qeyd tapılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4581/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qərarına görə İddiaçı 1973-1978-ci illər ərzində Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığını və 1972-1973-cü illər ərzində Şəki rayonu Orta Zəyzid kəndində Lenin adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-358/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı hü quqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozda elektrik montyoru işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh DSMF-nin Şəki şəhər şöbəsi əsl cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 avqust 1978-ci ildən 01 sentya br 1979cu ilədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru işində işləmişdir. Lakin ona məlum olmayan səbəblərdən işlədiyi 13 ay müddət əmək kitabçasında qeyd olunmamış, bu barədə sənədi başqa vasitələrlə əldə etmək mümkün deyildir. Göstərilən müddətin əmək stajına daxil edilməsi onun ümumi əmək stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə və ya ümumi qaydada əmək pensiyası təyin edilməsi üçün əsas olacaqdır. Hesab edir ki, bu fakt məhkəmə qaydasında təsdiq edilməlilir, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-616/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmşidir. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı İddiaçı 1972-1973-cü illərdə Şəki rayonu Lenin adına kolxozda işləməsi müə yyən edilmiş, lakin kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına görə sonuncunun həmin illərdə kolxozda işləməsinə dair qeyd tapılmamışdır. İddia ərizəsində qeyd edilən halların təsdiq edilməsi üçün iddiaçıya sübutlarını məhkəməyə təqdim etməsi təklif olunmuş, iddiaçı tərəfindən məhkəməyə şahidlər təqdim edilmişdir. Şahid kimi dindirilmiş X6, X1, X4 və X5 İddiaçı 1978-1979-cu illərdə Şəki rayonu Lenin adına kolxozda elektrik montyoru işində işlədiyini göstərmişdir. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, şahidlərdən X3 neçənci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləməsi aydın görünmür. Belə ki, ona məxsus əmək kitabçasında işə daxil olma ilə bağlı hər hansı qeyd aparılmamışdır. Digər şahidlər isə kolxozda mövsümi işlədikl ərini qeyd etmələrinə baxmayaraq, iddiaçının onlarla bərabər işlədiyini iddia etdikləri və 42-43 il əvvəl aid tarixin hətta ayına kimi xatırlamaları məhkəmədə şübhə doğurur. Məhkəmə daha sonra göstərmişdir ki, 1978-1979-cu illər ərzində Şəki rayonu Lenin adına kolxozda işləyən bütün digər şəxslər barəsində məlumatlar mövcud olduğu halda, həmin məlumatlar arasında məhz İddiaçı məxsus məlumatların olmaması özü də şübhə doğurur. İddianı rədd edən məhkəmə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 306.4, 307.2.11-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-13.4-cü bəndlərinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara, o cümlədən şahid ifadələrinə düzgün hüquqi qiymət verilməmiş, şahid ifadələrinə tənqidi yanaşmaqla, sübut kimi qəbul etməməkdə səhvə yol vermişdir. Halbuki bu kateqoriya işlər üzrə şahid ifadələri əsas sübut növü hesab olunur. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1438/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda kolxozçu olmuş, 1973-1978-ci illərdə Bakı şəhərində ali təhsil (əyani şöbədə) almış, 11 sentyabr 1979-cu ildən X9 zavodunda mühəndis kimi yenidən əmək fəaliyyətinə başlamışdır. Şəki rayonu Lenin adına kolxozda 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixə kimi elektrik mantyoru işləməsinin təsdiqi üçün kifayət qədər sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq şahid ifadələrinə tənqidi yanaşmışdır. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizsinin təmn olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə alammışdır ki, məhz 1978-1979-cu illərdə Şəki raoyn Lenin adına kolxozda elektrik mantyoru işləməsi faktı heç bir sənəddə (əmək kitbaçasında, arxiv arayışında və sair) əks olunmadığına, ərizəçi həmin halı təsdiq edən zəruri sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır, bu fakt isə şahid ifadələri ilə təsdiq olunmalıdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşmağa isə heç bir əsas olmamışdır. Faktın təsdiqi üçün kifayət qədər sübutlar təqdim olunmasına bax mayaraq məhkəmələr səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayətinə yazılı etiraz verərək şikayətin dəlillərinin əsasız olduğunu göstərmiş, apellyasiya instansiyası məhkəməsinin şətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şa hid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddə 417.1.1 Kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə iddiaçının apellyasiya şikayəti təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılan zamanı iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmaqla hüquqi qiymət verilmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadələrini tənqidi yanaşmaqda və onların ifadələrində göstərilən məlumatların iddianın təmin edilməsi üçün kifayət etməməsi barədə məhkəmənin qənaəti düzgün olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi msülki kollegi yasının 2(107)-1438/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar