Məhkəmə qərarları › İş №2(102)-977/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-977/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borc müqaviləsi (borcun qaytarılması), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, məhkəmə aktının kassasiya şikayətinin dəlillərindən aslı olmayaraq ləğv əsasları (işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(106)-1461/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxx 1975-ci il tarixdə anadan olmaqla, Astara şəhəri, Qum küçəsi, 86 nömrəli evdə yaşayır.

2. Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı tərəfindən imzalanmış yazılı qəbzə əsasən, Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı 2018-ci il tarixdə Astara şəhəri, Qum küçəsində yaşayan İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29500 manat məbləğində borc pul almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat verilmiş borcun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlər ilə yaxın münasibətləri olmuşdur. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə iddiaçıdan borc pul istəmişlər. Səbəb kimi isə faizə borc götürdüklərini və onu qaytarmaq istədiklərini bildirmişlər. Həm də 2018-ci ildə yeznəsi X2 həbs edildiyindən onu qurtarmaq üçün pul lazım olduğunu bildirmişlər. Cavabdehlər iddiaçının torpaqlarını satdığını və onda pul olduğunu bilirdilər. İddiaçı da etibar etdiyinə görə qaytarmaq şərtilə cavabdehlərə 29500 manat borc pul vermişdir. Hətta aralarındakı münasibətlər yaxşı olduğundan onlardan qəbz də almamışdır. Sonr adan aradan müəyyən müddət keçdiyi üçün borcunun qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçını şərəfi və ləyaqətini ləkələyən ifadələrlə təhqir etdikləri üçün o, “102” xidmətinə 22 aprel 2021-ci il tarixdə zəng etmiş, onların hərəkətləri barədə məlumat vermişdir. Astara RPŞ-də şikayət araşdırılarkən cavabdehlər yaxınlaşaraq ondan xahiş etmişlər ki, borc pul barədə iddiaçıya qəbz verirlər və iddiaçı da şikayətini geri götürsün. İddiaçı razılaşmış, cavabdehlər də qəbz yazaraq ona vermişlər. Cavabdehlər borclarını könüllü qaytarmaq istəmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı cavabdehlərə qarşı məhkəməd ə 2018-2019-cu il tarixlərdə iddia tələbləri qaldırmış, sonunculardan 6500 manat məbləğində və 7000 manat məbləğində pul tələb etmişdir. Hər iki tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmış və həmin qətnamələr yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işlər yuxarı instansiya məhkəmələrində araşdırılarkən belə iddiaçı cavabdehlərdən 29500 manat məbləğində pulu tələb etməmişdir. Lakin sonradan iddiaçının cavabdehlərə şəxsi qərəzliyi yarandığından sonunculara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və guya cavabdehlərin iddiaçıya 2018-ci il tarixdən 29500 manat məbləğində borcları olduğunu iddia etmişdir. İddia ərizəsinə əlavə edilən qeyd edilən qəbzlər cavabdehlər tərəfindən imzalanmamışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı 2018-ci il tarixdə borc pulu cavabdehlərdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən iddiaçı məhkəmədə iddia qaldırılması üşün iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Nazilə Məçid q” yazıları önündəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7 -ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Kulnur Suçaət q” yazıları önündəki imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki yazılar Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 Sücaət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Süc aət qızının adlarından olan borc qəbzlərində “husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur.

8. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-271/2022 nömrəli, 4 oktyabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiа təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

10. Cavabdehlərin vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd etmiş dir ki, mülki iş üzrə iddiaçı tərəfindən imzalanmış iddia ərizəsi məhkəməyə 24 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı tələb etdiyi borc pulu cavabdehlərə 2018-ci il tarixdə verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia qaldırılması üçün müddətin ötürülməsi halı təsdiq edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2, 739.1, 739.2, 740, 373.1 və 373.3-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı əvvəllər də dəfələrlə cavabdehlərə qarşı müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət et miş və demək olar ki, bütün hallarda iddiaları əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, iddiaçı 31 yanvar 2018-ci ildə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan əsassız varlanma nəticəsində 20142016-cı illərdə ondan aldıqları 6500 manat pul, borc aldıqları dövrdən hazırkı dövrə kimi həmin pulu özlərində saxlamaqla götürdükləri və ya götürməli olduqları gəlirlərin hesabına 3500 manat pul və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6500 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu o lmaqla, cəmi 6530 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdə bütün məhkəmə instansiyalarının qəbul etdikləri aktlar 2018-ci ilə aid olsa da, həmin məhkəmə iclaslarının heç birində, o cümlədən iddiaçı tərəfindən verilmiş şikayətlərdə cavabdehlərin ondan həmin puldan əlavə olaraq 2018-ci ildə, yaxud ondan əvvəlki illərdə 29500 manat borc almaları barədə heç nə qeyd edilməmişdir. Təbii ki, əgər vermiş olsaydı, mütləq göstərərdi. Belə ki, onun hazırkı tələb etdiyi məbləğ o vaxt tələb etdiyi məbləğdən 4 dəfədən çox olan məbləğdir. Bundan başqa, iddiaçı Cavabdeh2 qarşı “verilmiş ərzaq məhsullarının pulunun geri qaytarılması tələbinə dair” iddia ilə 2019-cu ildə yenidən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzr ə də hazırkı tələb olunan məbləğ barədə hər hansı bir qeyd edilməmişdir. Cavabdehlər ekspert rəyləri ilə razılaşmır və həmin rəylərin şübhəli olduğunu bildirirlər. Belə ki, ekspertlər həmin saxta qəbzlərdəki saxta imzaların cavabdehlər tərəfindən icra edildiyi barədə rəy vermişlər. Hazırda Cavabdeh2 məhkəmə iclasından sonra ona qarşı edilən haqsızlıqlarla əlaqədar intihara cəhd etməsi səbəbindən Astara Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə araşdırma aparılır. Eləcə də, məhkəmə qətnaməsindən sonra digər Cavabdeh1 psixi durumu pisləşərək “psixi əlamətlərlə müşahidə olunan şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində anonim müalicədədir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ya özü tərəfindən, ya da başqa biri tə rəfindən sözügedən qəbzləri yazdırmış və cavabdehlərin əvəzindən onların imzalarına uyğun imzalar çəkdirmişdir. Maraqlıdır ki, iddiaçı xəstəxanada xadimə işlədiyi halda haradan o qədər və əvvəlki iddialarda qaldırdığı məbləğləri heç bir qohumluğu, yaxın münasibəti olmadığı halda tanımadığı şəxslərə borc olaraq vermişdir. O da maraqlıdır ki, iş materiallarının 6 və 7-ci vərəqlərində iki qəbz mövcuddur. İki eyni məzmunlu qəbzin yazılmasının hansı zərurətdən irəli gəlməsi müəyyən edilmir. Bundan başqa, həmin iki qəbzdəki cavabdehlərin adlarının qarşısındakı imzaların özü belə biri digərindən fərqlənir. Eləcə də, həmin qəbzlər əgər həqiqəti əks etdirirsə, hansı səbəbdən həmin qəbzlərdə alınan borcun, əgər alınmışsa, nə vaxt alınacağı və qaytarılacağı qeyd edilməmiş, həmçinin, qəbzdə tarix qoyu lmamışdır. Bütün bunlar həmin qəbzlərin ikisinin də saxta olmasından xəbər verir. Cavabdeh tərəf özəl ekspertiza mərkəzində tədqiqat aparılması üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmiş, iddiaçı tərəfin verdiyi saxta sübutları isə sübut kimi qəbul edərək sözügedən qətnaməni qəbul etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə tamamilə şübhəli olmaqla həqiqəti özündə əks etdirməyən ekspert rəylərini əsas götürərək qətnamə qəbul etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-202/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası, cavabdehlərin iddiaçıdan 29500 manat məbləğində borc almalarının və həmin borcu qaytarmamalarının tam təsdiq edildiyini, cavabdehlərin mövcud borcu etiraf edən qəbzləri imzaladıqlarını, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinin cavabdehlərə aid edilməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. c)Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən araşdırılması üçün təkrar apellyasiya baxışın göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim edilmiş dəlillərə heç bir qiymət verməmişdir. Belə ki, qətnamədə cavabdehlərə aid sübutlara hər hansı formada münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası sübutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsini lazimi qaydada icra etməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində kassatorların hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası işdə olan ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri qaydasında qiymətləndirməmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2587/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər – Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 29500 manat pulun borc olaraq cavabdehlərə verilməsinə dair iddiaçının təqdim etdiyi qəbzə və həmin qəbzdəki imzalara münasibətdə verilmiş ekspert rəyinə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yeni apellyasiya baxışında baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qəbzi, həmin qəbzə münasibətdə verilmiş ekspert rəyin Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq di gər sübutlarla birlikdə qiymətləndirməklə məhkəmə aktı qəbul etməlidir.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 529.3, 882.1, 380-cı maddələrinə istinadla əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Apellyasiya instansiya məhkəməsinin 2(106)-1461/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edi lərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29500 manat borc pul və 126 manat dövlət rüsumunun əvəzinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi qəbzdə olan imzaların cavabdehlər tərəfindən icra edilməsi barədə ekspert rəyi digər sübutlarla uyğunluq təşkil etmir. Belə ki, digər sübutlar nəzərə alınmadan ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir. Buna görə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur.

29. Məhkəmə gəlidiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 442 və 739cu maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddi açı (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış apellyasiya instansiyası işə aid olmayan və ümumiyyətlə, hazırki işlə heç bir bağlı olmayan başqabaşqa məhkəmə qərarlarına istinadlar etmişdir. İddiaçının iddia tələbinin hüquqi əsasları, cavabdehlərin yazılı şəkildə iddiaçıya olan borclarının etirafını təsdiq edən, müvafiq qəbzlər və eləcə də iş materiallarında öz təsdiqini tapan, polisdə verilmiş izahatlardır. Ekspert rəyi ilə də iddiaçı tərəfindən təqdim edilmiş və sonradan da müvafiq sorğu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş müvafiq qəbzlərdə olan yazı və imzaların məhz cavabdehlərə aid olması müəyyən edilir. Bunla baxmayaraq apellyasiya i nstansiyası hazırki mübahisə üzrə mülki işin materiallarında olan mötəbər sübutlara əhəmiyyət verməmiş və ancaq fikir və sözdən ibarət olan cümlələr üzərindən işin həll olunmasına nail olmuşdur. Bunun da nəticəsində, həm maddi, həm də prosessual hüquq normalarının kobud pozulması ilə müşaiyət olunan bir məhkəmə qərarı ərsəyə gəlmişdir. Maddi və prosessual hüquq normalarının pozulması isə yuxarıda qeyd olunan dəlillər hissəsində öz əksini tapır. Mübahisənin həlli, hüquq normalarına və mübahisə üzrə iş materiallarında olan mötəbər sübutlara istinad etməklə, həqiqətə nail olmaqla yekunlaşa bilər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdehlər kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normal arını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1461/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

33. Maddə 19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: -19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

36. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: -418.4.1. işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa; Kassasiya baxışının hədlər

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Belə ki, işdən görünür ki, cavabdehlərin apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsində işə baxılan zaman Mülki kollegiyanın hakimi Pərviz Əhmədov məhkəmə tərkibində olmuş və 15 fevral 2023-cü il tarixli qətnamə onun iştirakı ilə çıxarılmışdır. Sonradan həmin qətnamə Ali Məhkəmə Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətinə əsasən ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

41. İşə ikincə dəfə apellyasiya instansiya məhkəməsində baxılarkən Pərviz Əhmədov yenidən məhkəmə tərkibində olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29500 manat borc pul və 126 manat dövlət rüsumunun əvəzinin geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

42. Göründüyü kimi hakim Pərviz Əhmədovun işə baxılmas ını istisna edən halın mövcud olmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi işə qeyri-qanuni tərkibdə baxmışdır ki, bu da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv olunması üçün əsasdır.

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət ve rməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1461/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar