Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-999/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X9 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X5 itirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11023/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhk əməsinin (hakim Rəşid Səmədov) xx xxx 2019-cu il tarixli, 2(006)-2832/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "X3 Mərkəzi" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair keçirilmiş xx.xx.2013-cü il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 1-ə dair "Cavabdeh1" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, "X3 Mərkəzi" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh1" ASC ilə iddiaçının mərhum atası X6 arasında xx xxxxxxxx 2011 -ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmədiyindən, bank tərəfindən iddia ilə məhkəməyə müraciət edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə 150000 manat əsas borcun, 16100 manat faiz borcunun, 10.000 manat cərimə borcunun, ümumilikdə 176100 manat borcun X1 tutulması, tutmanın Nərimanov rayonu, Azadlıq prospekti, ev 149, mənzil 41 ünvanında yerləşən mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş, mənzil ilkin olaraq 105000 manat məbləğində dəyərləndirilərək hərraca çıxarılsa da, sonradan xx.xx.2013-cü il tarixində bank tərəfindən 66938 manata əldə edilmişdir. xx.xx.2017-ci il tarixd ə iddiaçının atası vəfat etmişdir. Məhz bu hadisədən sonra iddiaçı bütün bu olanlar barəsində məlumat almışdır. Yəni atası vəfat edənədək banka olan borc, mənzilin hərracdan satılması ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulduğuna görə hərracın nəticələri etibarsız sayılmalıdır. Belə ki, hərracın keçirilməsindən ümumiyyətlə iddiaçının atası X2 məlumatı olmamışdır. Bu da özlüyündə qanunvericiliyin tələblərinə ziddir və hərracın keçirilmə qaydalarını pozmaqla keçirildiyinə görə həmin hərrac etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən cavabdeh "X3 Mərkəzi" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair keçirilmiş xx.xx.2013cü il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 1-ə dair "Cavabdeh1" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka qoyanın hərracdan, onun keçirilməsi vaxtından, hərracın nəticələrinə görə mənzilin bankın mülkiyyətinə keçməsindən xəbərdar olması barədə qənaətə gələrkən mərhum tərəfindən yazıldığı iddia ed ilən xx.xx.2017-ci il tarixli ərizəyə istinad etmişdir. Mərhum xx.xx.2017-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Məhkəmə xx.xx.2017-ci il tarixdəxəstəlikdən vəfat etmiş şəxsin xx.xx.2017-ci il tarixli ərizəni necə yaza bilməsi barədə heç bir araşdırma aparmamışdır. Cavabdehin istinad etdiyi digər ərizənin də mərhum tərəfindən yazılıb-yazılmaması aydın deyil. Məhkəmə heç bir araşdırma aparmadan istinad olunan ərizənin mərhum tərəfindən yazıldığını fakt olaraq qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsas sız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2384/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 Cavabdeh1 ASC-nin xeyrinə 150000 manat əsas borc, kreditdən istifadəyə görə 16100 manat faiz borcu və 10000 manat cərimə (gecikmə faizi) olmaqla, cəmi 176100 manat, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdeh X4 məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 42 kvadrat metr, yardımçı sahəsi 27, 7 kvadrat metr, ümumi sahəsi 69,7 kvadrat metr olan 3 otaqlı mənzilə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait he sabına cavabdeh X2 iddiaçı Cavabdeh1 ASC-yə olan cəmi 176100 manat kredit borcunun və 20 manatın ödənilməsi, cavabdehlər X6, X8, X10 və X7 ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın qanunvericiliyinə müvafiq olaraq satıldıqdan sonra ən geci bir ay müddətində boşaltmaları qət edilmişdir. «Hərracın yekunları barədə» xx xxxxxx 2013-cü il tarixli, Y-217 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – “X3 Mərkəzi” MMC-nin direktoru İ.Bayramovilə alıcı Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi Ş.Y.Nağıyev Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 49, mənzil 41-in 66938 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 "Cavabdeh1" ASCnin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1291 saylı reyestr kitabının 117653 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X2 ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizədə qeyd edilmişdir ki, onun adına açılmış AZ74ATRA******************** nömrəli hesaba xx xxxxx 2014-cü il tarixində 30000 ABŞ dolları, xx xxxxxxx 2014-cü ildə AZ95ATRA**********0000000001 nömrəli hesaba 15000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixində AZ74ATRA******************** nömrəli hesaba 30000 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixində AZ74ATRA * ******************* nömrəli hesaba 20000 ABŞ dolları, cəmi 95000 ABŞ dolları ödəmişdir. Beləliklə həmin məbləğə yığılan faizlər nəzərə alınmadan Cavabdeh1 ASC-də 95000 ABŞ dolları məbləğində pulu vardır. Hazırda 95000 ABŞ dolları sentyabr ayına olan məzənnəyə əsasən 165500 manat təşkil edir və bu da onun Banka olan əsas borcdan çoxdur. Qeyd olunanları nəzərə alaraq onun 95000 ABŞ dollarından, əlindən alınmış mənzilinin ona qaytarılması müqabilində Bankın (Əmanətlərin Sığortalanması Fondunun) xeyrinə imtina edir və bu məsələni notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanılmaqla rəsmiləşdirilməsini xahiş edir. xx.xx.2017-ci il tarixli, AZ-İ № 908436 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “ASAN xidm ət” mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı ünvan 1-miras əmlakdan 1/1 hissədə pay almalıdır. “X3 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, tələb edilən sənədlər (harracın keçirilməsi ilə bağlı) saxlanma müddəti keçdiyi üçün məhv edilmişdir. Buna görə də tələb edilən sənədləri təqdim edə bilmirlər. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyanın məlumatlandırılmasına dair hər hansı şübhə mövcud deyildir. Nəzərə alınsa ki, ipoteka saxlayan hərracın keçirilməsindən 4 il sonra ipoteka saxlyana müraciət edərək hər bir halda hərracın keçirilməsi, bank tərəfindən ipoteka predmetinin borc əvəzinə qəbul edilməsi və mənzildən çıxarılmaya müəyyən müddət möhlət verilməsini xahiş etmişdir. İpteka qoyan sağlığında hazırkı iddia üzrə iddiaçının istinad etdiyi əsaslarla iddia ilə müraciət etməmiş və ya hər hansı bir digər əsasla hərracı mübahisələndirməmişdir. Hazırkı iş üzrə iddiaçının isə iddiasının əsasını ipoteka qoyanın hərracla bağlı məlumatlandırılmaması ilə bağlıdır. Lakin onun göstərdikləri işin hər hansı bir halı isə təsdiqlənmir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ipoteka qoyanın hərracdan, onu n keçirilməsi vaxtından, hərracının nəticələrinə görə mənzilin bankın mülkiyyətinə keçməsindən məlumatı olmuşdur. Hərracın təşkilatçısının hərracın keçirilməsi ilə bağlı bildirişin ipotekaya qoyana çadırılmasına dair bir vəzifəsi yoxdur, yalnız belə məlumatlandırmanın həyata keçirilməsindən sonra hərracın keçirilməsi mümkündür. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilmə sini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının ipoteka qoyanın ailə üzvü olmasına əsaslanmaqla da hərracın nəticələrini mübahisələndirməy ə subyektiv hüququ yoxdur. Belə ki, hərracın nəticələrinə görə tərtib olunmuş protokol müqavilə qüvvəsinə malikdir və müvafiq olaraq əqdlərə dair qanunvericiliyin müəyyən etdiyi qaydalar tətbiq olunmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, hətta müəyyən edilmiş olsa ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır, bu halda da iddianın təmin olunması yolverilən deyildir. Belə ki, Mülki Məcəllənin 354-cü maddənin tələbi baxmından iddiaçı tərəfindən müddət ötürülmüşdür. İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldil məsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracınkeçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddə ti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də,iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində xx.xx.2017-ci ildə vəfat etmiş şəxsin xx.xx.2017-ci il tarixdə banka ərizə təqdim etməsinin mümkün olmamasının məhkəmə tərəfindən araşdırılmadığını qeyd etmişdir. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin istinad etdiyi ərizə iddiaçının qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixdə yazılmamışdır. Həmin ərizə xx.xx.2017-ci il tarixdə Ləğv porosesində olan Cavabdeh1 ASC-nin daxil olma ştampı vurulmuşdur. Bu isə həmin ərizənin xx.xx.2017-ci il tarixdə yazılması kimi qiymətləndi rilə bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi təkcə bu hala deyil, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına, əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi hallarına birlikdə qiymət verərək iddia tələbini rədd etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11023/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-999/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-999/2020
17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver