Məhkəmə qərarları › İş №2(102)-978/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-978/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-978/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X7” Publik hüquqi şəxsinə və Cavabdeh2 Gül-Ağa oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: həkim səhvi nəticəsində ziyan tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)5653/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mü lki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X3 həkim Cavabdeh2 Gül-Ağa oğlu tərəfindən ultrasəs müayinəsi olunmuş və 16 sentyabr 2014-cü il tarixli arayışa əsasən onda “Sağ böyrək D-7,8 x 3,7 sm. Parenxima: D-1,2 sm. Sol böyrək D-9,2 x 3,9 sm. Parenxima: D-1,1 sm. 0,5 sm ölçüdə 1 konkrement izlənir. Hər iki böyrəkdə kristallaşmış duzlar izlənir” diaqnozu qoymuşdur. 2. “X7” PHŞ tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli ultrasəs müayinəsinə əsasən, “Sağ böyrək D-7,8 x 3,6 sm. Parenxima: D-1,1 sm. sol böyrək D-9,0 x 4,0 sm. Parenxima: D-1,5 sm. Yuxarı hissədə 0,5 sm ölçüdə 1 konkrement izlənir. Hər iki böyrəkdə xırda kristallaşmış duzlar izlənir” diaqnozu qoymuşdur.

3. M.C.Ca vadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş 26 iyul 2016-cı il tarixli X6 əsasən, İddiaçı “Sağ böyrək: yerləşməsi normal, hüdudları hamardır, ölçüləri 93-37 sm. Parenximanın qalınlığı 9-14 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Sol böyrək: yerləşməsi normal hüdudları hamardır, ölçüləri 91-37 sm. Parenximanın qalınlığı 8-13 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Böyrəküstü vəzilər böyüməmişdir.” diaqnozu qoyulmuşdur.

4. M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş 13 yanvar 2017-ci il tarixli X6 əsasən, İddiaçı “Sağ böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ö lçüləri 95-36 sm. Parenximanın qalınlığı 8-14 mm, exoqenliyi az artıb, kortikomedullar fərq zəif təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Sol böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ölçüləri 100-39 sm. Parenximanın qalınlığı 8-17 mm, exoqenliyi az artıb, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib” diaqnozu qoyulmuşdur. 5. “X9” tərəfindən verilmiş 16 may 2017-ci il tarixli qarın boşluğu orqanlarının USM-na əsasən, İddiaçı “Hər iki böyrək tipik yerləşir, ölçüləri norma daxilindədir. Struktur dəyişiklik yoxdur.” Diaqnozu qoyulmuşdur. 6. 16 aprel 2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirtdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı poliklinikada dispanser qeydiyyatdadır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən də müayinədə olub. Müayinə zamanı zəif dərəcəli hepermeteopiya diaqnozu təyin olunmuşdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2019cu il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının sağlamlığına vurulmuş maddi zərərə görə 900 manat, mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 50.900 manat pulun müştərək olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 16 sentyabr 2014-cü il tarixində X4 poliklinikasında doktor Cavabdeh2 tərəfindən ultrasəs müayinəsindən keçmişdir. Cavabdeh iddiaçıya “Sağ böyrək D-7,8 x 3,7 sm parenxim a D1,2 sm, sol böyrək D-9,2 x 3,9 sm parenxima D-1,1 sm 0,5 sm ölçüdə konkrement izlənir. Hər iki böyrəkdə kristallaşmış duzlar” diaqnozu qoymuşdur. Həmçinin onurğada ciddi problem olduğunu bildirmişdir. Daha sonra, həkim Şəhla Hüseynovanın yanına gemodializ şöbəsinə göndərmişdir. Şəhla Hüseynova iddiaçıya uzun siyahı təqdim edərək bildirmişdir ki, problem ciddidir. İddiaçı imkansız olduğunu bildirmiş, o, isə demişdir ki, pul tap, mütləq bu müayinələrdən keç. İddiaçı isə çətinliklə pul tapmış və müayinələrdən keçmişdir. Müayinələrin bəzilərinin cavablarını Şəhla həkimə vermiş, o isə məzuniyyətə çıxdığını və 3 ay sonra yenə yanına gəlməsini bildirmişdir. İddiaçı 2015-ci ilin noyabrın 19-da yenidən doktor Cavabdeh2 Gül-Ağa oğlunun yanına getmişdir. Sonuncu bildirmişdir ki, “Sağ böyrək D-7,8 x 3,6, sol böyrək D-9,0 x 4,0G, yuxarı hissədə 0,5 sm ölçüsü olan konkrement izlənir”, sonra nəticəni Şəhla həkimə göstərmişdir. O, isə bildirmişdir ki, vəziyyət daha ciddidir. İddiaçı evə gəlmiş və şok keçirtmişdir. Şəkəri aşağı düşmüş və görmə qabiliyyətini itirmişdir. Əsəb sistemi pozulmuş, göz institutunda qeydiyyata düşmüşdür. Dövlətdən müalicəsi üçün kömək istəmiş, Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına göndərilmişdir. Radioloq Hacıyev sağ böyrəyin normal ölçüləri 93-34 olduğunu və daş çöküntüsünün olmadığını bildirmişdir. Sol böyrək ölçüləri 91-37 daş və çöküntü yoxdur, konkrement yoxdur - deyə bildirmişdir. Daha sonra iddiaçı Neftçilər Xəstəxanasına getmiş, şöbə müdirinə olanları danışmışdır. O bildirmişdir ki, Cavadzadənin cavablarına inanmırlar. İddiaçı yenidən S əhiyyə Nazirliyinə müraciət etmiş və onu yenidən Cavadzadənin adına Xəstəxanaya göndərmişlər. Orada iddiaçıya 13 yanvar 2017-ci il tarixdə “böyrəklər tam sağlamdır” diaqnozu qoyulmuşdur. İddiaçı 16 may 2017-ci tarixində “Atlas” Tibb Mərkəzində olmuş, onlar da böyrəklərin tam sağlam olması diaqnozunu qoymuşdur. X4 həkimlərinin iddiaçının başına gətirdikləri bütün bu hadisələrdən iddiaçıya maddi olaraq 900 manat ziyan dəymişdir. Həmçinin keçirtdiyi şokla və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirmiş, əsəb və stressdən yuxu sistemi pozulmuşdur. Görmə qabiliyyətini itirdiyi üçün əmək fəaliyyətini itirmişdir və artıq heç bir yerdə işləyə bilmir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)2745/2024 nömrəli qərardadı ilə (hakim S.Eyvazova) İddiaçı Cavabdeh 2 qarşı tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən həmin cavabdehə qarşı irəli sürülmüş hissədə xitam verilmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)2745/2024 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 16 sentyabr 2014-cü il və 18 noyabr 2015-ci il tarixlərdə “X7”nda ultrasəs müayinəsindən keçmişdir. Daha sonra 26 iyul 2016-cı il, 13 yanvar 2017-ci il, 16 may 2017-ci il tarixlərində müxtəlif tibb müəssisələrində müayinədən keçmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 16 aprel 2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ili n sentyabr ayında keçirdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı poliklinikada dispanser qeydiyyatdadır. Qeyd edilən sənədlərdən də göründüyü kimi iddiaçının cavabdeh “X7”nda keçdiyi sonuncu müayinə tarixi 18 noyabr 2015-ci ilə təsadüf edir, lakin 16 aprel 2024-cü il tarixli ambulator kitabçadan çıxarışda isə iddiaçının 2017-ci ilin sentyabr ayında güclü stress keçirtdiyi qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması halları cavabdeh “X7”nda keçdiyi 18 noyabr 2015-ci il tarixli müayinədə n sonra baş verməmiş, üzərindən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017-ci ilin sentyabr ayına təsadüf edir.

18. Cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

19. Mənəvi zərərlə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı 2015-2017-ci illərdə X3 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini bildirmiş, məhz X1 müayinələrdən sonra onun ayrı-ayrı şəxslər tərəfindən izləndiyini və bütün bunlar nəticəsində daha çox stress keçirdiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

20. Lakin məhkəmə araşdırması zamanı iddiaçının 2017-ci ildə keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və ya hərəkətsizliyi üzündən baş verməsi halları müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı deyil və rədd edilməlidir.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi iddiaçının sağlamlığına vurulmuş maddi zərərə görə 900 manat pulun cavabdeh X2 alınaraq ona ödənilməsini hissəsində də, məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən rədd edilməlidir.

22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci; “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 82.4, 88, 107, 119.1, 217.4, 218.3, 261.0.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarlarına; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)-5653/2024 nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı onun şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması hallarının cavabdeh “X7”nda keçdiyi 18 noyabr 2015-ci il tarixli müayinədən sonra baş verdiyini iddia etsə də, qeyd olunan halların həmin müayinədən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017-ci ilin sentyabr ayına təsadüf etm əsi müəyyən edilmişdir.

26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı ona cavabdeh Tibb Müəssisəsində onkoloji xəstəliklə bağlı diaqnoz qoyulduğunu bildirsə də, bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır, əksinə cavabdeh Tibbi Müəssisəsində iddiaçı ultrasəs müayinəsindən keçərkən, ona yalnız böyrəyində daş və duzun olması bildirilmişdir. Həmin ultrasəs müayinəsi iddiaçının 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stressdən iki ilə yaxın müddət əvvəl baş vermişdir.

27. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının 2017-ci ildə keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və ya hərəkətsizliyi üzündən baş verməsi halları müəyyən edilmədiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi maddi zərərlə bağlı hissə də əsaslı deyil və rədd edilməlidir.

28. Apellyasiya məhkəməsi apellyatorun ekspertiza keçirilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, bu barədə birinci instansiya məhkəməsində yazılı vəsatət verilməmiş, digər tərəfdən yuxarıda qeyd olunan işin hallarına əsasən ekspertizanın təyin edilməsi üçün lüzum olmamışdır.

29. Apellyasiya kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissədə əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı 2014-2015-ci illərdə X3 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini, məhz X1 müayinələrdən sonra onun ayrı-ayrı şəxslər tərəfindən izləndiyini və bütün bunlar nəticəsində daha çox stress keçirdiyini bildirmişdir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin h üquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

31. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh “X7” PHŞ-nin həkimlərinin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə iddia tələblərini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)-5653/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2. 1097.1, 1112-ci, Mülki Prosessual Məcəllənin 388, 389, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hall ar aydınlaşdırılmamışdır.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənil məsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandır an halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində tərəflərin izahatları və təqdim olunan sübutlar əlaqəli şəkildə qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə tam razılaşır.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı tələbin qanuni əsasını ziyan təşkil etdiyində n, iddianın təmin olunması üçün ilk olaraq cavabdehin təqsirli hərəkət və ya hərəkətsizlikləri müəyyən olunmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

43. Lakin, bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmamışdır.

44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibar ət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(103)-5653/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar