Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2018 06.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2018-ci il № 2(102)-983/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qərardadı ilə (hakim F.Qasımov, iş № 2(001)-13281/17) ərizə təmin ed ilərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 saylı yaşayış binasının qarşısında yerləşən 3 mərtəbəli qeyriyaşayış sahəsinə bitişik tikilidə mağazanın üzərinə həbs qoyulması və mağazanın fəaliyyət göstərməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi qərara almmışdır. Həmin qərardadla razılaşmayan Cavabdeh1 şikayət vermişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13281/2017 saylı i ş üzrə 17 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş ərizəyə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-9917/17) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 oktyabr 2017-ci il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. Cavabdeh1 Azərbaycan R espublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə görə (yeni redaksiyada) kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun s əlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericilliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsində münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməli dirlər. Lakin ərizəçiyə məhkəmə tərəfindən bununla bağlı sübutları təqdim etməsinin təklif olunmasına baxmayaraq ərizəçi hər hansı sübutu məhkəməyə təqdim etməmiş, səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Digər tərəfdən, iddiaçı məhkəmə proseslərində səlahiyyətli nümayəndə ilə təmsil olunmuş, vəkillə təmin olunma barədə ərizəni də nümayəndəsi vasitəsilə vermişdir. Yaranmış vəziyyətdə yalnız ərizədə qeyd olunduğuna görə ərizəçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığı barədə qənaətə gəlmək və ərizəni təmin etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillə rini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar cavabdehə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunması üçün əsas vermir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 oktyabr 2017-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 oktyabr 2017-ci il tarixli, 2(103)-9917/17 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov
Məhkəmə qərarları › İş №2(102)-983/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-983/2018
06.02.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver