Məhkəmə qərarları › İş №2(103)-10/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10/2021

09.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14145/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonunda, Cavabdeh1 yaşayış massivində yerləşən Cavabdeh1-da olan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 70 kv.m qeyri-yaşayış sahəsinin, həmin tarixli yəni xx xxxx 2010-cu il tarixli müqavilə ilə Bakı şəhəri Yasamal rayonunda, Cavabdeh1 yaşayış massivində yerləşən Cavabdeh1-da olan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 ədəd qarajın (avtomobil dayanacağı) İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 206-cı il tarixli 2(004)- 14145/2016 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilələrinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində cinayət işi gedir. Bundan başqa, Nəsib Əliyevin hədə-qorxu və məcbur edilməklə vətəndaşların adına müqavilələrin yazılması və arayışların verilməsi faktına görə Bakı Hərbi Məhkəməsində Akif Çovdarov və qeyrilərinin təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin işdə isə Nəsib Əliyev bu iddiada və qətnamədə göstərilən sahələrin yazılmasına məcbur edilmiş şəxs olaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh1 ilə Bakı şəhəri Yasamal rayonunda, Cavabdeh1 yaşayış massivində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 70 kv.m qeyri-yaşayış sahəsi və 2 ədədə qaraja (avtomobil dayanacağı) dair yaşayış binasında mənzil tikintisi haqqında 2 ədəd müqavilə imzalamışdır. Lakin həmin qeyri-yaşayış sahəsi və qarajlara daxil ola bilmir. Belə ki, cavabdehin əməkdaşları onu həmin MTK-nın ərazisinə daxil olmağa və orada ona məxsus olan tikililərdən istifadə etməyinə və təmir tikinti işləri aparmağına mane olurlar. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli müqavilələrə istinad edərək, həmin müqavilələrdə göstərilən 70 kv.m qeyri-yaşayış sahəsinin və 2 ədəd qarajın ona təhvil verilməsi tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, həmin müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələridir. Çünki cavabdeh mübahisəli qeyri-yaşayış sahələrini inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Kollegiya qeyd edir ki, iddia tələblərinin həmin maddələrə əsasən təmin edilməsi üçün tərəflər arasında etibarlı podrat müqavilələrinin bağlanması tələb olunur. Lakin hazırki işdə bu hal müəyyən edilmir. Belə ki, məhkəmə aktlarının elektron bazasına əsasən müəyyən olunur ki, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən X7 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli 1- 1(103)-27/18 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, X7 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərarla müəyyən olunmuşdur ki, X11 mütəşəkkil dəstə tərkibində X20 və digərləri ilə birlikdə cinayət əməllərini davam etdirərək 2007-ci ilin may, sentyabr aylarında Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, 2010-cu ilin iyun-avqust aylarında isə Energetika və X2 Baş İdarəsinin rəisi vəzifələrində xidmət edərkən rəhbərlik etdiyi baş idarədə rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, əməliyyat məlumatı, siqnal işi və ya şikayət ərizəsi olmadığı halda hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Badi-Kubə”, Cavabdeh1 mənzil-tikinti kooperativlərinin həmtəsisçisi X24, onunla şəriklik münasibətlərində olan X1 miqdarda pul vəsaitlərini ələ keçirmək üçün planlı fəaliyyət göstərib 2007-ci ilin may ayında dəstə üzvü Səlim Məmmədov və digərləri vasitəsilə “Badi-Kubə” mənzil-tikinti kooperativinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış massivində inşa etdiyi yaşayış binasından şərti alıcı tərəfindən ABŞ dolları əskinazları ilə mənzil satın alınmasına dair qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, xarici valyuta ilə mənzil satışını bəhanə edib qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrindən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadan qanunsuz istifadə etməklə Nəsib Əliyevin həmtəsisçisi olduğu “Badi-Kubə” mənzil-tikinti kooperativinin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli “V” massivində yerləşən ofisinə daxil olmasını təşkil edib mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan kooperativin maliyyə sənədlərini götürməklə Nəsib Əliyevi Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirib yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdırıb xidməti otaqlarda beş saat saxlatdıraraq qanunsuz azadlıqdan məhrum etmiş, barəsində cinayət işi başlayacağı, həbs edəcəyi ilə şəxsən hədələyib sərbəst buraxılması üçün 100.000 ABŞ dolları tələb edib, həmin gün müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 68.672 manata bərabər 80.000 ABŞ dolları əskinazlarını xidməti otağında Nəsib Əliyevdən şəxsən qəbul edib hədə-qorxu ilə ələ keçirmiş, daha sonra əməllərini davam etdirərək 2007-ci sentyabr ayında Nəsib Əliyevdən əlavə pullar almaq məqsədilə rəsmi araşdırma materialı və ərizədən kənar onu bir daha Nazirliyə dəvət edib xarici valyuta ilə mənzil satışını davam etdirdiyinə görə barəsində cinayət işi başlayıb həbs edəcəyi ilə hədələyərək, həmçinin oğlu Elton Əliyevi də səhər saat 11 radələrində Nazirliyə gətirib yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdırıb xidməti otaqlarda növbəti gün gecə saat 02 radələrinədək, on beş saat saxlatdıraraq qanunsuz azadlıqdan məhrum etməklə psixoloji təzyiq göstərərək 500.000 ABŞ dolları tələb edib həmin gün xidməti otağında 297.920 manata bərabər 350.000 ABŞ dollarını şəxsən qəbul edib təkrarən hədə-qorxu ilə ələ keçirmiş, 2010-cu ilin iyun-avqust aylarında isə Nəsib Əliyevin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71 ünvanda yerləşən ticarət mərkəzinin satın alınması ilə əlaqədar X14, X17 və X15 ilə aralarında yaranmış 600.000 ABŞ dolları məbləğində iqtisadi xarakterli mübahisəyə müdaxilə edərək, dəstə üzvü Səlim Məmmədov və onun rəhbərlik etdiyi idarənin, barəsində cinayət təqibi davam etdirilən əməkdaşının vasitəsilə Nəsib Əliyevi və Cavabdeh1-nın təchizat direktoru X16 Nazirliyə çağırıb yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdırıb xidməti otaqlarda, dəhlizdə iki sutka saxlatdıraraq hər ikisini qanunsuz azadlıqdan məhrum etmiş, kooperativin həmtəsisçisi X10, Şahmarov Əli- Heydər Əli oğlunu dəfələrlə Nazirliyə çağırıb həmtəsisçi olduqları mənzil-tikinti kooperativlərində saxta sənədlərlə eyni mənzillərin ayrı-ayrı vətəndaşlara təkrar satışına görə barələrində cinayət işi başlanıb həbs ediləcəkləri ilə hədələyərək borc öhdəliyinin əvəzinə Cavabdeh1 mənzil-tikinti kooperativinin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 5 saylı ünvanda inşa edilən hündürmərtəbəli yaşayış binasından əvvəllər Nəsib Əliyev tərəfindən ilkin alıcılara satılmış 893.230 manat dəyərində 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi, 1 zirzəmini təkrar müqavilələr tərtib etməklə X14, X17 və X8 adına sənədləşdirilməsindən sonra, cinayət məsuliyyətinə cəlb edib həbs edəcəyi ilə hədələyərək Cahangir Alışovdan 350.000 manat məbləğində nağd pul vəsaitini tələb edib, X13 həmin pulu dəstə üzvünə verməsi ilə sonuncudan qəbul etməklə və Cavabdeh1 mənzil-tikinti kooperativinin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 5 saylı ünvanda inşa etdiyi yaşayış binasından cəmi 319.530 manat dəyərində 67, 122, 122 A, 127, 130 və 227 nömrəli altı ədəd mənzilləri, bir ədəd 231.500 manat dəyərində 250 m2 ölçüdə qeyri-yaşayış sahəsini dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu X9 adına sənədləşdirib sonradan üçüncü şəxslərə satmaqla, “Yüksəliş-C” mənziltikinti kooperativinin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllədə inşa etdiyi yaşayış binasından isə 125.000 manat dəyərində 179 saylı mənzilin kürəkəni Rəşad Əmircanovun bacısı X3 adına sənədləşdirərək mülkiyyətində saxlamaqla dəyəri ödənilmədən əvəzsiz surətdə əldə edib özgənin külli miqdarda pul vəsaitləri və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur” (səh. 15, abzas 2). Göründüyü kimi qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı ilə X11 və digərlərinin Cavabdeh1-nın sədrinə hədə-qorxu gəlməklə müxtəlif şəxslərlə müqavilələrin bağlanmasına məcbur edilməsi öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_9.htm Mülki Məcəllənin 339.4-cü bəndində isə təsbit olunmuşdur ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi müqavilələr hədə-qorxu və məcbur etməklə bağlandığı üçün etibarsız əqdlərdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının həmin müqavilələrə istinad edərək hazırki iddianın irəli sürməsi əsassız olduğu üçün iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14145/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1-ya qarşı Bakı şəhəri Yasamal rayonu, Cavabdeh1 yaşayış massivində yerləşən Cavabdeh1-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 70 kv.m qeyri-yaşayış sahəsi və 2 ədəd qarajın (avtomobil dayanacağı) İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1-nın üzərinə qoyulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar