Məhkəmə qərarları › İş №2(102)-977/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-977/2022

15.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şahmil oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1515/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 24.12.2018 qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 86,20 kv.m. fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X7 (fərdi yaşayış evinin 1/2 hissəsi), Cavabdeh Şahmil oğlu (torpaq sahəsinin 3/6 hissəsi), X2 (torpaq sahəsinin 2/6 hissəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/6 hissəsi) məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 24.12.2018 qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X7 (1/6 hissəsi), Cavabdeh Şahmil oğlu (torpaq sahəsinin 2/6 hissəsi), X2 (torpaq sahəsinin 2/6 hissəsi) və İddiaçı (torpaq sahəsinin 1/6 hissəsi) məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evi və köməkçi tikililərin bölünməsi idarənin səlahiyyəti xaricindədir. İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi birgə mülkiyyətində olan 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər və köməkçi tikililər bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə qaydası ilə hüquqmüəyyən edici sənəddə göstərilən ölçülərlə konfiqurasiya fərqləri mövcud olduğundan və həmin torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, 10/1754 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1 saylı bağlı eyvan tikilisində sağ yan divardan təqribən 4,7 metr aralı məsafədə arakəsmə divar hörülməklə və 1 saylı tikilinin bölünmüş hissəsinə həyətyanı sahədən giriş-çıxış qapısı açılmaqla 1 saylı tikilini bölünmüş hissəsi və 4 saylı tikili İddiaçı verilə bilər. Eyni zamanda qeyd olunur ki, həyətyanı sahədən İddiaçı payının 562,6 kv.metr təşkil etdiyini nəzərə alaraq həmin sahənin evin arxa və qarşı hissələrindən ayrılması, həyətə küçə tərəfdən 2-ci giriş-çıxış qapısı açılmaqla texniki cəhətdən mümkündür. Lakin həyətyanı sahənin mürəkkəb formalı və çoxb ucaqlı şəkildə olmasını nəzərə alaraq həmin sahə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS sistemli ölçmə aparatı vasitəsilə müvafiq ölçmə işləri aparılmaqla ayrıla bilər. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planlı yerləşməsini, iki tərəfdən sahələr arası yol ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən 1/6 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin girişdən sol tərəfdəki fındıq kolları əkilmiş hissəsindən 20,0 metr enində (təqribən 3 cərgə fındıq kolu) və 60,6 metr uzunluğunda sahə ayrılaraq İddiaçı istifadəsinə verilə bilər. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid mətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşa yış evi və köməkçi tikililərin bölünməsi idarənin səlahiyyəti xaricindədir. İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi birgə mülkiyyətində olan 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər və köməkçi tikililər bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə qaydası ilə hüquqmüəyyən edici sənəddə göstərilən ölçülərlə konfiqurasiya fərqləri mövcud olduğundan və həmin torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiy yətinin 25 fevral 2020-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yeriəşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları”-nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasları n tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı İddiaçı 1/2 payına fərdi yaşayış evinin 4 saylı otağı, ona bitişik 21.8 kv.m bağlı eyvan sahəsi və evin qarşısında yerləşən 0.056 ha həyətyanı torpaq sahəsi düşür. Bölgü zamanı İddiaçı 1/6 paya uyğun 0.7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1274 ha torpaq sahəsi müəyyən edilir. Torpaq sahələri və fərdi yaşayış evinin naturada bölgü variantları AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış plan-sxemlərdə ətraflı göstərilmişdir. Rəyə bölgü plan-sxemi və baxış aktı əlavə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Şahmil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlə t reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsindən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evindən İddiaçı aid 1/2 payın və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrılması və cavabdehin naturada ayrılmış hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və Cavabdeh Şahmil oğlunun, o cümlədən, cavabdehin mərhum valideynləri X7 və X1 ümumi paylı mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində 0,3376 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evi və 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsi vardır. Həmin əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. O, ümumi paylı mülkiyyətlərində olan həmin əmlakın bölünməsi ilə bağlı cavabdehlə razılığa gəlməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişlər və nəticədə ümumi paylı mülkiyyətdə olan həmin əmlakdan özünə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən paylı mülkiyyətdə olan əmlakların naturada ayrılmasını və bu əsasla da iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov, iş № 2(033)-19/2021) iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi və həmin tor paq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı aid 1/2 hissəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, İddiaçı 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4), 300 (üç yüz) manat ekspertiza xərci isə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************), İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları”-nın 2.08.01.89* -nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0.3376 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində naturada bölünməsinə dair sxemlər ekspert rəyinə əlavə edilmişdir. Məhkəmə də tərəflər hər hansı etiraz etmədiyindən, sonuncu ekspert rəyi ilə razılaşdıqlarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli ekspert rəyini sübut növü kimi qiymətləndirir. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. yaşayış evinin 1/2 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin ona məxsus 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasını tələb edir. Cavabdeh Şahmil oğlu iddianın təmin edilməsinə etiraz etmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsasən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən iddiaçının paylı mülkiyyətində olan 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, bölgü za manı İddiaçı 1/2 payına fərdi yaşayış evinin 4 saylı otağı, ona bitişik 21.8 kv.m bağlı eyvan sahəsi və evin qarşısında yerləşən 0.056 ha həyətyanı torpaq sahəsi düşür. Bölgü zamanı İddiaçı 1/6 paya uyğun 0.7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1274 ha torpaq sahəsi müəyyən edilir. Lakin, ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, iddiaçıya naturada ayrılması nəzərdə tutulmuş 0,056 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin həm arxa, həm də ön tərəfindən ayrılmışdır. İş materiallarında olan texniki pasportdan və ekspert rəyinə əlavə edilmiş bölgü sxemindən də göründüyü kimi, evin arxa hissəsinə keçmək üçün yol mövcud deyildir. Yəni, İddiaçı evin arxa hissəsindən ayrılmış torpaq sahəsindən istifadəsi qeyri-mümkündür ki, bu da son nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(033)-19/2021 iş nömrəli qətnaməsinə əsasən, ekspertiza ilə bağlı çəkilmiş xərclərin hamısı iddiaçıya aid edilmişdir. Halbuki, mübahisənin yaranmasına və iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinə səbəb iş üzrə Cavabdeh Şahmil oğlunun iddiaçının mülkiyyət hüququnun pozulmasına yönələn hərəkətləri olmuşdur. Əgər ki, iş üzrə Cavabdeh Şahmil oğlu qeyd olunan əmlakların bölgüsünə razı olmuş olsa idi, iddiaçının bu iddianı qaldırmasına da zərurət qalmayacaqdı. Yəni, ekspertiza keçirilməsinə səbəb iş üzrə Cavabdeh Şahmil oğlunun hərəkətləri olduğu üçün, həmin məsrəflər də iş üzrə Cavabdeh Şahmil oğlu tərəfindən ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)1515/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, rəy verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübut larla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası məhkəmə xərclərinin iddiaçıdan tutulması hissəsi ilə bağlı qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Cavabdeh Şahmil oğlu iddia tələbində qeyd edilən paylı mülkiyyətdə olan əmlakların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə uyğun naturada bölünməsinə və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin bu halı onu deməyə əsas verir ki, cavabdeh payların naturada bölünməsinə etiraz etməmişdir. Kollegiyanın qənaətinə görə tərəflər məhkəmədən kənar da payla rını bölə bilərdi. Bundan başqa işin 30-cu vərəqində olan vəsatətdən görünür ki, ekspertizanın keçirilməsini iddiaçı tələb etmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1515/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şi kayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna ol maqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən payl ı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsinə əsasən torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu madd ədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1515/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar