Məhkəmə qərarları › İş №2(102)-976/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-976/2020

17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-976/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı iştirakı ilə, İddiaçının Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Süleymanova, iş 2(060)-3832/2019) iddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabde h2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov, iş № 2(105)-3305/2019) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 03 iyun 2019-cu il tarixli 2(060)-3832/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məmmədova Cavahir Cahangir qızı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(105)-3305/2019 saylı 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, iş həmin şikayət əsasında kassasiya baxışına təyin edilmişdir. Müəyyən edilmişdir ki, iş üzrə İddiaçının iddia tələbinin məbləği maddi ziyanla bağlı 858 manat olmuş, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində tərəfin kassasiya şikayəti vermək hüququna malik olmasını qeyd etmiş və İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Ona görə də mülki iş kassasiya icraatından çıxarılmaqla kassasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsas ən və Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti ilə bağlı kassasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar