Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-996/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: delikt nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyana tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4570/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt şəhəri, Corat qəsəbəsi,165B nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 0,06 torpaq sahəsindəki fərdi yaşayış evi iddiaçıya məxsusdur. O, xx.xx.2012-ci ildən bəri ailəsi ilə birlikdə bu evdə yaşayır. Həmin ildən bu yana iddiaçıya məxsus olan mülkün həyətyanı sahəsindən hasarına bitişik Cavabdehnə məxsus 30 metr uzunluğund a ana xətt olan qaz borusu keçərək, digər sakinlərə paylaşım edilmişdir. 11 il, 8 ay bu boru tərəfindən istər təhlükə, istərsə də təmir işləri ilə bağlı ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Bu haqda dəfələrlə Sumqayıt şəhər Cavabdehnə müraciət etmələrinə baxmayaraq onlara cavab verilmişdir ki, hələki material verilməyib, verilincə təzminat ödəniləcək. xx.xx.2023-cü il tarixdə Birliyin əməkdaşları ana borunu iddiaçının həyətyanı sahəsindən çıxarmaq qərarına gəlsə də, cavabdehə dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, o, iddiaçıya dəyən maddi və mənəvi zərərin könüllü olaraq təzminatını ödəməkdən imtina etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3538/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.
5. Birinci instansiy a məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasında mübahisəli ərazidə yerləşən fərdi yaşayış evini kirayə verərək əldə edə biləcəyi gəlirdən məhrum olduğunu iddia edir, halbuki Azərbaycan Respublikası qanunvericiliyi dəymiş maddi zərər dedikdə, iddiaçıya dəymiş real zərər nəzərdə tutulur. İddiaçı sözügedən mənzili kirayə verməyə hazırlaşdığı, bununla bağlı hər hansı bir şəxslə danışıqların aparıldığı və ya müqavilələrin bağlanıldığına dair hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir.
6. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evində keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan həyətyanı sahədən ibarətdir. Həyətyanı sahədə iki fərdi yaşayış evi var. Cavabdehnə məxsus qaz xəttinin iddiaçının həyətyanı sahəsindən keçdiyi müəyyən edilməmişdir
7. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 21.2 21.3, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə gəldiyi nəticə ilə razı deyil, çünki fakt olaraq, həmin qaz xətti borusu hasara bitişik həyətindən keçir. Belə görünür ki, məhkəmənin gəldiyi nəticə yə görə istənilən vaxt özbaşına həmin qaz xəttini həyətindən kəsib ata bilər və yaranacaq hallara görə məsuliyyət daşımır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4570/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi) X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
12. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu tö rətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulduğuna dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etməmişdir. Çünki tələbi iddiaçı irəli sürdüyündən iddiasının əsası kimi istinad etdikləri halları da sübut etmək yükü onun üzərinə düşür.
13. Qaz borusunun iddiaçıya məxsus evin hasarına bitişik keçməsi nəticəsində iddiaçıya hansı formada zərər dəyməsi konkret və ağlabatan şəkildə izah olunmalı və buna dair məhkəməyə sübutlar təqdim edilməlidir. Bununla belə, qaz borusunun iddiaçıya məxsus evin hasarına bitişik keçməsi nəticəsində zərər vurulması da inand ırıcı və ağlabatan deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia ərizəsinin məzmunu ilə eyni dəlillərlə əsaslandırılmış kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmə yalnız cavabdehin formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. İddiaçının istinad etdiyi qanuni və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib. Birinci instansiya məhkəməsi və apellyasiya iddiaçıların öz iddia tələbini əsaslandırdığı və məhkəmə araşdırmasına təqdim etdiyi sübutlara qeyriobyektiv və qərəzli yanaşmış, t əqdim edilən sübutları görməzdən gəlmiş və mübahisənin həlli üzrə nəticəyə qeyri-müəyyən və suallar doğuran cavabdehin birinci instansiya məhkəməsində işin baxış mərhələsinə keçirilən zaman məhkəməyə təqdim etdiyi formal mülahizələrinə əsaslanmış, lakin məhkəmə evə baxış keçirərkən qaz borusunun iddiaçının həyətindən keçmədiyini göstərmişlər. Məhkəmə heç bir ciddi əsaslandırma etmədən cavabdehin formal mülahizələrinə əsaslanıb qiymət verərək qətnamə çıxarmışdır. b)
16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qa nunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4570/2024 nömrəli iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir