Məhkəmə qərarları › İş №2(102)-986/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-986/2020

12.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(060)3109/2019, hakim R.N.Qoşqarlı) İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, “X1 Mərkəzi” MMC və Cavabdeh1 QSC-yə qarşı hərracın dayandırılm ası və mənzilə görə qiymətləndirilməyə dair ekspertiza keçirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3045/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə, Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı və Sumqayıt şəhəri, 2ci məhəllə, 106/68 saylı evin 16 saylı mənzillərinə dair hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X8 və X4 müştərək qaydada Cavabdeh1 QSC-nin xeyrinə ümumilikdə 145.417 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı mənzilinə, X6 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 56A saylı evin 18 saylı mənzilinə, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 106/68 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə qismən ləğv edilmiş, İddiaçı, X4 və X7 müştərək qaydada ilkin kredit razılaşması üzrə 408 ABŞ dolları faiz məbləği, digər kredit razılaşması üzrə 80999 ABŞ dolları əsas borc və 29018 ABŞ dolları məbləğində pulun al ınaraq iddiaçı Cavabdeh1 QSC-yə verilməsi, tutmanın X6 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 56A saylı evin 18 saylı mənzilinə yönəldilməsi hissəsində rədd edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı mənzilinin ilkin satış qiymətinin 42.500 manat, Sumqayıt şəhəri, 2-ci məhəllə, 106/68 saylı evin 16 saylı mənzilinin ilkin satış qiymətinin 77.500 manat müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək X6 məxsus Sumqayıt şəhəri, 13-cü mik rorayon, ev 56A, 18 saylı mənzilin hərracdan çıxarılması, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 76/114, 2 saylı mənzilin, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 56A, 18 saylı mənzilin qiymətinin müəyyən edilməsi, hərracın dayandırılması və Cavabdeh2 icra qərarının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, açıq hərraca çıxarılmış mənzillərin ilkin satış qiymətləri həmin əmlakların real qiymətlərini əks etdirmir, lakin apellyasiya məhkəməsi qeyd edilən hallara düzgün hüquqi qiymət verməməklə, maddi və prosessual hüquq normalarını pozmaqla qətna mə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 56A saylı evin 18 saylı mənzilinin hərrac dan çıxarılması, Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı mənzilinin və Sumqayıt şəhəri, 13-cü mikrorayon, 56A saylı evin 18 saylı mənzilinin qiymətinin müəyyən edilməsi və hərracın dayandırılması barədə tələb irəli sürmüşdür. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı və Sumqayıt şəhəri, 2-ci məhəllə, 106/68 saylı evin 16 saylı mənzillərinin hərracda ilkin satış qiymətinin müəyyən edilməsinə dair tələbin rədd edilməsi hissəsində yoxlamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanl a ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əml ak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqavilələri üzrə tələb ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı və Sumqayıt şəhəri, 2-ci məhəllə, 106/68 saylı evin 16 saylı mənzillərinə yönəldilmiş, Sumqayıt şəhəri, 14-cü məhəllə, 76/114 saylı evin 2 saylı mənzilinin ilkin satış qiyməti 42.500 manat, Sumqayıt şəhəri, 2-ci məhəllə, 106/68 saylı evin 16 saylı mə nzilinin ilkin satış qiyməti 77.500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə icra haqqında qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar