Məhkəmə qərarları › İş №2(102)-996/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-996/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-996/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Heydər Əliyev adına X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8903/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaş ayış evi iddiaçıya məxsusdur.

2. İddiaçı, yaxınlıqda yerləşən X5 zərərli təsirləri nəticəsində zərərə düşdüyünü iddia edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Heydər Əliyev adına X3rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlakına vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsi və bununla yanaşı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan fə rdi yaşayış evində ailə üzvləri ilə birlikdə 20 ildən çox müddətdir ki, yaşayır, bir neçə il əvvəl yaşadığı evə və həyatyanı sahəyə onlara məlum olmayan yerdən kəskin qoxu daxil olmağa başlamışdır, qoxunun təsiri nəticəsində evdə olan bütün əşyaların rəngi dəyişərək paslanaraq yararsız vəziyyətə düşmüş, qoxunun kəskinliyi sağlamlıqlarına mənfi təsir etdiyindən və xəstəliyə düçar olduqlarına görə yaşayış sahəsini tərk edərək başqa ünvanlarda kirayə yaşamağa məcbur olmuşlar, uzun müddət müvafiq dövlət orqanlarına rəsmi qaydada müraciət edərək qoxunun haradan gəlməsini və həmin qoxunun sağlamlığa zərər yetirib-yetirməməsini aydınlaşdırmaq qərarına gəlmişdir, həmçinin bu xoşagəlməz halın aradan qaldırılmasına dair müvafiq tədbir görülməsini xahiş etmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliy i ərizəyə cavab olaraq 11.09.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin etil-benzol və sair 3.2 dəfə yol verilən qatılıq hədd normasından artıq olduğu müəyyən edilmişdir, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə müraciət olunmuş və Mərkəzin əməkdaşlarının iştirakı ilə aparılmış müayinələrin nəticələrinə dair 21.10.2019-cu il tarixdə daxil olmuş məktubda onun evində etil-benzolun miqdarının 0.064 mq/kub m. olaraq yol verilən həddən (0,02 mq/kub m.) 3,2 dəfə artıq olduğu bildirilmişdir, Fövqəladə Hallar Nazirliyi də müraciətinə cavab olaraq 12.11.2019-cu il tarixli məktubla bil dirmişdir ki, Nazirliyin mütəxəssisləri həmin ünvana baxış keçirmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir, aktda qeyd olunmuşdur ki, mətbəx və hamam otağında benzol, toluol, etil benzol, dimet benzol, 1.3,5-trimetil benzol, 1-etil 2-metil benzol maddələri aşkar edilmişdir, aktların surəti aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə və "xxxx" ASC-yə göndərilərək tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi bildirilmişdir, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsi 02.12.2019-cu il tarixli cavab məktubunda göstərmişdir ki, onun yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kol lektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X7nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, ətrafa yayılan qoxu 1975-ci ildə tikilmiş zavodun fəaliyyətindən irəli gəlir, bu, kanalizasiya, ya da hava yolu ilə ola bilər, göstərilən müddət ərzində ona vurulan zərərin hansı müəssisə tərəfindən yetirilməsinin müəyyən olunması üçün aidiyyətı qurumlara müraciət etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 17 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda Deportamentin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün yol verilən qatılıq həddindən artıq olmuşdur, aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar X6 X2 Deportamenti tərəfindən akt tərtib edilərək icrası məcbur olan müddətli “Məcburi Göstəriş” verilmişdir, bu səbəbdən iddia ərizəsi həmin cavabdeh zavoda qarşı verilmişdir, əgər zərərin başqa şəxs tərəfindən yetirildiyi göstərilmiş olsaydı, iddia ərizəsi həmin şəxsə qarşı qaldırılardı, Milli Monitorinq Departamenti zərərin cavabdeh zavod tərəfindən yetirilməsini müəyyən etdiyindən həmin zavoda müraciət edərək mülkiyyətinə vurulan 12238 manat maddi və bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsinə dair müvafiq şəxslərə lazımi göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə Zavoda cari il ərzində Departament tərəfindən belə bir göstəriş daxil olmadığını, həmçinin hə min ünvanda aşkar edilən kəskin qoxu və iyə səbəb olan halların zavodla heç bir əlaqəsi olmadığından zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürülən tələbin heç bir hüquqi əsası olmadığını bildirmişdir, həmçinin keçirilmiş ekspertizanın rəyi ilə razı deyil, hesab edir ki, dövlət orqanların mütəxəssislərinin rəyləri ilə ekspertizanın rəyi bir-birinə ziddir, ekspertizanın gəldiyi nəticəyə görə guya onun mənzilində yerləşən əmlakların korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər X5 fəaliyyəti ilə birbaşa əlaqəli deyil, əmlaklar evdə yaşayış olmadığından və ev Xəzər dənizinə yaxın olduğundan rütubətliklə bağlı korroziyaya uğramışdır, halbuki, Zavoddan axıdılan zərərli maddələrin təsirindən onun əmlakları yararsız vəziyyətə düşmüşdür, be lə ki, Kondisioner “Mitsubişi” 120 kv.m-lik 3500 manat dəyərində və 60 kv.m-lik 2000 manat dəyərində, “BOSCH” 100 kv.m-lik 2000 manat dəyərində, Qaz peçi 2 ədəd 500 manat dəyərində, Su qızdıran 130 manat dəyərində, Su krantı 2 ədəd 110 manat dəyərində, Vanna otağı üçün su krantı 2 ədəd 90 manat dəyərində, Asılqan 3 ədəd 90 manat dəyərində, Qüzgü 3 ədəd 105 manat dəyərində, Tavan lampalar 18 ədəd 108 manat dəyərində, Tavan Lambirin 42 kv.m. 210 manat dəyərində, Taxta döşəmə 32 kv.m. 26 ədəd 520 manat dəyərində, Laqa lkub.m. 500 manat dəyərində, İran peçi 4 ədəd 600 manat dəyərində, Divar rəngi 5 vedrə 325 manat dəyərində, görülən təmir işlərinə görə usta xərci 1450 manat olmaqla ona cəmi 12.238 manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa iddiaçı izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin keçirdiyi monitorinq nəticəsində götürülən su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçmişdir, beləliklə, cavabdeh Zavoddan buraxılan həmin zəhərli maddələrin orqanizmə təsiri nəticəsində bir nəvəsi uzun müddət beyin xəstəliyindən əziyyət çəkmiş və sonra vəfat etmişdir, digər iki nəvəsi isə ana bətnində olan zaman inkişafdan qalması nəticəsində tələf olmuşdur, uşaqların tələf olma səbəblərini araşdırmaqdan ötrü həkimə müraciət edilmiş, müayinə zamanı anada heç bir qüsur olmadığı, dölün isə qeyri-müəyyən səbəblərdən tələf olmasının aşk ar edilməsi cavabı verilmişdir, sonradan orada yaşamaq qeyri-mümkün olduğundan və uşaqların həmin zərərli maddələrin təsiri nəticəsində tələf olmalarına şübhə yarandığı üçün ailəsi ilə birlikdə məcbur olaraq başqa ünvana köçmüşdür, əmlakına vurulan zərərlə əlaqədar lazımi dövlət orqanlarına dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, nəticədə keçirdiyi sarsıntı səbəbindən 6000 manat məbləğində vəsait sərf edərək ürəyindən cərrahiyyə əməliyyatı keçirmiş və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir.

5. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı həmin məsələ ilə bağlı zavoda müraciət etmiş və ona müvafiq qaydada cavab verilmişdir ki, zavodun fəaliyyəti neftin emalından qaz, yanacaq, yağ, mazut, bitum və koks kimi neft məhsullarının alınmasından ibarətdir, zavodda fəaliyyət göstərən qurğuların heç birində fərdi karbohidrogenlər məqsədli məhsul və arzuolunmaz komponent şəklində alınmır, eyni zamanda zavodda gedən bütün proseslərdə ərizədə qeyd edilən karbohidrogenlərin (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol) heç birindən məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmayıb, həmçinin zavodun texnoloji proseslərin tədqiqatı üzrə sahəsinin su mühitinə nəzarət laboratoriyası tərəfindən hər gün istehsalat tullantılarından analizlər götürülür və gündəlik götürülmüş analizlərin nəticələrində iddiaçının ərizəsində qeyd edilən karbohidrogenlərin göstəricilər i müəyyən edilməmişdir, həmçinin iddiaçının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 17.03.2020-ci il tarixli, 19/Ə-082 nömrəli məktubunda qeyd edilən, aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar zavoda akt tərtib edilərək icrası məcburi olan müddətli Məcburi göstəriş verilməsi ilə bağlı qeydlərə gəldikdə bildirir ki, ərizədə qeyd edilən karbohidrogenlərin istehsalı, istifadəsi, ətraf mühitə buraxılması ilə əlaqədar zavoda cari ildə Departament tərəfindən belə bir göstəriş daxil olmamışdır, qurğuda istehsalatdan çıxan suyun bioloji təmizlənməsi reqlamentə uyğun olaraq şəhər kanalizasiya xəttindən daxil olan çirkab su ilə istehsalat suyu xüsusi ayrılmış anbarda birlikdə qarışdırıldıqdan sonra təmi zlənmə qurğusuna ötürülür və təmizlənir və bundan sonra həmin su tələbata uyğun olaraq təkrar istehsalata ötürülür və şəhər kanalizasiya şəbəkəsindən götürülən kanalizasiya suyu isə geri qaytarılır. A.N.Nəsirov həmçinin bildirmişdir ki, ki, həmin ərazidə yerləşən kənar təşkilatlar tərəfindən də şəhər kanalizasiya xətti vasitəsilə dənizə müxtəlif karbohidrogen qarışıqlı çirkab sular axıdılır, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda aşkar edilən kəskin qoxu və iyə səbəb olan halların zavodla heç bir əlaqəsi yoxdur, həmin mənzilin kanalizasiya xətti ilə zavodun kanalizasiya xətti kəsişmir, bu, heç mümkün də deyildir, zavod həmin yaşayış binasından əvvəl tikilmişdir və kommunikasiya xətləri də ondan əvvəl quraşdırılmışdır, yaşayış sahələrindən axıdılan çirkab suları zavodun kanalizasiy a xəttinə qoşulmamışdır, bunu 3-cü şəxsin nümayəndəsi də bildirdi və ona görə də 12238 manat maddi və 50000 manat isə zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürdüyü tələbin heç bir hüquqi əsası yoxdur. 6. 3-cü şəxs “Azərsu” ASC-nin nümayəndəsi N.H.Hümmətov birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddiaçının yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X7nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır, həmin ərazidə "xxxx" ASC-yə məxsus mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yer ləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulmuşdur, yağış kollektoruna qoşulmuş kanalizasiya xətləri primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmalar əmələ gəlir, Heydər Əliyev adına X7 1970-ci illərdə tikildiyinə görə onun su kanalizasiya boru xətlərinın bəziləri köhnəlib, bəziləri isə təzədən çəkilmişdir, lakin kanalizasiya xətti zavoddan keçmir, iddiaçının yaşadığı binanın qoşulduğu kanalizasiya xətti ilə cavabdeh müəssisənin, o cümlədən onun balansında olan bioloji təmizləmə qurğusunun qoşulduğu kanalizasiya xətləri kəsişmir və onlardan çirkab suları ayrı-ayrı borular vasitəsilə axıdılır, ona görə də cavabdeh təşkilatın fəaliyyətidən bu qurğu vasitəsilə iddiaçının əmlakına ziyan vurulması mümkün deyildir.

7. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 09 iyul 2021-ci il tarixli, 2(011)-340/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X5 hüquqa zidd fəaliyyətinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbi üzrə təqdim edilmiş sübutlar dəymiş maddi və mənəvi zərərin müəyyən olunması üçün yetərli deyildir. Belə ki, iddiaçının istinad etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti və "xxxx" ASC və digər dövlət orqanlarının cavab məktublar ında göstərilən xüsusatlar, bilavasitə cavabdeh təşkilatın fəaliyyətinin mənfi nəticələrini özündə ehtiva etməməklə, ətraf mühitin monitorinq göstəricilərini ifadə edir. Yəni, iş materiallarında olan İddiaçı ünvanlanan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 12.11.2019-cu il tarixli məktubunda göstərilən “yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığının müşahidə olunması və bununla bağlı akt tərtib edilməsi, aktda yoxlama zamanı mətbəx və hamam otağında benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol maddələri aşkar edilməsi”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 11.09.2019-ci il tarixli məktubunda göstəri lən “aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının yol verilən qatılıq hədd normasından artıq olduğunun müəyyən edilməsi”, Xətai rayon İcra Hakimiyyətinin 16.01.2020-ci il tarixli cavab məktubunda göstərilən “çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətlərinin kəskin iy-qoxunun gəlməsinə səbəb olduğunun müəyyən olunması”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 29.10.2019cu il tarixli məktubunda göstərilən “İddiaçı məxsus evdə etil-benzolun miqdarının 0,064mq/m3 olaraq yol verilən həddən (0,02mq/m3 ) 3,2 dəfə artıq olduğu”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti nin 08.02.2021-ci il tarixli məktubunda göstərilən ”hava nümunəsində təyin olunan komponentlərdən yalnız etilbenzol 3,8 dəfə normadan yüksək olması, digər təyin edilən göstəricilərin isə sanitar norma daxilində müəyyən edilməsi, su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxulu, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçməsi, digər təyin olunan göstəricilərin isə sanitar norma daxilində olması”, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin 06.07.2021-ci il tarixli məktubunda göstərilən yaşayış evinin olduğu “həmin ərazidə "xxxx" ASCyə məxsus mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda y erləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulması, yağış kollektoruna qoşulmuş kanalizasiya xətlərinin primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmaların əmələ gəlməsi” və s. faktiki hallar mübahisəli ərazidə faktiki ekoloji vəziyyətə və iddiaçıya məxsus mənzilin sanitar-kommunikasiya xətlərindən axıdılan çirkab suların kimyəvi tərkibinə dair məlumatlardan ibarətdir və bu sübutlar cavabdehin mülki-hüquqi məsuliyyətini, o cümlədən bilavasitə təqsirli, hüquqazidd fəaliyyətini ifadə etmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, müvafiq orqanların iddiaçıya ünvanlanmış məktublarında qeyd edilən hallar iddia tələbinin təmin olunması üçün yetərli sayıla bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 22 sentyabr 2021-ci il tarixli, 2(103)-8903/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, Respublikanın bu iş üzr ə mühüm dövlət orqanı olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti zərərin cavabdeh Zavod tərəfindən yetirilməsini müəyyən edərək, onlara aşkar olunmuş çatışmamazlığın aradan qaldırılmasına dair akt və 'Məcburi Göstəriş" verməsinə baxmayaraq, cavabdeh Zavod aşkar edilən kəskin qoxunun zavodla heç bir əlaqəsi olmadığından zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürülən tələbin heç bir hüquqi əsası yoxdur göstərməkdə haqlı olmamışdır. Halbuki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsində cavabdeh Zavoddan axıdılan zərərli maddələrin təsirindən aşağıda göstərilən əmlaklarım yararsız vəziyyətə düşmüşdür. Zavod tərəfindən vurulmuş ziyana əsasən cəmi 12.238 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə cavabdeh Zavoddan buraxılan həmin zəhərli maddələrin orqanizmə təsiri nəticəsində iddiaçının nəvəsi uzun müddət xəstəlik keçirmiş və beyninə çirk yığılmasına görə Xətai rayon ərazisində yerləşən Nevro cərrahiyyə xəstəxanasında əməliyyat olunmuş lakin evə gələndən sonra yenidən xəstələnərək vəfat etmişdir. İkinci nəvəsi ana bətnində olan zaman uşaq inkişafdan qalması nəticəsində 29.01.2015-ci il tarixdə tələf olmuşdur. Üçüncü nəvəsi də ana bətnində 2 ay yarınımda inkişafdan qalaraq tələf olmuşdur. Uşaqların tələf olma səbəblərini araşdırmaqdan ötrü Bakı Sağlamlıq Mərkəzi həkim-ginekoloq Onder Tulumbavi tərəfindən döl müayinə üçün Türkiyənin İstanbul şəhərinə göndərilmiş və müayinə zamanı anada heç bir qüsur olmadığı, dölün isə qeyri-müəyyən səbəblərdən tələf olmasının aşkar edilməsi cavabı verilmişd ir. Sonradan orada yaşamaq qeyri-mümkün olduğundan və uşaqların həmin zərərli maddələrin təsiri nəticəsində tələf olmalarına şübhə yarandığı üçün iddiaçının oğlu kirayə ev taparaq ailəsi ilə birlikdə məcbur olaraq başqa ünvana köçmüşdür. Eyni zamanda iddiaçı da, həmin zərərli maddələrin təsiri nəticəsində məcbur olaraq ailəsi ilə birlikdə başqa ünvana köçmüşdür. İddiaçı, əmlakına vurulan zərərlə əlaqədar lazımi dövlət orqanlarına dəfələrlə müraciət etsə də, dövlət məmurları üzərlərinə düşən vəzifələri yerinə yetirmədiklərinə və müraciətləri bir-birinə ötürməklə heç bir tədbir görməyərək qanunsuz hərəkətlərə yol verdiklərinə görə ürək xəstəliyi keçirmişdir, ağır vəziyyətə düşərək sarsıntı keçirmişdir. Ona görə o, 2018-2019-cu illərdə İran İslam Respublikasında 6000 manat məbləğində vəsait s ərf edilərək ürəyindən cərrahiyyə əməliyyatı aparılmış və həmin ərəfədə sağlamlığımın pozulması nəticəsində iztirab keçirmişdir. Hal-hazırda da, müalicə almaq məqsədilə hər iki-üç aydan bir həmin ölkəyə gedərək fiziki əzab çəkir. Cavabdeh zavodun nümayəndəsi göstərmişdir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən qeyd edilən zərərli maddələrin ətraf mühitə buraxılması ilə əlaqədar Zavoda cari il ərzində belə bir göstəriş daxil olmamışdır. Zavod tərəfindən yaşayış sahəsinə zərərli maddələrin ötürülməsi hal-hazırda da davam edir. İddiaçı tərəfindən işlə əlaqədar olaraq müvafiq dövlət orqanlarının rəylərinin iş materiallarına əlavə edilməsinə baxmayaraq, həmin rəylərə düzgün hüquqi qiymət verilməmiş, hansısa MMCnin heç bir labo ratoriya araşdırması aparmadan vizual baxışla həyata keçirilən əsassız rəyini üstün tutmuşdur. Göründüyü kimi, məhkəmə dövlət orqanlarının verdiyi rəsmi sənədləri sübut kimi qəbul etməkdən çəkinərək zavoda dəstək nümayiş etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

15. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyəti nə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

16. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

17. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı a lına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

18. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəx sin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və h üquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə o nları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

29. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

31. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

32. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.”

33. Maddə 103.1. Ekspertin rəyi məhkə mə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

35. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallar ın həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr Mülki Məcəllənin deliktə aid 1096.1 və 1108.1-ci maddələrinə istinad edərək iddianı rədd etmişlər (§ 7-8, 10, 19, 23).

42. Lakin məhkəmələr həmin normaların zəruri dispozisiya şərtləri üzrə dəyərləndir mə aparılmadığı kimi, iddianın qanuni əsası ola biləcək, əşya hüququna dair normalarla işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, bu istiqamətdə bir əsaslandırma etməmişlər.

43. Halbuki, iddiaçı, xüsusi mülkiyyətində olan, Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi 47 saylı evin qonşuluğunda yerləşən X4 daxil olan kəskin qoxu və qazların təsirindən evində yaşaya bilmədiyini, əmlakının xarab olduğunu bildirərək düşdüyü maddi və mənəvi zərərin əvəzini tələb edir. Cavabdeh isə onun fəaliyyətinin iddiaçıya mənfi bir təsirinin olmadığını deyir.

44. Mülki Məcəllənin 170-171-ci maddələrinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçi ləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əgər mülkiyyətçi əhəmiyyətli təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər (§ 14-18).

45. Göründüyü kimi, qonşu daşınmaz əmlakdan istifadə nəticəsində tör ənən əhəmiyyətli təsirin normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmirsə, belə təsir iqtisadi cəhətdən yol verilən hədlərdən yüksəkdirsə və mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa o, təsiri əmələ gətirən daşınmaz əmlakın mülkiyyətçisindən pul kompensasiyası tələb edə bilər.

46. Eyni zamanda, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 19-23).

47. Belə olan halda, həmin normalarda nəzərdə tutulan şərtlərin hazırkı işdə mövcud olub-olmadığı müəyyən edilməlidir. Ümumi qaydaya görə, qonşu daşınmazın qanunsuz təsirini, bu təsir nəticəsində zərərə düşdüyünü iddia edən şəxs öz iddiasını sübuta yetirməlidir (§ 26).

48. İddiaçı, cavabdehə məxsus daşınmaz əş yasından gələn kəskin qoxu və qazların yol verilən həddən artıq olduğunu bildirərək, sübut kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 11.09.2019 və 17.03.2020-ci il tarixli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 29.10.2019-cu il tarixli, Fövqəladə Hallar Nazirliyinin 12.11.2019-cu il tarixli, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin 02.12.2019-cu il tarixli, Xətai rayon İcra Hakimiyyətinin 16.01.2020-ci il tarixli məktublarını məhkəməyə təqdim etmişdir.

49. Cavabdeh X7 isə məhkəməyə ünvanladığı 28.04.2021-ci il tarixli məktubunda 20.04.2021-ci il tarixdə götürülən su nümunəsinin analizinin nəticələrinə əsasən bioloji təmizləmə prosesindən sonra dənizə axıdılan suyun fiziki-kim yəvi tərkibinin müvafiq həddin normaları daxilində olduğunu qeyd etmişdir.

50. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 08.02.2021-ci il tarixli, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin 06.07.2021-ci il tarixli və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin 02.04.2021-ci il tarixli məktublarında hava və su nümunələrinin nəticələri baxımından bəzi göstəricilərin norma daxilində, bəzilərinin isə normadan yüksək olmasına dair məhkəməyə məlumatlar verilmişdir.

51. Göründüyü kimi, işin göstərilən mübahisəli halları xüsusi bilik tələb edən sualların cavablandırılması ilə bağlı olduğundan iş üzrə ekspertiza rəyinin alınması zəruri olmuşdur.

52. Birinci instansiya məhkəməsi bu məqsədlə iş üzrə mühəndis-texniki ekspertizası təy in edərək, icrasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etsə də, nəticədə həmin qurumdan rəy almamışdır.

53. İddiaçı 17 fevral, 12 mart, 29 iyun 2021-ci il tarixlərdə vəsatət verərək müvafiq ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmələr həmin qurumun rəyini əldə etməmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin 22/660 saylı, 02.04.2021-ci il tarixli məktubundakı və Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 02 saylı, 23.06.2021-ci il tarixli rəyindəki məlumatlarla kifayətlənmişlər.

54. Kollegiya həmin məlumatlar əsasında məhkəmələrin gəldikləri nəticəni əsaslı saymır ona görə ki, adı çəkilən Agentliyin məktubunda mübahisənin düzgün həlli üçün cavablandırılması zəruri olan hallar üzrə əsaslandırılmış bir qənaət öz əksini tapmamışdır.

55. İddiaçı ya zərər dəyməsinə gətirib çıxaran səbəblərin zavodunun fəaliyyəti ilə birbaşa əlaqəli olmaması barədə MMC-nin rəyi isə mötəbərlilik və kifayətedilənlik meyarları üzrə yuxarıda göstərilən dövlət orqanlarının verdikləri məlumatlarla müqayisəli şəkildə qiymətləndirilməmişdir.

56. Halbuki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§ 29, 33).

57. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, natamamlıqlar, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa, hakim mütəxəssis də cəlb etməklə, əlavə və ya təkrar e kspertiza təyin edə bilər (§ 25, 28, 30-32, 35).

58. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır (§ 34).

59. Beləliklə, hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr cavabdehə məxsus daşınmaz əşyadan iddiaçıya yönələn təsirin nədən ibarət olduğunu (qaz, buxar, qoxu, his, tüstü və s.), onların normativ (icazə verilən) həddini, mövcud səviyyənin həmin həddi aşıb-aşmadığını və iddiaçıya maneçilik yaradıb-yaratmadığını, onun hüququnu əhəmiyyətli dərəcədə pozan səviyyədə olubolmadığını, əgər pozursa bu təsirin adi istifadədən və normal təsərrüfat fəaliyyətindən, yoxsa bir istehsalat qüsurundan (tədbirsizliyindən) irəl gəldiyini, iddiaçının bu təsirdən zərərə düşüb düşmədiyini, əgər zərər varsa bunun həcmini, zərərlə təsir arasında səbəbli əlqənin olubolmamasını və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları ixtisaslı şəxslərin (ekspertizanın) rəyi ilə müəyyən etməmişlər.

60. İddiaçı, həmin xüsusatlara dair aidiyyəti dövlət orqanlarının məlumatlarını təqdim edərək yazılı vəsatətlərlə müvafiq ekspertizanın keçirilməsini bir neçə dəfə xahiş etsə də, (ekspertiza qarşısında zəruri olan bütün suallar qoyulmaqla) Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin alınması təmin edilməmişdir.

61. Yuxarıda göstərilən hallar ona dəlalət edir ki, məhkəmələr tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müə yyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 24, 27, 36).

62. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8903/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar