Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-98/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeha qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-98/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4312/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən v erilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı qızı X5 (bundan sonra iddiaçının qızı) 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. Fidan Cəfərzadə 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən Cavabdeha aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya” əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə ambulator müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da Fidan Cəfərzadənin “Fibroqastroduodenoskopiya” müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021-ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuşdur. 29 iyun 2021-ci il ta rixdə stabil vəziyyətdə evə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeha (bundan sonra cavabdeh hospital) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2.000 manat, övladının sağlamlığına zərər vurulması nəticəsində yaranmış mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması, cərrahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh hospitalda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı zamanı qızının qida borusu zədələnmişdir. Qida borusunda olan zədənin aradan qaldırılması üçün “Bakı Sağlamlıq Mərkəzi”ndə qida borusunun bərpası əməliyyatı aparılmışdır. xx.xx.2021-ci il tarixdə aparılan əməliyyat üçün 12.000 manat pul xərclənmişdir. Yəni cavabdehin səhvi nəticəsində ona 12.000 manat maddi ziyan dəymişdir. Cavabdeh hospital da xx.xx.2021-ci il tarixdə aparılan bronxoskopiya+biopsiya və ezofaqoqastroduodenoskopiyanın nəticələri gizlədilmişdir. Cavabdeh tərəfindən qida borusunun zədələnməsi gizlədildiyindən xx.xx.2021-ci il tarixdə “EGE Hospital”da qida borusunun endoskopiyası edilib və qida borusunun zədələndiyi təsdiqlənib. Qida borusunun zədələnməsi nəticəs ində övladı cavabdeh hospitalda əlavə olaraq 20 gün qalıb və nəticədə ona oğluna xeyli məbləğdə maddi ziyan dəyib. Cavabdeh tərəfindən onun etdiyi müraciətlərə rəsmi cavab verilməyib.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2.000 manat, övladının sağlamlığa zərər vurulması nəticəsində yaranmış mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması, cərrahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması, iddiaçının qızının sağlamlığına dəymiş ziyanın əvəzinin müəyyən olunaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “Bakı Sağlamlıq Mərkəzi”ndə çalışır. iddiaçının qızını 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasından sonra tanımışdır. İddiaçının qızı uzun müddət cavabdeh hospital klinikasında müalicə almış, sonradan isə onda stenoz və traxeo-ezafaegal fistula simptomları aşkar olunmuşdur və xəstəyə əməliyyata ehtiyac olduğu izah edilmişdir. Bundan sonra xəstə “Bakı Sağlamlıq Mərkəzi”nə köçürülmüş və orda X6 tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmışdır. Xəstə 4 ay onun nəzarətində olmuş, bu müddət ərzində hər hansı problemi olmamışdır. İddiaçının qızında aşkar edilmiş fistula onun üzərində aparılmış müalicə tədbirləri nəticəsində adətən yaranan ağırlaşmalardan olmu şdurki bu hala praktikada tez-tez rast gəlinir. Yəni fistula iddiaçının qızının əvvəlki müalicələrinin düzgün aparılmaması nəticəsində yaranmamışdır.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdeh “Baku Hospital” Klinikasının baş həkimidir. iddiaçının qızının avtomobil qəzası nəticəsində qidalanmasında problem yaranması nəticəsində xəstəyə qida maye halında “nazoqastral” boru vasitəsi ilə verilmişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq üçün onun üzərində “traxeostomiya” əməliyyatı icra edilmişdir. Əməliyyat uğurla aparılmış, bundan sonra edilmiş müayinə ilə xəstənin qida borusu ilə nəfəs borusu arasında fistula yarandığı aşkar edilmidşir. Traxeostomik boru uzun müddət həmin nahiyədə qaldığına görə yataq yarasına səbəb olmuş v ə buna görə də fistula yaranmışdır. Xəstənin üzərində aparılmış əməliyyat zamanı heç bir həkim səhlənkarlığına yol verilməmiş, əməliyyatdan sonra xəstəyə bütün tibbi xidmətlər göstərilmişdir.
7. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi Aytəkin Əhmədovanın “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının qızının cavabdeh hospital klinikasında həkim-cərrah X8 tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə iddiaçının ərizəsi üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, 28 aprel 2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatı xəstənin vəziyyətinin ağırlığı fonunda həyati funksiyalarının təmin olunması üçün yerinə yetirilmişdir. Əməliyyat taktiki və texni ki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyat zamanı və əməliyyatdan sonra cavabdeh hospital klinikasının həkimləri tərəfindən səhlənkarlığa yol vermələri, həkim səhvi müəyyən olunmadığından, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-95/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-95/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarından verdiy i apellyasiya şikayəti təmin edilməmiş həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 865/KEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1994-cü il təvəllüdlü iddiaçının qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, İş materiallarına əlavə edilmiş məlumatlara əsasən iddiaçının qızı xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə cavabdeh hospitalın klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, ağciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçının qızının üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. İddiaçının qızına cavabdeh hospitalın klinikasında göstərilmiş tibbi xidmət təyin edilmiş diaqnozla və səhiyyə sistemində mövcud təlimat tələblərinə uyğ un olmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 247/KEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1994-cü il təvəllüdlü iddiaçının qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən iddiaçının qızı xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə cavabdeh hospital klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, aöciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir.Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçının qızının üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxananın rəyində iddiaçının qızının qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. cavabdeh hospitalda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeost omiya əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və ezofaqoqastro duodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Bu müddət orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq komatoz vəziyyətdə intubasion anesteziya fonunda mülaicə alan xəstələrdə fistulun yaranması üçün kifayət qədərdir. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətininağırlığından, icra edilmiş tibbi manipuliyasiyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıq zamanı uzun müddət kimi saymaq olar. Xəstə cavabdeh hospitalda müa licə aldığı müddətdə aparılmış müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq əmr və təlimatlara uyğun olmuşdur. cavabdeh hospitalda müalicə zamanı xəstənin qida borusunun zədələnməsi istisna olunur. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiş tibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı traxeostomiya əməliyyatı ilə ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xəstədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye nəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanması hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 571/KEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının qızının üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyya tından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxananın rəyində iddiaçının qızının qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. cavabdeh hospitalda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və ezofaqoqastro duodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətinin ağırlığından, icra edilmiş tibbi manipuliyasıyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıq zamanı uzun müddət kimi saymaq olar. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiş tibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı “Traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xə stədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye nəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanması hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz. Fistula 2 və ya daha artıq borulu orqanın bir biri ilə və ya dəri vasitəsi ilə xarici mühitlə əlaqələndirən patoloji yoldur. Fistula istənilən ölçülərdə ola bilər. 10 gün ərzində əməliyyat kəsiyi nayihəsi tam formamalaşmamış əməliyyat çap ığı şəklində görünə bilər. xx.xx.2021-ci il tarixdə zond, növbəti gün şar (Traxeostomiya) çıxarıldıqdan sonra ağızla qidalanma zamanı qida nəfəs borusuna maye tökülmüşdür. Buna səbəb qida borusu ilə nəfəs borusu arasında fistula əmələ gəlməsidir. Bu qida borusu və ya nəfəs borusunda aprılmış istənilən cərahiyyə əməliyaatlarının tipik, ən çox rast gəlinən ağırlaşmamlarıdır. Nəfəs borusunun ikinci tərəfində, yəni əks tərəfində fistulun yaranması həmin tərəfin qan təchizatının pozulması və yataq yarası ilə əlaqədar baş verə bilər. Buna kliniki praktikda rast gəlinir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-37/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsum u iddiaçıya aid edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının qızı iddiaçının qızı 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. iddiaçının qızı 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən cavabdeh hospitala aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya”əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə ambulatoriya müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da iddiaçının qızı “Fibroqastroduodenoskopiya” müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021-ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuşdur. 29 iyun 2021-ci il tarixdə stabil vəziyyətdə evə yazılmışdır. Hazırda iddiaçının qızının atası, iddi açı cavabdeh hospitalın həkimləri tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilən əməliyyatın düzgün icra edilmədiyini iddia edərək, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir.
14. Məhkəmə tərəfindən iddiaçıdan cavabdeh hospitalın əsl cavabdeh “Ortoped MMC” ilə əvəz edilməsi barədə təklif edilsə də, iddiaçı cavabdehin əvəz olunmasına etiraz etmişdir.
15. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edərək, əlavə etmişdir ki, mülki işin materiallarından görünür ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə, həm də hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 5 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilmişdir. Ekspertiza rəylərində iddiaçının qızının nəfəs borusu və qida borusu arasında yaranmış olan fistulanın almış olduğu travma və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranması qeyd edilmişdir. Ekspert rəylərində həmçinin “Traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzin”də aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki iş materiallarında olan ekspert rəyləri, o cümlədən 11 noyabr 2022-ci il tarixli komisyon ekspertizanın rəyi ilə iddiaçının qızının sağlamlığına dəymiş zərər ilə cavabdeh klinikanın həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması i stisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanması da rədd edilmiş və bu qərar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.
17. Məhkəmə istinad etdiyi hüquq normalarının tələblərinə uyğun olaraq qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçıya maddi və mənəvi zərərin vurulması, bu zərərin cavabdeh tərəfindən vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. Əksinə işdə olan sübutlarl a cavabdeh təşkilatın həkimləri tərəfindən iddiaçının qızına təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə onun üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
18. Birinci instansiya məhkəməsi ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən şahid ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirmişdir. Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunu n nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, iddiaçının qızının sağlamlığına dəyən zərərin ödənilməsi hissələrində də təmin oluna bilməz.
19. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir.
20. Məhkəmə qeyd etdiyi maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçının hazırkı iddiası əsassızdır.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099, 1112-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4, 14.2, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixli qətnamə qanunsuzluqlarla doludur. Məhkəmə qərara alıb ki, iddiaçı tərəfindən maddi sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Sütublar kimi aşağıdakıları qeyd etmişdir: Nəfəs borusunun zədələnməsinə səbəb olmuş xx.xx.2021 tarixində aparılan traxeostomiya əməliyyatı zamanı valideynlərin icazəsi alınmamışdır. (Cərrahi Xəstəliklər. N.Bayramov. Dərslik. 2-ci nəşr. Tam kitab.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi elmi Tibbi Şurasının 6 dekabr 2018-ci il tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli F-66 saylı qərarı ilə “070101 Müalicə işi” ixtisası üzrə dərslik təsdiq edilmiş dir. Traxostomiya əməliyyatı nə zaman aparılmır: a). Xəstə tərəfindən rədd edilməsi, b). Əməliyyat sahəsində dəridə infeksiya, c). Boyunda əvvəllər aparılmış lokal cərrahiyyə. O zaman aparılır ki, a). Ağır dərəcəli çənə üst travmaları, b). Yuxarı tənəffüs yollarında yad cisimlərin olması, c). Səs tellərinin iki tərəfli iflici, d). Yuxarı tənəffüs və həzm sisteminin böyük ölçülü şişləri, e). Yuxarı tənəffüs yollarında anadangəlmə qüsurlar, f). Oral və mazai intibasiyanı mümkünsüz edən udlaq və traxeyanın boğaz, udlaq və traxeya ödəmi.
2. Azərbaycan Tibb Universitetinin X1 trokal cərrahı Arif Ağayev bu əməliyyatı uzun müddət - 14 günvə daha artıq müddətə süni tənəffüs aparatında qalan xəstələrdə icra olunduğunu bildirib.
3. Traxeo-ezofaqial fistula diaqnozu “City Hospital” tərəfindən qoyulub. Heç bir ekspertizada “City Hospital”ın təyin etdiyi diaqnozun adı çəkilmir. Hansı diaqnoza əsaslanaraq ekspertlər diaqnoz yazıb?
4. X4 Baku “City Hospital”ın xeyrinə dəyişiklik etdiyi epikriz təqdim edilib.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4312/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apelyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının pozulması halları aşkar edilməmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə, həm də hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 5 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəylər alınmışdır. Ekspertiza rəylərində iddiaçının qızının üzərində xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasın da “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunduğu, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, iddiaçının qızının nəfəs borusu və qida borusu arasında yaranmış olan fistulanın almış olduğu travma və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranması qeyd edilmişdir. Ekspert rəylərində həmçinin “traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzin”də aparıl an əməliyyat arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, ekspertiza qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, həmin rəylər işdə olan digər sübutlar, o cümlədən şahid ifadələri ilə təs diq olunduğundan, mötəbər sübut növü kimi qiymətləndirilməlidir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Mülki iş materiallarında olan ekspert rəyləri, o cümlədən 11 noyabr 2022-ci il tarixli komisyon ekspertizanın rəyi ilə iddiaçının qızının sağlamlığına dəymiş zərər ilə cavabdeh klinikanın həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı səbəbli əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanması da rəd d edilmiş və bu qərar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı, zərərlə aparılmış əməliyyat arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır.
28. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, iddiaçının qızının sağlamlığına dəyən z ərərin ödənilməsi hissələrində də düzgün olaraq təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin xx.xx.2021 tarixində aparılan “Traxeostomiya” əməliyyatı zamanı valideynlərin icazəsinin alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, işdə olan tibbi sənədlər və ekspert rəyinə əsasən əməliyyat tibbi göstərişə uyğun həyata keçirilmişdir.
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin ekspert rəyində tibbi ədəbiyyata istinad edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, hazırki mülki iş üzrə komisyon ekspertiza da daxil olmaqla, üç dəfə ekspertiza keçirilmiş, qeyd olunan sahə üzrə ixtisaslı ekspertlər tərəfindən tibbi sənədlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə rəylər verilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2 və 1112-ci maddələrinə, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 9 və 16-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti işin faktiki hallarına istinad olunaraq onunla əsaslandırılmışdır ki, işdə olan sübutlar, o cümlədən şahid ifadələri və ekspertiza rəyləri düzgün tədqiq olunmamış, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellaysiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin iş materiallarında belə bir göstəriş yoxdur. Məhkəmənin istinad etdiyi sənədin mənşəyi məlum deyil. Baku Sağlamlıq Mərkəzində tərtib edilən epkriz saxtalaşdırılıb. Ekspertizaya təqdim edilərkən X15 Sağlamlıq Mərkəzinin ilkin ekspertiza rəyində dəyişiklik edib. Bu barədə sübut məhkəməyə təqdim edilib. Məhkəmə tərəfindən bu hala qiymət verilməyib. Apellyasiya məhkəməsinin istinat etdiyi və qətnamə qəbul etməsi üçün əsas götürdüyü Nəri manov rayon prokurorluğunun qərarı məhkəmə və rayon prokuroru tərəfindən 5 dəfə ləğv edilib. Müstəntiqlər tərəfindən edilən pozuntular və düzgün aparılmayan araşdırmalar buna səbəb olub. Həkimlərin öz səhvlərini və səhlənkarlığını gizlətdikləri açıq-aydın görünsə də ibtidai istintaq orqanı heç bir araşdırma aparmadan qərarlar verib. Ekspert qrupu cavab olaraq yazırki, heç bir boğulma və həyati təhlükəsi olmayıb. Epikriz və trokal cərrah Arif Ağayevin məhkəmədə ifadəsində boğulma və həyati təhlükəsinin olmasını bildirmişdi. İşin içində tutarlı sübutlar olsa da məhkəmə həmin sübutları araşdırmayıb və qətnamədə onlara münasibət bildirməyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mül ki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.
40. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Özəl tibbi fəaliyyət” haqqında Qanun.
41. Maddə
9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
42. Maddə
16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasla ndırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
59. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 60. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 61. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
62. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icran ı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 63. “M. Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
64. Sübutları qiymətləndirən zaman məhkəmə “əsa slı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan maddi və mənəvi zərər tələbi ilə bağlı iddiası üzrə işə baxarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi ziyan cavabdeh hospitalın təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.
66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələ lərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 1 2 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış v ə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4312/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.