Məhkəmə qərarları › İş №2(102)-997/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-997/2019

08.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-997/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı maddi zərərə görə 24243 manatın və 84000 ABŞ dollarının, mənəvi zərərə görə 200000 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş 2(011)-369/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H.Həmidov, iş № 2(103)5693/2018)iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddia çı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansi ya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh3 ilə xəstə İddiaçı, xəstə yaxını X5 arasında bağlanmış 15.01.2014-cü il tarixli 142 saylı tibbi xidmət müqaviləsinə əsasən, xəstəxana tibbi xidməti həyata keçirməyi, xəstə və xəstə yaxını isə göstərilən tibbi xidmətə görə müvafiq qaydada təsdiq edilmiş qiymət cədvəlinə əsasən tibbi xidmətin qeydiyyat vərəqəsində müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. Tibbi xidmət müqaviləsinin 1-ci bəndindən müəyyən olunur ki, xəstə ilkin olaraq kəskin koronar sindromu, şəkərli diabet diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir. Tibbi xidmə t müqaviləsinin 2.2.4-cü bəndinə müvafiq olaraq, xəstə və xəstə yaxını göstəriləcək tibbi xidmətin qiymət cədvəlinə əsasən fakturada əks etdirilən məbləği xəstəxanaya vaxtında və əskiksiz olaraq ödəməyi və ödəmiş olduğu məbləği göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri tələb etməyəcəyini öhdəsinə götürmüşdür. Tibbi xidmət müqaviləsinin 3.4-cü bəndinə əsasən, xəstə və ya xəstə yaxını müqavilə ilə nəzərdə tutulmamış xidmətlərin göstərilməsi, fəsad, proqramda (paketdə) nəzərdə tutulan yatış günündən əlavə yatış gün və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə, reanimasiya şöbəsində müalicə hallarında göstəriləcək xidmətlərin qarşılıqlı olaraq bu müqavilənin 3.1-ci bəndində göstərilən qiymət cədvəlindən əlavə ödəniş etməyi öhdəsinə götürmüşdür. Tibbi xidmət müqaviləsinin 7-ci bənd inə əsasən, müvafiq tibbi xidmətin göstərilməsindən sonra müqavilənin fəaliyyət müddəti başa çatmış hesab olunur. İddiaçı adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda tərtib edilmiş 184 saylı epikrizə görə, o, 13.01.2014-cü il tarixdən 15.01.2014-cü il tarixə qədər Ürəyin işemik xəstəliyi. Sol mədəciyin zirvəyan nahiyəsinin Q dişsiz miokard infarktı diaqnozu ilə institutda müayinə və müalicədə olmuşdur. Daxil olarkən şikayətləri sinədə yayılmış xarakterli ağrılardan, boğulmadan və təngənəfəslikdəndir. Xəstənin ümumi vəziyyəti ağırdır, huşu aydındır. Dərisi soyuq və nəmdir. Nəbzi dəqiqədə 115 vurğudur. A/T 130/80 mm.c.st-na bərabərdir. Ürək nahiyəsi və iri damarlar üzərində gözlə görünən patologiya yoxdur. Auskultasiyada ağciyər üzərində sərt tənəffüs eşidilir. Palpasiyada qarını köpdür. S tul qəbzliyə meyillidir. Müvafiq müayinələr aparıldı. EKQ: sinus ritmi. Zirvə, yan divarda S- T seqmentinin depressiyası. ExoKQ: sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməmişdir. Rentgen müayinəsi: ağciyərlərdə insterstitsial şəkil güclənib, infiltrativ dəyişikliklər müşahidə olunur. Sinuslar aydın görünmür. Xəstə qohumlarının təkidi ilə angioqrafiya olunmaq üçün Cavabdeh3na köçürülür. İddiaçı adına Cavabdeh3nda tərtib edilmiş 298/30/112/121 saylı stasionar xəstənin tibbi kartasına görə, o 15.01.2014-cü il tarixdə saat 13.20-də “ürəyin işemik xəstəliyi, kəskin koronar sindrom, şəkərli diabet İİ tip” diaqnozu itə xəstəxanaya daxil olmuşdur. Daxil olarkən şikayəti aşağı ətraflarda olan hərəkətsizlikdəndir. Xəstədə iki həftə bundan əvvəl KRX olmuşdur. Öskürək, yüksək hərarət müşahi də edilmişdir. Ev şəraitində aparılan müalicə effektsiz olmuş, təngənəfəslik qeyd olunub. Xəstə Cavabdeh3nda kardioloji şöbədə müalicə alıb. Lakin 2 gündən sonra xəstədə ayaqlarda hərəkətsizlik qeyd olunub və nevropatoloq tərəfindən müalicə başlayıb, bir neçə ildir ki, ürək nahiyəsində ağrılar və təngənəfəslik var. Müayinə zamanı vəziyyəti ağırdır, burun-dodaq büküşü asimmetrik, reflekslər aşağı ətraflarda azalıb. Aşağı ətrafların hemiplegiyası qeyd olunur. Babinski simptomu mənfidir. Hissiyyat polineyropatik tipli pozulub. Ürək tonları karlaşıb, ritmikdir. A/T-150/90 mm civə sütununa bərabərdir. Nəbzi dəqiqədə 100 vurğudur, ritmikdir. Tənəffüsü sərbəst, ağciyərlərdə auskultasiya zamanı karlaşmış sərt tənəffüs eşidilir. Aşağı paylarda tənəffüs eşidilmir, dili quru, qarnı yumşaq, palpasiya zamanı ağrısız, sidik ifrazı sərbəstdir. Aparılmış instrumental müayinələr: hər iki ağciyərdə interstisial qalınlaşmalar, ödem lehinə dəyişikliklər qeyd olunur. Hər iki plevra boşluğunda massiv sərbəst maye yığıntısı və buna bağlı olaraq bazal seqmentlərdə atelektatik-infiltrativ dəyişikliklər aşkar olunur. Divararalığının orqanlarında və anatomik strukturalarında patoloji dəyişiklik aşkar olunmur. Traxeyanın və bronxların mənfəzləri açıqdır, divar qalınlığı adidir. 16.01.2014-cü il tarixli EKQ: arxa-yan divarda koronar qan dövranının çatışmazlığı. Sol mədəciyin hipertrofiyası. Sinus taxikardiyası. 16.01.2014-cü il tarixdə “Koronar angioqrafiya (selektiv sağ-sol koronar)” əməliyyatı icra edilmişdir. 19.01.2014-cü il tarixli tam qarın boşluğu KT: qaraciyərin ölçüləri böyüməmişdir, konturlar ı dəqiq və düzgündür, parenximasının strukturası homogendir. Qaraciyərdaxili öd yolları genişlənməmişdir. Öd kisəsinin ölçüləri bir qədər böyümüşdür, mənfəzində kiçik ölçülərdə konkrementlər izlənilir. Mədəaltı vəzin ölçüləri adidir, kənarları dəqiqdir, parenximasının strukturası homogendir. Dalaq normaldır. Sağ böyrəyin yuxarı qütbündə 3,4x1,9x1,5 sm ölçüdə kortikal kista izlənilir. Böyrəklərin ölçüləri, forması, konturları adidir. Hər iki tərəfdə KL-sistemi və sidik axarı genişlənməmişdir. Sidik kisəsində kateter izlənilir. Prostat vəzinin ölçüləri böyüməmişdir, strukturası homogendir. Sərbəst qarın boşluğunda nəzərə çarpan patoloji törəmə, maye yığıntısı izlənilmir. İntravenoz kontrast maddə sonrası qarın boşluğunda kontrast toplayan patoloji ocaq qeyd olunmur. Müayinəyə daxil olan əsas damarlarda ateroskleroz əlamətləri aşkar olunur. Ağciyərlərdə hər iki tərəfdə interstitial ödem qeyd olunur. Köklər strukturludur. Aorta və ürək sərhədləri norma daxilindədir. Kosta-frenik sinuslar bağlıdır, plevral boşluqlarda maye hesabına. Döş qəfəsini formalaşdıran sümük toxumalar və yumşaq toxuma kölgəlikləri norma daxilindədir, R-şəkil əsasən stabildir. Hər iki ağciyərdə durğunluq əlamətləri izlənilir. Hər iki ağciyər kostafrenik sinuslar bağlıdır (plevra boşluğunda maye hesabına), oturaq vəziyyətdə. Ağciyərlərin pnevmotizasiyası və damarlanması normal olub, parenxim daxilində aktiv-infiltrativ dəyişikliklər aşkar olunmur. Ürək sərhədləri sola genişlənmişdir. Divararalığı və hər iki kök normal genişlikdədir. Hər iki kostafrenik sinusda maye kölgəliyi müşahidə olunur. Solda daha çox olmaqla (80-100ml). Hər iki ağciyərdə damar şəkilləri güclənmişdir. Ağciyərlərin parenxim daxilində aktiv-infiltrativ dəyişikliklər aşkar olunmur. Ürək sərhədləri sola genişlənmişdir. Divararalığı və hər iki kök normal genişlikdədir. Hər iki kostafrenik sinusda maye kölgəliyi müşahidə olunur. Ağciyərlərdə damar şəkilləri güclənmişdir. Ağciyərlərin parenxim daxilində aktiv-infiltrativ dəyişikliklər aşkar olunmur. Ürək sərhədləri sola genişlənmişdir. Aorta qövsü norma daxilindədir. Divararalığı və hər iki kök normal genişlikdədir. Sağ kostafrenik ostafrenik sinuslar açıqdır. Döş qəfəsini formalaşdıran sümük toxumalar və yumşaq toxuma kölgəlikləri norma daxilindədir. Daha sonrakı müayinələrdə ağciyərin intensitesi artmışdır. Hər ağciyərdə damar şəkilləri güclənmişdir, ödəmə meyillik. Ürək sər hədləri sola genişlənmişdir. Aorta qövsü norma daxilindədir. Divararalığı və hər iki kök normal genişlikdədir. Kostafrenik sinuslar bağlıdır (maye ola bilər). Döş qəfəsini formalaşdıran sümük toxumalar və yumşaq toxuma kölgəlikləri norma daxilindədir. Aşağı ətraf venalarının doppler incələmədə: yatılı vəziyyətdə dərin vena trombozuna yönəlik incələmədə: hər iki tərəfdə ana və eksternal iliak; ana, dərin və səthi femoral; popliteal və dərin krural venaların kranial seqmentlərində nəzərə çarpan morfolojik ya da hemodinamik patologiya izlənmədi. İncələnən seqmentlərdə akut fazda dərin vena trombozu izlənmədi. Hər iki v.safena magna kranial seqmentləri açıq izləndi. Nəticə: hər iki tərəfdə dərin vena trombozu əlaməti izlənmədi. EKQ: sol mədəciyin hipertrofiyası və yüklənməsi. Mülayim sinus t axikardiyası. Doppler+rəngli exokardioqrafiya: sol mədəciyin sistolo- diastolik ölçüləri normasistolik f-sı azalıb (LVEF=47%). Seqmentar divarı hərəkət qüsuru-septumun midi apikalı akinetik, inferiorun və posteriorun apikalı hipokinetik. Relaksativ tip diastolik disfunksiyası qeyd edilir. Mitral qapaq arxa tayında kalsifik düyün qeyd edilir. İİİ MÇ.min AÇ. Perikard və plevral boşluğu təmizdir. Doppler+rəngli exokardioqrafiya: sol mədəciyin sistolo-diastolik ölçüləri norma sistolik f-sı azalıb (LVEF=40%). Seqmentar divarı hərəkət qüsuru-septumun midi apikalı akinetik, inferiorun və posteriorun apikalı hipokinetik. Relaksativ tip diastolik disfunksiyası qeyd edilir. Mitral qapaq arxa tayında kalsifik düyün qeyd edilir. İİİ MÇ.min AÇ. Perikard və plevral boşluğu təmizdir. 20.01.2014cü il tari xdə xəstənin vəziyyəti orta ağırdır. DQR-də sağ tərəfdə pnevmotizasiya pozulub (pnevmoniya?). Aşağı ətraf sağ tərəfdə əzələ zəifliyi var. KT müayinə olundu, baş beyində köhnə işemik ocaq aşkarlandı. Həmçinin, öd kisəsinin boynunda çoxlu miqdarda öd daşları aşkar olundu. Müalicə təyinat üzrə davam olunur. 22.01.2014-cü il tarixdə xəstənin şikayətləri aşağı ətraflarda olan hərəkətsizlikdən, ağrılardandır. Reflekslər aşağı ətraflarda azalıb. Aşağı ətrafların hemiplegiyası qeyd olunur. Hissiyyat polineyropatik tipli pozulub. Diaqnoz: “poliradikulo-nevropatiya (miyelinopatiya?)”. 23.01.2014-cü il tarixdə xəstənin ayaqlarında paraplegiya qeyd olunur. Əllərində hipoesteziya və əzələ gücün azalması qeyd olunur. Su içəndə çeçəmə əmələ gəlib. Diaqnoz: “demielinizə edən poliradikuloneyropatiya, Guill ain-Barre sindromu”. Müalicə davam edir. 25.01.2014-cü il tarixdə xəstənin sağ ayağında hərəkət əmələ gəlib, xəstədə yataq yaraları qeyd olunur. İzobetadin ilə sanasiya olunur. Xəstəxanada olduğu müddətdə xəstəyə cipro-400 mg, pantocid-40 mg, panangin-2 tab x 3 dəfə, dyufolak, somazin-1 g x 1 dəfə, asistan-3,0 x 2 dəfə; fraxiparin-0,6 x 2 dəfə; insulatard-20 t x 2 dəfə, cordaron-1 tab x 1 dəfə; aktovegin-5 ml x 2 dəfə; kordaron-300 mg; ringer-100 ml; sebaneks-2,0 x 2 dəfə; laktoza-30 ml; sibazon-2,0 əzələ daxilinə; tramal-2,0 ml əzələ daxilinə; diroton-5 mg; morfin-0,5 ml əzələ daxilinə, aspirin-kardio 100 mg; lazix-200,0; nitro-20 mg 2 ml; relanium-2 tab; zopirel-75 mg 1x1; dexametazon-4,0; dematon + NaCİ 200,0; aktovegin-5,0; nivalik- 5 mg; espumizan-2 həb; aktropid+analgin+dimedrol; lop irel-75 mg; lazolvan -10,0; kentron-5,0; nivalin-5 mg; albumin-5,0; omnik okas-1 həb x 1 dəfə; insulatard; fransip -0,6 x 2 dəfə; korolaron 1 həb x 1 dəfə; plaviks 75 mg x 1 dəfə; kentron-5,0 x 1 dəfə əzələ daxilinə; metilprednizalo-500 mg; guttalak-30 damcı; ketanol; actropid; cefanex-2 mg x 2 dəfə; rektacid - 40 mg x 1 dəfə; panangin-2 həb x 2 dəfə; bisokadil-şam; heparin - 25000 TV- 2 ml/saat; tramadol-2 ml; serukal-2 ml təyin edilmişdir. 27.01.2014-ü il tarixdə xəstənin şikayəti ümumi zəiflikdən, ayaqda olan hərəkətsizlikdəndir. Əllərdə əzələ gücü artıb, sağ və sol ayağında əzələ gücü əmələ gəlib, disfoniya qeyd olunur. 29.01.2014-cü il tarixdə “perkutan translyuminat koronar angioplastika” əməliyyatı icra edilmişdir. 29.01.2014-cü il tarixli PTKA stent protokolu: 7FL guiading kateter yerləşdirilərək LAD proksimalındakı 98% uzun darlıq soft quide vire ilə keçilərək 2,0 x 20 mm balonla predilatasiya olunaraq 3,0x30 mm dərmanlı stent qoyuldu. Stent sonrası axım TİMİ

3. Nəticə: LAD-yə PTCA+Stent. 07.02.2014-cü il tarixdə xəstədə aşağı ətraflarda paraparez, sağ ayağında atrofiya qeyd olunur. Diaqnoz: “demielinizə-olunmuş poliradikuloneyropatiya (GuillainBarre sindromu)”. Təyinat verildi. 12.02.2014-cü il tarixdə pulmonoloqun baxışı zamanı “İkitərəfli hidrotoraks” diaqnozu təyin edilmişdir. 13.02.2014-cü il tarixdə dermatoveneroloqun baxışı zamanı xəstənin şikayəti dəridə ləkənin əmələ gəlməsindəndir. Boynun arxa səthində, çiyində, sinə nahiyəsində dəridə müxtəlif ölçülü, açıq qəhvəyi rəngdə ləkələr müşahidə olunur. Müvafiq təyinat verildi. 23.02.2014-cü il tarixdə xəstənin büzdüm və sağ daban nahiyəsində yataq yarası qeyd olunur. Yara işlənilir. Həmin tarixdə xəstənin ümumi vəziyyəti ağırdır. Huşu aydındır, lakin qeyriadekvat psixoloji oyanıqlıq qeyd olunur. 24.02.2014-cü il tarixdə nevropatoloqun baxışı keçirilmiş və “demie-linizəolunmuş poliradikuloneyropatiya (Guillain-Barre sindromu)” diaqnozu təyin edilmişdir. 25.02.2014-cü il tarixdə xəstənin ümumi vəziyyəti ağırdır. Huşu aydındır, lakin bir qədər aqressivdir. Müalicədən və verilən həblərdən imtina edir. Sarğı və topuq nahiyəsində yataq yaraları mövcuddur. Müalicə davam etdirilir. 26.02.2014-cü il tarixdə xəstədə quru, təmiz amma böyük yataq yarası qeyd olunur. 27.02.2014-cü il tarixdə ümumi cərrahın müayinəsi zamanı xəstədə sarğı nahiyəsində olan uzun müddətli, böyük ölçüdə (10 x 10 sm) yataq yarası, yaranın dibində sümük toxuması izlənilir. Yara nekrotik toxumalardan təmizləndi, antiseptiklərlə silinib sarğı qoyuldu. 01,03.2014-cü il tarixdə xəstədə sakral, sarğı nahiyəsində böyük ölçüdə nekrotik, irinli yataq yarası qeyd olunur. Yara nekrotik toxumalardan təmizləndi, irinliklər açıldı, antiseptiklərlə silinib, aseptik sarğı qoyuldu. Müalicə davam edir. 04.03.2014-cü il tarixdə xəstə yaxşılaşma ilə evə yazılır. Klinik diaqnoz: “ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, üç tac damar xəstəliyi, PTCA+STENT, poliradikuloneyropatiya Guillain-Barre sindromu, şəkərli diabet tip 2, demkompensasiya, rəngbərəng dəmrov, MÇ 3, yataq yarası, ikitərəfli hidrotorakj ürək çatmamazlığı İİİ f.s”. Medclub MMC-nin 03.03.2014-cü il tarixli 441 saylı tibbi arayışına görə, 13.07.1955-ci il təvəl lüdlü İddiaçı 03.03.2014-cü il tarixdə MediClub klinikasına müraciət etmiş və Cavabdeh3ndan Türkiyə Respublikasına transport olunmuşdur. Diaqnoz - Essensial Hipertoniya 2. mərhələ. Şəkərli Diabet 1. tip. Risk 3., AKŞ əməliyyatından sonrakı vəziyyət. Guillian-Barre sindrom. Yataq yaraları 4. dərəcə. Medclub MMC-nin 03.03.2014-cü il tarixli 441 saylı arayışına görə, 13.07.1955-ci il təvəllüdlü İddiaçı 03.03.14-cü il tarixində MediClub klinikası həkim tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Essensial hipertenziya. Şəkərli diabet. AKŞ-dan sonrakı vəziyyət. Hava nəqliyyatından istifadə etməsinə əks-göstəriş yoxdur və ətrafdakılar üçün tibbi cəhətdən heç bir təhlükə yaratmır. Xəstə tibbi personalın müşayiəti altında uzanıqlı vəziyyətdə təxliyə olunmalıdır. Xəstə təyyarədə X1 və tibb bacısı X3 mü şayiəti altında olacaq. İddiaçı adına Türkiyə Respublikası Qaziosmanpaşa xəstəxanasında tərtib edilmiş epikrizə görə, 04.03.2014-cü il tarixdə “şəkərli diabet insulindən asılı, ürəyin xroniki işemik xəstəliyi, plevra effüzyonu, Guillain-Barre sindromu” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. İddiaçı adına Türkiyə Respublikası Avrasiya Hospitalda tərtib edilmiş epikrizdən görünür ki, o, 05.03.2014-cü il tarixdən 18.04.2014-cü il tarixə qədər “anemiya, sistit, Guillain-Barre sindromu, plevral effüzyon” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müvafiq müayinələr aparılmış, yataq yarasına müvafiq cərrahi işləmələr edilmiş, xəstə oturaq vəziyyətə gətirilmişdir. İddiaçı adına Türkiyə Respublikası Avrasiya Hospitalda tərtib edilmiş epikrizə görə, o, 05.03.2014-cü il tarixdən 18.04.2014-cü i l tarixə qədər Anemiya. Sistit. Guillain-Barre sindromu. Plevral effüzyon diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müvafiq müayinələr aparılmış, yataq yarasına müvafiq cərrahi işləmələr edilmiş, xəstə oturaq vəziyyətə gətirilmişdir. Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi Xəstəxanasının 17.12.2016-cı il tarixli 1714 saylı məktubuna görə, Ağsu rayonunun Qaraqoyunlu kənd sakini, İddiaçı, 13.01.2014-cü il tarixdə DZ: ÜİX, sabit gərginlik stenokardiyası, f/s İİİ. Ağ ciyər ürək çatmamazlığı. Şəkərli diabet İİ tip, ağır forma diaqnozu ilə Elmi Tədqiqat Kardiologiya institutuna göndərilmişdir. Xəstə göndərilən müddətdə onun ayaqlarında Guillain-Barre sindromu müşahidə olunmamışdır. 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının 09.09.2014-cü il tarixli 446228 saylı TSEK-də müayinə aktından çıxarışa görə, İddiaçı ümumi xəstəlik səbəbindən 01.10.2016-cı il tarixədək İ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 82/KEŞ saylı, 08 iyun 2017-ci il tarixli rəyinə görə, 1955-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komisiya aşağıdakı nəticəyə gəlmişdir. Guillian Barre sindromu kəskin iltihabi nevroloji xəstəlikdir. Guillian Barre sindromun əmələ gəlməsinə sitomeqalavirus, herpes və s. viruslar səbəb ola bilər. Guillian Barre sindromunun etiologiyası məlum olmadığından bu sindromun əmələ gəlməsi barədə dəqiq fikir söylənilməs i mümkün deyildir, lakin keçirilmiş infeksion xəstəliklərdən, yaxın zamanlarda keçirilmiş cərrahi əməliyyatdan və ya travmadan sonra bu sindrom əmələ gələ bilər. Guillian Barre sindromu orqanizmin fərdi xüsiyyətindən asılı olaraq hansı müddətdən sonra özünü biruzə verməsi haqqında fikir söylənilməsi mümkün deyildir. Koronar angioqrafiya müayinəsi aparılarkən xəstənin Guillian Barre sindromuna yoluxması mümkün deyildir. Femoral damardan müdaxilə edildiyi halda femoral sinirin zədələnməsi mümkün deyildir, belə ki, bud sinirinin anatomik proyeksiyası ilə femoral damarın anatomik proyeksiyaları bir birinə uyğun deyildir. Xəstənin femoral siniri mexaniki təsirdən zədələndikdə xəstədə qısa zamanda həmin ətrafda parez əmələ gələ bilər. Tibbi manipulyasiyalar zamanı sterilizasiya qaydaları pozul arsa xəstənin hər hansı bir virusa yoluxması mümkündür. Guillian Barre sindromu yaxın zamanda cərrahi əməliyyat keçirilən xəstəyə yoluxma ehtimalı mümkündür. Guillian Barre sindromunun nə vaxt baş verməsi haqqında dəqiq fikir söylənilməsi mümkün deyildir. Lakin İddiaçı adına Cavabdeh3nda tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, 23.01.2014-cü il tarixdə aparılmış müvafiq müayinələr əsasında xəstəyə “Demielinizəolunmuş poliradikuloneyropatiya (Guillain-Barre sindromu)” diaqnozu təyin edilmişdir. İddiaçı 16.01.2014-cü il tarixdə aparılmış Angioqrafiya invaziv müayinə metodu hesab olunur. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, 23.02.2014-cü il tarixdə Cavabdeh3nda xəstənin büzdüm və sağ daban nahiyəsində yataq yaraları müəyyən olunmuş, bununla əlaqədar cərrahın konsultativ baxışından sonra müvafiq müalicələr təyin edilmişdir. İddiaçı yataq yarasının əmələ gəlməsinə səbəb xəstənin uzun müddət yataqda hərəkətsiz olması ilə əlaqədardır. Yataq yarasının əmələ gəlib-gəlməməsi barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Lakin, yataq yarası əmələ gəldikdə bu konservativ üsullarla müalicə olunmalıdır. İddiaçı barəsində Cavabdeh3 tərəfindən tərtib olunan xəstəlik tarixi Səhiyyə sistemində qüvvədə olan müvafiq protokol qaydalarına uyğun olmuşdur. İddiaçı adına Cavabdeh3nda tərtib edilmiş tibbi sənədlərdə yataq yarasının izlənilməsi günaşırı qeyd edilmiş və təyinata uyğun müalicələr aparılmışdır. İddiaçı yataq yarası olduğu halda onun yaxşılaşma ilə evə yazılması məqsədə müvafiq hesab edilmir. İddiaçı Cavabdeh3nda 16.01.2014-cü il tarixdə aparılmı ş angioqrafiya müayinəsi düzgün həyata keçirilmiş, lakin 23.02.2014-cü il tarixdə xəstədə müəyyən edilən yataq yaraları tam sağalmadığı halda, onun kafi vəziyyətdə evə buraxılması məqsədə müvafiq hesab edilmir. Rayon məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin T 402\2017 saylı, 02 oktyabr 2017-ci il tarixli rəyinə görə, 1955-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda qoyulmuş suallara uyğun komissiya nəticəyə gəlmişdir. Guillain-Barre sindromu periferik sinir sisteminin ağır xəstəliklərindən olmaqla viruslar tərəfindən (herpes, sitomeqalovirus və sairə) törədilir, qəflətən başlayır, periferik tetraparez və ifliclə müşayiət olunur. Aparılan cərrahi əməliyyat zamanı onun yoluxması mümkün deyildir. Guillain-Barre sindromunun əmələ gəlmə səbəbləri tam öyrənilmədiyindən onun yoluxma müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İddiaçı üzərində 16.01.2014-cü il tarixdə aparılmış angioqrafiya invaziv müayinə metodu hesab olunmaqla diaqnozun dəqiqləşdirilməsinə xidmət edir. Bu müayinə metodu zamanı Guillain-Barre sindromuna yoluxma ehtimalı mövcud deyildir. Burada orqanizmin fərdi xüsusiyyətləri, immun sistemi vəziyyəti və infeksiyanın virurentliyi əsas rol oynayır. İddiaçı adına tərtib edilən tibbi kartada göstərilənlərə əsasən 23.02.2014-cü il tarixdə büzdüm və sağ dabanda yataq yaraları müəyyən edilmiş və onların əmələ gəlməsinin əsa s səbəbi xəstənin yataqda uzun müddət hərəkətsiz qalması olmuşdur. Yataq yarası aşkar edilərkən xəstəyə izobetadinlə sanasiya, immunoqlobulin və immenell təyin olunmuş, həmin vaxt üçün bu müalicəni qənaətbəxş hesab etmək olar. Müasir tibbin nailiyyətləri yataq yaralarının qarşısını almaq iqtidarındadır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi Cavabdeh3nda stasionar müalicə müddətində onda əmələ gəlmiş yataq yaraları ilə əlaqədar medikamentoz müalicələrlə yanaşı yaralar birincili işlənilmiş, nekrotik toxumalar təmizlənmiş, irinciklər boşaldılmış və xəstə 04.03.2014-cü il tarixdə xəstəxanadan evə yazılmışdır. İddiaçı yataq yarasının müalicəyə tabe olmamasının səbəbi onun vəziyyətinin ağır olması və düçar olduğu şəkərli diabet, hissiyyatın pozulması ilə müşayiət olunan p oliradikuloneyropatiya xəstəliyi olmuşdur. Sonda cərrahi əməliyyat və müalicə tədbirləri aparılaraq yataq yaraları tam sağalaraq aradan qaldırılmışdır. İddiaçı yataq yaraları olduğu halda xəstəxanadan evə ambulator müalicəyə buraxılması tibbi praktikada yol verilən haldır. İddiaçı adına tərtib edilən tibbi sənəddə göstərilənlərə əsasən ona diaqnoz düzgün qoyulmuş və aparılan müalicə tədbirlərini adekvat hesab etmək olar. İddiaçı üzərində aparılmış əməliyyatdan sonra onda baş qaldıran poliradikuloneyropatiya infeksiyasının əmələ gəlmə səbəbi haqqında birmənalı fikir söyləmək həmin xəstəliyin etiologiyası müxtəlif olduğundan mümkün deyildir. Xəstədə aşkar edilən yataq yaraları İİİ-İV tip olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 14.1, 21.2, 1096, 1097, 1112-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Müki Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbl ərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi də lilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya d igər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə koll egiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar