Məhkəmə qərarları › İş №2(102)-993/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-993/2025

10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı Cavabdeh müxtəlif tarixlərdə hissə-hissə olmaqla pul borc vermişdir.

2. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh 70000 manat borc verməsi, sonuncunun həmin pulu qaytarmaqdan imtina etməsi barədə ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 70.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 300 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh mebel satışı ilə məşğul olmuş, dəfələrlə iddiaçıdan borca pul almış və qaytarmışdır. 2021-ci ilin may ayında iddiaçı idarə etdiyi, oğlu Davud Orucovun adına olan “Mercedes” markalı yük avtomobilini 60000 manata satmış, Almaniyadan 3 ay sonra gələcək “Mercedes” markalı təzə model yük avtomobilini almağı planlaşdırmışdır. Bu barədə məlumatı olan cavabdeh həmin pulu üç ay müddətinə, yəni yeni avtomobil gələnə kimi ona verməsini iddiaçıdan xahiş etmiş, həmin 60000 manatı öz ticarət dövriyyəsinə əlavə edib, 3 ay ərzində xeyli miqdarda gəlir əldə edəcəyini, bunun müqabilində ona hər ay 3000 manat verəcəyini söz vermişdir. İddiaçı 60000 manat pulu 2 dəfə olmaqla, cavabdehə nağd şəklində vermişdir. Sübhan pulu alandan sonra ilk üç ay ərzində qazancdan hər ay ona 3000 manat pul vermiş, 2021ci ilin sentyabr ayında şifahi razılaşdıqları kimi, cavabdehdən ona verdiyi 60000 manatı tələb etmişdir. 2021-ci il oktyabr ayının sonunda cava bdeh bildirmişdir ki, bankdan kredit götürmüşdür, ödəməkdə gecikməsi olduğu üçün ona yeni kredit verilməyəcəkdir. Ona görə də, iddiaçıya bildirmişdir ki, 10000 manat pul tapıb versə o, həmin pulu banka ödəyəcək və adına olan kreditdə problem yaranmayacağı üçün ona ayrılmış kredit xətti üzrə bankdan əlavə 150.000 manat kredit götürə biləcək, götürəcəyi həmin kreditdən ona olan 60000 manat əvvəlki borcu və verəcəyi əlavə 10000 manat da olmaqla, cəmi 70000 manat pulu 2021-ci il dekabr ayının sonunda verəcəkdir. İddiaçı əlacsız qalıb bu təkliflə razılaşmış, 2021-ci ilin noyabr ayında 10000 manat pulu tanışı X3 yanında Cavabdeh vermişdir. Cavabdeh 10000 manat pulu ondan alandan sonra mağazadakı dəftərdə öz xətti ilə qeyd etmişdir ki, ona 70000 manat borcu vardır. Dekabr ayının sonunda iddiaçı c avabdehlə əlaqə saxlayıb borcunu qaytarmasını tələb etmiş, Sübhan isə ona bildirmişdir ki, bankdan götürdüyü əvvəlki kreditə görə gecikmə olduğu üçün ona yeni kredit verməkdən imtina etmişlər. İddiaçı sonuncu dəfə verdiyi 10000 manatı və əvvəlki verdiyi 60000 manatın yarısını qaytarılmasını tələb etmiş, cavabdeh isə cəmi 1000 manat pul vermiş və bu ay onun qazancından ona düşən hissə olduğunu bildirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb, pulu qaytarmamışdır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, o, 05 aprel 2016-cı ildə iddiaçıdan faizə 10000 manat pul almış, pulu verərkən iddiaçı 600 manatı faizə çıxmış, ona 9400 manat pul vermişdir. Bundan sonra 2020-ci ildə o, iki dəfə olmaqla yenə iddiaçıdan 10000 manat faizlə pul götürmüş, hər də fəsində iddiaçı puldan 600 manat faiz pulu olaraq götürüb ona 9400 manat pul vermişdir. Pul götürdükdən sonra o, cavabdehə 4 dəfə hər ay 3500 manatdan olmaqla faiz qismində pul ödəmişdir. Sonradan iddiaçı ondan onu işinə şərik qoşmasını tələb etmiş, o, razılaşmamış, bundan sonra iddiaçı faizi qaldırmışdır. O, 30000 manat pulu tam qaytara bilmədiyi üçün hər ay 3500 manat ödəmişdir. Sonradan imkanı olmadığı üçün hər ay 3000 manatdan ödəniş etmiş, 10 dəfəyə iddiaçıya 30000 manat pul vermişdir. Bundan əlavə isə, iddiaçıya bir dəfə 2000 manat, bir dəfə isə 1500 manat ödəniş etmişdir. O, bu barədə dəftərində də qeydiyyat aparmışdır. Pandemiya zamanı ödəniş edə bilmədiyi üçün iddiaçı ondan “İrşad”-a məxsus icarə haqqı kartını istəmiş, o, kartını iddiaçıya vermişdir. Kartı verməmişdən əvvəl o, idd iaçıya vergi və bank borcu olması ilə əlaqədar pulun kartdan silinməsini bildirmişdir. Karta bir dəfə 5500 manat pul köçmüş, iddiaçı onun oğlu Röyalla gedib həmin vəsaiti çıxarmış, 2000 manatını iddiaçıya vermiş, 3500 manatı isə özü götürmüşdür. Onun tələb edilən məbləğdə iddiaçıya borcu yoxdur, təxminən iddiaçıya 50000 manat pul ödəmiş, təxmini iddiaçıya 18000-20000 manat borcu qala bilər. Cavabdeh iddianın qismən, yəni 18000-20000 manat civarında təmin edilməsinə etiraz etməmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı cavabdehə borca pul verəndə o iştirak etmiş, iddiaçı cavabdehə ümumilikdə 70000 manat borca pul vermiş, dəfələrlə iddiaçı onunla cavabdehin yanına gedib və ya onun yanında zəng edib borcunu tələb etmiş, cavabde h hər dəfə tələsməməsini, borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh iddiaçıya olan 70000 borcunu qaytarmamışdır.

7. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Sabirabad Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyir. 2022-ci ilin payız ayında iddiaçı ona bildirmişdir ki, cavabdehin 70000 manat borcu var və qaytarmır. Cavabdehi tanıdığı və münasibəti olduğu üçün iddiaçı cavabdehdən pulun alınmasında köməklik etməsini istəmişdir. Cavabdeh heç kimə borcu olmadığını bildirmiş, o, bu barədə iddiaçıya bildirdikdə, sonuncu cavabdehin yalan danışdığını, “İrşad”ın icra haqqı kartını cavabdehin iddiaçıya verdiyini bildirmişdir. Daha sonra cavabdehi yenə gördükdə və bu barədə bildirdikdə, sonuncu borcunu etiraf etmiş, imkanı olmadığından bu günə kimi borcunu ödəyə bilmədiyi, lakin marta qədər tam ödəyəcəyini ona bildirmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, cavabdehin mebel mağazasının işlək vəziyyətə gətirilməsi üçün sərmayə qoymuş, buna görə də hər ay cavabdeh ona qazancından müəyyən faizlər ödəyir. Özü xəstə və yaşlı olduğu üçün mağazaya arabir gedib gəlir. Aylıq dərmanları 580 manat etdiyi üçün həmin vəsaitin 350 manatını özü təqaüdü ilə ödədiyi, qalanını isə cavabdeh ödəmişdir. İddiaçını tanımır, sonuncunu bir neçə dəfə cavabdehdən pul götürməyə gedəndə mağazada görmüş, həmin şəxsin kimliyini soruşmuş, cavabdeh iddiaçıdan faizlə pul aldığını, ona faiz verdiyini bildirmişdir. O, cavabdehin iddiaçıdan nə qədər pul alması barədə maraqlanmamışdır.

9. Məhkəmədə şahid qismində dindirilm iş X4 ifadəsində göstərmişdir ki, o, cavabdehin mağazasında fəhlə işləyir. Cavabdehin bildirməsinə görə o, iddiaçıdan 30000 manat faizlə borca pul almış, ayda 2500-3000 manat ödəniş edir. 30000 manat borcun verilməsini görməmiş, cavabdehdən eşitmişdir. O, cavabdehin iddiaçıya 5-6 dəfə olmaqla, hər ay 2500-3000 manat pul verməsini görmüşdür.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, cavabdehin oğludur. 2020-ci ildə atasının yanına gedib-gələndə iddiaçını görmüş, sonradan bilmişdir ki, atası həmin şəxsdən borca pul almışdır. Bir dəfə atası “İrşad”ın kartını verərək demişdir ki, 5500 manat kartda pul var, gedib iddiaçı ilə çıxartsın. O da, iddiaçı ilə gedib pulu çıxarmış, mağazaya qayıtmış, pulu və kartı atasına vermiş, atası həmin puld an 2000 manatını iddiaçıya vermişdir. O, atasının iddiaçıdan nə qədər borc almasını, həmin şəxsə pul qaytarıb-qaytarmadığını bilməmişdir.

11. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 nömrəli qətnaməsi ilə (hakim S.M.Allahverdiyev) iddia təmin edilmiş, Cavabdeh 70000 manat borcun və dövlət rüsumu kimi ödədiyi 300 manatın, cəmi 70300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pul vəsaitindən əlavə həyata keçirdiyi iş fəaliyyəti ilə bağlı əldə edəcəyi gəlirdən pay verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən hallar tərəflərin iza hatı, həmçinin məhkəməyə təqdim edilmiş səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Hazırda tərəflər arasında mübahisə borc məbləği ilə əlaqədar yaranmaqdadır. İddiaçı borc verdiyi pulun ona qaytarılmadığını iddia edir, cavabdeh isə həmin pulun əksər hissəsinin qaytarılmasını, iddiaçıya maksimum 18000-20000 manat civarında borcu bildirir və bu hissədə iddianın təmin edilməsinə etiraz etmir.

13. Birinci instansiya məhkəməsi tərəflərin mövqeləri ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayına aid səs yazısında iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmiş, həmin məbləğlə bağlı iddiaçıya hər hansı etirazını bildirməmişdir. Əksinə, cavabdeh tərəf bir tərəfdən iddiaçıdan ümumilikdə 30000 manat borc pul alınmasını, bir tərəfdən səs yazısında əksini tapan 21000 manat ödənişin hazırki borcdan ödəniş kimi nəzərə alınmalı olmasını, bir tərəfdən səs yazısında iddiaçıya 30000-40000 manat borcu olduğunu, digər tərəfdən hazırki halda iddianın maksimum 18000-20000 manat civarında təmin edilməsinə etirazının olmamasını bildirməklə, tələblə bağlı ziddiyyətli mövqe nümayiş etdirmişdir.

14. Digər tərəfdən iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh iddiaçıya 68500 manat pul qaytarmasını, hazırki məhkəmə araşdırması zamanı isə 50000 manat ödəniş etməsini bildirməklə yenə də ziddiyyətli mövqe nümayiş etdirmiş, bu ziddiyyətin yaranma səbəbini izah edə bilməmişdir.

15. Bundan başqa, tədqiq edilən səs yazısından aydın olmuşdur ki, tərəflər arasında yaranmış borc məbləğ i ilə bağlı cavabdehdə müvafiq qeydiyyat dəftəri mövcud olmuş, məhkəməyəqədərki mərhələdə tərəflər arasında danışıqlar gedərkən iddiaçı cavabdehdən həmin dəftəri gətirməsini, borcu aydınlaşdırmalarını tələb etsə də, cavabdeh həmin an razılıq ifadə etməmiş, lakin məhkəmə araşdırması zamanı məhkəməyə borc məbləğinin qeydiyyatı ilə bağlı dəftər təqdim etmişdir ki, həmin dəftər də tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin vurğuladığı kimi dəftərdə əksini tapan borc məbləğlərinin qeydiyyatının başlanğıc tarixi 2010-cu ilə aid dövrdən başlansa da, dəftərin istehsal tarixi 2017-ci ilə aid olmuşdur. 2017-ci ilin istehsalı olan dəftərə 2010-cu ilə aid məlumatların hansı qaydada əks etdirilməsi, bu dəftərdəki məlumatların sübut qismində mötəbərliyi barədə sual oluna rkən isə cavabdeh bu barədə hər hansı mövqe nümayiş etdirə bilməmişdir.

16. Bundan başqa, cavabdeh pulu iddiaçıdan faizlə almasını bildirmiş olsa da, iddiaçının nümayəndəsi və vəkilinin faizin həcmi barədə sualına 10% olaraq cavab vermiş, iddiaçının nümayəndəsi və vəkilinin əgər borc məbləği 30000 manat təşkil etmişdisə, hansı səbəbə bir neçə ay 3500 manatdan ödəniş edilməsi, hansı səbəbdən hər dəfəsinə 10000 manat olmaqla pul verilmişdirsə 10% olaraq həmin puldan 1000 manat çıxılıb pul cavabdehə təqdim edilməsi əvəzinə 600 manat çıxılıb 9600 manat pul təqdimat edilməsi barədə sualına da cavabdeh tərəf hər hansı cavabla qarşılıq verə bilməmişdir.

17. Digər tərəfdən cavabdeh tərəfindən həyata keçirilmiş 2000 manatlıq ödənişin nəzərə alınmalı olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə bağ lı məhkəmə qeyd etmişdir ki, həqiqətən də tərəflər həmin ödənişin 2022-ci ilə aid olmasını mübahisələndirməmişlər. Həmin məbləği iddiaçı 1000 manat, cavabdeh 2000 manat qeyd etsə də, qiymət verilməli və nəzərə alınmalı olan hal odur ki, bu ilin yanvar ayına aid səs yazısında iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmiş, yəni həmin zaman da bu halın iddiaçı tərəfindən nəzərə alınmamasına etirazını bildirməmiş, bununla da cavabdeh dolayısı ilə həmin məbləğin tərəflərin özünün mübahisələndirmədiyi hal olan verilmiş borc məbləğinin qarşılığında cavabdehin qazancından iddiaçıya ödəməyi öhdəsinə götürdüyü pul vəsaitinə aid olduğunu qəbul etmişdir.

18. Son olaraq şahid ifadələrinin mötəbərliyinin qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər bir növ birbaşa və dolayısı ilə cavabdeh tərəflə yaxınlıq münasibətində olduqları üçün onların ifadələri işin obyektiv həllinə xidmət edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlərdən biri cavabdehin oğlu, digəri 15 ildən artıqdır yanında fəhlə işləyən şəxs, digəri isə uzun müddətdir aylıq qazancından müəyyən məbləğdə ödənişlər həyata keçirdiyi, həmin ödənişlərə görə cavabdehə daha bağlı olan şəxsdir.

19. İddiaçının məhkəməyə təqdim etmiş olduğu şahidlərdən X3 ifadəsi mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi şahidlərlə bağlı qeyd edilən xüsusatlar hazırda adı çəkilən şəxsə də aid hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən şəxs iddiaçı ilə həmkəndli olmaqla uzun müddətdir yaxın münasibətdə olduğu şəxsdir. Həmin şəxsin də iddiaçının mənafeyinə uyğun ifadə verməsi, ifadəsində həqiqəti tam əks etdirməməsi mümkün və realdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarix li, 2(106)-129/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)708/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, Cavabdeh 29000 manat pulun, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186,42 manat pul vəsaitinin, cəmi 29186,42 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə iddiaçı tərəfindən tərəflər arasında danışığı əks etdirən CD-disk təqdim edilmiş, həmin d isk tərəflərin, nümayəndə və vəkillərinin iştirakı ilə tədqiq edilmiş, tədqiq edilərkən 03 yanvar 2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehdən ona pul verib-verməyəcəyini soruşmuş, cavabdeh ayın 8-i gəlməsini bildirmiş, iddiaçı ayın 8-i nə dəyişəcəyini soruşmuş, cavabdeh olacağını bildirmiş, iddiaçı ona “krupnı” pul verdiyini, keçən ay 20000 verəcəyini dediyini, vermədiyini, xəstəsi olduğunu, pula ehtiyacı olduğunu bildirmiş, neçə vaxtdır ona pul verdiyi, ala bilmədiyini, ona məhkəməyə düşüb-düşməmələrini sual etmiş, cavabdeh “düşək də” deyə cavab vermiş, daha sonra “70000 sənə əlimlə pul vermişəm, uje polisə düşürəm” deyə bildirmişdir. 24. 08 yanvar 2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehi səsləmiş, gəlmiş, salamlamışlar, iddiaçı ayın 8-ni deməsini xatırlatmış, cavabdeh ona dünən dostunun qardaşlığının gəlməsini demiş, iddiaçı niyə gəlməsini soruşmuş, cavabdeh “sən yollamışdın” deyə cavab vermiş, iddiaçı allaha and içərək inkar etmiş, cavabdehə “demişdin 8-i gəl, ver də pulu” demiş, cavabdeh müsbət cavab vermədiyi üçün iddiaçı “sənə demişdim də yalan deyirsən 8-i olacaq 15-i, 15-i olacaq 20-si, 20-si olacaq 30-u. Demişdim də belə davam edəcək 2021-ci ilin sentyabr ayında bu belə davam edir”, cavabdeh imkanı olmadığını, televizor alanın gəlib pulunu istədiyini, malları nisyə buraxdığını bildirmiş, iddiaçı bunların ona maraqlı olmadığını, əli ilə ona 70000 manat verdiyini, pulunun dalınca gəldiyini, cavabdeh ona 50000 borcu olduğunu bildirmiş, iddiaçı niyə 50000 olduğunu, il yarımdır əsir qaldığını, 20000-in hara getdiyini soruşmuş, o pulun ona haram ola biləcəyini, həmin pulun ailəsinin qazancı olduğunu bildirmiş, həmin pulu alarkən ona işləyib qazancından da pul verəcəyini deyib-demədiyini soruşmuş, cavabdeh “demişdim, amma sən də mənə ziyan vurdun” deyə cavab vermiş, iddiaçı ona nə ziyan vurduğunu, nə qədər ziyan vurduğunu, vurduğu ziyanı deməsini, vurmuşdursa ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh “sən özün bilmədin?” deyə sual etmiş, iddiaçı Allaha and içərək bilmədiyini bildirmiş, dalınca bu fırıldağın işləməyəcəyini, əli ilə ona 70000 pul verdiyini, aralarında dəftər olduğunu, ora yazıldığını bildirmiş, cavabdeh isə ona 5000060000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş, cavabdeh isə 3000040000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu qeyd etdiyini bildirmiş, iddiaçı ondan dəftərini açmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinə razılıq ifadə etməmiş, iddiaçı onun pulunu kimsənin yeyə bilməyəcəyini bildirdikdən sonra cavabdeh yeyə biləcəyini, kimə istəyirsə şikayət edə biləcəyini iddiaçıya bildirmişdir.

25. Apellyasiya baxışında Sabirabad Rayon Polis Şöbəsindən sorğu əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə materiallar əldə edilmişdir. Sabirabad rayonu, Qasımbəyli kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materiallara əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Cavabdeh izahatında qeyd edilmişdir ki, İddiaçıla aralarında pul söhbəti olub, Sakit ona əvvəlki illərdə pulu faizlə verib faizlə də qaytarmışdır. 2020-ci ilin yanvar ayının 2-də Sakitdən 10.000 manat faizlə pul istəmiş, ona 10.000 manat versə də, 600 manat faizini götürüb 9400 manat nağd şəkildə pul vermişdir. xx.xx.2020-ci ildə yenə 10.000 manat pul verib 600 manat faizini götürüb 9400 manat nağd şəkildə vermişdir. Beləliklə xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də ayrı-ayrılıqda 10.000 manat pul verib faizini götürüb konkret olaraq Sakit ona 2020ci ilin yanvar ayında 50.000 manat pul verib, amma verdiyi pulların qabaqcadan faizini götürmüşdür.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

27. Belə ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında 70000 manat məbləğdə pul vəsaiti ilə əlaqədar məhkəmə mübahisəsinə hüquqi qiymət verərkən həmin tələbin əsasında duran əsl münasibəti müəyyən etmək və daha sonra müvafiq dəyərləndirmə aparmaq lazımdır. Nəzərə alınmalıdır ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında pulun verilməsi ilə bağlı münasibətlər 2020-ci ilin əvvəllərində baş vermişdir. Buna görə də, adıçəkilən dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Tərəflər arasında “borc” adlandırıla n və tələb olunan 70000 manat məbləğ üzrə diqqətə çatdırır ki, mübahisəli hüquq münasibəti 2020-ci ilin sonlarında yaranmışdır. Həmin dövrdə qüvvədə olan MM-in 739 və 740-cı maddələrinin tələbindən aşkar görünür ki, əqdlərin etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması tələb olunur. Ancaq İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə riayət etmədən vermişdir. Bu səbəbdən də, hazırkı iddia tələbinin MM-in 739-cu və 740-cı maddələrinə əsasən təmin edilməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verilməsi deməkdir.

28. Apellyasiya baxışında tərəflərin izahatı və iş üzrə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 50000 manat pul almasını etiraf edir. Belə ki, c avabdeh işə əlavə edilmiş 08 yanvar 2023-cü il tarixinə aid səs yazısında, həmçinin 05 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda iddiaçıya 50000 manat borcunun olmasını qeyd etmişdir. Cavabdeh həmin borc məbləğini artıqlaması ilə iddiaçıya qaytardığını bildirir. Lakin cavabdeh həmin borc məbləğinin tamamilə iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Həmçinin iddiaçı özü də cavabdehə 70000 manat məbləğində borc verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı 08 yanvar 2023-cü il tarixə aid cavabdehlə onun arasında baş tutmuş səs yazısında qeyd etmişdir ki, cavabdeh ona 21000 manat pul qaytarmış, 70000 manat borcu isə hələ də qalmaqdaqdır. Göründüyü kimi iddiaçı cavabdehə 70000 manat bor c verməsini, cavabdeh isə iddiaçıdan almış olduğu 50000 manat pulu iddiaçıya geri qaytarmasını sübut edə bilməmişlər. Buna görə də, apellyasiya kollegiyası tərəflər arasında olan pul münasibətinə onların yuxarıda qeyd olunan sübutlardakı etirafedici izahatlarına əsasən hüquqi qiymət vermiş və hesab etmişdir ki, cavabdeh iddiaçıya 29000 manat (cavabdeh tərəfindən etiraf edilən 50000 iddiaçı tərəfindən qəbul edilən cavabdehin ona qaytardığı 21000 manat = 29000) məbləğində pul verməlidir.

30. Şərh edildiyi kimi İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə 739-cu və 740-cı maddələrinə riayət etmədən vermişdir. Buna görə də, cavabdeh iddiaçının hesabına qanuni və hüquqi əsas olmadan varlanmışdır.

31. Bundan əlavə, apelly asiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh öz apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd” olunması haqqında qərarını sübut kimi qiymətləndirmişdir ki, həmin qərarda öz əksini tapmış onun imzalamış olduğu izahatla həmin vaxt tanış olmamış və izahatı ona təzyiq olunaraq imzalatdırmışlar. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, həmçinin nümayəndə (vəkillə) təmsil olunmuşdur. Lakin apellyasiya baxışında özünün də qeyd etdiyi kimi Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd” olunması haqqında qərarını bu və ya digər şəkildə mübahisələndirməmişdir. Göründüyü kimi qeyd edilən Qərar nəticə etibar ı ilə birinci instansiya məhkəməsində araşdırma predmetinə çevrilməmişdir. Halbuki, onun imza etdiyi izahat iş materiallarına əlavə edilmiş və həmin izahatın ondan hər hansı təzyiq altında (məcburiyyət əsasında) alınmasına dair isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.4, 218.3, 384.0.2-ci maddələri, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci i l tarixli Qərarı ilə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

33. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)- 129/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 386, 442-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 385.1, 739, 1091, 1092 və 1093-cü maddələrinə düzgün istinad etsə də, 08 yanvar 2023-cü il tarixli səs yazısı zamanı cavabdehin iddiaçıya 3000040000 manat borcu olduğunu, h ələ hörmət edib 50000 manat borcunun olmasını deməsinə və həmin tarixdən sonra cavabdehin iddiaçıya heç bir məbləğdə pul qaytarmadığı işin mübahisəsiz halı olmasına baxmayaraq, yanlış nəticəyə gələrək iddiaçıya cavabdehin cəmi 29000 manat borcunun olması barədə qərar qəbul etmişdir. Cavabdeh həmin səs yazısındakı səsin ona məxsus olduğunu istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi zamanı etiraf etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cavabdehin həmin səs yazısından əvvəl cavabdehə ödəmiş olduğu 21000 manatı qeyd olunan 50000 manatdan çıxması heç bir məntiqə sığmır. Eyni zamanda iddiaçı istər polisə verdiyi ərizəsində və izahatında, istərsə də məhkəməyə verdiyi ərizə və izahatlarında cavabdehə cəmi 70000 manat pul verdiyini deməsinə baxmaya raq, cavabdeh Sabirabad Rayon Polis şöbəsində verdiyi izahatında guya təzyiq altında düzgün olmayan izahat verib İddiaçı 2020-ci ilin yanvar ayında 50000 manat faizlə pul aldığını göstərdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsi zamanı izahatında bildirmişdir ki, cavabdehin iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Amma həmin məhkəmədə izahat verən iddiaçı bu dəfə izahatında iddiaçıya təxminən 20000 manat borcu olduğunu etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu ziddiyyətli izahatlarını görməzdən gəlmiş və əsassız olaraq iddianın tam təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cavabdehin 41000 manat əsassız varlanmasına haqq qazandıran qətnamə çıxarmışdır.

35. Apellyasiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə düzgün qiymət verməmiş, iddiaçı tərəfindən təqdim olunan səs yazılarına, iddiaçının Sabirabad Rayon Polis Şöbəsinə etmiş olduğu şikayət əsasında həmin şöbənin təhqiqat qrupunda aparılmış araşdırma zamanı cinayət işinin başlanılmasının rədd edilməsi və alınmış izahatlarla bağlı mövqe bildirərkən yanlışlığa yol verilmiş, gəldiyi hüquqi nəticədə düzgün olmamışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1743/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, iş o hissədə yenidən baxılması üçün həmin məh kəməyə qaytarılmışdır.

37. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında pulun alıb-verilməsi ilə bağlı başqa mötəbər sübutlar mövcud olmadığı üçün, apellyasiya məhkəməsi əsaslı olaraq borcun məbləğini məhz təqdim olunan həmin sübuta əsasən müəyyən edilməli olması qənaətinə gəlmişdir.

38. Lakin, bu zaman apellyasiya məhkəməsi cavabdehin borcu kimi etiraf etdiyi 50000 manat məbləğin iddiaçıdan ümumi alınmış borc olması, ya da ki, söhbət olunan tarixə borcun qalıq hissəsini təşkil etməsi məsələsini araşdırmamış və buna hüquqi qiymət verməmişdir.

39. Belə ki, iddiaçı cavabdehdən 70000 manat pul tələb etsə də, faktiki olaraq özünün sübut qismində təqdim etdiyi səs yazısında 21000 manatın qaytarıldığını göstərmişdir.

40. Cavabdeh isə aldığını pulun məbləğini bilava sitə ifadə etməsə də, borcunun “30000-40000 manat”, “hörmət edib borcunun 50000 manat” olduğunu göstərmişdir.

41. Kassasiya kollegiyasının qənaətinə görə işin ədalətli həlli üçün məhkəmənin araşdırmalı olduğu mühüm hal: cavabdehin etiraf etdiyi borc məbləğinin – ilkin olaraq aldığı ümumi vəsaitin, yoxsa etdiyi ödənişlərdən sonra, danışıq tarixinə qalan məbləğin təşkil etməsi olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə bununla bağlı qiymətləndirmə aparılmadığından, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələri pozulmuşdur.

42. Kassasiya kollegiyası mövqeyini Konstitusiyanın 60-cı, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

43. Şirvan Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1288/2024 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 29 000 manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 manat pul vəsaiti, cəmi 29.186,42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

44. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə İddiaçı cavabdehə ümumilikdə 70000 manat borc verdiyini bildirsə də bununla bağlı hər hansı sübut təqdim edə bilmir, lakin Cavabdeh id dianı qismən etiraf edərək cavabdehə 50000 manat borcu olduğunu etiraf edir, hər iki tərəf də alınan borcdan 21000 manatının qaytarıldığını bildirir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh iddianın yalnız etiraf etdiyi həddində, yəni iddiaçıya 50000 manat borcun qalması həddində məsuliyyət daşıya bilər.

45. Lakin kassasiya instansiya məhkəməsi mülki iş materiallarını yeni məhkəmə baxışına qaytararkən, cavabdehin borcu kimi etiraf etdiyi 50000 manat məbləğin iddiaçıdan ümumi alınmış borc olması, ya da ki, söhbət olunan tarixə borcun qalıq hissəsini təşkil etməsi məsələsini araşdırılmamasını və buna hüquqi qiymət verilməməsini göstərmişdir. Belə ki, iddiaçı cavabdehdən 70000 manat pul tələb etsə də, faktiki olaraq özünün sübut qismində təqdim etdiyi səs yazısında 21000 manatın qay tarıldığını göstərmişdir. Cavabdeh isə aldığını pulun məbləğini bilavasitə ifadə etməsə də, borcunun “30000-40000 manat”, “hörmət edib borcunun 50000 manat” olduğunu göstərmişdir. Kassasiya kollegiyasının qənaətinə görə işin ədalətli həlli üçün məhkəmənin araşdırmalı olduğu mühüm hal: cavabdehin etiraf etdiyi borc məbləğinin – ilkin olaraq aldığı ümumi vəsaitin, yoxsa etdiyi ödənişlərdən sonra, danışıq tarixinə qalan məbləğin təşkil etməsi olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə bununla bağlı qiymətləndirmə aparılmalıdır.

46. Kollegiya qeyd etmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda, iddiaçı 2021-ci ilin may ayında cavabdehin ondan 70000 manat borc aldığını bildirmiş, cavabdeh isə verdiyi izahatında iddiaçıdan 2020-ci ildə pul aldığını bildirmişdir. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiya çarpaz (dindirmə) sorğu edərək, iddiaçının nümayəndəsindən ilk əvvəl iddiaçı tərəfindən 70000 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutun olub-olmaması soruşulmuş, daha sonra isə cavabdehdən borc aldığı pul vəsaitinin əvvəlki miqdarının ödəniş edildikdən sonra 50000 qalıbqalmaması aydınlaşdırılmışdır. Lakin iddiaçının nümayəndəsi 70000 manat borcla bağlı sübut təqdim edə bilməmiş, cavabdeh isə səs yazısında dediklərinə uyğun izahat verərək, cavabdehdəən 30000 manat borc aldığını, lakin ödənişləri gecikdirdiyinə görə “hörmət edib borcunun 50000 manat” bildirdiyini, həmin məbləğdən də bu günə qədər 21000 manatının ödənildiyini göstərmişdir.

47. Ali məhkəmənin qeyd edilən mövqeyindən çıxış edən kollegiya hesab etmişdir ki, tərəflə r arasında mövcud olan borc münasibəti ilə bağlı cavabdehin iddiaçıdan 70000 manat borc almasına dair mötəbər sübutlar, habelə cavabdeh tərəfindən 70000 manat borcdan 21000 manat qaytarıldıqdan sonra onun 50000 borcunun qalması ilə bağlı (Ali Məhkəmənin məcburi göstərişi) mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmçinin cavabdeh tərəfindən borcun 50000 manatı etiraf edildiyindən və iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən 21000 manat qaytarıldığından, cavabdeh yalnız iddianın etiraf edilən hissəsində məsuliyyət daşımalıdır. Göründüyü kimi cavabdehin iddiaçıdan aldığı 50000 manat pul vəsaiti, məhz onun iddiaçıdan ilkin olaraq aldığı ümumi vəsaiti əhatə edir və həmin puldan qaytarılan 21000 manat nəzərə alındıqda, cavabdehin iddiaçıya 29000 manat borcu qalır.

48. Kol legiya həmçinin əlavə etmişdir ki, tərəflərin də izahatlarından görünür ki, tərəflər arasında mövcud olan hüquq münasibəti onların dediklərinə görə 2020-2021-ci illərə təsadüf edir. İddiaçı həmin illərdə cavabdehə borc verdiyini, cavabdeh isə həmin illərdə iddiaçıdan borc aldığını bildirir. Həmin dövrdə qüvvədə olan MM-in 739 və 740-cı maddələrinin tələbindən aşkar görünür ki, əqdlərin etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması tələb olunur. Ancaq İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə riayət etmədən vermişdir. Bu səbəbdən də, hazırkı iddia tələbinin MM-in 739-cu və 740-cı maddələrinə əsasən təmin edilməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verilməsi deməkdir.

49. Beləliklə, m əhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, cavabdehin nümayəndələri və vəkilləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 29 000 manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 manat pul vəsaiti, cəmi 29.186,42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 442. 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassator şikayətinin ilkin dəlilini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə düzgün qiymət verməmiş, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli səs yazılarına və Sabirabad Rayon Polis Şöbəsinin Təhqiqat qrupunda aparılmış araşdırma zamanı cinayət işinin başlanılmasının rədd edilməsi və aparılmış izahatlarla bağlı mövqe bildirərkən yanlışlığa yol vermiş, gəldiyi hüquqi nəticə də d üzgün olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli səs yazısı zamanı cavabdehin həmin tarixə iddiaçıya 30.000-40.000 manat borcu olduğunu, hələ hörmət edib 50.000 manat borcunun olmasını deməsinə və həmin tarixdən sonra cavabdehin iddiaçıya heç bir məbləğdə pul qaytarmadığı işin mübahisəsiz halı olmasına baxmayaraq məhkəmə yanlış nəticəyə gələrək iddiaçıya cavabdehin cəmi 29.000 manat borcunun olması barədə qətnamə qəbul etmişdir.

53. Cavabdeh həmin səs yazısındakı səsin ona məxsus olduğunu istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi zamanı etiraf etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin cavabdehin həmin səs yazısından əvvəl iddiaçıya ödəmiş olduğu 21.000 manatı qeyd olunan 50.000 manatdan çıxması düzgün deyil. Çünki cavabdeh öz ü həmin səs yazısında etiraf edir ki, qeyd olunan tarixdə onun iddiaçıya 50.000 manat borcu var.

54. Eyni zamanda iddiaçı istər polis şöbəsində verdiyi ərizəsində və izahatında, istərsə də məhkəməyə verdiyi ərizə və izahatlarında cavadehə cəmi 70.000 manat pul verdiyini deməsinə baxmayaraq, cavabdeh Sabirabad Rayon Polis şöbəsində verdiyi izahatında iddiaçıdan 2020-ci ilin yanvar ayında tarixləri ilə 3 dəfəyə- birinci dəfə 2020-ci ilin yanvar ayının 2-də Sakitdən 10.000 manat faizlə pul istəmiş, ona 10.000 manat versə də, 600 manat faizini götürüb 9400 manat nağd şəkildə vermişdir. xx.xx.2020-ci ildə yenə 10.000 manat pul verib 600 manatı faizini götürüb 9400 manat nağd şəkildə vermişdir. Beləliklə xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə ayrı-ayrılıqda 10.000 manat pul verib faizini götürüb konkret olaraq Sakit ona 2020-ci ilin yanvar ayında 50.000 manat pul verib, amma verdiyi pulların qabaqcadan faizini götürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında məhkəməyə sübut qismində dəftər təqdim edərək həmin dəftərdə 2016-cı ildən hazıradək İddiaçı aldığı bütün pulları qeyd etdiyini göstərsə də, həmin dəftərə baxış keçirilən zaman qeyd olunan dəftərin istehsal tarixinin 2020-ci ildən sonra olduğu aşkar edilmiş, Cavabdeh bununla bağlı heç bir fikir bildirə bilməmişdir.

55. Bundan əlavə, Cavabdeh birinci instansiya məhkəməsində hər ay Sakitə 30003500 manat faiz pulu verdiyini bildirəndə onda “Sakitdən cəmi nə qədər faizə pul götürmüşdün ki, ayda 3000-3500 manat faiz pulu verirdin?” sualına da cavab verə bilməmiş və məhkəməni yanıltma q cəhdləri uğursuz olmuşdur.

56. İkinci apellyasiya baxışı zamanı cavabdeh iddiaçıya cəmi 9.000 manat borcunun olduğunu, başqa heç bir borcunun olmadığını bildirmişdir. Amma nədənsə apellyasiya instansiyası məhkəməsi cavabdehin bu ziddiyyətli izahatlarını görməzdən gəlmiş və əsassız olaraq iddianın tam təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini əsassız sayaraq, iddianın yalnız 29.000 manat hissədə olan hissəsini təmin etməklə bağlı qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

58. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının M ülki Məcəlləsi

59. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

60. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

61. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

62. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəlik lərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

63. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

64. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

65. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

66. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

67. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir

68. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıdan götürdüyü təsdiq olunmuş pul vəsaitinin məbləği 50000 manat olmuş və həmin məbləğin 21000 manatı qaytarılmış, qalan məbləğ həddində cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyi qalmışdır.

79. Tə rəflər arasında borc münasibəti yaranmış olsa da məbləğə münasibətdə yazılı forma şərtlərinə əməl edilməmiş, bu baxımından apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən edilmiş hallar baxımından cavabdehin icra etmədiyi öhdəlik həddində əsassız varlanması nəticəsinə gəlmişdir. Daha artıq məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən verilməsi, cavabdehin isə öhdəliyini tam icra etməsinə dair sübutlar müəyyən olunmamışdır.

80. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

81. Kolle giya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəfin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

82. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn d üzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1288/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar