Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10008/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “ödənilməmiş əmək haqqı və sair pul məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Xidmətinə qarşı irəli sürdüyü “ödənilməmiş əmək haqqı və sair pul məbləğinin ödənilməsi tələbi barədə” iddiasının icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.07.2021-ci il tarixli qərardadla iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Xidmətin rəsmi qeydə alındığı ünvan ünvan 1i üzrə baxılması üçün, iddia ərizəsi ərazi aidiyyətinə görə Yasamal Rayon Məhkəməsinə verilməlidir. Rayon Məhkəməsinin bu nəticəsinə qarşı iddiaçının mövqeyi isə ondan ibarətdir ki, cavabdeh Xidmətin ünvanı ünvan 2ogle” xəritə proqramı ilə də təsdiq edilir. Buna görə də, işə Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli ilə bağlı bildirir ki, cavabdeh Xidmət hüquqi şəxsdir. Hüquqi şəxslərə aid bütün məlumatlar, o cümlədən onların hüquqi ünvanı hüquqi şəxslərinin dövlət reyestri məlumatlarına əsasən müəyyən olunur. Rayon Məhkəməsi həmin məlumatlara əsasən müəyyən etmişdir ki, cavabdeh Xidmətin rəsmi ünvanı ünvan 3indən də yoxlanılmış və məlumat öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 40.1-ci maddəsinə görə isə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iddia cavabdeh Xidmətin rəsmi qeydə alındığı ünvan üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməlidir. Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Çünki MPM-nin 152.1.3cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10008/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10008/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver