Məhkəmə qərarları › İş №2(102)-998/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-998/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1806/2022 nömrəli 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 04 aprel 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X7 xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur.

2. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu – kiçik çavuş X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyi 651 saylı Hərbi Hissəsində xidmət etmiş və aylıq pul məvacibi 795.14 (yeddi yüz doxsan beş manat on dörd qəpik) manat məbləğində olmuşdur.

3. X7 23.11 2020-ci il tarixdə odlu silahdan atəş açılması nəticəsində vəfat etmişdir.

4. Füzuli Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2021-ci il tarixli 1(97)33-2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 350.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsi tətbiq etməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmiz ləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidməti nizamnaməsinin 106-cı maddəsinin “silah doldurularkən və boşaldılarkən onun lüləsi 45- 60 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilməli” və “Azərbaycan Respublikası Müdafiə nazirinin 25 noyabr 2016-cı il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə təlimat”ının 20.8-ci maddəsinin “atışlarda və təlimlərdə silahı hədəf istiqamətindən yana, arxaya və adamlara yönəltmək qadağandır” kimi tələblərini pozaraq silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara t ərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş X4 “girişi qarnın ön divarında, çıxışı bel nahiyədə ortada İ bel fəqərəsi səviyyəsində, istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdan-aşağıya olmaqla gedişi boyunca nazik bağırsağın, müsariqənin, sol sidik axarının, periton damarların, fəqərələrin sol yan çıxıntılarının zədələnmələri ilə müşayiət olunan, qarın boşluğuna massiv qanaxma (4000 mn), peritonarxası sahənin geniş hematoması ilə nəticələnmiş, dəlib keçən bir ədəd odlu silah-güllə yaralanması” ilə müşahidə olunan ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehti yatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

5. İddiaçıya 1146.53 manat məbləğində ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəlüdlü X6 adlı uşaqların yetkinlik yaş həddinə çatana qədər hər uşağa görə 15000 (on beş min) manat olmaqla cəmi 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X1 23 noyabr 2020ci il tarixdə Cavabdeh ehtiyatsızlığı nəticəsində si lahdan atəş açılaraq ölmüşdür. Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Cavabdeh 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının CM-nın 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Onun maddi vəziyyəti çox ağırdır. Onun himayəsində 2 azyaşlı uşaqları vardır, 2-ci uşaq əri rəhmətə gedən 6 aydan sonra dünyaya gəlmişdir. Hazırda o, heç bir yerdə işləmir. Nənəsinin evində yaşayır, yaşamağa evi yoxdur. Cavabdeh və onun valideynləri hökm çıxana kimi, hər cür köməklik edəcəyini vəd etmişlər, lakin heç bir köməklik və maddi yardım göstərməmişlər. Ailə başçısını itirdiyinə görə o, 1146 manat pensiya alır.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi atası Nümayəndə i ddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində yazılanlar düz deyil. Hadisənin olduğu yeri düz yazılmamış, hadisə Cəbrayıl rayonu Daşkəsən kəndində baş vermişdir. X1 ilə Cavabdeh münasibətləri çox yaxşı olmuş, bir-biri ilə qardaş kimi olmuşlar. Onlar 8 gün mühasirədə qalmış, mərhum 2 dəfə yaralanmış, hər dəfə də oğlu Şəmistan ona kömək etmiş, mühasirədən çıxarmışdır. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Silahı təhvil verəndə içində güllə qalmış, mərhum silahın qabağına gəlmiş, həmin vaxt güllə qəfildən açılmış və X5 yaralamışdır. Mərhum Füzuli rayon xəstəxanasına aparılmış və xəstəxanada vəfat etmişdir. O, iddiaçının həyətinə dəfələrlə getmiş, ona ömrünün axırına kimi bir ata kimi arxa olacağına və ona mənəvi dəstək göstərəciyini bildirmiş, lakin iddiaçı onu qəbul et məmişdir. İddiaçının qardaşı da hərbiçidir, oğlu Şəmistan ilə eyni batalyonda xidmət etmiş, iddiaçının qardaşı oğlunun yanına getmiş, onunla mübahisə etmiş və öldürməklə hədələmiş, buna görə də oğlunun yerini dəyişmişdir. Onun maddi imkanı çox aşağıdır. O və oğlu heç bir yerdə işləmir, oğlunun böyrəkləri xəstədir. Oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Xocavəndin azad olunmasına görə medalı verilmişdir. İddiaçıya dövlət tərəfindən 11000 manat bir dəfəlik müavinət verilmiş, yaşat fondu tərəfindən 6000 manat verilmiş, sosial müdafiə fondu tərəfindən də yardım edilmişdir. Bir ata kimi, iddiaçıya mənəvi dəstək verməyə hazırdır. İddiaçıya heç bir pul verməmiş, ərzaq aparmış, lakin iddiaçı qəbul etməmişdir.

9. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029) -122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi kimi X1nun uşaqları - 09 sentyabr 2019-cu il təvəllüdlü X10 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X2 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xi dmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara tərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusukiçik çavuş X4 ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan həmin şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 350.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə həmin cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzası şərti hesab edilmişdir. Fəxrəddin Fərəcov ölməmişdən əvvəl onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi aylıq pul məvacibi 795.14 manat təşkil etmişdir. Həmin şəxs İddiaçı ilə rəsmi nikahda olmaqla ailəli olmuş, ölənədək xx.xx.2019-cu il təvəllüdlü Ümid adlı bir uşağı olmuş, öldükdən sonra isə xx.xx.2021-ci il təvəllüdlü Fəxrəddin adlı daha bir uşağı anadan olmuşdur. Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onun ailəsi başsız qalm ış və ailə üzvləri onun qazancından öz dolanışıqları üçün aldıqları, həmçinin gələcəkdə alacaqları gəlirdən məhrum olmuşlar. Belə ki, onun uşaqlarının əsas dolanışığı onların valideyni olmuş X15 gəliri hesabına olmuş, Ailə Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq uşaqların onun gəlirinin 1/3 hissəsini almaq hüquqları olmuşdur. Beləliklə, Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onların Cavabdeh zərərin əvəzinin ödənilməsi hüquqları, sonuncunun isə onların qarşısında öhdəliyi əmələ gəlmişdir. Həmin şəxslərin (X15 azyaşlı uşaqlarının) zərərin əvəzinin ödənilməsi hüquqları isə mübahisə olunmayan və sübuta ehtiyacı olmayan hüquqdur. X15 öldüyü günədək aldığı məvacibin miqdarını, hüquq pozuntusu törətmiş Cavabdeh təqsirinin dərəcəsini və s. hallar nəzərə alınaraq iddiaçı Fərəcovanın tələb et diyi miqdarda zərərin ödənilməsini qanuni, əsaslı və ədalətlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1118.1, 1118.2, 1118.3, 1119.1, 1119.2, 1119.3, 1119.4, 1119.5, 1121.1, 1121.2, 1121.3, 1122.1, 1122.2-ci, Ailə Məcəlləsinin 76.1-ci, MPM-in 14.2, 77.1, 82.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iştirak etdiyi ağır müharibənin və həmçinin bədbəxt hadisənin təsirlərindən keçirdiyi mənəvi psixoloji sarsıntılar nəticəsində ozünə qapanma və depresiya halları yaşadığından müddətdən artiq hərbi qulluqçu kimi xidmətimi davam etdirə bilmədiyinə görə işdən cıxmışdır və hazırda valideyinlərinin yanındadır. Ciddi müalicəyə ehtiyacı olamasına baxmayaraq ağır maddi vəziyyəti ilə əlaqədar müalicə ala bilmir. Şəxsi mülkiyyətinə aid heç bir əmlakı mövcud deyildir. Qusar Rayon Məhkəməsi qeyd olunan işə baxarkən qeyri-obyektivliyə yol vermiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş və cavabdeh barəsində icrası mümkün olmayan, mövcud vəziyyətini daha da ağırlaşdıran qətnamə qəbul etmişdir.

14. Məhkəmə zərərin məbləğini müəyyənləşdirərkən iddiaçıya 11 46,53 (bir yüz min yüz qırx altı)manat 53 qəpik məbləğində ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edildiyini, siğorta pulu və “Yaşat” Fondu tərəfindən də müvafiq ödənişlər edildiyini, cavabdehin maddi mənəvi vəziyyətini nəzərə almamış, təqdim etdiyi əsaslara hüquqi qiymət vermədən birtərəfli qaydada yalnız iddiaçı tərəfin tələbini təmin etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Füzuli Hərbi Məhkəməsindəki icraat barədə onun məlumatı olmayıb. Əri öləndə 3 aylıq hamilə idi və bir yaşlı oğlu da var idi. Onun həyatı məhv olub. Qaynatası varis kimi tanınıb, amma onun qaynatası ilə heç bir münasibəti olmayıb. Onun ərinə şəhid statusu verilməyib. İddia ərizəsində qeyd etdiyi 30000 manatı təxmini deyib, heç bir he sablama aparmayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, oğlunun psixi problemləri var, heç bir halda qət olunmuş məbləği ödəmək iqtidarında deyil. Hadisə döyüş bölgəsində baş verib. Oğlu hadisəni qəsdən törətməyib. 30000 manatı yox, 10000 manatı aybaay ödəyə bilər. Nə özü, nə də oğlu işləmir. Kənd təsərrüfatı ilə məşğul olaraq gündəlik ehtiyaclarını çətinliklə təmin edirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, bədbəxt hadisə başa düşüləndir. Cavabdeh həddindən artıq gərgin vəziyyətdədir. X21, həm də məlum hadisə cavabdehin sarsılmasına səbəb olub. Mərhum şəxs cavabdehlə yaxın dost olub. Cavabdeh iddiaçıya maddi kömək etməyə borcludur, ancaq mövcud məbləğə gücü çatmır, öhdəliyi icra etmək iqtidarında deyil, stabil gəliri yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edil məsini xahiş edir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1806/2022 nömrəli 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X8 (sədrlik edən və məruzəçi hakim), X17 və X11) Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, mərhum Fəxrəddin Fərəcov sağlığı nda 795,14 manat aylıq məvacib almışdır. Həmin məbləğ dörd nəfərin (Fəxrəddin Fərəcov özü, arvadı və iki uşağı) arasında bərabər bölüşdürüldükdə adambaşına düşən məbləğ 198,79 manat, iki uşağa görə isə 397,60 manat təşkil edir. Qanunvericiliyin tələblərinə görə isə iki uşağa valideynin qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilir. Belə olduqda 795,14 manatın 1/3 hissəsi 265,05 manat təşkil edir ki, hazırkı qətnamə ilə cavabdehdən iddiaçının uşaqlarının xeyrinə tutulacaq aylıq məbləğ bundan azdır. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1119.1, 1119.2, 1119.3, 1119.4, 1119.5, 1121.1, 1121.2, 1121.3, 1122.1, 1122.2-ci, Ailə Məcəlləsinin 76.1-ci, MPM-in 4.1, 80, 81, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslan dırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəy yənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qan unla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

32. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.

33. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan a z işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.

34. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.

35. Maddə 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirs ə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.

36. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

37. Maddə 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

38. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək.

39. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qaza ncının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.

40. Maddə 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı

41. Əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(105)-1806/2022 nömrəli 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar