Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn münasibətlər, kredit borcunun tutulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1554/2024 nömrəli, 10 dekabr 2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 1363 manat dəyərində bir ədəd “Hisensi 4 *k*Curved*TV*-49 3te49g1733i201g5d110012 serial kodlu markalı televizoru 12 ay müddətinə, aylıq ödəniş 114 manat olmaqla X1. Eyni tarixli, 000419 nömrəli zaminlik müqaviləsinə əsasən X5 borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 3250 manat məbləğində bir ədəd “Samsung WW-65K-52E-69S-(6.5*KQ) 007M5LWN 900969” serial kodlu, 1 ədəd “Eurolux RF-400-HNF-2BG*(60SM/185) Erlza9d **********04220122 serial kodlu markalı paltaryuyanı və soyuducunu 24 ay müddətinə, aylıq 136 manat ödənilməklə İddiaçı satmı şdır.
2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X9 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan İddiaçı öhdəliklərinə zamin durmuşdur. 3. 6 aprel 2021-ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 7470 manat məbləğində bir ədəd sep əyarı 585, ümumi çəkisi 7,9 qram, 1 ədəd qolbaq-nal əyarı 585, ümumi çəkisi 12,8 qram, 1 ədəd sırğa-halqa əyarı 585, ümumi çəkisi 5,2 qram, 1 ədəd üzük dördkünc ağ qaş əyarı 585, ümumi çəkisi 2,7 qram, 1 ədəd qolbaq tifanny əyarı 585 ümumi çəkisi 9,7 qram olan malı 18 ay müddətinə, hər ay 415 manat ödənilməklə X1.
4. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X7 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 5. 6 okt yabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 6090 manat məbləğində bir ədəd üzük əyarı 750, ümumiçəkisi 4.40 qram, 1ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 4,31 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 8.70 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 254 manat ödənilməklə X2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan X10 öhdəlikləri üzrə zamin durmuşdur. 6. 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 4570 manat məbləğində bir ədəd qolbaq-gözmuncuq əyarı 585, ümumi çəkisi 8,4 qram, 1 ədəd üzük-qadın əyarı 750, ümumi çəkisi 4,3 qram, 1 ədəd sırğa əyarı 585, ümumi çəkisi 4,8 qram, 1 ədəd sep-ağac əyarı 585, ümumi çəkisi 3,4 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 191 manat ödənilməklə, hər cari ayın 30-u tarixinədək ödənilməsi şərtilə İddiaçı satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X9 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı satqı müqaviləsi üzrə İddiaçı öhdəlikləri üzrə zamin durmuşdur.
7. Prestij Home MMC iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X15 və X3 cəmi 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X15 və X4 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 16340 manat, 80 qəpik, 16 mart 2021-ci i l tarixli, 000307 nömrəli müqavilə üzrə 7552 manat, 50 qəpik və 206 manat dövlət rüsumu olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X14 ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X15 və X3 borc-610 manat, cərimə 362 manat, 80 qəpik, gecikmə 60 gün olmaqla, cəmi ödəniləcək məbləğ 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 borc-2900 manat, cərimə 2505 manat, gecikmə 86 gün olmaqla, cəmi ödəniləcək məbləğ 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X15 və X4 borc- 4150 manat, cərimə 3735 manat, gecikmə 90 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəlimüqavilə üzrə cavabdeh İddiaçı borc- 5836 manat,cərimə 10504 manat, gecikmə 180 gün olmaqla, cəmi ödəniləcək məbləğ 16340,80 manat, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə borc 3950 manat, cərimə 3602,50 manat, gecikmə 92 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7552,50 manat olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X14 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Prestij Home MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X15 və X3 müştərək qaydada 610 (altı yüz on) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat qalıq borcun, 1000 (bir min) manat cərimə borcunun, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə cavabdehlər X15 və X4 müştərək qaydada 4150 (dörd min bir yüz əlli) manat qalıq borcun, 1400 (bir min dörd yüz) manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı 5836 (beş min səkkiz yüz otuzaltı) manat qalıq borcun, 3500 (üç min beş yüz) manat cərimə borcunun,16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat qalıq borcun, 1300 (bir min üç yüz) manat cərimə borcu məbləğində pulun iddiaçı Prestij Home MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 (biryüz əlli) manat hissəsinin cavabdehlər X5, İddia çı, X11, X15 və X4 müştərək qaydada alınaraq iddiaçı Prestij Home MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin (X22) 2(106)-140/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilməsi və İddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir.
10. Ali Məhkəmənin 2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
11. İddiaçı Cavabdeh qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh 5525 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6611 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC ilə bağlanılan müqavilələr üzrə qətnamədə qeyd edilən məbləğlərdən daha artıq məbləğ ödəmişdir. Belə ki, İddiaçı tərəfindən "xxxx" MMCnin təsisçisi Cavabdeh məxsus 5310 4637 3119 9216 nömrəli “Nikoylbank” kartı hesabına "xxxx" ASC vasitəsilə 4756 manat məbləğində pul vəsaiti, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitə silə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə isə 769 manat, ümumilikdə 5525 manat ödəniş etmişdir. Ödənişlər İddiaçı məxsus 540408......5723 nömrəli, 416973......7525 nömrəli kart hesablarından və “milliön” aparatından ödənilmişdir. Buna səbəb isə iddiaçı hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşadığı üçün yalnız ilin müəyyən vaxtlarında Astara rayonuna getdiyi üçün müqavilə bağlanan zaman MMC-nin təsisçisi Cavabdeh iddiaçıya Astara rayonuna gələn zaman müqavilə üzrə ödənişləri nağd formada, Astara rayonuna gələ bilmədikdə isə Cavabdeh məxsus karta və hesaba müqavilə üzrə ödənişləri edə biləcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ona məxsus 168566, Pin kod xxxxxxx nömrəli “Yelobank”-dakı hesabı və **********1199216 nömrəli “Nikoyl"ban k”dakı kart hesabını iddiaçıya vermişdir. İddiaçı isə Astara rayonuna gedən zaman ödənişləri nağd qaydada, qalan vaxtlarda isə MMC-nin təsisçisi olmuş Cavabdeh məxsus kart hesabına və “Yelobank”-dakı hesabına ödənişlər etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 5310 4367 3119 9216 dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Bundan başqa, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin, ümumilikdə 769 manat təşkil etdiyi müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiy a Məhkəməsinin (X22) Mülki Kollegiyası 2(106)140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədə qeyd edir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və “e-Manat” ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır. Göründüyü kimi, məhkəmə öz qətnaməsi ilə təsdiq etmişdir ki, İddiaçı tərəfindən əlavə ödənişlər edilmişdir. Lakin İddiaçı tərəfindən qeyd edilən karta və hesaba edilən ödənişlərin müqavilə üzrə "xxxx" MMC-yə ödənildiyi öz təsdiqini tapmadığı üçün həmin borcdan çıxılmamışdır. Qeyd etdiyi kimi həmin ödənişlərin iddiaçı tərəfindən edildiyi öz təsdiqini məhkəmə qətnaməsi ilə tapdığı üçün məhkəmə iddiaçının cavabdehdən tələb etmək hüququnu tanımışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 5525 manat vəsaitin, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6611 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı qaldırılmış iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, İddiaçı tərəfindən 531 0 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə ümumilikdə 4756 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa e-Manat ödəniş üsuli ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsi ilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlər ümumilikdə 769 manat təşkil edir. İddiaçı həmin məbləğləri birdəfəlik və təkcə özünün borcuna görə deyil, həmdə "xxxx" MMC-də nisyə mal götürmüş qohumlarının borcunuda 5310 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə ödənilməsini təmin etmişdir. Yəni hər ay qohumlarının borclarıda nəzərə almaqla pul ödəmişdir. Ödənilmiş pul məbləğləri konkret müqavilə və şəxslərə görə ödənilməmişdir. Həmin ödənilmiş pul məbləğləri "xxxx" MMC tərəfindən borclu olan şəxslərin adına sənədlər tərtib edilmişdir. B unları ekspertiza rəyləri və 2(106) 140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilir. Belə ki, qətnamədən və ekspert rəyindən görünür ki, həmin tarixli ödənişlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş kassa mədaxil orderləri və ödənişləri özündə əks etdirən cədvəl məlumatlarında öz əksinin tapdığı müəyyən edilmişdir. Tərtib edilmiş mədaxil orderlərinə görə 5310 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə daxil olmuş 4756 manat pul vəsaiti 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021- ci il tarixli, 000450 nömrəli, 16 mart 2021 nömrəli müqavilələr üzrə və digər müqavilər üzrə borca hesablanmışdır. Bunları həmin müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlləridə təsdiq edir. 16 mart 2021-ci il tarixli, 0003 06 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021 nömrəli müqavilələr üzrə İddiaçı başqa, həmin müqavilər üzrə borclu olan şəxslər tərəfindən "xxxx" MMC-nin hesabına pul vəsaiti köçürülməsini təsdiq edən heç bir sənəd və sübut yoxdur. İddiaçı başqa həmin müqavilələr üzrə ödəniş edilməsinə dair sənəd və sübut məhkəməyə təqdim edilsə, həmin məbləğlərin ondan tələb olunması qanuni hesab edilə bilər. Ona görə də Mülki Məcəllənin 1091-ci maddəsinin ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Belə ki, o "xxxx" MMC-nin təsisçilərindən biridir. Bu da hərəkətlərin qanuniliyini təsdiq edir. Göstərilənləri nəzərə alıb iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
14. Astara Rayon Məhkəməsinin 2(018)-331/2024 nömrəli iş üzrə 5 avqust 2024cü il tarix li qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 saylı qətnaməsi ilə İddiaçı və X6 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilməsi qət edilmişdir. Apellyasiya məh kəməsinin qeyd olunan qətnaməsi kassasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda da həmin qətnamələrlə müəyyən edilən pul vəsaitlərindən başqa hər-hansı pulun İddiaçı tərəfindən Cavabdeh artıq ödənildiyi müəyyən olunmur.
16. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı əsassız varlama ilə bağlı tələbinin maddi və prosessual əsaslarının olmadığını, tərəflər arasında bu işlə bağlı qanuni qüvvədə olan məhkəmə aktlarının olmasını, həmin iş üzrə çıxarılmış apellyasiya məhkəməsinin qətnaməsinin hazırda da icra mərhələsində olmasını nəzərə alaraq iddia tələbinin əsassız olduğunu hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMC ilə bir neçə müqavilə bağlamış və müqavilə şərtlərinə uyğun müvafiq mallar götürmüş və malların dəyərini tərəflər arasında razılaşdırılmış müddətlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının əri faciəli şəkildə öldüyündən iki uşağı ilə tək qalan cavabdeh ödənişləri vaxtında ödəyə bilmədiyi üçün tərəflər arasında mübahisə yaranmış və Astara Rayon Məhkəməsinin (M.Məmmədov) 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli 000419 nömrəli müqavilə üzrə cavabdehlər X15 və X3 müştərək qaydada 610 manat qalıq borcun, 100 manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli 000306 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 2900 manat qalıq borcun, 1000 manat cərimə borcunun, 06 aprel 2021-ci il tarixli 000331 nömrəli müqavilə üzrə X15 və X4 müştərək qaydada 4150 manat qalıq borcun, 1400 manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə İddiaçı 5836 manat qalıq borcun, 3500 manat cərimə borcunun,16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3950 manat qalıq borcun, 1300 manat cərimə borcu məbləğində pulun "xxxx" MMC-yə verilməsi, iddiaçı tə rəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin X5, İddiaçı, X11, X15 və X4 müştərək qaydada alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(018)730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli və 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci i l tarixli 000306 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 2162 manat qalıq borcun, 100 manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə İddiaçı 5836 manat qalıq borcun, 100 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 manat qalıq borcun, 100 manat cərimə borcunun tutulub “Prestij Home MMC”-yə ödənilməsi və iddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(1 06)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən aydın olur ki, "xxxx" MMC-nin təqdim etdiyi və məhkəmə tərəfindən qəbul edildiyi "xxxx" MMC-yə ödənişlərdən əlavə iddiaçı tərəfindən Cavabdeh məxsus 5310 4637 3119 9216 nömrəli Nikoyl bank kartı hesabına "xxxx" ASC vasitəsilə 4756 manat məbləğində, 168566 nömrəli müştəri hesab nömrəsinə isə 769 manat, ümumilikdə 5525 manat ödəniş edilmişdir. Bu fakt qətnamə ilə öz təsdiqini tapmışdır. Lakin bu ödəniş "xxxx" MMC-nin ödənişlərinə aid edilmədiyindən "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabı na silindiyi müəyyən edilmir. Ona görə də, həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ olduğu ona izah edilmişdir. Göründüyü kimi həmin ödənişlərin iddiaçı tərəfindən edildiyi, Cavabdeh tərəfindən alındığı öz təsdiqini məhkəmə qətnaməsi ilə tapdığı üçün məhkəmə iddiaçının Cavabdeh tələb etmək hüququnu tanımışdır. Lakin Astara Rayon Məhkəməsi iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmiş hüququnu tanımamış, üstəlik yuxarı instansiya məhkəmələri (Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə) tərəfindən tanınmış bu hüququ əsassız və qanunsuz hesab etmişdir. Halbuki, Şirvan Apellyasiya Məhkəməsi 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh hesabına ödədiyi p ul məbləğini cavabdehdən tələb etmək hüququnu açıq-aşkar tanımış və Ali Məhkəmə bu hüququ təsdiq etmişdir. Astara rayon Məhkəməsinin 2(018)331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunvericiliyə zidd qəbul edildiyi üçün ləğv edilməli və iddia təmin edilməlidir. Astara Rayon Məhkəməsi Cavabdeh xeyrinə məhkəmə prosesini yekunlaşdırmaq məqsədilə iddiaçının qanunvericiliyə uyğun şəkildə verilmiş hüququnu əsassız və qanunsuz hesab etmiş və MPM-in sözügedən müddəalarını kobud şəkildə pozmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları nəzərə almadığından əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, təqdim edilmiş sübutlara münasibət bildirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın əsas ını təşkil edən MPM-in 82.3-cü maddəsinə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmiş, əksinə tərəfimizdən təqdim edilmiş iş üzrə əhəmiyyətli sübutlar isə məhkəmə tərəfindən cavabdehin xeyrinə təkzib edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1554/2024 nömrəli mülki iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-331/2024 saylı 5 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsassız varlanma üzrə 5525 (beş min beş yüz iyirmi beş) manat, vəkilə ödənilmiş xidmət haqqı qismində 500 (beş yüz) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi olaraq 56 (əlli altı) manatın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi olaraq 30 (otuz) manatın, ümumilikdə 6111 (altı min yüz on bir) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış dır.
22. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə 4756 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan əlavə, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin ümumilikdə 769 manat təşkil etdiyi görünür. Şirvan Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsində qeyd edilmişdir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və “eManat” ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 20 21-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə də, həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır.
23. İddia tələbinin 500 manat nəqliyyat xərcinin tutulması hissədə təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, həmin hissədə iddianın təmini üçün əsaslar müəyyən edilmir.
24. Məhkəmə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 1091-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət o nunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Həmçinin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin preyudisial məhkəmə aktı kimi qiymətləndirilməsi Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 23 fevral 2016-cı il qərarda əks edilən hüquqi mövqeyinə də uyğun olmamışdır. Həmin qərarda hüquqi mövqe belə olmuşdur ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, əsa ssız varlanmaya görə pul tələbi ilə bağlı məhkəmə araşdırma aparmamış, iddiaçının (cavabdeh) istinad etdiyi dəlilləri araşdırmamış, əsassız varlanmaya görə məhkəməyə müraciət edilməsini xx.xx.2023-cü il tarixli qətnaməsində ifadə edilmişdir. Bunlara əsasən, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi tərəflər üçün preyudisial xarakterli qətnamə hesab edilə bilməz. Belə ki, Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-202/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdehin mübahisələndirdiyi məsələ onun iddiaçıya olan borcun məbləğidir. Belə ki, cavabdeh iddiaçının təsisçisi olan Cavabdeh ödənilən vəsaitləri borcun silinməsinə hesablanmasını tələb edir. Cavabdehin bu dəlili üzrə qeyd olunmalıdır ki, MMC-nin təsisçisi olsa da, onun qanuni nümayəndə si və ya öhdəliklərin icrasını qəbul etməyə səlahiyyətli olan şəxs olmamışdır. Belə olan halda isə, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən icranın ixtiyarlı olmayan şəxsə icra etməməsinin nəticələrinin riski məhz cavabdehin üzərinə düşür. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və “eManat” ödəniş üsulu ilə aparılmış ödənişlərin borc hesabına silinməsindən imtina etmiş və cavabdehə həmin pul məbləğini əsassız varlanan şəxsdən tələb etmək hüququnu izah etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin preyudisial məhkəmə aktı kimi qiymətləndirilməsi Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il qərarında əks edilən hüquqi mövqeyinə ziddir və bunları kassasiya mə hkəməsi tərəfindən nəzərə almağı tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin mənasına görə, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüq uqi nəticələr yaradır. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququ isə bərpa edilməlidir. Göründüyü kimi əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ o halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106) 1554/2024 saylı qətnaməsindən İddiaçı həqiqətən əmlak itkisinə məruz qaldığı sübutlarla təsdiq olunmur. Belə ki, kassa mədaxil orderlərində göstərilmiş pul məbləğləri Cavabdeh bank kartına və “eManat” ödəniş üsulu ilə köçürülmüş pullar deyilsə, həmin pul vəsaitindən başqa İddiaçı "xxxx" MMC-nin hesabına nisyə-alğı müqaviləri üzrə pul köçürməsi təsdiq olmur. Qətnamələrlə müəyyən edilən pul vəsaitlərindən başqa, hər-hansı pul vəsaitin İddiaçı tərəfindən Cavabdeh artıq ö dənildiyi müəyyən edilmir. Kassa mədaxil orderlərində göstərilmiş məbləğlər nisyə alqısatqı müqavilələri üzrə pul vəsaitləri bilavasitə İddiaçı tərəfindən deyil, Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına köçürüldüyü kassa mədaxil orderləri ilə təsdiq olunur. Əgər həmin pul vəsaitləri”Prestij-Home “MMC-nin hesabına bilavasitə İddiaçı tərəfindən köçürülsəydi, kassa mədaxil orderlərində İddiaçı imzası olmalıdır. Kassa mədaxil orderlərində İddiaçı imzasının olmaması onu göstərir ki, pulları "xxxx" MMC-nin hesabına İddiaçı deyil, Cavabdeh köçürmüşdür. Cavabdeh bank kartına və “eManat” ödəniş üsulu ilə köçürülmüş pul vəsaitləri "xxxx" MMC-nin hesabına 16 mart 2021-ci il, tarixli 306 nömrəli, 16 mart 2021-ci il tarixli 307 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 450 nömrəli müqavilər üzrə köçürü ldüyündən pul vəsaitlərinə dair kassa mədaxil orderləri tərtib edilmişdür. Həmin köçürülmüş pul vəsaitləri İddiaçı (hər halda bu nağd qaydada olmalı idi) tərəfindən deyil, Cavabdeh bank kartına və “eManat” ödəniş üsulu ilə köçürülmüş pul vəsaitləridir. Əgər həmin pul vəsaitləri İddiaçı tərəfindən nağd qaydada köçürülsəydi, kassa mədaxil orderlərində İddiaçı imzası olmalı və orderin surəti borclu, yəni pul köçürən şəxsə təqdim edilməlidir. Cavabdeh tərəfindən köçürülmüş pul vəsaitlərinə dair tərtib edilmiş kassa mədaxil orderlərində borclu şəxs, yəni İddiaçı imza etməmiş, kassa mədaxil orderinin surətləri götürülməmişdir. İddiaçı tərəfindən nisyə alğı-satğı müqavilələri üzrə borcu nağd qaydada ödəsəydi, kassa mədaxil orderlərində imzası və surətləri ona verilərdi. Kassa mədaxil orderin su rətləri İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, İddiaçı borc üzrə pul vəsaitlərini özü nağd qaydada köçürməmiş, hansı qaydada köçürüldüyü məlum deyildir. Bununla da təsdiq olunmuşdur ki, kassa mədaxil orderləri Cavabdeh Bank kartlarına və “eManat” üsulu ilə ödənilmiş pul vəsaitlərinə görə tərtib edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin arayışıda bunları təsdiq edir. Suallar doğuran bu halların araşdırılması Şirvan Apelyasiya Məhkəməsinın qətnaməsindən görünmür. Digər tərəfdən, apellyasiya məhkəməsi ekspert rəyində İddiaçı tərəfindən Cavabdeh bank kartlarına borca görə köçürülmüş pulların 16 mart 2021-ci il tarixli 306 nömrəli, 16 oktyabr 2021-ci il tarixli 307 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 450 nömrəli müqavilələr üzrə silinməsini öz əksini tapmadığına ə saslanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(106)1554/2024 saylı qətnaməsində həmin dəlillərə istinad etsədə, həmin tarixli ödənişlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş kassa mədaxil orderləri və ödənişləri özündə əks etdirən cədvəl məlumatlarında əksini tapdığına münasibət bildirməmişdir. Bunları da ekspert rəyi və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-140/2023 saylı qətnaməsi təsdiq etmişdir. Həmin dəlillər üzrə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-140/2023 saylı qətnaməsinə və 20 dekabr 2024-cü il tarixli, 2(106) 1554/2024 saylı qətnaməsinə görə araşdırma aparılmadığı təsdiq olunur. Bunların əsasları qətnamələrdə göstərilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin həmin dəlilləri araşdırmaması məhkəmən in 20 dekabr 2024-cü il tarixli, 2(106)1554/2024 saylı qətnaməsinin qanuni və əsaslı olduğunu təsdiq etmir. Bu əsaslara görə Şirvan Apelyasiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(106) 1554/2024 saylı qətnaməsinin ləğv edilməsi və həmin dəlillərin araşdırılması ilə bağlı apellyasiya instansiya məhkəməsinə göndərilməsi tələb olunur. İddiaçı tərəfindən Cavabdeh bank kartlarına və “eManat” ödəmə üsulu ilə köçülmüş pul vəsaitləri 16 mart 2021-ci il, tarixli 306 nömrəli, 16 mart 2021-ci il tarixli 307 nömrıli, 06 oktyabr 2021-ci il tarixli 450 nömrəli müqavilələr üzrə köçürüldüyü kassa mədaxil orderləri təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən Cavabdeh bank kartına və “eManat” ödəmə üsulu ilə pul köçürüləndə müqavilərin nömrə və tarixləri göstərmək praktiki cəhətdən m ümkünsüzlüyü nəzərə almaq lazımdır. Həmçinin, həmin məbləğdə köçürülən pul birdəfəlik deyil, hissə-hissə köçürülmüşdür. Bunlar ekspert rəyi ilə təsdiq olunur. Müqavilələr üzrə tərtib edilmiş kassa mədaxil orderlərində göstərilmiş məbləğlər Cavabdeh kartılarına və “e-Manat” üsulu ilə köçürülmüş pullar deyilsə, İddiaçı digər pul köçürülməsidə təsdiq olunmur. Bunları apelyasiya məhkəməsi araşdırmamışdır. Halbuki həmin pullardan başqa, "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən pul köçürülməmiş və digər pul köçürülməsini təsdiq edən sübutlarda istisna təşkil edir. İddiaçı tərəfindən Cavabdeh bank kartlarına və “eManat” ödəmə üsulu ilə köçürülmüş pullar tərtib edilmiş kassa mədaxil orderlərində göstərilmiş pullar deyilsə, mədaxil orderlərində və ödəmə cədvəlində göstərilmiş pul məbləğləri hansı pullar olduğuna dair apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Qətnaməyə əsasən məhkəmə tərəfindən göstərilən dəlillərlə bağlı araşdırma aparılmadığına görə Cavabdeh əsassız varlanmaya görə pul tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
28. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106, 217.1, 217.2, 217.3, 218.1, 392.1.5 və 392.2-ci maddələrinə istinad edilərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi hazırkı mübahisəyə baxılmasında sübut kimi qiymətləndirilməlidir, həmin qə tnamə ildə cavabbeh Cavabdeh iddiaçının hesabına əsasız olaraq varlanması müəyyən edilmişdir.
43. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir, bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1554/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.