Məhkəmə qərarları › İş №2(102)-984/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-984/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-984/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd, maneələrin aradan qaldırılması, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qarşısını alınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2085/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 6 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xızı rayonu, Xələnc kəndində İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətində 0,25 ha torpaq sahəsi olub.

2. İddiaçı xx.xx.2013-cü il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpağın 0,12 ha hissəsini Cavabdeh (bundan sonra “cavabdeh” ) satmışdır.

3. Hazırda Xızı rayonu, Xələnc kəndində yerləşən iddiaçının 0,13 ha, cavabdehin mülkiyyətində 0,12 ha torpaq sahəsi var. İş üzrə qəbul edilmiş məhkəmə aktları, a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddiaı ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində cavabdeh tə rəfindən çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvazanın çıxarılması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırılıb ki, iddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsi olmuş, sonradan həmin torpaq sahəsinin 0,12 ha hissəsini alqı-satqı müqaviləsinə əsasında cavabdehə satmışdır. Torpaq sahəsinin 0,13 ha hissəsi iddiaçının, 0,12 ha hissəsi isə cavabdehin mülkiyyətində qalmışdır.

6. Hazırda cavabdeh qanunsuz hərəkətlər edərək, iddiaçıya aid torpaq sahəsinə girərək, torpaq sahəsinin bir hissəsini dəmir tor ilə hasara almış və iddiaçıya məxsus torpaq sahəsinin giriş hissəsində qanunsuz olaraq dəmir darvaza qoymuşdur.

7. Cavabdeh qanunsuz hərəkətlərə başlayarkən iddiaçı bununla bağlı Xızı rayon Polis Şöbəsi nə müraciət etmiş, ərizə polis şöbəsi tərəfindən araşdırılmış, torpaq sahəsinə baxış keçirilmiş, müvafiq şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Lakin cavabdehin izahatı alınmadığından həmin iş üzrə qanuni nəticə əldə etmək mümkün olmamışdır.

8. İddiaçı dəfələrlə cavabdehə və ailə üzvlərinə müraciət etsə də, heç bir nəticəsi olmamış, əksinə, şikayətlərinə məhəl qoymadan cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanuna zidd hərəkətləri iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən azad və rahat şəkildə istifadə edə bilmir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.1 və 180-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməyib.

11. Xızı Rayon Məhkəməsinin 2(068)-139/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/853 saylı ekspert rəyinə əsasən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********26 saylı məktub əsasında) İddiaçı məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsi, artıq torpaq sahəsi (0.0029 ha) isə bütövlükdə Cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlanıb, Cavabdeh eyni zamanda İddiaçı yol kimi nəzərdə tutulmuş hissəni öz hasarı daxilinə salıb və darvaza quraşdırıb.

13. Xızı Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(068)-9/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və həmin torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvaza çıxarılması qət edilmişdir. (hakim Emin Abdullayev)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəyinə əsasən müəyyən edib ki, tərəflərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. İddiaçıya məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsi, artıq torpaq sahəsinin (0.0029 ha) isə hamısı cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlanıb, eyni zamanda cavabdeh iddiaçıya yol kimi nəzərdə tutulmuş hissənin öz hasarı daxilinə salaraq orada darvaza quraşdırıb.

15. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və orada özbaşına tikinti işləri aparıldığı iş üzrə ekspert rəyi ilə təsdiq edilir. Qeyd edilən halı inkar edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və həmin faktı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Torpaq Məcəlləsinin 49.1-2 və Mülki Məcəllənin 152.1, 157.2, 180.1, 180.4, 238.1 və 239.2-ci maddələri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edi lməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini dəlilləri: - birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə cavabdehin arasında razılıq olmuşdur ki, iddiaçı mülkiyyətində qalan 0,13 ha torpaq sahəsini də cavabdehə satacaqdır. Cavabdeh sonradan hasar çəkərkən də iddiaçının razılığı ilə işə başlamışdır; - bir kənddə yaşadıqları nəzərə alınsa iddiaçının qəsdlə belə bir iddia qaldırması məlum olur. Çünki, iddiaçı hər gün hasarın çəkildiyini görmüş, lakin buna müdaxilə etməmişdir. Hasar çəkilib qurtardıqdan sonra həmin ərazinin qiymətindən xeyli artıq qiymətə, yəni 3000 manata satdığını demişdir. Halbuki, həmin ərazinin qiyməti 1000 manat təşkil edi r. Hasar çəkilməmişdən əvvəl də iddiaçı ilə həmin ərazini təxminən 1000 manata razılaşmışlar; - hazırda həmin yeri münasib qiymətə verərsə iddiaçı ilə razılaşa bilərlər; - birinci instansiya məhkəməsi bütün bunları nəzərə almadan iddianı təmin etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2085/2022 nömrəli mülki iş üzrə 2 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Xızı Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(068)-9/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyevin (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hü ququ ilə iddiaçının adına qeydə alınmış torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuzdur. Buna görə də iddiaçı, mülkiyyətinə edilən qəsdə son qoyulmasını cavabdehdən tələb etməkdə haqlıdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi üzərindəki hüquqa dair iddiaçıya məxsus RX seriyalı, ******* saylı çıxarışında Dövlət qeydiyyatı qüvvədə olduğu və həmin sahənin cavabdehə gələcəkdə satılması barədə razılıq əldə olunması barədə heç bir sənəd olmadığı halda cavabdehin etirazları iddianın rədd edilməsi üçün əsas təşkil etmir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə də əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, şikayətdə həmin dəlillərə düzgün qiymət verilməməsinə, məhkəmənin hər hansı normaya əsaslanmamasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1-152.4. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmə yin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

31. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

32. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

34. İşin müəyyən edilən hallarına görə də tərəflərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. İddiaçıya məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsi, artıq torpaq sahəsinin (0.0029 ha) isə hamısı cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlanıb, eyni zamanda cavabdeh iddiaçıya yol kimi nəzərdə tutulmuş hissəni öz hasarı daxilinə salaraq orada darvaza quraşdırıb, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilib, orada özbaşına tikinti işləri aparılıb.

35. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini d üzgün tətbiq etmişdir.

36. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 19-20-ci bəndlərində əks edilən mövqeyini əsaslı sayır.

37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, cavabdehin iddiaçı ilə razılıq əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsində darvaza qoyması, iddiaçının mülkiyyətində qalan 0,13 ha torpaq sahəsini də cavabdehə 1000 manata satmağa vəd verməsi barədə dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verərək, həmin dəlilləri sübut təqdim edilməməsi əsası ilə qəbul etməyib.

38. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları – iddiaçı ilə razılıq əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsində darvaza qoyması, iddiaçının mülkiyyətində qalan 0,13 ha torpaq sahəsini də cavabdehə 1000 manata satmağa vəd verməsi – sübut edə bilməyib. İşin müəyyən edilən halı ondan ibarət olub ki, cavabdehin metal tor və daş hasarla hasarladığı torpaq sahəsi iddiaçıya məxsus,013 ha torpağın hüdudları daxilindədir, quraşdırdığı darvaza isə iddiaçıya yol kimi nəzərdə tutulmuş hissədədir. İddiaçının irəli sürdüyü hallar müəyyən edilməyib.

39. Bundan əlavə, cavabdehin həmin dəlilləri iddianın əsaslı olmasına yönəlib ki, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilləri düzgün olaraq iddianın rədd edilməsi baxımından əsassız sayıb.

40. Apellyasiya instansiyası məhkəmə sinin hər hansı normaya əsaslanmaması barədə dəlil də əsssızdır. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki qərarın “Tətbiq edilən hüquq” bölməsində qeyd edilən maddi hüquq normalarına istinad etmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2085/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar