Məhkəmə qərarları › İş №2(102)-975/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-975/2024

04.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-975/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə, Cavabdeh1nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri Cavabdeh3nə qarşı ilkin iddiası və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz olaraq sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi, qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə, Cavabdeh1nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri Cavabdeh3nə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk, və Cavabdeh2 İddiaçı qarşı qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının verilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5232/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 21 iyun 2018-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan mübahisəli qeyri-yaşayış sahəsinin mü lkiyyətçisidir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar mübahisəli mənzilin yerləşdiyi bina da daxil olmaqla normativ istismar müddəti bitmiş binaların sökülməsinin təmin edilməsi məqsədilə qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmış, lakin mübahisəli mənzil söküntüyə təhvil verilməmişdir.

3. Zərifə Əliyeva onun xəbəri və razılığı olmadan mülkiyyətindəki mənzilin yararsız hala salındığını, Cavabdeh2 isə rəhbərlik tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqların aparıldığını, binanın qəzalı vəziyyətdə olması halının nəzərə alınaraq sökülməsinə icazə verilməsinin və yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsinin təklif edildiyini, lakin razılıq əldə olunmadığını bil dirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesabl anması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. 6. ünvan 1 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə iddiaçıya məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli, 19 VB-344/2019 saylı sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və xx.xx.2019-cu il tarixli, 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh3nə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına xx.xx.2018-ci il tarixli, 290 saylı sərəncamla "xxxx" MMC, hazırda isə Cavabdeh2 MMC tərəfindən icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh3 19-19/2/-134 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən isə ünvan 2 ünvanında Pilot layihə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh2 MMC-dir. İddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir.

7. Cavabdeh "xxxx" MMC də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m. qeyri-yaşayış sahəsin in (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv.m. qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində 135,7 kv.m. ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC tərəfindən təmin edilməsi, yeni əmlak təmin edilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını Cavabdeh3 həyata keçirsin. Buna görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05- 1754 nömrəli, xx.xx.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Cavabdeh3 Başçısının 2 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikinti sinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

9. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. 10. ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır və hər an uça və bədbəxt hadisələr baş verə bilər. 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar.

11. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətdə olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır.

12. Eyni zamanda, Cavabdeh2 MMC köçürülmüş sak inlərə kirayə haqlarını ödəməyə başlamışdır. İtirilmiş vaxta görə də binanın təhvil tarix məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarı sökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır.

13. Cavabdeh2 MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2019cu il tarixli, ƏEM/İ 60-750/19 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabata əsasən ünvan 3 ünvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 221,06 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin 29 iyul 2019-cu il tarixə dəyəri 332000 manat, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ümumi sahəsi 145, 29 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 29 iyul 2019-cu il tarixə 109000 manat təşkil edir.

14. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküntü-inşaat işləri aparılması nəticəsində yararsız vəziyyətə düşüb-düşməməsi, həmin sahənin hazırki dövrdə bir aylıq icarə haqqının və 24 sentyabr 2018-ci il tarixindən 2 sentyabr 2020-ci il tarixinədək olan müddətdə icarə gəlirlərinin müəyyən edilməsi məqsədilə 23 sentyabr 2020-ci il tarixli qərardadla tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. 15. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyriyaşayış sahəsi cavabdehlər "xxxx" MMC və “Azəri Tikinti Şirkəti" MMC tərəfindən həmin ərazidə söküntü inşaat işləri aparması nəticəsində dağıdılaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə icarə gəlirləri 1 kv.m. görə 15 manat olmaqla, 46928 manat təşkil etmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil edir.

16. Cavabdeh2 MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəs sis rəyinə əsasən ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ölçülərə əsasən 145,29 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin hazırda istismara yararsız vəziyyətdədir. Mövcud vəziyyətin həmin ərazidə söküntü inşaat işləri aparılması səbəbindən və ya digər səbəbdən (söküntüdən öncə) olmasının müəyyən edilməsi ekspertizanın imkanları xaricindədir. Aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil etmişdir.

17. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 nömrəli, xx.xx.2021-ci il qətnaməsi ilə ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunmuş, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m. ol an qeyriyaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m. ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC-nin təmin etməsi, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)

18. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qər arının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 başçısının müavini ilə "xxxx" MMC-nin (sonradan Cavabdeh2 MMC) direktoru arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh2 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 5 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən Bakı şəhəri Cavabdeh3nə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köç ürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, ilkin və qarşılıqlı iddia tələbləri “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni qeyri-yaşayış sahəsinin verilməsi” hissələri təmin edilməklə, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəs i (zirzəmi) tam sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m. olan qeyriyaşayış sahəsi (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m. ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC təmin etməlidir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən ibarətdir.

21. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verməsini və b unun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə, yeni əmlak ilə təmin edilməsi ədalətlidir və ilkin iddia üzrə iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır.

23. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməlidir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (İİİ hissə), 29 (İİ hissə), 71-ci (İİ hissə), Mülki Məcəllənin 6.3, 16.1, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 15-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, "xxxx" Mənzil Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarları, İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli, “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli Qərarları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə əsaslandrımışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın tam təmin olunan hissələrində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək “Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və əmlakının qanunsuz olaraq sökülməsi ilə əlaqədar xüsusi qərardad çıxararaq bununla bağlı Baş prokurorluğa məlumat verilməsini xahiş etmişdir.

26. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində əsas tutduğu, dəfələrlə qarşılıqlı iddianın təmin edilməsi üçün maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilmişdir.

27. Belə ki, Azərbaycan Respublikası Naz irlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 483 Xs-li Qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial -iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir.

28. İlkin iddia üzrə cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün iddiaçı ilə hər hansı razılıq əldə olunmamış, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirilməmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ilkin iddiaçıya ödənilməsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsinin bir hissəsinin sökərək onun istifadəsini qeyri-müəyyən edən ha la gətirmişdir.

29. Məhkəmə heç bir əsas olmadan qətnaməsində icarə haqqının 550 manat olması barədə nəticəyə gəlmişdir. Həmçinin artıq uzun müddət ərzində həmin qeyri-yaşayış sahəsinin bir hissəsinin sökülərək onun tamamilə istifadə olunmaz hala salınmasına baxmayaraq, məhkəmə icarə haqqının hansı tarixdən hesablanmalı olması barədə də heç bir göstəriş qeyd etməmişdir.

30. Digər tərəfdən məhkəmə öz qətnaməsində heç bir sübuta əsaslanmadan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin zirzəmi olması və onun yerinə zirzəmi verilməsi barədə yanlış nəticəyə gəlmişdir.

31. Həmçinin məhkəmə iddiaçıya veriləcək yeni qeyri-yaşayış sahəsinin sahəsini müəyyən edərkən də qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdehin özünün istin ad etdiyi Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında 15 fevral 2018-ci il tarixli müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda i ddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir.

32. Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən, həmçinin tələbdən kənara çıxaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. qeyr i-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul etməli idi.

33. Bundan əlavə, MPM-in 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki c inayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti" MMCnin əməkdaşları tərəfindən sökülməsində bir sıra cinayətlərin əlamətləri mövcuddur. Lakin birinci instansiya məhkəməsi bununla bağlı xüsusi qərardad çıxarmamışdır.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4551 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın Layihə sənədləri təqdim edilmədiyindən, həmin layihə sənədlərində fasad hissəsi mərkəzi yola baxan hissədə sahəsi 135,7 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materia llarının 186-cı səhifəsinə əlavə edilmiş plan-sxemdə "Azəri Tikinti Şirkəti” MMC-nin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahənin yerləşdiyi əks olunmuşdur. Baxış zamanı həmin sahəyə keçid bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Tədqiq olunan binanın mərkəzi yola baxan mərtəbəsində arakəsmə divarlar inşa edilmədiyindən, 135,7 kvadrat metr sahənin ayrı-ayrı hissələrdən ayrılması mümkün ola bilər. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan Mərkəzə təqdim edilmədiyindən (bu barədə xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir.) İddiaçı verilməli olan və ya mülkiyyətində olmuş qeyri-yaşayış sa həsinin tədqiq olunan binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı iddiaçının şifahi izahatına əsasən, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci binanın baş hissəsində yerləşdiyi və bir hissəsinin həmin binanın altına düşdüyü göstərilmişdir. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s.) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan mərkəzə təqdim edilmədiyindən, ona verilməli olan, qeyriyaşayış sahəsinin ərazisinin sökülmüş qeyri-yaşayış sahəsinin ərazisi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.

35. Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 10/5607 saylı tikintitexniki ekspertizasının ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki olaraq mövcud deyil və qeyri-yaşayış sahəsinin sökülməzdən öncə texniki parametrlərinin dəqiqliklə müəyyən edilməsi mümkün olmadığından 2018-2021-ci illər üçün aylıq icarə haqqının məbləğini müəyyən edilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyriyaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş çıxış yolu Sahib Zeynalov küçəsi tərəfdəndir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad h issəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kvadrat metr qeyri-yaşayış (faktiki olaraq həmin sahədən artıq) sahəsinin nəzərdə tutulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrini əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən İddiaçı verilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sökülmüş qeyri-yaşayış sahəsindən artıq olmuşdur. Lakin İddiaçı verilməli olan qeyri-yaşayış sahəsini ərazisi sökülmüş qeyri-yaşayış sahəsi ilə eyniləşdirmək üçün həmin sahənin daxilində arakəsmə divarları hörülərək 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin yaradılması mümkündür.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyriyaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi, ilkin iddia verilən xx.xx.2020-ci il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MTK tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməs inin təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)

37. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən ilkin iddia üzrə iddiaçıya məxsus qeyriyaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunmasına istinad etmiş və söküləcək qeyri-yaşayış sahəsinin əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binas ının zirzəmi hissəsində 135,7 kv.m. ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC-yə həvalə etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisi olmuşdur. Lakin işə apellyasiya icraatı qaydasında baxılarkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən məlum olmuşdur ki, Cavabdeh2 MTK xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMC-nin hüquqi varisi olmuşdur.

38. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, İddiaçı tələbində mülkiyyət hüquqlarının pozular aq əmlakının sökülməsi nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəyməsini göstərməklə ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən bərpa edilib xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsini tələb etsə də, apellyasiya şikayətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasını, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbirin həyata keçirilməməsini, qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ona ödəniləsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyriyaşayış sahəsini bir hissəsini sökülərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirməsini göstərməsi deməklə, faktiki olaraq mülkiyyətinin sökülməsini etiraf etməklə yanaşı, bu halla da bir növ razılaşmışdır. İddiaçının mövcud vəziyyətlə razılaşması onun qarşılıqlı iddiaya olan etirazının və apellyasiya şikayətinin dəlillərində də özünü göstərir.

39. Apellyasiya instansiyası məhkəməsi şikayətin ilkin iddia üzrə iddiaçı ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasına, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirməməsinə dair dəlilləri ilə bağlı vurğulamışdır ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismar a yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olmasına dair iş materiallarında sübutlar olduğundan birinci instansiya məhkəməsinin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin tam sökülməli olmasına dair nəticəsi işin hallarına uyğun olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsində təmin edilməli olmamasına dair nəticəsi ilə də razılaşmışdır. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqı ödənilməli olmasına dair nəticə işin hallarına uyğun olsa da, birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməmiş, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən – xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olmasına qiymət verməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi şikayətin “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m. qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, işin araşdırılmış hallarına əsasən ilk iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyriyaşayış sahəsini xx.xx.2018-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 əldə etmişdir. ünvan 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilsə də, onun adına yeni qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib edilməmişdir. İş materiallarına əlavə olunmuş X.Əmiraslanovanın adına tərtib olunmuş texniki pasportda binanın ümumi göstəriciləri bölümündə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə “yarımzirzəmi” kimi göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olduğ u üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilərindən başqa, iş materiallarında olan sahənin əvvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkillərdən də görünür ki, sahənin pəncələri asfalt nisbətində yerləşməklə sahəyə giriş asfalt yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilmişdir. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçının izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyri-yaşayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır.

45. Apellyasiya instansiyası məhkəməsi şikayətinin 135,7 kv.m. qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış ota qlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Yəni, artıq sahə yalnız yaşayış sahələrinə münasibətdə tətbiq edilir. İddiaçının isə mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi (yarımzirzəmi) olduğu üçün birinci instansiya məhkəməsi haqlı olaraq 135,7 kv.m. qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə zərurət görməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaçı bu barədə tələb irəli sürmədiyindən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaya müstəsna əsas müəyyən etmədiyinə görə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından düzgün qətnamə qəbul etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı ekspert rəyində müəyyən edilən hallar ı təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair hər hansı bir dəlil olmadığı üçün həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Belə ki, rəydən və iş materiallarında olan plan sxemdən görünür ki, ilk iddia üzrə cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kv.m. sahənin yerləşdiyi əks edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) pəncərələr vasitəsilə təbii işıqlanması olduğu halda cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat me tr sahə verilməsi iddiaçının əvvəl ona məxsus olan sahə ilə uyğun olmayacaq ki, bu da əvəzlənmənin ədalətsiz olması ilə onun mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Buna görə də ekspertiza rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Sahib Zeynalov küçəsi tərəfdən olduğu və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kv.m. qeyri-yaşayış sahəsi nin nəzərdə tutulması müəyyən edildiyindən ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthinə nisbətdə, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kv.m. ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi daha ədalətli və qanunauyğun olmaqla yanaşı, tərəflərin maraqlarına uyğundur.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarının mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu hal qaldırılmış iddiaların mahiyyəti üzrə ba xılmasının qarşısını almamaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan qətnaməsinin qanunsuz və əsassız olmasını təsdiq etmir. Bu və digər ciddi əhəmiyyət kəsb etməyən prosessual pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız nəticə hissəsinin dəyişdirilməsi üçün əsasdır.

50. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı cavabdehin iddiaçının mülkiyyətinin sökülməsi ilə bağlı hərəkətlərində işin faktiki və mövcud vəziyyəti ilə araşdırılmış hallarına əsasən əməllərində hər hansı cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən apellyasiya şikayətinin xüsusi qərardadın çıxarılmasına dair dəlillərini əsassız saymışdır.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6 və 152.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

52. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. qeyriyaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' MTK tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m. qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53. Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2(102)-2632/2023 saylı qətnaməsi ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov, Zaur Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qeyriyaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi barədə tələbin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. İddiaçı kassasiya şikayətində qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla ona verilməsi barədə apellyasiya şikayətində göstərdiyi tələbin təmin edilməməsini mübahisələndirsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı bu tələbi birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə verib. Apellyasiya instansiyası məhkəməsi həmin tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayarkən MPM-nin 218.3cü maddəsinə istinad edib.

55. Göründüyü kimi, mülki prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm əyib.

56. Bu baxımdan, məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi ilə bağlı tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının bu hissədə kassasiya şikayətinin dəlillərini isə əsassız sayır.

57. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən iddiaçıya 550 manat kirayə haqqı ödənilməsi hissəsində qətnamə əsaslı deyil.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını göstərmişdir. Birinci instansiya məhkəməsi isə yeni əmlak verilənədək cavabdeh tərəfindən iddiaçıya hər ay 550 manat kiray ə haqqı ödənilməli olmasını iddiaçının mənafeyini nəzərə alması ilə əsaslandırmışdır.

59. İşdən görünür ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizada mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir ayıq icarə haqqının nə qədər olması barədə ekspertiza qarşısında sual qoymuş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08PLS saylı hesabatında qeyri-yaşayış sahəsinin aylıq icarə dəyərinin 1 kv.m. görə 15 manat olmaqla, 2035 manat təşkil etməsi qeyd edilmişdir.

60. Həmçinin cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil edir.

61. Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli rəydə qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyərinin 16675 manat təşkil etməsi o nəticəyə gəlmək əsas verir ki, aylıq icarə haqqı 694 manatdır. Belə ki, 24 sentyabr 2018-ci ildən 02 sentyabr 2020-ci ilədək olan dövr iki ili əhatə edir, bu da 24 aydır. 16675 manat 24 aya bölünərsə, bu da yuvarlaq şəkildə 694 manat edir.

62. Göründüyü kimi, istər məhkəmənin qərardadı, istərsə də cavabdehin sifarişi əsasında alınmış rəylərdə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir aylıq icarə haqqının məhkəmə qətnaməsi ilə tutulan məbləğdən çox olması görsənir: "xxxx" MMC-nin rəyində bir aylıq icarə haqqı 2035 manat, "xxxx" MM C-nin rəyində 694 manat.

63. Buna baxmayaraq, birinci instansiya məhkəməsi nə özünün aldığı rəyə, nə də cavabdehin sifarişi ilə təqdim edilən rəyə hər hansı qiymət vermədən, bu rəyləri qəbul edibetməməsini də qətnamədə əsaslandırmadan Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqı ödənilməli olması barədə nəticəyə gəlmişdir.

64. Halbuki, MPM-nin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. ekspert rəyi məhkəmə iclasında tədqiq edilməli və digər sübutlarla birgə qiymətləndirilməlidir.

65. Birinci instansiya məhkəməsi qeyd edilən prosessual normaya əməl etməmiş, icarə haqqını qarşılıqlı iddiaçının (cavabdehin) təklif etdiyi məbləğdə müəyyən edərkən, üstəlik, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində mənzillər üçün ayda 550 manat kirayə haqqı ödənilməli olması barədə şərtə də istinad etmişdir.

66. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində aylıq 550 manat kirayə haqqı mənzillər üçün nəzərdə tutulub. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak isə mənzil deyil, qeyri-yaşayış sahəsi olub. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu da diqqətdən qaçırmış, mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyriyaşayış sahəsinin kirayə məbl əği ilə eyniləşdirmişdir. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir. nEyni səhvi apellyasiya instansiyası məhkəməsi də təkrar etmişdir.

67. Halbuki məhkəmələr eyni ərazidə (oxşar vəziyyətdə) kirayə haqqının nə qədər olması, cavabdehin belə qeyri-yaşayış sahələrinə görə nə qədər kirayə haqqı ödəməsini, habelə formalaşmış işgüzar adətlərə uyğun olaraq tikinti şirkətlərinin qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə ödədiyi aylıq kirayə haqqının məbləğini aydınlaşdırmaqla hazırki iş üzrə də kirayə haqqının məbləğini müəyyən edə bilərdilər.

68. Buna görə də apellyasiya instansiyası məhkəməsinin cava bdeh tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması qeyd edilənlər baxımından əsaslı sayıla bilməz.

69. Bundan əlavə, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol verdiyini göstərib, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olması nəticəsinə gəlsə də, özü də gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamış, nəyə görə kirayə haqqının hazırki iddia verilən tarixdən tutulmalı olmasına aydınlıq gətirməmişdir. Ümumiyyətlə, kirayə haqqının xx.xx.2020-ci il tarixdən tutulmalı olmasının hansı kriteriyalarla müəyyən edilməsi qətna mədən görünmür. Eyni zamanda pulun tutulma anını müəyyən etmək üçün qeyriyaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsi də araşdırmadan kənarda qalıb.

70. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən–kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməkl ə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan (qeyri-yaşayış sahəsinin 20 faiz əlavə edilməklə verilməsi) hissəsində təmin edilməməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

71. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) 2(103)-5232/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)251/2021 saylı qətnaməsi mübahisələndirilən-kirayə haqqının məbləği və onun tutulma vaxtı hissələrində dəyişdirilmiş, 19 mart 2019-cu il tarixdən başlayaraq yeni əmlak ver ilənədək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə hər ay 950 manat kirayə haqqı tutulması qət edilmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi hissəsində qətnamə əsaslı deyil.

73. Belə ki, birinci instansiyası məhkəməsi yeni əmlak verilənədək cavabdeh tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqı ödənilməli olmasını iddiaçının mənafeyini nəzərə alması ilə əsaslandırmışdır.

74. Birinci instansiya məhkəməsi icarə haqqını cavabdehin təklif etdiyi məbləğdə müəyyən edərkən, üstəlik, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində mənzillər üçün ayda 550 manat kirayə haqqı ödənilməli olması barədə şərtə də istinad etmişdir.

75. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində aylıq 550 manat kirayə haqqı mənzillər üçün nəzərdə tutulub. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak isə mənzil deyil, qeyri-yaşayış sahəsi olub. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu da diqqətdən qaçırmış, mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyriyaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmişdir. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir.

76. İşdən görünür ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizada müb ahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir ayıq icarə haqqının nə qədər olması barədə ekspertiza qarşısında sual qoymuş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08PLS saylı hesabatında qeyri-yaşayış sahəsinin aylıq icarə dəyərinin 1 kv.m. görə 15 manat olmaqla, 2035 manat təşkil etməsi qeyd edilmişdir.

77. Həmçinin cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin (zirzəminin) 1 kv.m. üçün 5 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil edir.

78. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsini n yarımzirzəmi olduğu üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilərindən başqa, iş materiallarında olan sahənin əvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkillərdən də görünür ki, sahənin pəncələri asfalt nisbətində yerləşməklə sahəyə giriş asfalt yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilmişdir. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçının izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir.

79. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m. olan qeyriya şayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır.

80. Kollegiya qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08- PLS saylı hesabatı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hesabatda qeyri-yaşayış sahəsinin yarımzirzəmi olması nəzərə alınmamış, qeyri-yaşayış sahəsi kimi qiymət verilmişdir.

81. Həmçinin kollegiya "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyini də mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin hesabatda qeyri-yaşayış sahəsinin yarımzirzəmi olması nəzərə alınmamış, qeyri-yaşayış sahəsinə zirzəmi kimi qiymət verilmişdir.

82. Buna görə də, kollegiya qeyd olunan məsələ ilə bağlı "xxxx" MMC Qi ymətləndirmə xidmətindən mütəxəsis dəvət etmiş, mütəxəsis tərəfindən müvafiq hesabat əldə olunmuşdur.

83. Kollegiya "xxxx" MMC Qiymətləndirmə xidmətinin 12 oktyabr 2023-cü il tarixli, PR/M01/2023 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına tədqiq edilmiş digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək, hesab etmişdir ki, həmin hesabat mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, "xxxx" MMC Qiymətləndirmə xidmətinin mütəxəsisi Nümayəndə3 həqiqətən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyriyaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəsislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəfəqiyyətlə vermiş və ona bu barədə xx.xx.2022-ci ildə 5 il müddətinə sertifikat verilmişdir. İcarə haqqı müəyyən edilərkən uyğun satışların müqayisəli, xərc yanaşması və sair yanaşması olmaqla hər üç yanaşma nəzərdən keçirilmişdir. Lakin, icarə haqqının müəyyən edilməsi məqsədi ilə “Müqayisəli yanaşma” daha effektiv olduğundan, həmin yanaşma əsas götürülmüşdür. Hesabatda hazırkı real vəziyyətdə qeyri-yaşayış sahələrinin internet məlumatlarına da istinad olunmuş, müqayisəli təhlil həyata keçirilmişdir. Hesabat konkret qeyri-yaşayış sahəsi (yarımzirzəmi) üzrə verilmişdir. Buna görə də, kollegiya hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) 1 kv.m-nin icarə haqqı 7 manat olmaqla, 135,7 kv.m. üçün yuvarlaq olaraq 950 manat (135,7 kv.m. x 7 manat=949,9 manat) götürülməlidir.

84. Bundan əlavə, birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olma sını qeyd etməməklə səhvə yol vermişdir. Buna görə də, qeyri-yaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsinin araşdırılmasına zərurət vardır. Bununla bağlı iddiaçı apellyasiya şikayətində söküntünün xx.xx.2018-ci ildən aparıldığını qeyd etmişdir. Mülki iş materiallarında (İ cild, i/v 18-20) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı məktubunda qeyd olunur ki, İddiaçı vəkilinin müraciətinə baxılmışdır. Məktubda qeyd olunur ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, həmin küçələrin əhatə etdiyi ərazidəki evlərin bir hissəsi sökülərək sakinlər köçürülmüş, lakin İddiaçı və X3 mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi Sahib Zeynalov küçəsi, 19 ünvanındakı 3 mərtəbəli yaşayış binası mülkiyyətçilərlə razılıq əldə olunmadığına görə sökülməmiş və ümumi ərazinin ətrafı bağlanaraq yuxarıda qeyd olunan MMC tərəfindən tikinti işlərinə başlanılmışdır.

85. İddiaçı oğlu X5 izahatında qeyd etmişdir ki, obyektin yerləşdiyi bina hasarlanmış, binanın bir hissəsi pilot layihə əsasında sökülmüş, obyektin yerləşdiyi hissə isə sökülməmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinin 2019-cu ildə hasarlandığı və sökülmədiyi halı müəyyən olunur.

86. Kollegiya hesab etmişdir ki, qeyri-yaşayış sahəsi sökülməsə də, tam olaraq hasarlanması halı 19 mart 2019-cu ildən qəbul olunmalıdır. Belə ki, iddiaçı həmin vaxtdan öz mülkiyyətindən məhrum olmaqla, əmlakından istifadə edə bilməmişdir ki, bu hal tikilinin sökülməsinə bərabərdir. Bunu n əksini təsdiq edəcək sübutlar mövcud deyildir.

87. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.3., 16.1., 152.1., 560.1 və 560.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

88. İlkin iddia üzrə iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5232/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsini kirayə haqqının məbləği və onun tutulma vaxtı hissələrində dəyişdirərək xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək aylıq 2035 icarə haqqının “Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

89. Kassator şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.2 və 28.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 418.1-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına və işin hallarına istinad edərək məhkəmələr tərəfindən maddi və prossesual hüquq normalarının pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

90. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respublikası Mülki Məcəlləsi

91. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

92. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

93. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

94. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

95. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

96. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

98. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

99. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

100. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

101. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

102. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

103. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

104. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

105. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

106. Hazırkı kass asiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən “kirayə haqqının məbləği və onun tutulma vaxtı” hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

107. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

108. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

109. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

110. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il ta rixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 111. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prose ssual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

112. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

113. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

114. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

115. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5232/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar