Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-980/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 08 » fevral 2019-cu il İş № 2(102)-980/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Vahid oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkətinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-261/2018 saylı 03 iyul 20 18-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 933 manat məbləğində sığorta ödənişi və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla-cəmi 943 manat məbləğində pul vəsaitinin İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov, İş № 2(103)-10337/2018) İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəh əri Suraxanı rayon Məhkəməsinin 2(010)-261/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası rədd edilməsi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 15 manat (dövlət rüsumu) tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, 6700 manat sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Sığorta Şirkəti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən müahisəyə düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillər ini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Re spublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarını n prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki,Cavabdeh 09 fevral 2017-ci ildə saat 23:00 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonunun “Pirşağı-Zabrat” yolunun Kürdəxanı qəsəbəsi ərazisində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Opel Astra” markalı **-AU*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “xxxx” Lizinq MMC-yə məxsus “Opel Astra” markalı * *-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 dekabr 2015-ci il tarixli 559479 “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi” ilə 01 dekabr 2018- ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. 11 aprel 2017-ci il tarixli Sığorta aktının müvafiq qaydada təsdiq olunmuş surətindən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 aprel 2017-ci il tarixli Qiymətləndirmə Aktından və 19 aprel 2017-ci il tarixli 3450 №-li Ödəniş tapşırığından görünür ki, 09 fevral 2017-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş “Opel Astra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9500 manat məbləğində maddi zərər dəymiş və həmin dəymiş maddi zərərlə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfındən 300 manat m iqdarında azadolma məbləği çıxılaraq 9200 maııat məbləğində sığorta ödənişi edilmişdir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyun 2018-ci il tarixli 11464 №-li ekspert Rəyi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2017-ci il tarixli akt məlumatlarına əsasən 2015-ci il buraxılışlı “Opel Astra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5933 manat məbləğində müəyyən edilmişdir. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki,Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 09 fevral 2017-ci ildə “Mercedes Benz” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı S ığorta Şirkəti ASC-nin 01 dekabr 2015-ci il tarixli 559479 №-li şəhadətnaməsi ilə sığortalanmış “Opel Astra” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 933 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşdə olan «cinayət işinin başlanmasının rədd olunması» barədə 17.03.2017-ci il tarixli Qərardan görünür ki, yol nəqliyyat hadisələri ekspe rtizasının 17.03.2017-ci il tarixli 5801 saylı rəyinə əsasən «Mersedes Benz E-270» markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət edilməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sözügedən qərarda qeyd olunmuşdur ki, «Opel Astra» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Araşdırma zamanı Cavabdeh və X2 ərizə verərək barələrində olan toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişlər. Bu səbəbdən Cavabdeh və X2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, iş materialları yol-nəqliyyat hadisəsinin baş verməsində, bununla da iddiaçıya maddi zərər vurulmasında Cavabdeh təqsirli olması barədə inzibati xəta haqqında protokol və ya qərar olmadan, iddiaçının mülahizəsi əsasında yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsiri nəticəsində baş verməsi barədə qənaətə gəlməyə əsas vermir. Belə olan halda Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olması hər hansı mötəbər sübutla təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini q ismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin 03.07.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandıraraq qeyd etmişdir ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs ə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddi hüquq normalarına görə mülki hüquq pozuntusu üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması sübuta yetirilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəməkollegiyasıhesabedirki,ApellyasiyaMəhkəməsininqəbuletdiyiqətnaməsiişi n həqiqi halların a uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Lakin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı qanunun normalarının pozulması göstərilməmişdir. Kollegiya kassatorun dəlilini formal əsas kimi qiymətləndirir və həmin dəlili qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəməkollegiyasıkassasiyaşikayətinindəlillərinəhüquqiqiymətverərəkhesabedirk i, hazırkimübahisəiləbağlıiddiaçıtərəfindəlillərimötəbərvətutarlısübutlarlaöztəsdiqinitapmamış vəapellyasiyainstansiyasıməhkəməsininişüzrəgəldiyi nəticələriişinfaktiki hallarınauyğun olmaqlaonun tərəfindən Azərbay can Respublikasının MPM-nin 14.2, 217.1, 217.3, 217.4, 88, 106.1 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-980/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-980/2019
08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver