Məhkəmə qərarları › İş №2(103)-1000/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1000/2022

14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1000/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" barədə ilk, ilk iddia üzrə cavabdeh “Pilot Holding“Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə İddiaçı qarşı “pul” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3823/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ona dəymiş maddi zərərin əvəzi olaraq 30“000 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 30“000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzili iddiaçıya məxsus olmuşdur. Bu barədə 04.07.1997-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi almışdır. Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016- cı il tarixli 02/05-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017-ci ildə iddiaçının evini sökdü. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə ümumi sahəsi 96.20kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməli idi. Lakin hazırda ona verilən evin sahəsi müqavilədə qeyd olunandan 20kv.m azdır və 76 kv.m təşkil edir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh-nin vəzifəsidir. Amma buna baxmayaraq iddiaçıya təmirsiz ev təhvil verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh bina sakinlərinin həyətdə maşın saxlamasının qarşısını almaq üçün həyətə şlaqbaum qoydurub və bütün sakinləri aylıq ödənişi 120 manat olan pullu dayanacaqda maşın saxlamağa məcbur edir. Bu nəinki iddiaçının, hətta bütün bina sakinlərinə qarşı edisən ədalətsiz, hüquqazidd davranışdır. Mənzilə işıq, qaz və su sayğacları quraşdırılmır. Səbəbini soruşduqda isə iddiaçıdan əlavə 1000 AZN ödəniş etməyini məcbur edirlər. İddiaçı şikayətərini dəfələrlə Pilot Holding MMC-yə ünvanlasa da, müraciətinə cavab verilmir.

3. İlk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianı rədd edərək, qarşılıqlı iddianı təmin edib, ilk iddia üzrə İddiaçı 55 300 manat pul vəsaiti tutularaq Cavabdeh-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1 -ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15-20% əlavə edilməklə mənzil verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Yəni MMC 60 kv.m(50.0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) mənzil mülkiyyətçiyə verməli idi, lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdır. Göründüyü kimi, MMC artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96.20 kv.m - 60 kv.m =36.2 kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36.2=54 300 manat Cavabdeh- nə ödəməlidir. Bundan başqa, mübahisəli olan mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa dair sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "xxxx" MMC tərəfindən AZƏRSU, AZƏRİŞİQ və AZƏRİQAZ-a müəyyən vəsaitdə pullar ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların quraşdırılmasına görə ümumi olan 1000 manat borcu ödəmək istəmir. Mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq "xxxx" MMC-nə ödənilməlidir.

5. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3823/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova).

6. Qətnamədən iddiaçı və cavabdeh ayrı ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş, apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3823/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

7. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən iddiaçıya 3 otaqlı 96.6 kv metr olan mənzil verilməli idi. Lakin mənzil tikilib sona çatanda bilmişdir ki, qarşı tərəf müqavilə şərtlərini pozmuş və mənzilin ölçüsü az idi. Ona görə də iddiaçı tərəfindən müstəqil ekspertiza təyin edilmiş və müəyyənləşdirilmişdir ki, iddiaçıya təqdim olunan mənzil 77.97 kv.m təşkil edir. Belə olan halda 96.2-77.97 kv.m= 18.23 kv.m əksiklik aşkar edilmişdir. Belə olan təqdirdə 18.23 kv. m sahənin dəyərinin bu günki dəyəri təqribən 30000 manat təşkil edir. Mənəvi zərərə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 və 23.4-cü maddələrinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də. əgər bununla şəxsin şərəfmə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzili iddiaçıya məxsus olmuşdur. Bu barədə 04.07.1997-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi almışdır. Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016-cı il tarixli 02/05-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017-ci ildə iddiaçının evini sökdü. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 % əlavə edilməklə ümumi sahəsi 96.20 kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməli idi. Lakin hazırda ona verilən evin sahəsi müqavilədə qeyd olunandan 20 kv.m azdır və 76 kv.m təşkil edir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh-nin vəzifəsidir. Amma buna baxmayaraq müqavilə şərtləri pozulmaqla iddiaçıya təmirsizev təhvil verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh bina sakinlərinin həyətdə maşın saxlamasının qarşısını almaq üçün həyətə şlaqbaum qoydurub və bütün sakinləri aylıq ödənişi 120 manat olan pullu dayanacaqda maşın saxlamağa məcbur edir. Bu nəinki iddiaçının, hətta bütün bina sakinlərinə qarşı edilən ədalətsiz, hüquqa zidd davranışdır. Mənzilə işıq, qaz və su sayğacları quraşdırılmır. Səbəbini soruşduqda isə iddiaçıdan əlavə 1000 AZN ödəniş etməyini məcbur edirlər. İddiaçı şikayətərini dəfələrlə Cavabdeh-yə ünvanlasa da, müraciətinə cavab verilmir. Cavabdeh “Pilot Holding“ Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianı rədd edərək, qarşılıqlı iddianı təmin edib, ilk iddia üzrə İddiaçı 55 300 manat pul vəsaiti tutularaq "PİLOT HOLDİNG“ MMC-ııə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “PİLOT HOLDİNQ“ MMC ilə İddiaçı arasında 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, “PİLOT HOLDİNQ“ MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi“ yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15- 20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15- 20% əlavə edilməklə iddiaçıya verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Yəni MMCnin 60 kv.m (50.0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) mənzil mülkiyyətçiyə verməli idi. lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdır. Göründüyü kimi, MMC-nin artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96.20 kv.m - 60 kv.m=36.2kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36.2=54 300 manat Cavabdeh-yə ödəməlidir. Bundan başqa, mübahisəli olan mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa dair sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "PİLOT HOLDİNG” MMC tərəfindən AZƏRSU, AZƏRİŞİQ və AZƏRİQAZ-a müəyyən vəsaitdə pullar ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların qııraşdırılmasına görc ümumi olan 1000 manat borcu ödəmək istəmir. Mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq *‘PİLOT HOLDİNQ'* MMC-yə ödənilməlidir. Belə bir iddianın əsassız olmasıni diqqətinizə çatdırmaq istəyirəm. İddiaçı mənzilini təhvil verərkən hər üç sayğacı onlara təhvil vermişdir. Lakin onlarr iddiaçıya sayğacları 1000 manata satmaq istəyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“' 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən taır. hüquqlu məhkəmə kimi apcllyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquqü elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa(borclu) şəxslərdsn tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci vəüçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzənyalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz“ Bu mövqe isə heç bir subutla əsaslanmamış və yalnız məhkəmənin birtərəfli və qeyri-obyektiv mövqeyi ilə bağlı olmuşdur.

8. İlk iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçiyə” məxsus mənzilin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50,0 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15-20% əlavə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilməklə mənzil verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Yəni MMC 60 kv.m (50,0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) mənzili mülkiyyətçiyə verməli idi, lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdır. Göründüyü kimi, MMC artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96,20 kv.m – 60 kv.m = 36.2 kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36,2=54 300 manat cavabdeh "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa, mübahisəli olan mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "xxxx" MMC tərəfindən AZƏRSU, AZƏRİŞİQ və AZƏRİQAZA-a müəyyən vəsaitdə pullar ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların quraşdırılmasına görə ümumi olan 1000 manat borcu ödəmək istəmir. Mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq "xxxx" MMC-ə ödənilməlidir.Hazırda qətnamənin qarşılıqlı iddianın təmin edilmədiyi hissəsini mübahisələndiririk. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı irəli sürdüyü tələb edilən pul məbləğinin ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Hesab edirik məhkəmə qarşılıqlı iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mülki iş materiallarında ekspertin rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilin ümumi sahəsinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 6 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96,2 kv.m sahədən 1.2kv.m(97.4-96.2) artıq olduğu müəyyən edilmişdir. PİLOT HOLDİNQ” MMC ilə İddiaçı arasında 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 (bir) ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15-20% əlavə edilməklə mənzil verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Yəni MMC 60 kv.m ( 50.0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) mənzil mülkiyyətçiyə verməli idi, lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdı. Göründüyü kimi MMC artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96.20 kv.m – 60 kv.m =36.2 kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36.2=54 300 manat cavabdeh "xxxx" MMC-yə ödəməlidir. Bundan başqa, mübahisəli olan mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa dair sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "xxxx" MMC tərəfindən AZƏRSU, AZƏRİŞİQ və AZƏRİQAZ-a müəyyən vəsaitdə pullar ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların quraşdırılması görə ümumi olan 1000 manat borcu ödəmək istəmir. Hesab edirik mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Tərəflərin izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Z.İbadov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

12. Belə ki, iş materiallarında olan 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilədən göründüyü kimi, müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli 214 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin arakəsmələrin altı nəzərə alınmaqla ümumi sahəsi 97.4 kv.m təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin ümumi sahəsinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96.2 kv.m sahədən 1.2 kv.m artıq olduğu müəyyən edilmişdir.

14. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ərizədən müəyyən edilir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, tərəflər arasında imzalanan 6 Aprel 2017-ci il tarixli 35 saylı müqavilədə göstərilən mənzillərdən birindən, müqavilədə göstərilən 54.89 kv.m olan 1 otaqlı mənzildən imtina etdiyini xahiş etmiş və qarşılığında ona 68612 AZN pul verilməsini istəmişdir.

15. İş materiallarında olan 10 mart 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəflər arasında imzalanan 6 Aprel 2017-ci il tarixli 35 saylı müqavilədə göstərilən 54.89 kv.m olan 1 otaqlı mənzilin ödənişi olaraq 68612 manatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüşdür. Hüquqi dəyərləndirmə:

16. İşin hallarından görünür ki, Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016- cı il tarixli 02/05-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017-ci ildə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzil sökülmüşdür. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə ümumi sahəsi 96.20kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli 214 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin arakəsmələrin altı nəzərə alınmaqla ümumi sahəsi 97.4 kv.m təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin ümumi sahəsinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96.2 kv.m sahədən 1.2 kv.m artıq olduğu müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

19. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;

20. Həmin Məcəllənin 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir;

21. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur;

22. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər;

23. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

24. Kollegiya iş materialların, apellyasiya şikayətlərinin dəlillərinə, tərəflərin izahatlarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən ilkin iddia tələbinə münasibətdə vurğulayır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 6 aprel 2017-ci il tarixli 35 saylı mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmamışdır. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə verilmiş müvafiq mütəxəssis rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 97.4 kv.metr müəyyən edilmişdir.

25. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, İddiaçı ona verilən məzilin 97 kv.m. deyil, daha az olmasını iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi ilə yanaşı, hətta iş materiallarında olan mütəxəssis rəyində də mənzilin 97.4 kv.m. olması müəyyən edilmişdir.

26. Kollegiya mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

27. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

28. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

29. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinin təmin edilməsini istisna edir.

32. Kollegiya ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.

33. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

34. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

35. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri).

36. Kollegiya sadalanan hüquq normalarına və işin hallarına əsasən qeyd edir ki, qarşılıqlı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qarşılıqlı iddiaçı irəli sürdüyü tələb edilən pul məbləğinin ödənilməsi barədə tələblərini əsaslandıra bilmədiyindən qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçınını apellyasiya şikayəti əsassızdır.

38. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Sadalanan xüsusatlara əsasənn kollegiya belə nəticəyə gəlir ki, həm ilk iddianın, həm də qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3823/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar