Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-98/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” barədə ilkin Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(103)-11572/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı və qaytarmadığı borcun ödənilməsi məqsədi ilə 80.000 manat, borcun qaytarılmasının gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8.000 manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02.10.2015-ci il tarixdə cavabdehlə Bakı Şəhəri 44-cü Notariat Kontorunda “Mövcud borcun etirafı haqqında” iki mücərrəd müqavilə bağlamışdır. Həmin müqavilələrdə cavabdeh iddiaçıya ayrı-ayrılıqda 50.000 manat və 30.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Bir inci müqavilə üzrə cavabdeh aldığı 50.000 manat borcu 02.12.2015-ci il tarixədək, ikinci müqavilə üzrə isə 30.000 manat məbləğində pulu 02.11.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və borcu qaytarmamışdır. İddiaçı, qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında 02.10.2015-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 44-cü Notariat Kontorunda təsdiq edilmiş “Mövcud borcun etirafı haqqında mücərrəd m üqavilələrin” etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının atası X3 ilə 02.10.2015-ci il tarixdən birgə bizneslə məşğul olmağa başlamışdır. Fəaliyyətə başladıqları ilk dövrdə X1un maddi durumu ağır olmuş, onun özünün müxtəlif şəxslərə, o cümlədən “xxxx” ASC-nə 210.000 manat, iddiaçının isə 130.000 manat məbləğində borcları olmuşdur. Birgə fəaliyyətə başladıqları dövrdə nağd pul olmadığına görə, cavabdeh özünə məxsus “Volvo” və “Ford” markalı nəqliyyat vasitələrini 30.000 manat məbləğində qiymətləndirməklə mal-materiallar ilə dəyişmişdir. Elə həmin ərəfələrdə iddiaçı cavabdehə bildirmişdir ki, “xxxx” ASC-nə olan borcları ilə bağlı o və atası narahat edilir və əgər onlar Banka kiminsə də, onlara borclu olması barədə müqavilə təqdim etsələr, Bank borcun qaytarılma müddətini uzada bilər. Bu məqsədlə də cavabdeh ilk iddia ərizəsində istinad edilən “Mövcud borcun etirafı haqqında” müqavilələri imzalamışdır. Sonradan maddi vəziyyəti daha da ağırlaşdığından və maliyyə vəsaiti olmadığından X1 biznesini cavabdehdən ayırmışdır. Hazırda birgə fəaliyyətdən X1un 300.000 manat borcu qalmışdır. Lakin X1 həmin borcu qaytarmaqdan imtina etdiyi üçün cavabdeh məcburiyyət qarşısında qalaraq borcu tək ödəyir. Göründüyü kimi, iddiaçının atası X1un kifayət qədər borcu mövcuddur və belə olan halda iddiaçının ona borc verməsi inandırıcı deyildir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Emin Mehdiyev) 27 iyun 2018-ci il tarixli, 2(006)-2937/2018 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 80.000 (səksən min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilk iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız sayılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Həmid Həmidov) 23 noyabr 2018-ci il tarixli, 2(103)11572/2018 nömrəli qətnaməsi ilə Cavabdehapelyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2018-ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkilk assasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında cavabdehin iştirakını təmin etməmiş, işə onun iştirakı olmadan baxmışdır. Cavabdehlə İddiaçı arasında bağlanmış hər iki müqavilə uydurma əqddirlər, ona hər hansı məbləğdə pul verilməmiş, iddiaçı onun və atası X1 Banka olan borclarının ödəmə müddətinin uzadılması üçün cavabdehi aldatmaqları nəticəsində həmin müqavilələri bağlamışlar, ağır maddi durumda olan iddiaçının cavabdehə borc verməsi ağlabatan deyildir, onların maddi durumları normal olmuş olsaydı, öz borclarını qaytarardılar. Hər iki müqavilə uydurma əqd kimi bağlandıqları andan etibarsız sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq düzgün olmayan qətnamə çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydad a məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir: - tərəflər arasında 02.10.2015-ci il tarixdə bağlanmış və 44-cü Notariat Kontoru tərəfindən təsdiq edilmiş “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” ilə cavabdeh 2 aydan sonra qaytarmaq şərti ilə iddiaçıdan 50.000 manat məbləğində borc pul almasını etiraf etmişdir. - tərəflər arasında 02.10.2015-ci il tarixdə bağlanmış və 44-cü Notariat Kontoru tərəfindən təsdiq edilmiş “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” ilə cavabdeh 1 aydan sonra qaytarmaq şərti ilə iddiaçıdan 30.000 manat məbləğində borc pul almasını etiraf etmişdir. - iddiaçı 05.03.2018-ci il tarixli məktubla (pretenziya) qeyd edilən müqavilələr üzrə borcun qaytarılmasını cavabdehdən tələb etmişdir. - Bakı şəhəri 21-ci Notariat Kontorunda 7E-5586 nömrə ilə təsdiq edilmiş 02.10.2015-ci il tarixli etibarnamə ilə X2 “İveco Astra” markalı, **-FM-*** qeydiyyat nömrə nişanlı yük avtomobili üzərində sərəncam vermək səlahiyyətini Cavabdeh vermişdir. - Bakı şəhəri 21-ci Notariat Kontorunda 7E-5566 nömrə ilə təsdiq edilmiş 05.10.2015-ci il tarixli etibarnamə ilə X4 “Volvo Terberg” markalı, **-BM-*** qeydiyyat nömrə nişanlı yük avtomobili üzərində sərəncam vermək səlahiyyətini Cavabdeh vermişdir. - Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, “İveco Astra” markalı, **-FM-*** qeydiyyat nömrə nişanlı yük avtomobili onun adına rəsmiləşdirilsə də, İddiaçı məxsus olmuşdur. Sonuncunun tapşırığı ilə həmin avtomobili etibarnamə əsasında Cavabdeh verilmişdir. - Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, “Volvo Terberg” markalı, **-BM-*** qeydiyyat nömrə nişanlı yük avtomobili onun adına sənədləşdirilsə də, əslində İddiaçı məxsus olmuşdur. Həmin avtomobili o, İddiaçı tapşırığı ilə etibarnamə əsasında Cavabdeh vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış həmin müqavilələr etibarsız uydurma hesab oluna bilməz. Çünki, “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” artıq tərəflər arasında mövcud olan borc müqaviləsindən yaranmı ş, lakin borcalan olan cavabdehin borcverən olan iddiaçıya qaytarılmamış borcun etirafıdır. Sözügedən müqavilələrin mətnindən də göründüyü kimi, cavabdeh iddiaçıya borcun olduğunu bəyan edir və 50.000 manat borcu iki aydan sonra, 30.000 manat borcu isə bir aydan sonra qaytaracağı barədə üzərinə öhdəlik götürür. Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Həmin müqavilələrin onun tərəfindən imzalanmasına səbəb isə iddiaçının və onun atasının “xxxx” ASC-nə olan borclarının qaytarılma müddətlərinin uzadılması məqsədi ilə onlara kömək niyyəti olmuşdur. Lakin o, bu halı sübut edə bilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış və hazırda etibarlılığı mübahisələndirilən müq avilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. İddiaçı cavabdehə cəmi 80.000 manat borc vermiş şəxs, cavabdeh isə “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilələrdə” göstərilən məbləğdə iddiaçıya borcunun olduğunu bəyan edən şəxsdir. MPM-nin 77-ci maddəsinə görə öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Belə olan halda hesab edilməlidir ki, yuxarıda qeyd edilən borc qaytarılmamışdır və cavabdehin, iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: --882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən cavabdehin iddiaçıya 80.000 manat borc pul qaytarmalı olması işdə olan sübutlarla tam təsdiq olunur. Tərəflər arasında bağlanmış “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”lərinin Mülki Məcəllənin 340.1-ci maddəsinə görə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olması cavabdeh tərəfindən sü but edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış və hazırda etibarlılığı mübahisələndirilən müqavilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Cavabdehin iddiaçıya cəmi 80.000 manat borclu olduğu qanunla müəyyən edilmiş qaydada etiraf edilmişdir və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini icra etməlidir. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh hər iki instansiya məhkəmələrində məhkəmə iclaslarının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, məhkəmə iclaslarınd a iştirak etmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(103)11572/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-98/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-98/2020
08.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver